Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

22 

 

soyqırımı və deportasiya  siyasətini  geniş təhlil edən bu tarixi 



sənəddə 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd 

olunması  təsbitlənmişdir. Ötən illər ərzində Azərbaycan dövləti  

bu tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı və 

etnik təmizlənmənin dəhşətli miqyasını  beynəlxalq ictimaiyyətə 

çatdırmaq istiqamətində xeyli iş görmüşdür.

 

 

Kitabxanaçının 



çıxışından 

sonra 

məktəbin 

ədəbiyyat 

müəllimlərinə söz verilir. 

I  müəllim:  Azərbaycan    Xalq    Cümhuriyyətinin    15  iyul           

1918-ci  il  tarixi  qərarı  ilə  yaratdığı  Fövqəladə  Təhqiqat 

Komissiyasının    topladığı  və  rəsmləşdirdiyi  çoxsaylı,  zəngin 

sənədlər,  materiallar,    şahid    ifadələri    birincilərin    verdiyi          

siyasi  qiyməti  təsdiqləyən    danılmaz    arqumentlər  və  faktlar 

arsenalıdır. Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda  

heç  bir  siyasi    boya,  ideoloji  rəng  görünməsə  də  faktların, 

dəlillərin  inkaredilməzliyinə  baxmayaraq  azərbaycanlıların 

1918-ci  il  mart  soyqırımı  70  illik  “Qırmızı  qaranlıqlar” 

(Ə.Hüseynzadə)  dövründə  görünməz  olmuşdur.  Sovet  senzura 

aparatının  bütün  cəhdlərinə  baxmayaraq  azərbaycanlıların 

soyqırımına  həsr  olunmuş  əsərlər  mənəvi  terror  dalğalarından 

salamat çıxaraq müstəqilliyimizin bərpasından sonra “yaşamaq 

hüququ”  qazanmışdır.  Nəzərə  alınmalıdır  ki,  ermənilərin 

azərbaycanlılara  qarşı  ilk    kütləvi  qırğın    epidemiyası              

1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün 

Nəvvab  “1905-1906-cı  illərdə  erməni-müsəlman  davası”, 

Məmməd  Səid  Ordubadinin  “Qanlı  illər”  adlı  milli  yaddaş 

abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə 

bu  ənənə    inkişaf  etdirilərək  tarixi  hadisələr  bədii  ədəbiyyatda 

geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırmalıyıq 

ki, əldə etdiyimiz, haqqında  məlumat topldığımız bədii əsərlərin 

hamısı “mart hadiseyi-ələiyyəsi”ndən sonra yazılmış, müəllifləri 

soyqırımı  aksiyasının  şahidləri və zərərçəkənləri olmuşdur.      




23 

 

     Tanınmış  ədiblərdən  Cəfər  Cabbarlı  ailəsi  ilə  erməni 



bandalarının  hücumuna  məruz  qalmış,  döyüşlər  evlərindən 

azacıq  yuxarı,  “Ceyran  bağçası”  deyilən  yerdə  getdiyindən 

qadınları, uşaqları  və qocaları “qar  anbarı” adlanan  sığınacaqda 

gizlətmişdi.  Bir  gün  sonra  isə  daha  təhlükəsiz  yerə  −  Xızıya 

aparmaq  məqsədilə  anası  Şahbikə  xanımı,  əmisi  qızı  Sona 

xanımı,  böyük  qardaşı  Hüseynqulunun  qızlarını  və  qonşuları 

Məşədi Əbdülkərim  kişi ağır  yaralanmış, ailə üzvləri  təsadüf 

nəticəsində ölüm kabusundan  xilas olmuşdur.  

  Tənqidçi,  nasir,  jurnalist  Seyid  Hüseyn  yazırdı  ki,  “Mart 

hadisələri  zamanında  İsmailiyyə  binasından  çox  da  uzaq 

olmayan  bir  məhlədə  erməni  əsgərləri  tərəfindən  mühasirə 

edilmişdim...  Pulemyotların  dırıltısını,  topların  gurultusunu 

eşidirdim” (“İstiqlal” qəzeti, 1335, 4 şubat).  

