Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə22/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   18   19   20   21   22   23   24   25   ...   120

78

Dializ

Pəhrizin effektivliyinin nəzarəti üçün aşağıdakı  tədbirlər 

görülür:

– xüsusi cədvəllərin (bax: Əlavələr) istifadəsi ilə qida gündəliyini 

aparmaq;

– antropometrik ölçmələr;

– gün ərzində ekskressiya olunan sidik cövhərinin miqdarına 

nəzarət;


– biokimyəvi monitorinq (albumin, transferrin, kreatinin, sidik 

cövhəri, kalsium, fosfor, kalium səviyyələri, limfositlərin miqdarı).

Gündəliyin aparılması mühümdür, çünki bu zaman bütün 

istifadə olunmuş hazır qida məhsulları qeyd olunur. Müxtəlif qida 

məh sul larının tərkibində olan zülal həkim-dietoloq ilə birlikdə 

qiymətləndirilir və nəticə çıxarılır (cədvəl 3.1).

Gün ərzində istifadə olunan zülalın miqdarının nəzarət olunmasına 

sidik ilə karbamidin ekskresiyası kömək edir.

Zq=21+4,3×Ke/214

burada Zq – qəbul olunan zülal, q/gün; Ke – ekskresiya olunan 

karbamid, q/gün.

Sidikdə ekskressiya olunan karbamid azotunun miqdarının 

ölçülməsi daha dəqiqdir:

Zq=6,25×(KZe+0,031×çəki)+GP

burada KZe – karbamid azotunun ekskresiyası, q/gün; GP – 

gündəlik proteinuriya, q/gün.

Bədən çəkisinə uyğun karbamidin sidikdə ekskresiyası da istifadə 

oluna bilər və q/kq/gün ilə ifadə olunur.

Azzülallı pəhrizin effektivliyini qiymətləndirmək üçün Hb, Het, 

limfositlərin səviyyəsi, azot mübadiləsinin son məhsulları, albumin, 

transferrin,  β-lipoproteidlər, xolesterin, triqliseridlər,  şəkər, K, P, 

Ca, qələvi-turşu müvazinəti göstəriciləri monitorinq olunur. Qanda 

uremik intoksikasiyanın, dispepsik halların azalması, anemiya 

göstəricilərinin yaxşılaşması, fosfatların, PTH, sidik turşusu (ST), 

səviyyələrinin aşağı düşməsi, ST/kreatinin koefi sientinin 7–8 qədər 

azalması, hipoalbuminemiya, hipotransferrinemiya, limfopeniya, 




79

hiperkaliyemiya, qanda pH və bikarbonatların stabil səviyyəsi 

müalicənin düzgün istiqamətdə getdiyini təsdiq edir.

Antropometrik nəzarət müalicənin effektivliyini müşahidə 

etməyə imkan verir.  Bədən çəkisinin, bədən kütləsi indeksinin(BKİ) 

dinamikada, qarının yan tərəfi ndə, göbək səviyyəsində  dəri bükü-

şünün qalınlığının kaliper ilə ölçülməsi, bazu dairəsinin ölçülməsi 

zamanı  əldə edilən göstəricilərə  nəzarət edilir. Alınmış  nəticələr 

ideal göstəricilərlə müqayisədə %-lə analiz olunur.

Cədvəl 3.1

Tərkibində 5 q zülal olan məhsullar

Məhsullar

Porsiyanın 

çəkisi


, q

Çörək


60

Düyü


75

Yarmalar (qarabaşaq, manna, çovdar, 

arpa)

55–75


Yumurta, 1 ədəd*

50

Ət



25

Balıq 25


Kəsmik

30

Pendir



20

Piy (salo)

300

Süd


150

Xama


200

Kərə yağı

500

Kartof


300

Lobya


25

Noxud


75

Təzə göbələk

150

* 1 ədəd yumurta ağında 12,7 q zülal vardar



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


80

Dializ

Gün ərzində istifadə olunan zülalın miqdarına nəzarət olunması-

na sidik ilə karbamidin ekskresiyasını təyin etmək də kömək edir.

Azzülallı  pəhriz hiperazitemiyanı azaltmaqla uremik intoksika-

siyanın  əlamətlərini aradan daldırır, podaqranın simptomlarını, 

hiperkaliyemiya, asidoz, hiperfosfatemiya, hiperparatireozu aradan 

götürür, böyrəklərin qalıq funksiyalarını stabilləşdirir, lipid profi li 

və xəstələrin özlərini hiss etmələrini yaxşılaşdırır. Azzülallı pəhrizin 

təsiri erkən mərhələdə, yaxud ləng proqresdən XBÇ zamanı daha 

effektiv olur.

Müxtəlif böyrək xəstəliklərində azzülallı  pəhrizin istifadəsinin 

xüsusiyyətləri vardır. XBÇ-nin erkən mərhələsində 1,0 q/kq zülal 

istifadə olunursa, agır mərhələdə  qəbul olunan zülalın miqdarı 0.6 q/

kq qədər endirilir, amma bütün hallarda qidanın kaloriliyi 35–40 kkal/

kq saxlanılır. Həmçinin essensial keto/aminturşulardan (ketosteril 

0,1 – 0,2 q/kq/gün) istifadə olunur. Ketosteril nəinki hiperfi ltrasiya 

və paratireoid hormonun artıq yaranmasını  aşağı salır, həmçinin 

mənfi  azot balansını aradan qaldırır, insulinrezistentliyi azaldır.

Podaqrik nefropatiya və ŞD 2 tip xəstələrdə hipolipidemik xüsu-

siyyətli pəhriz istifadə olunur. Doymamış yağ turşuları ilə  zəngin 

pəhriz – dəniz məhsulları (omeqa–3), bitki yağları (omeqa–6), soya 

məhsulları, xolesterinin qida sobentləri (kəpək, dənli bitkilər, meyvə, 

tərəvəz), fol turşusu (5–10 mq/gün) istifadə edilir. Eritropoetin 

prepearatlarının tətbiqi fi ziki aktivliyi artırmaqla insulinrezistentliyi 

azaldır.

Fosforun bədənə daxil olmasını azaltmaq üçün heyvani zülalların 

bədənə daxil olmasını  məhdudlaşdırmaqla paxlalılar, göbələk, 

ağ çörək, qırmızı  kələm, süd, qoz, düyü, kakao tövsiyə edilmir. 

Hiperkaliyemiyaya meyillilik olduqda quru meyvələr və kalium ilə 

zəngin məhsullardan imtina olunmalıdır.



Azzülallı pəhrizə (AZP) əks göstərişlər

AZP və  ketosterilə əks göstərişlər:

– YFS < 5 ml/dəq;



81

– güclü hiperkatabolizm;

– kəskin infeksion ağırlaşmalar;

– anoreksiya, kaxeksiya (bədən kütləsinin normanın 80%-indən 

çox düşməsi);

– nəzarət oluna bilməyən (bədxassəli) AH;

– ağır nefrotik sindrom;

– çox ağır uremiya (oliqouriya, perikardit, polineyropatiya);

– pəhrizdəki məhdudiyyətin xəstə tərəfi ndən dözülə bilməməsi.

Enterosorbsiya, bağırsaq dializi

Azot mübadiləsinin son məhsullarının, kaliumun bağırsaqdan 

enterosorbentlər (eneterodez, enteros gel, polifepan, ”SKH”  markalı 

kömürlər, oksidləşmiş nişasta) vasitəsilə xaric edilməsinə bağırsaq 

dializi deyilir. Bağırsaq dializi XBÇ-nin erkən mərhələsində  və 

ya xəstə AZP-yə əməl etmək istəmədikdə, ya bu pəhrizi saxlamaq 

mümkün olmadıqda tətbiq edilir.

Bağırsaq dializinin metodikası bağırsağın xüsusi tərkibli məhlul 

(NaCl, kalsium, kalium, NaHCO

3

  və mannitol) ilə perfuziya 



olunmasıdır. Daxilə 3–4 saat ərzində 6–7 l-ə  qədər məhlul qəbul 

edilir və bu zaman yaranmış diareya nəticəsində MBT-dən 5 q qədər 

zülalsız azot xaric ola bilir. Nəticədə sidik cövhərinin səviyyəsi 

prosedura nəticəsində 20–35% aşağı enir, metabolik asidoz azalır. 



Su-duz rejimi və turşu-qələvi müvazinəti

Su-duz mübadiləsinin qorunmasının böyük əhəmiyyəti vardır, 

çünki XBX zamanı tez-tez dehidratasiya, hiperhidratasiya, duzitirmə, 

hipernatriyemiya, hiperkaliyemiya baş verir. XBÇ xəstələrinin 

rasionunda Na və suyun qəti azaldılması  nəticəsində poliuriya 

zamanı dehidratasiya, hiponatriyemiya, YFS-nin enməsi baş verir.



Su-elektrolit pozğunluqlarının müalicə prinsipləri

Nəzarət məqsədi ilə gün ərzində bədənə enteral və parenteral yolla 

daxil olan mayenin miqdarı, gündəlik diurez, bədən kütləsi, AT, nəbz 

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə