Büdcə prosesi və bu prosesdə ictimai iştirak



Yüklə 35,5 Kb.
tarix01.09.2018
ölçüsü35,5 Kb.
#66265

Milli Büdcə Qrupunun “Büdcə prosesi və bu prosesdə ictimai iştirak” layihəsi çərçivəsində ABŞ-a səfərinin nəticələri üzrə mətbuat konfransı

25 Noyabr –03 Dekabr 2006-cı il tarixlərində MBQ-nun ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərinə səfəri olmuşdur. Səfər Revenue Watch, USAID, World Learning təşkilatlarının maliyyə və təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Səfər zamanı Beynəlxalq Valyuta Fondu (İctimai Əlaqələr (Jennifer Bisping), Büdcə-vergi şəffaflığı (Taryn Parry) və Orta Şərq və Mərkəzi Asiya (Vitali Kramarenko) şöbələri), Dünya Bankı (Azərbaycan, Orta Asiya, İsveçrə, Serbiya və Polşa üzrə icraçı direktor Michael Mordasini) kimi beynəlxalq maliyyə institutları, Konqresin Büdcə Ofisi, ABŞ Xəzinədarlığı (Maliyyə Nazirliyi), Konqres kitabxanası kimi dövlət idarələri, həmçinin Bank Məlumat Mərkəzi, Amerika İnkişaf Mərkəzi, Büdcə və Siyasət Prioritetləri Mərkəzi, Yeni Amerika Fondu, Strateji və Beynəlxalq Tətqiqatlar Mərkəzi, Vətəndaşın Büdcə Komissiyası kimi geniş təcrübəli və təsirli vətəndaş cəmiyyəti institutları ilə görüşlər keçirilmişdir. Bütün keçirilən görüşlərdə MBQ-nin fəaliyyəti, prioritetləri, layihələri və nəaliyyətləri barədə geniş məlumat verilmiş, həmçinin bu qurumların MBQ ilə gələcək fəaliyyət istiqamətləri müzakirə edilmişdir. Öz növbəsində həmin təşkilatlar ABŞ-ın büdcə prosesi və hökumətin hər bir qolunun bu prosesdəki rolu və məsuliyyəti, eyni zamanda vətəndaş cəmiyyətinin bu prosesdəki iştirakı barədə məlumat vermişlər. Koqresin kitabxanası, Beynəlxalq Valyuta Fondu və Konqresin Büdcə ofisi MBQ üzvlərini geniş iqtisadi ədəbiyyatla təmin etmişlər.
Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə