Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

31 

 

qaniçən, türk qanına susamış cani olduqlarını törətdikləri fəlakət 



və  bəlalarla  səciyyələndirib.

 

Məmməd  Səid  Ordubadinin  bu 



əsəri erməni vandallarının  vəhşiliklərini güzgü kimi əks etdirib. 

“Qanlı illər” adlı bu əsər 1911-ci ildə Ağa Murtuza Muxtarov 

tərəfindən  nəşr  edilərək  yazılmışdır.  Sonralar  nədənsə  bu 

qiymətli  sənədlər    toplusu  uzun  illər  oxucuların  diqqətindən 

kənarda  qalmışdır.  Nəhayət,  səksən  ildən  sonra,  1991-ci  ildə 

həmin  kitab  nəşr  edilib.  Ölməz  ədibin  bu  əsəri  çox  böyük 

həqiqətlərdən  xəbər  verir.  Onun  tədqiqi  və  təbliği,  xüsusən 

xarici dillərə tərcümə   edilib geniş  yayılması vacibdir.   “Qanlı 

illər”  əsəri  bəzi  parçaları  oxucuların  diqqətinə  çatdırmaq 

istəyirəm.  



Məktəblilər əsərdən müəyyən parçalar səhnələşdirirlər. 

Erməni  zülmünün  hər  üzünü  görmüş  yazıçı,  böyük  ədib 

Məmməd  Səid  Ordubadi  “Bu  qanlı  olayların  səbəbi  nə  idi?” 

sualını belə cavablandırırdı: 



Birincisi: Erməni  Daşnaksütyun komitəsinin  müstəbid bir idarə 

üsulunu  təşkil  etdiyidir  ki,  Qafqazda  bir  sıra  qanlı  teatrolar 

oynandı.  

İkincisi: Məhəlli hökumət məmurlarının müharibə zamanlarında 

etinasızlığıdır. Ermənilərin terrorları qorxusundan bir tərəfi əldə 

saxlayıb, digər tərəfə  növbənöv  vicdansızlıqlar etməkdə idilər. 

Bunlardan  şahid  Naxçıvan  uyezdinin  naçalniki  Angil  kimi 

vicdansızların  fitnəkar  hərəkətləridir.  Belə  ki,  yanan  atəşləri 

söndürməyib, əksinə, caniləri bir sıra cinayətlərə  sövq edirdi.  



Üçüncüsü:  Müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər 

olmalarıdır. Ermənilər yalnız hiylə və siyasətlə iş tutub bir ovuc 

könüllü  əsgərlə  müsəlmanların  qüvvəsini  əzmək  istəyirdilər. 

Belə  ki,  Bakıda  sülh  edib  müsəlmanları  yatırmaqla  Şuşada 

müharibəyə  başlayır,  sonra  Şuşada  sülh  edib  Gəncə 

quberniyasının sair yerlərini yandırmağa və dağıtmağa təşəbbüs 

edirlər.  Müsəlmanlar  isə  əvvəlcə  bunları  bilməyib  sonralar 



32 

 

gözlərini  açdılarsa  da,  ermənilər  Türkiyədən  və  İrandan  əsgər 



yığıb müsəlmanları əzməyə çalışırdılar.  

Dörd

ü

ncüsü:  Ermənilərin  avtonomiya-idarə  muxtariyyəti  

həvəsində  olmalarıdır.  Zira  ermənilərin  hər  aybaşı  Londona, 

Parisə,  Amerikaya  qaçıb  ərzi-hal  etmələri  bunlara  kamil  bir 

sübutdur.   

     Müraciət  etdiyimiz  bədii  nümunələrlə  tarixi  faktları,  

Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmləşdirdiyi 

materialları, sənədləri müqayisə və təhlil etdikcə, belə qənaətə  

gəlmək  olur  ki,  sənət  əsərlərində  həyat  həqiqətləri  daha 

inandırıcı, qabarıq  və təsirli verilmişdir.  

     Faciənin  səbəbləri-kökü və  məqsədi  bədii  əsərlərdə düzgün 

müəyyənləşdirilmiş,  erməni  vəhşiliyi,

 

erməni  qəddarlığı 



inandırıcı,  tünd  boyalarla  əks  etdirilmişdir.  Zorakılığa,  zülmə    

və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin 

aşılanması  azərbaycanlıların  soyqırımından  bəhs  edən  bədii 

əsərlərin  əsas  qayəsini  təşkil  edir.  Vətənpərvər  ədiblərimizin 

ürək yanğısını, fəryadını sözündə, şərtində yaşadan bu əsərlərin  

arxiv 


qaranlığından  çıxarılaraq  milli  istiqlal  işığında   

mükəmməl  tədqiqində  və  təhlilinə  ehtiyac  duyulmaqdadır.  



Tədbir şagirdlərin  mövzuya uyğun şeirləri ilə sonlanır.  

      31  Mart  Soyqırımı  Günü  ilə  əlaqadar  olaraq,  kitabxanada  

keçirilən tədbirlərdən biri də “Al qana boyanmış bahar günləri”

 

adlı anım gecəsidir. Gecə oxuculara həmin günün mahiyyətini 



daha da yaxından tanıtmaq üçün nəzərdə tutulur. Anım  gecəsinə  

tarixçilər, tarixi şəxsiyyət və siyasətçilər, ictimai elm xadimləri

yazarlar,  tarix  müəllimləri,  Xocalı  faciəsinin  canlı  şahidləri 

dəvət olunur.  İlk olaraq 31 Mart soyqırımı ilə bağlı slayd verilir. 

Slayddan sonra aparıcılar gecəyə keçid alırlar.          

I aparıcı:   Salam dəyərli qonaqlar, tədbir iştirakçıları! 31 Mart 

soyqırımı Günü ilə əlaqədar şanlı tarix dolu qan yaddaşımızdan 

qopub gələn anım gecəsinə xoş gəlmisiniz. Biz bu gün sizlərlə 



33 

 

dünənimizə,  lap  yaxın  keçmişimizə  qayıtmaq  istəyirik.  O, 



keçmişimizə ki, ata-analarımız, nənə-babalarımız o anların lap 

yaxından  şahidi  olmuşdular.  O  ağır,  qanlı-qadalı  günlər  ömür 

səhifəmizdən  gəlib  keçib.  O  keçmişimiz  ki,  tariximizə  tarix 

yazılıb  –  31  Mart  Soyqırımı  Günü.  O  tarix  ki,  son  iki  əsrdə 

Qafqazda  azərbaycanlılara  qarşı  məqsədyönlü  şəkildə    həyata 

keçirilmiş  etnik  təmizləmə  və  soyqırım  siyasəti  nəticəsində  

xalqımız  ağır  məhrumiyyətlərə  və  məşəqqətlərə  məruz 

qalmışdır.  Mərhələ-mərhələ  gücləndirilən  belə  qeyri-insani 

siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan 

ərazidən, min illər  boyu yaşadıqları  tarixi etnik  torpaqlarından 

didərgin    salınaraq    kütləvi  qətl  və  qırğınlara  məruz  qalmış, 

xalqımıza    məxsus    minlərlə  tarixi,  mədəni  abidə  və  yaşayış 

məskəni dağıdılıb viran edilmişdir.  

II aparıcı: Tarixin hələ tam açılmamış səhifələrindən biri olan 

bu  soyqırım    hadisəsi    xalqımıza  qarşı    dəfələrlə    törədilmiş 

kütləvi qətl kimi qiymətləndirilməlidir.  Tarixi faktlar sübut edir 

ki,  son iki əsrdə  azərbaycanlılara  qarşı   məqsədyönlü  şəkildə  

həyata keçirilmiş bu soyqırım siyasəti nəticəsində soydaşlarımız 

qədim Azərbaycan torpağı olan, indi Ermənistan adlandırılan  öz 

doğma  torpaqlarından  didərgin salınmışlar. Ümumiyyətlə,

 

XIX 



əsrin  sonlarından  başlayaraq  ermənilərin  Azərbaycan  xalqına 

davamlı şəkildə  apardığı  terror  və soyqırım  siyasəti  bu gün 

də  Dağlıq  Qarabağda,  Ermənistanla  həmsərhəd  bölgələrdə 

həyata  keçirilməkdədir.  Cənubi  Qafqaz  bölgəsində  sülhün, 

siyasi  sabitliyin, birgəyaşayış  qaydalarının  təhlükə mənbəyinə 

çevrilən və terroru dövlət səviyyəsində dəstəkləyən  Ermənistan   

Respublikası  tarixən  bu coğrafiyada  törətdikləri  qanlı  olayları 

yenidən  dirçəldir,  günahsız  insanlara,  qocalara,  uşaqlara,  qarşı 

soyqırım  siyasətindən əl çəkmək istəmir. 

I  aparıcı:  1930-cu  illərdə  azərbaycanlıların  bir  qismi 

düşünülmüş  repressiyalara  məruz  qalıb,  tarixi  torpaqları  olan 




34 

 

sonralar  Ermənistan  ərazisinə  daxil  edilən  qədim  İrəvan 



xanlığlarından  və  digər  yerlərdən  Orta  Asiya  ərazisinə  sürgün 

ediliblər. 

     Aprel  ayında  Quba  qəzasına  göndərilmiş  daşnak  dəstəsinin  

komandiri  Hamazasp  bildirmişdir:  “Mən  erməni  xalqının 

qəhrəmanı  və  müdafiəçisiyəm...  Buraya  qayda  yaratmaq  və 

Sovet  hakimiyyətini  qorumaq  üçün  gəlmişəm...  Mənə  Xəzər 

dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv 

etmək əmri  verilmişdir”. 



Arxivlərdə  erməni vəhşiliyini  təsdiqləyən sənədlər var. Bunları 

eynilə sizlərə təqdim edirik. 

    General    Harvurd  Amerika  Senatına    verdiyi    16  oktyabr 

1999-cu  il  tarixli    məlumatında  yazırdı:  “Qara  dənizdən    İran  

ərazisinə  qədər gəzdim, amma  erməni  məlumatını  təsdiq edən 

heç bir şey tapmadım”.  Əslində,  arxivlərdə dünya dövlətlərinin  

bir çox görkəmli alimlərinin, səyyahlarının da erməni yalanını, 

qəddarlığını, hiyləgərliyini   ifşa edən  yüzlərlə    sənəd var. Çox  

təəssüf  ki,  ermənilərin  arxasında  dayanan  bəzi  dövlətlər  

arxivlərin  açılmasına  heç vaxt  meyilli  olmayıblar. Çalışıblar  

ki, ermənilərin  törətdikləri qanlı  cinayətləri ört-basdır  etsinlər.  

   Dünya    tarixinə    nəzər  salsaq,  bəlkə  də,  ermənilər  qədər 

vəhşilik    törədən  ikinci  bir  millət  görmərik.  Ötən  əsrin  bütün 

dönəmlərində  −  1905-1907,  1918-1920,  1946-1948-ci  illərdə  

törədilən    cinayətlər  də,  soydaşlarımıza    verilən    işgəncələr                

də  bir-birinə  bənzər  olub.  Ermənilər  körpələri  divara 

mismarlayıblar. Qadınları  lüt-üryan halda saçlarından asıb nişan 

alıblar. Kimin gülləsi tapşırılan hədəfə dəyərmişsə,  ona böyük  

mükafat    verilərmiş.  İnsanları  qaynar  su  ilə  yandırıb  sonra 

cəsədlərini itlərə atarmışlar. Ən dəhşətlisi də budur ki,  qaniçən  

Stepan Şaumyan  Bakıda otura-otura  bütün daşnaklara başçılıq 

edirdi.  Onun  oğlu  isə  daşnak  liderindən  biri  kimi 

pulemyotçuların başında dayanırdı.  




35 

 

...  O  vaxtdan  çox  illər  ötməsinə  baxmayaraq,  erməni  xisləti 



dəyişməyib. “Daşnaksütyun” partiyasının   qanlı əməlləri davam 

edir  və  yenə  günahsız  azərbaycanlılar  ağır  işgəncələrə  məruz 

qalırlar. Ermənilərin qaniçən   əməlləri sanki  bir  proqram  üzrə  

icra  olunur.  Bu  gün  də  Xocalıdan    çəkilən    lentləri  dünyaya 

yayımlayıb  özlərini ölən, qırılan tərəf kimi göstərirlər. Bəlkə də, 

ən  dözülməzi  elə  budur.  Ermənilərin  saysız-hesabsız  qanlı 

cinayətləri var, onlar tarix qarşısında cavab verməlidirlər. Təkcə 

Kəlbəcərin Ağdaban kəndində törətdikləri əməllər bəs edər ki, 

erməni  qaniçənləri  beynəlxalq  məhkəmə  qarşısına  çıxarılsın. 

1992-ci  il  aprelin  7-dən  8-nə  keçən  gecə  Ağdaban  kəndi 

tamamilə  erməni  quldurları tərəfindən  yandırılmış, 779 nəfər 

dinc  sakinə    qeyri-insani  işgəncələr  verilmişdir.  67  nəfər  qətlə 

yetrilmişdir. 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 

nəfər qadın  diri-diri odda yandırılmışdır.  



II  aparıcı:  Quba  Soyqırımı  üzərində  Memorial  Kompleksi  

açılmamış  sirlərdən xəbər verən  yerdir. Bu məzarlıq  2007-ci il  

aprelin 1-də ərazidə torpaq işləri  görülərkən  aşkar edilmişdir. 

2007-ci  ilin  iyulundan  Azərbaycan  Milli  Akademiyasının 

Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları  tərəfindən  

məzarlıqda  başlanılan  geniş  tədqiqat  işlərinə  2008-ci  ilin  

sentyabrında  yekun  vurulmuşdur.  Məzarlığın  1918-ci  ildə  

ermənilərin  yerli  dinc  əhaliyə    qarşı  törətdikləri    soyqırımının  

nəticəsi olduğu  müəyyən edilmişdir.  

    2009-cu ildə  Azərbaycan Prezidentinin sərəncamından sonra  

Nazirlər  Kabineti  kütləvi  qətl  qurbanlarının  xatirəsinin  

əbədiləşdirilməsinə  dair  tədbirlər  planı  hazırladı.  Kütləvi 

məzarlığın  yerləşdiyi ərazidə  xatirə kompleksinin ucaldılması  

və abadlıq işlərin aparılmasına başlanıldı.  



I aparıcı:  Biz problemin  beynəlxalq hüquq normaları  əsasında 

ədalətli  həlli  üçün  çalışırıq.  Ermənistanı  da  elementar  hüquq 

normalarına əməl etməyə, reallıq hissini itirməməyə məqbul həll 



36 

 

variantları istiqamətində addımlar atmağa çağırırıq. Lakin o da 



aydın  və  birmənalı  qəbul  edilməlidir  ki,  münaqişənin  həllinin 

təməl  prinsipi  Azərbaycanın  ərazi  bütövlüyü,  məcburi 

köçkünlərin  doğma  yaşayış  yerlərinə  qaytarılması  olmalıdır.      

Biz  azərbaycanlılara  qarşı  ermənilərin  törətdiyi    təcavüz    və 

soyqırımının  dünya  dövlətlərinin  parlamentləri,  beynəlxalq 

təşkilatlar tərəfindən tanınmasına və pislənməsinə çalışmalıyıq. 

Həm də bu zaman erməni şovinist  millətçilərindən fərqli olaraq 

bundan siyasi, maddi və ya maliyyə kompensasiyaları qazanmaq 

üçün faydalanmaq istəmirik. Bizim maddi sərvətlərimiz kifayət 

qədərdir. Odur ki, biz sülh şəraitində yaşamaq, ölkəmizi inkişaf 

etdirmək, tarixi ədalətin və həqiqətin bərpa olunmasını, işğal və 

soyqırımı  siyasəti  həyata  keçirənlərin  tanınmasını  və  ifşa 

olunmasını  istəyirik.  Düşünürük  ki,  indiki  zamanda  digər 

xalqlara və  dövlətlərə qarşı ərazi  iddiaları ilə çıxış etmək tarixi 

anaxronizmdir və bu hərəkət  həmin xalqın özünə ciddi fəlakət 

gətirən bir bəladır.  



II aparıcı: İndi ermənilər özlərini məzlum  millət  kimi qələmə 

vermək  üçün  dəridən-qabıqdan  çıxır,  dünya  ictimaiyyətinə  

yanlış  məlumat verməkdən  usanmırlar. Halbuki tarixi sənədlər, 

araşdırmalar  göründüyü    kimi,  bunun  tam  əksini  sübut  edir. 

Bizim  yolumuz  düzgün,  amallarımız,  məqsədlərimiz  saf  və 

təmizdir.  Biz  xalqımızın  tarixini,  dünəninin  və  bu  günün 

həqiqətlərini  hamının  daha  yaxşı  bilməsinə  və  qəbul  etməsinə 

çalışmalıyıq.  Bunun  üçün  Azərbaycan  hökuməti,  bütün 

vətəndaşlarımız, xarici ölkədəki azərbaycanlı icmaları səylərini 

birləşdirməli,  daha  ardıcıl  və  səmərəli  iş  aparmalı,  təsirli  

tədbirlər  görməlidirlər.  Bir  daha  soyqırımı  qurbanlarının  əziz 

xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan  rəhmət diləyir, 

xalqımıza    ümummili  vəzifələrimizin  həlli  yolunda  uğurlar  

arzulayırıq.  



 


37 

 

Ədəbiyyat siyahısı 



Abışov V. Ş. Azərbaycanlıların soyqırımı : (1917-1918-ci illər). 

- Bakı : Nurlan, 2007. - 176 s. 



Aşırlı A. 31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında. - 

Bakı : Elm və Təhsil, 2011. - 100 s. 



Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı : 3 cilddə 

Sənədlər toplusu. I cild  : "26 Bakı komissarları" nın əsl tarixi. - 

Bakı  :  Çaşıoğlu,  2009.  -  776  s.  -  (Azərbaycan  tarixi  :  İlk 

mənbələr). 



Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi. I cild. - 

Bakı : OSKAR NPM, 2012. - 446 s. - Kitab Azərbaycan xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin  əbədiyaşar  xatirəsinə  ithaf 

edilir. - (super cildli qutuda). 



Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi. II cild. - 

Bakı : OSKAR NPM, 2012. - 424 s. - Kitab Azərbaycan xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin  əbədiyaşar  xatirəsinə  ithaf 

edilir. - (super cildli qutuda). 



Dəmirov Y. B. Qarabağ sindromu: Həqiqət və reallıq. - Bakı : 

Şəms, 2007. - 256 s.   



Erməni terroru. - Bakı : Vətən, 2005. - 168 s. : foto, xəritə, il. 

- Azərbaycan, rus və ingilis dillərində.   



Əzizov  E.  Difai  :  XX  əsrin  əvvələrində  erməni-azərbaycanlı 

münaqişəsinin  ilkin  tarixi  şərtləri  və  səbəbləri.  -  Bakı  :  CBS 

Polygraphic production, 2009. - 360 s.  

Görüryılmaz M. Türk Qafqaz İslam ordusu və ermənilər (1918) 

: tarixi ədəbiyyat. - Bakı : Qismət, 2008. - 408 s. xəritə, foto. 



Həkimova N. M.  Ermənilərin tarixi cinayətləri ziyalıların  qan 

yaddaşında:  Məqalələr  toplusu.  -  B.:  Maarif,  2009.  -  360  s.  : 

rəng.şək.  



38 

 

Hüseyn  S.  Həzin  bir  xatirə.  "İsmailiyyə"  ;  "İsmailiyyə"  : 

məqalələr  :  31  Mart  Azərbaycanlıların  soyqırımı  günü  // 

Azərbaycan  Demokratik  Respublikası  dövründə  ədəbiyyat.  - 

Bakı : Elm, 2003. - S. 209-222.  

Hüseynov S. Erməni xəyanəti: terror, soyqırım və deportasiya 

siyasəti. - Bakı : Avropa Nəşriyyatı Servis, 2009. - 175 s.  



İsmayıl X. N. "Erməni məsələsi" və türk-müsəlman soyqırımı : 

Ensiklopedik-tarixi araşdırma. - Bakı : Nərgiz, 2013. - 508 s.   



Kəngərli Q. Erməni lobbisi...Azərbaycan faciəsi. - Bakı : Azərb. 

Ensiklopediyası "NPB", 1992. - 280 s. - kiril əlifbası ilə. 



Kərimov K. M. Terrorizm və qanlı ləpirlər. - Bakı : Ozan, 2004. 

- 368 s.  



Köçərli T. Erməni saxtakarlığı. - Bakı : Şərq-Qərb, 2002. - 80 s.  

Məmmədov E. Erməni təxribatı (Sumqayıt, fevral 1988-ci il) : 

Faktlar  və  mülahizələr  =  Армянская  диверсия  (Сумгаит, 

февраль  1988  года)  :  Факты  и  рассуждения  =  Armenian 

saboage (Sumqayit, february 1988) : Facts and discourses. - Bakı 

:  Mütərcim,  2005.  -  64  s.  :  foto.  -  Azərbaycan,  ingilis  və  rus 

dillərində.  



 Qaraoğlu F. Ermənilər və həqiqətlər: Rəsmi sənədlərlə.

 

I cild. 



– Bakı : Nurlar, 2007. - 493 s.  

Qaraoğlu F. Ermənilər və həqiqətlər: Rəsmi sənədlərlə. II cild. 

– Bakı : Nurlar, 2008. - 439 s. 



Qaraoğlu F. Ermənilər və həqiqətlər: Rəsmi sənədlərlə. III cild. 

- Bakı : Nurlar, 2009. - 344 s. : foto. 



Qəhrəmanov  N.  I  Dünya  müharibəsində  Qafqaz  cəbhəsində 

erməni  amili.  -  Bakı  :  E.L.  Nəşriyyat  və  Poliqrafiya  Şirkəti 

MMC, 2008. - 296 s.  

 



39 

 

Qəniyev S. 1918-ci il Şamaxı soyqırımı. I kitab. - Bakı : Nurlan, 

2003. - 230 s. 

Ordubadi  M.  S.  Qanlı  illər.    -  Bakı  :  Qarabağ  xalq  yardımı 

Komitəsi, 1991. - 144 s. - kiril əlifbası ilə. 



Səlimbəyli Ş. Erməni  terroru : I kitab: Qarabağda müharibənin 

başlanması hadisələr... faktlar... – Bakı : Avropa, 2008. - 400 s. 

: foto. 

Sonam  B.  Erməni  xərçənginin  rişələri  :  Azərbaycanın 

soyqırımına - Qarabağa həsr olunmuş sənədli-bədii materiallar. 

- Bakı : [s. n.], 2004. - 80 s.  

Tarixdə ermənilər və türk - erməni münasibətləri. - Bakı : Azərb. 

ensiklopediyası "NPB", 1998. - 160 s. - kiril əlifbası ilə.  

Zülfüqarlı  M.  Şamaxı  soyqırımı  -  1918.  -  Bakı  :  AVCİYA, 

2011. - 120 s.  

 

Kitablarda 

 

1918-ci ilin soyqırımı // Novxanı sərvətimiz şəxsiyyətlərimizdir. 



- Bakı : 2010. – S.335-342. 

İlkin Q. Bakı 1917-1920-ci illərdə // Bakı və bakılılar. - Bakı : 

Nurlar NPM, 2006. – S.363-378. 

Həbiboğlu  V. Kəndlilərin ermənilərə qarşı mübarizəsi // Keşlə 

və keşləlilər. Bakı : Örnək, 1995. - S.45-61.-kiril qrafikası ilə 

 

Banin. Elə qalmaqallı bir dövrə çatmışdıq ki... // Qafqaz günləri. 



- Bakı : Qafqaz, 2006. - S. 93-107.  

 

Bədii əsərlər 

 

Abdulla M. Türk qəbri : hekayə // Soyqırım: Erməni terrorizmi. 

- 2009. - S. 100-104.  




40 

 

Elatlı E. Cəhənnəmdən gələn səs. - Bakı : MBM, 2009. - 368 s. 



İsmayıl X. N. Azəri soyqırımı : Mənzum pyes. - Bakı : Nurlan, 

2007. - 264 s.  



Ordubadi M. S. Gizli Bakı : Roman - Bakı : Azərnəşr, 1972. - 

295 s. - kiril əlifbası ilə. . 



Ordubadi  M.  S.  Həyatım  və  mühitim.  -  Bakı  :  "XAN" 

nəşriyyatı,  2014.  -  208  s.  -  ("XAN"  Xatirə  Ədəbiyyatı  ;  VII 

kitab).  

Rüstəmxanlı S. Difai fədailəri : bəlgəsəl roman. - Bakı : Qanun, 

2010. - 448 s. 

Sadıqzadə Q. Son mənzili Xəzər oldu. I hissə : Sənədli - Bakı : 

Gənclik, 1991. - 248 s.  



Soyqırım  :  Erməni  terrorizmi  :  Mahmud  Kaşkari  adına 

Beynəlxalq Fondun "Soyqırım və köçkünlər probleminin ədəbi 

düşüncədə dəstəklənməsi" layihəsi / red. Ə. Cəfərov ; lay. rəhb. 

E. Qaraxanlı ; naşir R. X. Sayadoğlu. - Bakı : MBM, 2009. - 184 

s.  

Şeydayev Ç. M. Bakının tacirləri, lotuları, düşmənləri. -  Bakı : 

Ulu, 2005. - 784 s. 



Şeydayev Ç. M. Ermənikənd caniləri : tarixi ədəbiyyat. - Bakı : 

Şirvannəşr, 2008. - 608 s.  

 

 

 

 

 

 

 

 



41 

 

31 Mart – tariximizin göz yaşı



 

(metodik vəsait) 

 

 



 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 19 

Çapa imzalanmışdır:19.02.2018 

Tirajı:100 

Pulsuz 


 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə