Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə10/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   6   7   8   9   10   11   12   13   ...   120

36

Dializ

infi ltrasiya  etməsi onun güclü proliferasiyasına səbəb olur ki, bu 

da  yumaqcıqların fi brozlaşması və sklerozlaşmasına gətirib çıxarır. 

Sistem hipertenziya, proteinuriya, hiperlipidemiya qlomeruloskleroz 

və fi brozun patogenezində əsas yer tutduğu üçün onlarla mübarizə 

nefroproteksiyanın strategiyasını təşkil edir.

Nefropatiya ilə olan xəstələrdə böyrəklərin funksiyasının enməsi 

ilə XBÇ geriqayıtmaz  şəkildə proqress edir, hətta TXBÇ-nin baş 

verməsi və dializ müalicəsinin lazım olacağı vaxtını söyləməyə 

imkan verir. Bununla belə, əksər xəstələrdə XBÇ gedişinin xarakterini 

əvvəlcədən söyləmək mümkün olmur, bəzən böyrək funksiyasının 

ağır pozğunluğu gözlənilməz remissiyalarla əvəz olunur. Hələ 

R.Brayt 180 il öncə remissiya baş verməsi və  xəstənin aktiv hə-

yata qayıtmasının mümkünlüyünü qeyd etmişdir. H. De Wardener 

(1967) göstərmişdir ki, xroniki pielonefrit zamanı 10–20 il böyrək 

funksiyası  dəyişməz qala bilir, amma aqressiv faktorun təsirindən 

xəstənin halı qəfl ətən pisləşir və o, bir neçə günə uremiyadan ölür. 

Adətən, belə epizodlar ikincili olaraq onları yaradan hər hansı bir 

hadisənin nəticəsi kimi təzahür edir. Belə səbəblər çox zaman kəskin 

infeksiya, cərrahi  əməliyyatlar, dehidratasiya (ishal, qusma və s.), 

travma, kəskin ürək-damar ağırlaşmaları ola bilər.

XBÇ-nin proqress etmə sürətinə ona səbəb olan xəstəliyin də təsiri 

vardır. XQN nəticəsində baş verən XBÇ-nin proqress tempi İN və ya 

hipertonik nefroangiosklerozdan (HNS) daha sürətli olur. Xəstəliyin 

proqressinə  təsir edən risk faktorları arasında proteinuriya yeganə 

müstəqil faktor hesab olunur. Başqa səbəblər arasında ahıl yaş, 

kişi cinsi, qara dərili irqə mənsubluq, arterial hipertenziya, siqaret 

çəkmək kimi hallar risk faktoru qrupuna aid edilir.



2.4. Böyrəyin xroniki xəstəliyi 

Hazırda bütün inkişaf etmiş ölkələrdə ilbəil XBÇ-nin rastgəlmə 

tezliyi artmaqda davam edir. ABŞ-da yarım milyondan artıq insan 

TXBÇ diaqnozu ilə  BƏT müalicəsi alır, 20 mln. nəfər böyrək 

xəstəliklərindən əziyyət çəkir və 20 mln. adam isə risk qrupuna aid 



37

edilir. Artıq XBÇ-nin müalicəsi üçün geniş miqyasda istifadə olunan 

periton dializi (PD), hemodializ (HD) və böyrək transplantasiyası 

ümumi populyasion problemə çevrilmişdir. Böyrək xəstəliklərinin 

müalicəsində dərman vasitələrinin qeyri-rasional istifadə olunması 

nəticəsində XBÇ-nin daima inkişaf etmə riski, ürək-damar sistemi 

(ÜDS) ağırlaşmalarının prosesə qoşulması problemi daha da 

aktuallaşır. 

Böyrəklərin funksiyasının pisləşməsinin səbəblərinin öyrənilməsi 

göstərir ki, XBÇ-nin artma səbəbi böyrəklərin nefroloqun nəzarəti 

altında olduğu xəstəliklər (birincili və sistem xəstəlikləri, amiloidoz 

və s. nəticəsində QN) deyildir. Digər tərəfdən,  əksər faktorlar 

həm də ÜDS xəstəliklərini yaradan səbəblərdir, odur ki, böyrək 

funksiyasının pisləşməsinin qarşısını almaq üçün olan tədbirlər eləcə 

də ÜDS-nin qorunmasına, meydana çıxan ağırlaşmaların aradan 

qaldırılmasına yönəldilməlidir. Bəzi müalicə üsullarının effektivliyi 

(məsələn nefrogen anemiyada rekombinant eritropoetininin isti-

fadəsi) çoxsaylı  tədqiqatlarda sübut olunmuşdur. Bu və ya başqa 

hallarda səbəbindən asılı olmayaraq böyrək xəstəliklərinin qarşısının 

alınması ancaq nefroloqların yox, ümumi təcrübə həkimlərinin, başqa 

mütəxəssislərin qarşısında duran aktual məsələyə çevrilmişdir. Bunu 

nəzərə alaraq, XBÇ-nin diaqnostikası, müalicəsi və profi laktikasını 

sistemləşdirmək məqsədi ilə ABŞ Milli Böyrək Fondu (National 

Kidney Foundation) 2002-ci ildə “böyrəyin xroniki xəstəliyi” (BXX) 

məvhumunu təklif etdilər. Artıq 8 ildir bu termin dünyanın bütün 

klinisistləri tərəfi ndən qəbul olunmuş və istifadə edilir.

Bu termin ingilisdilli ədəbiyyatda “chronic kidney disease” təklif 

olunsa da, rusdilli ədəbiyyatda “хронические болезни почек” kimi 

işlədilir Azərbaycan dilində bu məfhum iki cür yazıla bilər: “xroniki 

böyrək xəstəliyi” və yaxud “böyrəyin xroniki xəstəliyi”. Biz ikinci 

varianta üstünlük verərək tibb ədəbiyyatımızda “böyrəyin xroniki 

xəstəliyi” termininin məntiqə daha çox uyğun olduğunu və ilk 

təqdim edilən ingilis variantından tərcüməni düzgün əks etdiyini 

nəzərə alaraq, istifadə olunmasını məqsədəuyğun hesab edirik.

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası



38

Dializ

Böyrək funksiyasının qiymətləndirilməsi üçün müxtəlif 

üsullardan istifadə olunur. İnulinin klirensinin təyini yumaqcıq 

fi ltrasiya sürətinin (YFS) ölçülməsinin daha dəqiq üsulu olmasına 

baxmayaraq çox zəhmət tələb etdiyi və bahalı olduğu üçün kliniki 

təcrübədə, demək olar ki, istifadə olunmur. Populyar bir üsul kimi 

YFS-nin təyini üçün istifadə olunan endogen kreatinin klirensi 

(Reberq sınağı) ambulator şəraitdə həmişə düzgün yerinə yetirilmir. 

Bundan başqa, kreatininin qanda səviyyəsi yüksəldikdə YFS-nin 

təyini zamanı həqiqətə uyğun olmayan yüksək nəticələr alınır, çünki 

bu halda kreatininin yumaqcıqda  fi ltrasiya  olunmasından  əlavə, 

kanalcıqda sekresiyası da baş verir. Böyrək çatışmazlığının səviyyəsi 

yüksəldikcə bu  pozğunluğun miqyası artır. Belə ki, TXBÇ zamanı 

sidikdəki kreatinin 40%-ə qədəri sekresiya vasitəsi ilə xaric olunur. 

Ona görə ambulator şəraitdə  və TXBÇ zamanı YFS göstəricisini 

tapmaq üçün D.Cockcroft və M.Gault (1976) təklif etdikləri düsturun 

köməyi ilə hesablama üsulundan istifadə olunur. Bu üsul ilə kreatinin 

klirensi (bəzi klinisistlər bunu YFS ilə eyniləşdirirlər,  əslində isə 

bu belə deyil) qan zərdabında kreatinin səviyyəsinə, antropometrik 

göstəricilərə və cinsə görə hesablanaraq tapılır.

qadın üçün:

YFS = (140–yaş) x (bədən çəkisi, kq) x 0,85 / 814 x qan serumunda 



kreatinin, mmol/l 

kişi üçün:

YFS = (140–yaş) x (bədən çəkisi, kq)/ 814 x qan serumunda 

kreatinin, mmol/l 

Əgər kreatininin qan serumundakı  səviyyəsi mq% ilə 

göstərilmişsə, onda:

YFS = (140–yaş) x (bədən çəkisi,kq)/72 x qan serumunda 



kreatinin, mq% ; kişilər üçün,

qadınlar üçün alınan rəqəm 0,85 dəfə artırılır.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə