Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

15 

 

divar  qəzetində  qeyd  edir  və  slayd  hazırlayır.  Ən  yaxşı  rəy 



bildirən,  slayd  hazırlayan  oxucu  kitabxananın  müdriyyəti 

tərəfindən mükafatlandırılır.  

     Azərbaycan  xalqına    qarşı  1918-ci  il  Mart  soyqırımı  ilə 

əlaqədar kitabxanalarda keçiriləcək tədbirlərdən biri də “Vətən 



haqqında bir az ” adlı şeir müsabiqəsidir. Kitabxanaçı ilk olaraq 

mövzu ilə bağlı bir neçə şeir kitabını məktəblilərə təqdim edir. 

Məktəblilər müəyyən etdikləri şeiri  əzbərləyərək təyin edilmiş 

tarixdə  kitabxanaya  gəlirlər.  Qonaqlar  və  münsiflər  öz  yerini 

aldıqdan sonra kitabxanaçı hər kəsi salamlayaraq tədbirə keçid 

alır.  O,  ilk  olaraq  erməni  təcavüzü,  Azərbaycanın  dəfələrlə 

rastlaşdığı zorakılıqdan və ən faciəli səhifəmiz olan soyqırımdan 

bəhs  edir.  Eyni  zamanda  bu  mövzuda  yazılmış  əsərlər  və 

kitablardan söhbət açır.  

Kitabxanaçı:  Azərbaycanlılara  qarşı  soyqırım  siyasətinin 

təzahürləri  son  yüzillikdə  daha  qabarıq  şəkildə  özünü  büruzə 

verməsinə  baxmayaraq,  bu  əməllərin  başlanğıcı  çox-çox 

əvvəllərə gedib çıxır. Xalqımızın zaman-zaman başına gətirilən 

faciələrin, bəlaların kökləri daha dərindir. Üç yüz ildən artıq bir 

dövrdə  bu  siyasət  ayrı-ayrı  vaxtlarda,  müxtəlif  formalarda 

həyata keçirilsə də, məzmun, qayə etibarilə bir məqsədə xidmət 

edib.  


     1828-ci  il  fevralın  10-da  Təbriz-Tehran  yolunun  üstündə 

yerləşən  Türkmənçay  kəndində  Rusiya–İran  müqaviləsi 

bağlandı.  Martın  20-də  Rusiya  hökmdarı  I  Nikolay  bu 

müqaviləni  təsdiq  etdi  və  elə  ertəsi  gün  yeni  inzibati  vahid 

İrəvan  və  Naxçıvan  xanlıqları  əraziləri  əsasında  “Erməni 

vilayəti” yaradıldı. Türkmənçay müqaviləsinin  15-ci maddəsinə  

əsasən  İranda  yaşayan  ermənilərə  sərbəst  surətdə  Rusiyanın 

himayəsinə  keçmək  hüququ  verildi.  Əslində,  ermənilərin 

Qafqaza  köçürülməri  işinə  ondan  bir  il  əvvəl  hazırlıq 

aparılmışdı,  yəni  1827-ci  ildə  İrandan   Azərbaycan

 

ərazilərinə 




16 

 

köçürülən  yüzlərlə  erməni  ailəsi  üçün  yerlərdə  hər  cür  şərait 



yaradılırdı.  

     1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsindən  sonra 

da  ermənilər  Türkiyədən  tarixi  Azərbaycan  torpaqlarına 

köçürülürdülər.  Hətta  bu  iş  üçün  1829-cu  ildə  Rusiya  tərəfi 

xüsusi  komitə  təşkil  etmiş  və  12  maddəlik  ümumi  qaydalar 

müəyyənləşdirmişdi.  Bu  təkzibolunmaz  faktı  xatırlatmaq 

istərdik  ki,  azərbaycanlılara  qarşı  son  üç  yüz  ildə  soyqırım  

siyasətinin  keçirilməsinin əsas səbəbkarları indiki Ermənistanda 

yaşayan ermənilər və onların sələfləridir. O sələflər ki, onların 

hamısı  vaxtilə  İrandan,  Türkiyədən,  daha  sonra  Suriyadan, 

Livandan,  Yunanıstandan  Bolqarıstandan,  Rumınyadan,  Qərbi 

Azərbaycana  –  indiki  Ermənistana  köçüb  gəliblər,  bəzən  də 

gətiriliblər.  Məhz  bu  proseslərin  nəticəsi  olaraq  1905-1906-cı 

illərdə  azərbaycanlılara  qarşı  təkcə  Qərbi  Azərbaycanda  deyil, 

Şimali və Şərqi

 

Azərbaycanda da soyqırım tədbirləri keçirməyə 



müvəffəq oldular... 

     Təkcə  Cənubi  Azərbaycanın  Urmiya  şəhəri  və  onun                    

ətraf  ərazilərində  ermənilər  150  minə  yaxın  Azərbaycan 

əhalisini qətlə yetirmişlər. Məhz bu proseslərin davamı  və ən           

yüksək  zirvəsi  kimi  1988-1990-cı  illərdə  Ermənistanda 

azərbaycanlıların  kökünü  kəsmək  və  “türksüz  Ermənistan” 

yaratmaq məqsədilə soydaşlarımıza qarşı əsrin ən ağır və qəddar 

vəhşilikləri  həyata  keçirildi...  Azərbaycanlılara  qarşı  soyqırım 

siyasəti  həyata  keçirilərkən  bu  iş  bütün  dövrlərdə    və  bütün 

hallarda  əvvəlcə  deportasiya,  onun  ardınca  da  soyqırımların 

başlanması  ilə  müşayiət  olunmuşdur.  Adətən,  köçürülmələr 

soyqırımlarla başlanmış,  soyqırımlarla tamamlanmışdır.  

     Əsrin  əvvəlində  əksər  əhalisi  azərbaycanlı  olan  İrəvan 

şəhərindən  və  Ermənistan  SSR-in  digər  bölgələrindən 

soydaşlarımız  təqiblərə  məruz  qalaraq  kütləvi  surətdə 

qovulurdu.  Azərbaycanlıların  hüquqları  ermənilər  tərəfindən 




17 

 

kobudcasına  pozulur,  ana  dilində  təhsil  almalarına  əngəllər 



törədilir,  onlara  qarşı  repressiyalar  həyata  keçirilirdi. 

Azərbaycan  kəndlərinin  tarixi  adları  dəyişdirilir,  toponimika 

tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla 

əvəzolunma  prosesi  baş  verirdi.  Saxtalaşdırılmış  erməni  tarixi 

gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq 

üçün  dövlət  siyasəti  səviyyəsinə  qaldırılırdı.  Böyük  humanist 

ideallara  xidmət  edən  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti 

ruhunda  tərbiyə  olunmuş  yeni  nəslimiz  ekstremist  erməni 

ideologiyasının təqiblərinə məruz qalırdı. 

     Kitabxanaçının  çıxışından  sonra  iştirakçılar  bir-bir  səhnəyə 

yaxınlaşaraq öz şeirlərini deməyə başlayır.  

I iştirakçı Təhməz Tənhanın “Əsas qəsbkar hayeslər” adlı şeiri 

söyləyir:  

                Yayıldı ermənilər  bütün dünyaya,  

                Hansı dövlətləri misal çəkim mən,  

                Onlara şahiddir hər dağ, hər qaya,  

                Səslərə səs verir hər bir qitədən. 

                İslam dünyasının hər bucağında,  

                Erməni diasporu təşkil olundu.  

                Onların işinin hər qurluşunda,  

                Rusiya tükənməz  dayaq dururdu. 

                Hansı ki,  daha çox fitnəkardılar. 

                Onlardan istərdim misal çəkim mən,  

                Faktları yazmağa ixtiyarım var. 

                Tarixdən götürürəm həmin faktları,  

                Yalan sözləri  mən yazmaram heç vaxt,  

                Qoy bilsin kainat, o əclafları, 

                Onların ucundan olmuşuq bədbəxt... 

 

II iştirakçı Eldar İsmayılın  “Yoxdu, yox” adlı şeirini söyləməyə 

başlayır: 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə