50
Dializ
stadiyasında və ya daha tez nefroloqun məsləhətinə göndərməlidirlər.
Bu zaman əsas xəstəlik dəqiqləşdirilir, sürətli proqresə səbəb
olan risk faktorları aradan qaldırılır (şəkərli diabet, hipertenziya,
siqaretçəkmə, nefrotik sindrom).
Düzgün qurulmuş müalicə tədbirləri nəticəsində əksər xəstələr
uzun illər BXX-nin erkən mərhələsində də qalırlar. Ürək-damar
xəstəliyi ilə olan bəzi pasientlər BXX-nin dializ müalicəsi tələb
olunan mərhələsinə çatana qədər tələf olurlar.
2.5. XBÇ-nin klinikası
2.5.1. Şikayətlər, xəstəlik və həyat tarixi
XBÇ zamanı xəstələrin erkən şikayətləri iştahanın azalması, ağızda
pis dad və quruluq, ürəkbulanma, epiqastral nahiyyədə ağırlıq və s.
meydana çıxır. Həmçinin poliuriya, nikturiya, yorğunluq, halsızlıq,
üşümə, yuxu pozğunluqları (gündüz yatmaq, gecə yuxusuzluq), dəri
qaşınması, baldır əzələlərində tonik qıcolmalar, “narahat ayaqlar” və
s. müşahidə olunur. Yüksək arterial hipertenziya zamanı baş ağrısı,
görmənin pozulması, hətta korluq müşahidə edilir.
Xəstəliyin tarixinin analizi xəstənin halının axırıncı pisləşməsinin
səbəbinin infeksion faktorlar, soyuqdəymələr, başqa orqanlarda
cərrahi əməliyyatlar, zəhərlənmələr, qanitirmə və s. olması aşkarlanır.
Həyat tarixinin öyrənilməsi zamanı anamnezdə böyrək daşlarının
xaric olması, başqa orqan və sistemlərin xroniki xəstəlikləri,
qadınlarda hamiləlik zamanı proteinuriya, arterial hipertenziya və
ödemlərin olmasına diqqət yetirmək lazımdır.
2.5.2. Obyektiv müayinə
Xəstələr apatik, yorğun görkəmdə, hərəkətlərində və suallara
cavablarda ləngimiş olurlar.
Dəri subikterik, boz çalarlı, xəstəliyin ağır mərhələlərində
torpaq rəngində olur. Buna səbəb anemiya və uroxromun dəridə
artıq yığılmasıdır. Dəri quru olur, çünki bir tərəfdən, böyrək
51
xəstəliyi zamanı xəstələr tərləmirlər, digər tərəfdən, dəridə distrofi k
dəyişikliklər baş verir. Həmçinin dəriyə və dəri altina qansızmalar,
qaşınma nəticəsində cırmaq izləri, dəri turqorunun aşağı düşməsi
zamanı onun qırışması müşahidə olunur. Bəzən karbamidin çox
yüksək səviyyəsində o, üz dərisinə ağ toz kimi çökə bilər. Tez-tez
burun qanaxmaları, ağızdan ammonyak iyi müşahidə edilir.
Əzələlərin tədricən atrofi yası, tonusunun aşağı düşməsi baş verir.
Oynaqlarda ağrılar (artralgiya), xüsusən pəncənin baş barmağında
tez-tez rast gəlir. Ağrılar əksər halda ikincili podaqra nəticəsində
meydana çıxır. Ayaqlarda zəifl ik və intensiv ağrılar (uremik
polineyropatiya) və ya sümükdə ağrılar (osteodistrofi ya) müşahidə
olunur.
XBÇ zamanı müşahidə olunan simptomlar bütün orqan və
sistemləri əhatə edir (cədvəl 2.9)
Cədvəl 2.9
XBÇ zamanı simptom və sindromlar
Sistemlər
Kliniki əlamətlər
Ürək-damar
Hipertenziya, SMH, kardiomiopatiya, XÜÇ,
kəskin koronar sindrom
Endotelial
Proqresedən sistemli ateroskleroz
Qanyaranma
Anemiya, hemorragik sindrom
Sümük
Fibroz osteit, osteomalyasiya
MBT
Peptik xora, MBT selikli qişasının angio dis-
plaziyası, malabsorbsiya sindromu
İmmun
Virus və bakteriya gəzdiriciliyi, infeksiyon və
onkoloji xəstəliklər, disbakterioz
Cinsi
Hipoqonadizm, ginekomastiya
Zülal mübadiləsi
Hiperkatabolizm, malnutrition sindromu
Lipid mübadiləsi
Hiperlipidemiya, oksidativ stress
Karbohidrat mübadiləsi İnsulunrezistentlik, şəkərli diabet
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
52
Dializ
Xəstəliyin gedişi uzunmüddətli olmaqla poliuriya müşahidə
olunur, xəstə tədricən çəkisini itirir, anemiya və arterial hipertoniya
proqress edir. Xəstələrin çəkisinin aşağı düşməsi poliuriya nəticə-
sində bədəndə ümumi suyun azalması ilə yanaşı, qidalanma poz-
ğunluğu nəticəsində əzələ kütləsinin itirilməsi ilə əlaqədar baş verir.
Xəstələrin vəziyyətinin qısa müddətdə pisləşməsinin səbəbi,
əksər halda böyrəklərdə patoloji proseslərin hər hansı aqressiv faktor
(kəskin respirator xəstəliklər, soyuqdəymə, qan itirmə, travma,
cərrahi müdaxilə və s.) nəticəsində kəskinləşməsi və XBÇ-nin
proqress etməsi olur.
2.5.3. Su-elektrolit mübadiləsinin pozğunluqları
Böyrəklərin qatılaşdırma funksiyasının azalması nəticəsində
XBÇ-nin erkən əlamətlərindən olan poliuriya meydana çıxır.
Böyrəklərin qatılaşdırma funksiyasının pozulmasının səbəbi
kimi, natrium və suyun kanalcıqda reabsorbsiyasının azalması,
kanalcıq epitelisinin ADH-yə rezistentliyi, böyrək məməciyinin
ağır zədələnməsini qeyd etmək lazımdır. Belə ki, sağlam şəxslərdə
sidiyin maksimal osmolyarlığı 1200 mosm/l çatırsa və bu səviyyə
qanın osmolyarlığından 4 dəfə çoxdursa, XBÇ zamanı bu göstərici
350 mosm/l-dən artıq olmur. Ona görə də XBÇ zamanı gün ərzində
600 mosm yarada bilən tərkibi böyrəklərlə xaric etmək üçün 2 l-dən
artıq sidik ifraz etmək lazım olur. Bu səbəbdən də XBÇ zamanı
poliuriya müşahidə olunur. Həmçinin hiperazotemiya, xüsusən
(karbamidin yüksək səviyyəsi) böyrək üçün yüksək osmotik yük
olmaqla poliuriyaya da səbəb olur. XBÇ zamanı müşahidə olunan
nikturiyanın səbəbi bir tərəfdən, yorğan-döşəkdə böyrəklərin
qan dövranının isinməkdən artmasıdırsa, digər tərəfdən, uzanmış
halda bel lordozunun azalması və böyrək venoz qan dövranının
yaxşılaşaraq böyrəklərdə olan durğunluğun aradan qalxmasıdır.
Əgər poliuriya müşahidə olunan xəstə kifayət qədər maye qəbul
etmirsə, onun bədəni çox asanlıqla dehidratasiya vəziyyətinə düşə
Dostları ilə paylaş: |