     Erməni  bandalarının  həbs  edərək  3  gün  Mailov  teatrında 

saxladığı  və  yandırmaq  istədiyi  4000  nəfər  azərbaycanlıların 

içərisində  böyük  dramaturq  Hüseyn  Cavid  də  olmuşdur. 

Özünümüdafiə  dəstələrinin  ermənilərinin  bəd  niyyətlərindən 

xəbər tutması və hadisəyə müdaxiləsi  nəticəsində qanlı aksiya 

həyata keçirilməmişdir.  

    Tanınmış  şair,  nasir  və  pedaqoq  Hacı  Səlim  Səyyahın  ən 

yaxın qohumları və dostları mart faciəsinin qurbanı olmuşdur.  

    Üzeyir 

Hacıbəyov,  Məhəmməd  Hadi,  Mirzə  Bala 

Məmmədzadə, İbrahim  Xəlil  və digər sənətkarların, aydınların, 

söz  adamlarının    mart  faciəsinin    şahidləri  olduqları  müxtəlif 

səpkili əsərlər yazdıqları oxuculara məlumdur.  

   1918-ci ilin Mart soyqırımı gənc olmasına baxmayaraq, Cəfər 

Cabbarlının  yaradıcılığında  xüsusi  yer  tuturdu.  O,  əsasən 

Çəmbərəkənd  qəbiristanlığında,  indiki  Şəhidlər  xiyabanında  

dəfn  olunan  Mart  faciəsi  qurbanlarının  xatirəsini  anmaq  üçün 

“Dur, ey xalq olan millət” sərlövhəli bir mərsiyə də yazmışdır.  

Dərvişlər,  əsasən,  gənclər bu mərsiyəni şəhidlərin 7-sində və 




24 

 

40-da  məscidlərdə  və  küçələrdə  günahsız  qurbanlar  üçün  göz 



yaşı  tökmək,  əslində  isə  xalqı  maskalı  düşmənə  qarşı 

səfərbərliyə çağırmaq məqsədilə oxuyurdular. 



     Bu  misraları  oxumaq  üçün  məktəbli  önə  çıxaraq  oxumağa 

başlayır.  

                Gülzari –vətən soldu,  

                Millət xari-zar oldu, 

                Hamı payimal oldu,  

                Dur, ey xalq olan millət. 

                Bir yanda ədu çəllad, 

                Bir yan naləvü-fəryad,  

                Ol bu zülmdən azad,  

                Dur, ey xalq olan millət. 

                Əl çək bu həqarətdən, 

                Qurtar bu əsarətdən

                Xar ol bu xəcalətdən, 

                Dur, ey xalq olan millət. 

       Şeir-mərsiyə,  yas  mərasimlərində  oxunmaq  məqsədilə 

yazılsa da, dərin ictimai məzmun kəsb edir. Müəllif bu şeirində 

“əbu-cəllad” lara erməni terrorçularına və onların havadarlarına 

qarşı  zülmdən və əsarətdən azad olmaq üçün “xar olan millət”i 

ayağa  durmağa,  səfərbərliyə  və  mübarizəyə  səsləyir.  Xalqını  

“na  ləvü-fəryad”lardan  oyanmağa,  “payimal”  olmaqdan 

usanmağa,  vətənin,  millətin  “xarizar”ından  bezib  qaniçən,  

başkəsənlərə  qarşı  haqqını  və  şərəfini  qorumağa  çağırır. 

Yazıldığı vaxtdan 85 il keçməsinə baxmayaraq, əsər bu gün də  

aktual səslənir.  

   Cəfər  Cabbarlının  eyni  mövzuya    həsr  etdiyi    digər  dəyərli  

sənət  əsəri  onun  “Əhməd  və  Qumru”  hekayəsidir.  Əsərin 

mövzusu əslən şamaxılı olan iki gəncin − Əhməd və Qumrunun  

saf  və  təmiz  məhəbbətindən,  şirin  arzularından,  bir-birilərinə 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə