Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə13/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   9   10   11   12   13   14   15   16   ...   120

46

Dializ

Cədvəl 2.5

BXX inkişafının ləngidilmə yolları

Müdaxilə yolları

Yollar

Pəhriz


Zülalların pəhrizdə mötədil azaldılması (0,6-

0,75 q/kq/gün), lazım gəldikdə ketoanaloqlardan 

istifadə (ketosteril)

Aşağınatriumlu pəhriz (60

80 mmol/gün Na, 



yaxud 4-6 q/gün NaCl

Əgər ŞD, XBÇ yoxsa, proteinuriya < 1 q/gün 

olsa:

Hədəf: AT< 130/80 mm Hg (orta AT≈92 mm 



Hg)

Əgər ŞD varsa, proteinuriya >1 q/gün olsa:

Hədəf: AT< 125/75 mm Hg (orta AT≈90 mm 

Hg) və daha az, xəstə dözənə qədər.

I sıra preparatı AÇFİ; kömək etmədikdə ilgək 

diuretiki.

Kömək etməsə: ARB, yaxud KKB, beta və alfa- 

blokatorlar

Proteinuriya

1 q/gündən az – AÇFİ, ARB (kombinasiya 

mümkündür)

Mikroalbuminuriyanı tam aradan qaldırmaq 

lazımdır

Qlükoza mübadiləsi 

parametrləri

Qlükoləşmiş Hb 7-8%

Dislipoproteinemiya

Ümumi xolesterin < 5 mmol/l

Xolesterin ASL < 3 mmol/l

Əksər hallarda statinlər göstərişdir

Siqaret çəkmək

Tam imtina olunmalıdır

ÜDS tərəfi ndən baş verən dəyişikliklər, anemiya və qidalanmanın 

pozğunluqları bütün hallarda BXX proqnostik cəhətcə əhəmiyyətli 




47

ağırlaşmalarından olub müstəqil profi laktik tədbirlərin aparılmasını 

tələb edir (cədvəl 2.6). Bütün aparıcı dünya dializ mərkəzlərinin 

məlumatlarına görə ürək-damar ağırlaşmaları böyrək  əvəzedici 

terapiyası alan xəstələr arasında baş verən olümün səbəbinin 

yarısını təşkil edir. Son zamanlar anemiyanın müalicə nəticələrinin 

yaxşılaşması müşahidə olunsa da ,qidalanma çatışmazlığı problemləri 

artmışdır. 



Cədvəl 2.6

BXX zamanı ÜDS ağırlaşmalarının qarşısının alınması yolları

Ağırlaşmalar

Müdaxilələr

Ürək-damar

SMH qarşısının alınması, yaxud stabilləşdirilməsi;

Sol mədəcik yığılma funksiyasının pozulmasının 

müalicəsi;

XÜÇ patogenetik müalicəsi;

Aktiv antihipertensiv terapiya;

Aktiv antilipidemik terapiya;

Hiperparatireozun müalicəsi;

Siqaretdən imtina etmək.

Anemiya

Hədəf: Hb>110 q/l, <100 q/l aşağı düşməyə imkan 



verməmək;

BXX 4-5-c

i

 mərhələdə dəmir preparatları və EPO 



təyin etmək.

Fosfor-kalsium 

mübadiləsinin 

pozulması

Hiperparatireozu aradan qaldırmaq

Hədəf: zərdabda kalsiumun səviyyəsi >2,2 mmol/l; 

fosforun <1,8 mmol/l, PTH – norma, yaxud 2 qat 

yüksək;


Fosfatların gündə istifadəsini 800 mq/gün azaltmaq;

Kalsium preparatları və vitamin D təyin etmək

Azqidalanma 

sindromu 

(malnutrition)

Qida rasionuna adekvat miqdarda zülalların daxil 

edilməsi və kaloriliyinin təmini;

Metabolik asidozu aradan qaldırmaq.



Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası


48

Dializ

Risk faktorlarının rasional aradan qaldırılması və ağırlaşmaların 

nəzarətə alınması  BƏT-ə  qədər olan dövrü xeyli uzadır. Bununla 

belə, həmişə yadda saxlamaq lazımdır ki, BƏT-in başlamaq vaxtını 

(YFS <10  ml/dəq) çox uzatmaq da olmaz, çünki bu, qarşısı alına 

bılməyən ağırlaşmalarla nəticələnə bilər (xüsusən də ŞD zamanı).

Beləliklə, BXX-nin aşkar edilməsi və aradan qaldırılması 

böyrək funksiyalarının pisləşməsinin, XBÇ-nin inkişaf etməsinin 

və ÜDS-nin ağırlaşmalarının qarşısını alır. Odur ki, hətta ambulator 

etapda belə, tibbi sənədlərdə daima BXX əks olunmalı, onun 

mərhələsi göstərilməlidir, çünki artıq dərman preparatlarının təyin 

edilməsində müəyyən qaydalara riayət olunması labüddür. BXX 

ilə mübarizə  tək nefroloqların deyil, müxtəlif sahələrdə çalışan 

klinisist-mütəxəssislərin, xəstələrin özlərinin, onların qohumlarının 

iştirakını tələb edir. Vaxtında görülmüş tədbirlər nəticəsində böyük 

qrup insanlar TXBÇ inkişafını uzun illər geri çəkərək aktiv həyat 

müddətinin uzanmasına nail ola bilərlər.

Son 20–25 ildə müxtəlif alimlər tərəfi ndən XBÇ-nin 20-dən artıq 

təsnifatının verilməsinə baxmayaraq onların, demək olar ki, heç 

biri hamı  tərəfi ndən qəbul edilib istifadə olunmur. Əvvəllər XBÇ 

mərhələsinin təyini üçün istifadə olunan qan zərdabında kreatininin 

səviyyəsi yumaqcıq  fi ltrasiya  sürətini tam əks etmir, çünki bu 

göstərici bədənin  əzələ kütləsindən, yaş  həddindən, cinsdən asılı 

olaraq dəyişir. Biz kliniki təcrübədə asan və əlverişli istifadə olunan 

sadə təsnifatdan müvəffəqiyyətlə istifadə edirik (cədvəl 2.7).

Cədvəl 2.7

XBÇ təsnifatı

Mərhələ


Xarakteristika

YFS, ml/dəq/1,73 

m

2

I



Kompensasiya (başlanğıc)

40 – 89 


II

Dekompensasiya (aydın təzahür)

15 – 39 

III


Terminal (son)

< 15


49

I mərhələdə – XBÇ simptomları müşahidə olunmur, amma 

böyrək zədələnməsi  əlamətləri ön planda diqqəti cəlb edir. Belə 

əlamətlərə nefrotik sindrom, tubulyar və ya sidik sindromu, arterial 

hipertenziya, proteinuriya, ödemlər və s. aiddir.

II mərhələdə – XBÇ simptomlarının müxtəlif kombinasiyası 

və dərəcəsi müşahidə olunur. Bu mərhələdə yuxarıda qeyd olunan 

simptomlara uremiya sindromu əlavə olur.

III mərhələ – son mərhələ hesab olunur və əgər vaxtında dializ 

müalicəsi başlanmazsa, uremik intoksikasiyanın ağır təzahürləri 

meydana çıxır.

BXX mərhələlərinin təyin olunması  xəstəliyin kliniki təzahür-

lərini, ağırlaşmalarını və yanaşı baş verə bilən mümkün xəstəlikləri 

əvvəlcədən təyin etməyə imkan verir (cədvəl 2.8). Vaxtında 

aparılan profi laktiki və müalicə tədbirləri nəinki qarşıya çıxa bilən 

ağırlaşmaların təsadüf olunma tezliyini aşağı salır, həmçinin böyrək 

funksiyalarının zədələnməsinin inkişaf tempini endirir.

                                                                  



Cədvəl 2.8

BXX mərhələlərinə uyğun kliniki təzahürləri

Mərhələ


Xarakterik kliniki təzahürlər

1

Yoxdur; və ya birincili xəstəliyin əlamətləri



2

Yoxdur; hiperparatireoidizm, ürək-damar xəstəliklərinin 

yaranma riski

3

Nikturiya, anemiya, 1,25-dihidroxolekalsiferol 



səviyyəsinin azalması, dislipidemiya, HXMH pozulması

4

Uremik simptomlar, qan zərdabında elektrolit səviyyəsinin 



pozğunluqları

5

Ağır uremik simptomlar, dializ.



Xəstəliyin müalicə  nəticələri xəstələrin nefroloqun müalicəsinə 

göndərilmə vaxtından asılıdır. Ümumi profi l  həkimləri, başqa 

mütəxəssislər BXX-i aşkar etdıkdə pasientləri xəstəliyin 3-cü 

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə