Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

29

pasport  kimi  şəxsiyyətlərini  təsdiq  edən  sənədləri  olmur.  Hətta  əvvəl 

olduğu  ölkə  müəyyən  edilsə  belə,  o  ölkə,  bu  şəxsləri  qəbul  etməyə 

dərhal razılaşmır. Bu hallarda həbsdən istifadə etməməyə çalışmaq və 

yalnız insan hüquqları sahəsində beynəlxalq hüquqa uyğun olan milli 

qanunvericiliyə  əsaslanaraq  şəxsi  həbs  etmək  lazımdır.  Hər  şeydən 

əvvəl, həbsə olan alternativlərin tətbiq edilə bilməyəcəyi barədə dəqiq 

göstərişlərin  olduğu  hallar  istisna  olmaqla,  alternativləri  nəzərdən 

keçirmək lazımdır.  

Müvafiq ölkədə olmağa icazəsi olmayan apatridlər yalnız bütün müm-

kün alternativ variantlar nəzərdən keçiriləndən sonra həbs edilə bilərlər. 

həbs  barədə  müstəsna  qərar  verildiyi  halda,  hakimiyyət  orqanları 

bu  həbsin  əsaslı  və  qoyulan  məqsədlərə  cavab  verib-vermədiyini 

müəyyənləşdirməlidirlər. Həbs mütləq hesab edildiyi halda ayrı-seçkilik 

olmadan və yalnız minimal müddətdə həyata keçirilməlidir. BMT QAK 

müvafiq sorğuya cavab olaraq bu məsələ üzrə lazımi məsləhətlər verə 

bilər.



30

Əsassız saxlanılma məsələləri üzrə İşçi Qrup. 

BMT-nin  İnsan  Hüquqları  Komissiyası  1985-ci  ildən  başlayaraq, 

dünya  ictimaiyyətinin  narahatlığına  səbəb  olan  əsassız  saxlanılma 

məsələsini öyrənir. Bu Komissiya, ayrı-seçkiliyin qarşısının alınması 

və  azlıqların  müdafiəsi  üzrə  Alt-Komissiyaya  bu  problemin  dəqiq 

araşdırılmasını  və  bu  təcrübənin  azaldılması  üzrə  tövsiyələrin 

hazırlanmasını  tapşırmışdı.  Eyni  zamanda,  azadlıqdan  məhrum 

edilmiş  bütün  şəxslərə  zəmanətlərin  verilməsi  ilə  əlaqədar 

narahatlıq 1988-ci il dekabr ayında BMT-nin Baş Məclisi tərəfindən 

Hər  hansı  formada  saxlanma  və  ya  həbsə  məruz  qalmış  bütün 

şəxslərin müdafiəsi Prinsiplərinin məcmusunun qəbul olunmasında 

ehtiva  olundu.  1990-cı  ildə  yuxarıda  göstərilən  Alt-Komissiyanın 

məruzəsində  göstərilən  tövsiyələrin  yerinə  yetirilməsi  məqsədi  ilə, 

İnsan  hüquqları  Komissiyası  əsassız  saxlanılma  məsələləri  üzrə 

İşçi Qrup yaratmışdı. Daha sonra İşçi Qrup həbs etmə və həbsdə 

saxlanılmanı tənzimləyən aşağıdakı prinsipləri işləyib hazırlamışdı:

Prinsip 1

Sərhəddə  və  ya  qeyri-qanuni  keçmə  hallarında  milli  ərazinin 

daxilində  dindirilmə  üçün  saxlanılan  sığınacaq  axtaran  şəxs  və  ya 

immiqrant ən azı şifahi formada, və onun üçün başa düşülən dildə 

onun sərhədi keçməsinə və ya ölkə ərazisində müvəqqəti olmasına 

icazənin  verilməsindən  imtinanın  xarakteri  və  səbəbləri  barədə 

məlumatlandırılmalıdır.

Prinsip 2

Həbsdə olarkən, sığınacaq axtaran şəxs və ya immiqrantın cəmiyyətlə 

əlaqə saxlamaq hüququ olmalıdır, həmçinin, telefon, faks və elektron 

poçtdan istifadə etməklə və hüquqşünasla, konsulluq nümayəndələri 

və qohumlarla əlaqə saxlamaq.   

Prinsip 3

Həbsdə olan sığınacaq axtaran şəxs və ya immiqrant gecikdirilmədən 

məhkəmə və ya digər hakimiyyət orqanları qarşısında durmalıdır.

Prinsip 4

Həbsdə  olan  sığınacaq  axtaran  şəxs  və  ya  immiqrant  onun  adı, 

saxlanılma  səbəbləri  və  saxlanılma  barədə  səlahiyyətli  orqanın 

qərarı, həmçinin, həbs edilmə və azad edilmə vaxtı olan nömrələnmiş 

və  tikilmiş  vərəqləri  olan  jurnala  imza  atmalıdır,  və  ya  bu  şəxsə 

münasibətdə  prosedur  zəmanətlərini  təmin  edən  başqa  vasitələr 

tətbiq edilməlidir.



31

Prinsip 5

Həbsdə  saxlanılan  sığınacaq  axtaran  şəxs  və  ya  immiqrant  orada 

işləyən daxili qaydalar barədə və tətbiq olunduqda onların pozulmasına 

görə intizam tədbirləri barədə, həmçinin, cəmiyyətlə əlaqə saxlamaq 

hüququndan məhrum edilmənin mümkünlüyü və bu tədbiri müşayiət 

edən qarantiyalar barədə məlumatlandırılmalıdır.

Prinsip 6

Qərar  lazımi  səlahiyyətləri  olan  hökumət  nümayəndəsi  tərəfindən 

qəbul edilməli və qanunla müəyyən edilmiş qanunçuluq meyarlarına 

əsaslanmalıdır. 

Prinsip 7

Həbsdə  saxlanılmanın  minimal  müddəti  qanunla  müəyyən  edilir  və 

saxlanılma heç bir halda müddətsiz və ya uzunmüddətli olmamalıdır.

Prinsip 8

Həbsə alma haqqında qərar yazılı surətdə sığınacaq axtaran şəxs və 

ya immiqrantın başa düşdüyü dildə, görülən tədbirin əsaslandırılması 

ilə  verilməlidir;  orada  sığınacaq  axtaran  şəxs  və  ya  immiqrantın 

görülən  tədbirin  qanuniliyi  barədə  gecikdirilmədən  qərar  verməli  və 

müvafiq halda şəxsin azad edilməsi barədə qərar verməli məhkəmə 

instansiyasına müraciət edə bilməsinin şərtləri göstərilməlidir. 

Prinsip 9

Saxlanılma yeri xüsusilə bu məqsəd üçün nəzərdə tutulmuş dövlət 

müəssisəsi  olmalıdır.  Praktiki  cəhətdən  bu  mümkün  olmadıqda 

sığınacaq axtaran şəxs və ya immiqrant cinayət törətməyə görə həbs 

edilən şəxslərdən ayrı saxlanılmalıdır.

Prinsip 10

BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının (BMT QAK), Beynəlxalq 

Qırmızı Xaç Komitəsinin (BQXK) və müvafiq hallarda lazımi şəkildə 

səlahiyyətləndirilmiş  qeyri-hökumət  təşkilatlarının  nümayəndələrinə 

həbsdə saxlanılma yerlərinə lazımi qaydada çıxış təşkil olunmalıdır.

Vətəndaşlığı olmayan şəxs kimi tanınan fərdlərin hansı hüquq və 

vəzifələri var?

Statusundan və müəyyən ölkədə olmalarının xarakterindən asılı olma-

yaraq, bütün şəxslərə aid olan əsas insan hüquqları mövcuddur. On-

lara, məsələn, işgəncələrin tətbiqinin qadağan edilməsi və ayrı-seçkili-




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə