Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

18 

 

                Torpağımız qıyma-qıyma doğranıb,  



                Sinəmizə yad gülləsi dəyibdi,  

                Bir oba var qədim Qazax yurdunda,  

                Babam ona Karvansara deyibdi, 

                Məndən ötrü bil İçevan yoxdu, yox! 

 

                Zəngəzurun saçlarına düşüb dən, 



                Bu fəlakət tariximin inadı... 

                Dərələyəz silinərmi tarixdən? 

                İrəvandı İrəvanın ilk adı,  

                Məndən ötrü bil Yerevan

 

yoxdu, yox! 



                Qılıncımı vaxtsız qoysam qınıma, 

                Bağışlamaz torpaq məni, yer məni. 

                Gərək yadı mən bələyim qanına,  

                Məndən ötrü özgə düşmən yoxdu, yox!.. 



III  iştirakçı

 

Təhməz  Tənhanın  “Yanvar  günləri”  adlı  şeirini 

deməyə başlayır:  

                Yadımdadır o gün,                

                Yanvar günləri. 

                Tutaraq küçələri  ermənilər,  

                Körpə-körpə uşaqları, 

                Öldürmüşdülər, 

                Qulaq, burun yox, 

                Tanınmazdı sifətləri, 

                Bir nişan yox...  

IV iştirakçı “Vətən” adlı şeiri söyləyir: 

               Bu Vətəndir, ulu Vətən! 

               Sərhədləri köksümüzdən 

               Məndən, səndən-hamımızdan  

               Bircə kömək gümanı var.  

 

              




19 

 

               Bu Vətənin 



               O tay, bu tay davası var. 

               Ay-ulduzlu bayrağının   

               Qızıl qandan boyası var!.. 

 

V iştirakçı B. Vahabzadənin “Gülüstan” poemasından bir parça 



söyləyir:  

                     “Gülüstan” yarandı düz qırx il əvvəl 

                     “Şəhidlər” nəticə, “Gülüstan” təməl. 

                      Azadlıq verilməz bilək bir kərə 

                      Azadlıq alınar, budur doğru yol.   

                      Axı  “Gülüstan” dan ta  “Şəhidlər” ə 

                      Gedən uzun yoldu keçilən bu yol...   

 

VI  iştirakçı    B.  Vahabzadənin  “Şəhidlər”



 

  poemasından  bir 

parça söyləyir: 

                   Şəhidlər  bu torpağa, xalqa səcdə qıldılar,  

                   Haqsızlığın üstündən  haqqa körpü saldılar.  

                   Vətəni sevmək üstdə günahkar sayıldılar, 

                   Vətəni sevmək niyə günah olmuş, ay Allah? 

 

                   Özgənin əlindədir  xeyirimiz, şərimiz, 



                   Sərvətimiz daşındı, hey soyuldu dərimiz. 

                   Gözümüz üfüqdədir, açılmır səhərimiz, 

                   Bizə düşən səmada gün tutulmuş,

 

ay Allah?.. 



VII  iştirakçı  X.  Rzanın  “Mən  Azərbaycanam”  şeirindən  bir 

parça söyləyir: 

                  Dinləyin, dinləyin, mən bir kamanam,  

                  Şərqin  sinəsindən qopan fəğanam.  

                  Uzaq əsrlərin dərinliyindən  

                  Sabaha üz qoyan sonsuz karvanam.  

                  Sovqatı, bəxşişi açıq sinidə,  




20 

 

                  Ağzının  sonuncu tikəsini də 



                  Dosta bağışlayan, düşmənə verən 

                  Dumanlı Təbrizəm, çənli Zəncanam 

                  Hər şeyi alınıb tükənsə belə, 

                  Eşqi tükənməyən Azərbaycanam! 

     Tədbirin sonunda münsiflər heyəti qalibləri müəyyənləşdirir. 

Sonda isə qalib və digər iştirakçılara mükafat verilir. 



     

Azərbaycan xalqına qarşı  törədilən 1918-ci il Mart soyqırımı 

yubileyi ilə əlaqədar kitabxanada “Qanlı tarix rəsmlərdə” adlı 

rəsm müsabiqəsi də keçirilə bilər. Kitabxanaçı ilk olaraq mövzu 

ilə bağlı bir neçə  kitab və digər materialları məktəblilərə təqdim 

edir.

 

Müsabiqə zamanı xeyli sayda məktəblilər müsabiqəyə cəlb 



olunur və bu haqda məlumatlandırılırlar. Məktəblilər soyqırıma 

uyğun rəsmlər çəkirlər. İşğal olunmuş torpaqlar, dağıdılmış, ev-

eşiklər,  viran  qalmış    od-ocaq,  talan  olunmuş  mədəniyyət 

abidələri  ilə  bərabər  nənələrimizin,  analarımızın  ah-naləsi 

körpələrin  göz  yaşları,  ümumiyyətlə,  əbədi  iz  qoyan  anlar 

rəsmlərdə  həkk  olunur.    Şəkillərin  hazırlanması  üçün  uşaqlara 

iki  həftə  vaxt  verilir.  Müsabiqənin  qaliblərini  müəyyən  etmək 

üçün  münsiflər heyəti təyin olunur. Sözügedən heyət fərqlənən 

rəsmləri  diqqətli  bir  şəkildə  nəzərdən  keçirərək,  qalibləri 

müəyyən edirlər. Qaliblər təyin edildikdən  sonra xüsusi diplom 

və fəxri fərmanlarla mükafatlandırılırlar.  

     31  Mart  1918-ci  il  soyqırımını  məktəblilərə  və  eləcə  də 

gələcək  nəslə  tanıtmaq  məqsədilə  kitabxanaçı  məktəblərdə 

soyqırımdan  bəhs  edən  “Azərbaycanlıların  soyqırımı  bədii 



ədəbiyyatda”  başlıqlı  söhbət  də  keçirə  bilər.  Bunun  üçün 

kitabxanaçı  müxtəlif  adda  məktəblərə  gedir  və  məktəbin  akt 

zalında müxtəlif sinif şagirdlərinə mövzu haqda məlumat verir. 

Kitabxanaçı şagirdlərlə yanaşı, tarix və ədəbiyyat müəllimlərini 

də  tədbirə dəvət edir.  



21 

 

Kitabxanaçı:  Hər  il  mart  ayının  31-i  Azərbaycanda  dövlət 

səviyyəsində  azərbaycanlıların  soyqırımı  günü  kimi  anılır.  Bu 

təqvim son yüz  ildə  Azərbaycan tarixində baş vermiş faciələrin 

xalqın  yaddaşındakı  qanlı  izlərini  özündə  əks  etdirir. 

Azərbaycanlıların  kütləvi  şəkildə  qırılmasını,  repressiyalara 

məruz  qalmasını  XX  yüzilliyin  dünya  tarixinin  ən  qanlı 

səhifələrindən biri hesab etmək olar. Müəyyən tarixi dövrlərdə 

bəzi  aparıcı  dünya  dövlətlərinin  planlarına  uyğun  gələn                     

bu  siyasəti  reallaşdırması  üçün    müntəzəm  surətdə  ideoloji,           

hərbi  və  təşkilati  xarakterli  iş  aparılmış,  tədbirlər  həyata 

keçirilmiş, ən müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir. 

Xalqımızın  tarixi  kobud  şəkildə  saxtalaşdırılmış,  maddi                     

və  mədəniyyət  abidələrimiz,  toponimlərimiz  erməni  tarixçiləri 

və  “ideoloqlarının”  təcavüzünə  məruz  qalmışdır.  Bu  mənfur 

siyasətin  məqsədi  azərbaycanlıları  qədim  torpaqlarından 

sıxışdırıb  çıxarmaq,  bu  ərazilərdə  erməni  tarixçilərinin  və

 

ideoloqlarının  uydurduğu  “böyük  Ermənistan”  dövləti 



qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və 

soyqırımının qanlı fəsadları təkcə böyük Türk dünyasının deyil, 

bütün  bəşəriyyətin  başı  üstünü  qara  kabus  kimi  bürüməklə, 

insanlığa  qarşı  yönələn  ən  amansız,  dəhşətli  cinayətlərə  rəvac 

vermiş, əsrlər boyu bu vandalizmin qurbanı olan   Azərbaycan 

xalqında  dərin izlər buraxmışdır. 



    

Bu  soyqırımın  əsl  hüquqi-siyasi  qiyməti  isə



 

Azərbaycan 

xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  hakimiyyətə 

qayıdışından  sonra  almışdır.  Mart  hadisələrinin  80-ci 

ildönümündə  −  1998-ci  il  martın  26-da  ümummilli  liderimiz  

Heydər  Əliyevin  imzaladığı  fərman  erməni  millətçilərinin  

hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət 

olmuşdur.  Bu  sərəncam  Azərbaycanın  indiki  və  gələcək  

nəsillərini  milli yaddaşının qorunması  baxımından da bir növ 

proqram sənədidir. Əsrlər boyu 



 

azərbaycanlılara qarşı aparılmış   




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə