Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix12.10.2018
ölçüsü1,03 Mb.
#73703
1   2   3   4   5   6   7   8   9   10

 

yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 



Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, 

ona  düzgün  hüquqi-siyasi  qiymət  verilməsinə  maneçilik 

törədərək  azərbaycanlıların  mənfi  obrazını  yaratmış,  özlərinin 

qəsbkar  torpaq  iddialarını  pərdələmişlər.  1918-ci  ilin  mart 

ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında 

Bakı  Kommunası  tərəfindən  ümumən  Bakı  quberniyasını 

azərbaycanlılardan  təmizləmək  məqsədi  güdən  mənfur  plan 

həyata  keçirilməyə  başlandı.  Həmin  günlərdə  ermənilərin 

törətdikləri  cinayətlər  Azərbaycan  xalqının  yaddaşına  əbədi 

həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli 

mənsubiyyətinə  görə  məhv  edilmişdir.  Ermənilər  evlərə  od 

vurmuş,  insanları  diri-diri  yandırmışlar.  Milli  memarlıq 

incilərini,  məktəbləri,  xəstəxanaları,  məscid  və  digər  abidələri 

dağıtmış,  Bakının  böyük  bir  hissəsini  xarabalığa  çevirmişlər. 

Azərbaycanlıların  soyqırımı  Bakı,  Şamaxı,  Quba  qəzalarında, 

Qarabağda,  Zəngəzurda,  Naxçıvanda,  Lənkəranda  və 

Azərbaycanın  başqa  bölgələrində  xüsusi  qəddarlıqlarla  həyata 

keçirilmişdir.  Bu  ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə 

yetirilmiş,  kəndlər  yandırılmış,  milli  mədəniyyət  abidələri 

dağıdılıb məhv edilmişdir. 

  Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin 

mart  hadisələrinə  xüsusi  diqqət  yetirmişdir.  Nazirlər  Şurası 

1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə 

İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. 

Komissiya  mart  soyqırımını,  ilkin  mərhələdə  Şamaxıdakı 

vəhşilikləri, 

İrəvan  quberniyası  ərazisində  ermənilərin 

törətdikləri ağır cinayətləri araşdırdı.  Dünya ictimaiyyətinə bu 

həqiqətləri  çatdırmaq  üçün  Xarici  İşlər  Nazirliyi  nəzdində 

xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki 

dəfə  Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümummilli 

matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara 




 

qarşı  yürüdülən  soyqırımı  və  bir  əsrdən  artıq  davam  edən 



torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət 

vermək  cəhdi  idi.  Lakin  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın 

sovetləşməsindən  öz  çirkin  məqsədləri  üçün  istifadə  edən 

ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər 

torpaqlarını  Ermənistan  SSR-in  ərazisi  elan  etdilər.  Sonrakı 

dövrdə  bu  ərazilərdəki  azərbaycanlıların  deportasiya  edilməsi 

siyasətini  daha da  genişləndirmək məqsədilə  yeni  vasitələrə  əl 

atdılar.  Bunun  üçün  onlar  keçmiş  SSRİ  Nazirlər  Sovetinin  23 

dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa 

azərbaycanlı  əhalinin  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına 

köçürülməsi  haqqında”  xüsusi  qərarına  və  bunun  əsasında, 

1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından 

kütləvi  surətdə  deportasiyası

 

Erməni 


millətçiləri 

öz 


havadarlarının  köməyi  ilə  50-ci  illərdən  etibarən  Azərbaycan 

xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. 

Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal 

və  qəzetlərdə  milli  mədəniyyətimizin,  klassik  irsimizin, 

memarlıq  abidələrimizin  ən  nəfis  nümunələrinin  guya  erməni 

xalqına  mənsub  olduğunu  sübut  etməyə  çalışırdılar.  Eyni 

zamanda  onlar  tərəfindən  bütün  dünyada  azərbaycanlıların 

mənfi obrazını formalaşdırmaq cəhdləri də  güclənirdi. “Yazıq, 

məzlum  erməni  xalq”ının  surətini  yaradaraq  əsrin  əvvəlində 

regionda  baş  verən  hadisələr  şüurlu  surətdə  təhrif  olunur, 

azərbaycanlılara  qarşı  soyqırım  törədənlər  soyqırım  qurbanları 

kimi  qələmə  verilirdi.  Rəsmi  mənbələrə  əsasən  soyqırımın 

nəticəsində  12  minə  yaxın  azərbaycanlı  qətlə  yetirilmiş,  on 

minlərlə  insan  itkin  düşmüşdür.  Ümummilli  lider  Heydər 

Əliyevin  26  mart  1998-ci  il  tarixli  Sərəncamı  ilə  31  mart 

Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 




 

31  Mart  soyqırımı  ilə  əlaqədar  olaraq,    kitabxanada  bir  sıra  



tədbirlər:  kitab  müzakirəsi,  oxucu  konfransı,  rəsm  və  şeir 

müsabiqəsi, səhnəciklər, icmal, anım gecəsi və s. keçirilə bilər. 

31  Mart  soyqırımı  haqqında  şagirdləri  və  gənc  nəsli 

maarifləndirmək  məqsədilə  kitabxanada  kitab  sərgisi  təşkil 

olunmalıdır.  Sərgiyə  müxtəlif  başlıqlar  verilə  bilər:  “İki  əsr 

davam edən xislət”, “Türkün soyqırımı”, “Ermənilərin genosidi, 

yoxsa  genetik  həyasızlığı”,  “Əzəli  və  əbədi  düşmən”,  “Mart 

soyqırımı  xalqımıza  qarşı  törədilmiş  bəşəri  cinayət  idi”, 

“Faciələrimiz  unudulmayacaq”,  “Al  qana  boyanmış  bahar 

günləri”, “Mart Soyqırımı: bəşəriyyət sussa da, faktlar susmur”, 

“Sağalmayan yaralar”, “Bu qan yerdə qalan deyil”, “Bir şəhiddir 

ürəyim”, “Mənfur erməni terrorunun qurbanları”,  “Azərbaycan 

ağrısı”, “Bir əsrə sığmayan zülm”, “Ağlayan daşlar”,

 “

Soyqırım 



açıq və gizli formalarda”, “Qana bələnmiş tarix”, “Əbədiyyətə 

qovuşanlar”, “Qanlı səhifələr”,  “Türksüz Ermənistan yaratmaq 

məqsədi”, “Həqiqət və haqq işi gec olsa da, güc olur” və s.   

     31 Mart soyqırımı ilə bağlı şəkillərdən ibarət fotostend və bu 

faciədən  bəhs  edən  kitablar  sərgidə  öz  yerini  alır.  Müxtəlif 

ədiblərin,  görkəmli  şəxsiyyət  və  tarixçilərə  məxsus  kəlam  və 

materiallar  da  sərgidə  nümayiş  oluna  bilər.  Bütün  bunlarla 

yanaşı,  sitatlar  və  şeir  parçaları  sərginin  daha  da 

dolğunlaşmasına səbəb olar. 

 

 

 

 

 

 

 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə