Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə11/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   7   8   9   10   11   12   13   14   ...   120

39

Bu formulaya bəzi əlavə və düzəlişlər oluna bilər, məsələn para 

və ya tetraplegiya olan xəstələrdə YFS göstəricisini müvafi q olaraq 

20 və 40% azaltmaq, qara dərili kişilərdə 12% artırmaq lazımdır. 

Həmçinin ABŞ-da çox ciddi Modifi cation of Diet in Renal Disease 

(MDRD) tədqiqatı  nəticəsində J.D.Koople və başqaları (1989) 

tərəfi ndən hazırlanmış formula vasitəsi ilə də YFS hesablamaq olar 

(Nephvol Dial. Transplant, 2002, v. 17, s. 7, pp. 7–15). Bu formulun 

iki variantı vardır: qısa versiyası – 4 göstəricidən istifadə etməklə və 

tam versiyası – 6 göstərici tətbiq etməklə hesablama aparılır.



YFS=170×(kreatinin×0,0113)

-0,999


×yaş

-0,176


×(sidik cövhəri×2,8)

-0,17


 

×albumin

0,318

 ;  


və ya

YFS=170×kreatinin

-0,999


×yaş

-0,176


×sidik cövhəri

-0,17


×albumin

0,318


 .

Qara dərili insanlar üçün alınan rəqəm 1,18 dəfə artırılır, qadınlar 

üçün alınan rəqəm 0,762 dəfə artırılır.

Yaş – il


Kreatinin (serumda) – mmol/l

Sidik cövhəri (serumda) – mmol/l 

Albumin (qanda) – q/l

YFS = ml/dəq/1,73 m

2

.

Bəzi mərkəzlərdə qanda və gündəlik sidikdə sidik cövhəri və 



kreatinin təyin olunaraq,  aşağıdakı düsturla hesablama aparılır: 

YFS = U/2 x t x (Ukarbamid/Skarbamid + Ukreatinin/Skeatinin) 

x 1,73/SA

U –gündəlik diurez, ml, t = 1440, S – serum, SA – bədən səthi, m

2

Bu üsul çox zəhmət tələb etsə də nisbətən dəqiq sayılır.



Yaxud ancaq kreatininin qanda və sidikdə səviyyəsinin təyini ilə 

hesablanır:



Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası


40

Dializ

Kreatinin klirensi (ml/dəq) = Sidikdə kreatinin(mkmol/l) x sidi-

yin 24 saatda miqdarı (ml)/plazmada kreatinin (mkmol/l) x sidiyin 

yığılma müddəti (dəq).

Sidik ilə ekskresiya olunan kreatininin adekvatlığı onun indeksinə 

görə qiymətləndirilir: gözlənilən indeks – kişilərdə 180–230  mk-

mol/kq/gün, qadınlarda 120–190 mkmol/kq/gün olur.

Kliniki təcrübədə böyrək funksiyasının pozulmasının sürətini 

təyin etmək üçün müəyyən vaxt ərzində kreatininin qanda 

səviyyəsinin (P

kr

) əksini ifadə edən rəqəmlərin dəyişilməsi istifadə 



olunur (1/P

kr

). Buna əsas odur ki, müəyyən zaman dövründə kreatinin 



əmələ  gəlməsi və ekskresiyası (yəni U

kr

×V) – sabit kəmiyyətdir. 



Ona görə yumaqcıq fi ltrasiya sürəti = kreatinin klirensi = (U

kr

×V); 



P

kr

 = konstanta / P



kr

 = 1/P


kr

. Həmçinin sübut olunmuşdur ki, XBÇ-

nin etiologiyasından asılı olmayaraq 1/P

kr

 göstəricisi düz xətt 



üzrə enir. Bununla əlaqədar olaraq 1/P

kr

 münasibətinin  əyriliyinin 



dəyişməsinin vaxta münasibəti böyrək çatışmazlığının proqress 

sürətini göstərir. Alınmış  xəttin güclü enmə  dərəcəsi XBÇ-nin 

sürətli proqress etməsini göstərir. XBÇ proqress tempini müalicə 

prosesində müqayisə etmək üçün yuxarıda qeyd olunan metoddan 

əlavə 1/P

kr

  xəttin enməsinin tangenslərini və həmçinin müalicədən 



əvvəlki YFS göstəricisi müalicə prosesində  müəyyən vaxtdan sonra 

(1 ay, 3 ay, 6 ay və s.) alınan YFS göstəriciləri ilə müqayisə edilir.

BXX-nin  əsas markeri YFS göstəricisidir və bu göstəricinin 

səviyyəsinə  uyğun olaraq böyrəklərin funksiyasının pozğunluqları 

müvafi q olaraq 5 mərhələyə bölünür (cədvəl 2.2). Təqdim 

olunan təsnifat 2002-ci ildə ABŞ Milli Böyrək Fondu – Böyrək 

Xəstəliklərinin Keyfi yyətli Müalicəsi Təsəbbüsü ( National Kidney 

Foundation - Kidney Disease Outcomes Quality Initiative) tərəfi ndən 

irəli sürülmüşdür. 

                                                                                     




41

Cədvəl 2.2

Böyrəyin xroniki xəstəliyinin təsnifatı (NKF-K/DOQİ)

Mərhələ


Xarakteristika

YFS, ml/dəq/1,73 

m

2

I



Böyrək zədələnməsi–normal, yaxud 

yüksək YFS 

 90 – 120 

II

YFS yüngül azalması



60 – 89 

III


YFS orta azalması

30 – 59 


IV

YFS ağır azalması

         15 

29



V

TXBÇ


   < 15

Bu təsnifata görə  BXX I mərhələsində YFS normal, yaxud yüksək 

ola bılər, amma 3 aydan artıq bir müddətdə böyrək zədələnməsi 

əlamətləri (proteinuriya, hematuriya, USM zamanı  aşkar edilmiş 

pozğunluqlar, yaxud böyrəyin punksiyon biopsiyasında dəyişikliklər) 

müşahidə edilir. Sonrakı mərhələlərdə YFS tədricən aşağı düşür.

Beləliklə, BXX nozolojiüstü, sindromal məfhum olub onun köməyi 

ilə böyrəklərin funksiyalarını dəqiq qiymətləndirərək pisləşmə ris-

kini təyin etmək və müalicə tədbirlərini planlaşdırmaq mümkündür. 

Bununla belə, BXX və onun mərhələsinin təyini böyrək prosesini aşkar 

etməyi, onun səbəbini aydınlaşdırmağın vacibliyini inkar etmir. Artıq 

BXX-nin III mərhələsində  xəstə mütləq məhəlli BƏT mərkəzində 

qeydiyyata alınmalıdır. Çünki bu mərhələdə artıq anemiya, fosfor-

kalsium mübadiləsinin pozğunluqları, mövcud olan, yaxud yeni 

yaranan arterial hipertenziya(AH) və s. müalicə olunmalıdır. Hətta 

bu mərhələdə belə,  əsas məqsəd xəstəni ancaq BƏT-ə hazırlamaq 

olmamalıdır.  Əsas xəstəliyin patogenetik müalicəsi bütün hallarda 

əsaslandırılmış hesab olunmalıdır, çünki nefroprotektiv terapiyanın 

tətbiqi bir sıra hallarda böyrək funksiyalarının hissəvi, yaxud tam 

bərpasına imkan verir. Məsələn, HCV ilə  əlaqəli krioqlobulin QN 

zamanı immunodepressantlarla birlikdə virus əleyhinə preparatların 

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə