KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   49   50   51   52   53   54   55   56   57

FƏXRİ VALEHOĞLU
Mehralı  beyin  sarayının  xeyirində-şərində  məclisinin  başında 
oturdu. 
г>ъ
Mehralı  bəyin  oğlu  Rüşdü  bəy  də  atasına  layiq  igid,  bojşl*ı-f 
buxunlu, yaraşıqlı bir gənc idi.  Mehralı bəy onu Sivasda yaşayjBj 
çərkəz  Həmid  beyin  qızı  Pəmbə  xanıma  nişanlamışdı.  Tədarük 
edib  toya  hazırlıq  görülürdü.  Toyun  vaxtı  da  təyin  edilmişdi. 
Alosmanın  ən hörmətli  paşalarına,  bəylərinə  dəvətnamələr pay­
lanmışdı.  Ancaq  əcəl  elə  gətirdi  ki,  Rüşdü bəyin  on  beş yaşında 
olan  nişanlısı  qəflətən  vəfat  etdi.  Toy  tədarükü  yas  tədarüküne 
çevrildi.  Toyu  aparmağa  dəvət  olunmuş  Aşıq  Ruhsəti  bu xəbər­
dən  sarsıldı.  Toyda  söyləməyə  hazırlaşdığı  duvaqqapama  əvəzi­
nə yas mərasimində aldı görək hansı ağıyı söylədi:
Mehralının bir dənəsi 
Oyan, nazlı xanım, oyan,
Rüşdü bəyin pərvanəsi 
Oyan, nazlı xanım, oyan.
Cehizini sarıb denklə,
Beş yüz atlı gəlir cənglə,
Bahar anan gəldi, bəklə,
Oyan, nazlı xanım, oyan.
Qalx, dur salını-salını,
Rüşdü bəyin gör halını,
Mehralı bəyin gəlini,
Oyan, nazlı xanım, oyan.
Cümlə bəylər yasa gəldi,
Qara geydi, tasa gəldi,
Nişanlın Sivasa gəldi,
Oyan, Pəmbə xanım, oyan.
Nə enişin dibindəsən,
Nə yoxuşun başındasan,
226
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
H ələ on beş yaşındasan,
Oyan, gözəl xanım, oyan.
Donatdılar, bəzətdilər,
Bir taxtaya uzatdılar,
Axirətə gəlin etdilər,
Oyan, gözəl xanım, oyan.
M əzanna dikdilər daş,
Götürdülər yavaş-yavaş,
Rüşdü bəy başında göz yaş,
Oyan, nazlı xanım, oyan.
Ruhsət də bu dərdə şaşdı,
Qəzəvət qazanı coşdu,
Ellər gəldi  halallaşdı 
Oyan, nazlı xanım, oyan.
Mehralı  bəy saraymda aşıqlarla yanaşı, pəhləvanlar da saxla­
yırdı,  tez-tez  cıdır yanşlan,  güləş  yarışları  keçirirdi.  Onun  sara­
yında  yaşayan  Sicimoğlu  adlı  pəhləvanın  kürəyini  heç  kəs  yerə 
qoya  bilmirdi.  Sivasda  böyük  torpaqlar,  var-dövlət,  şöhrət-hör­
mət  sahibi  olmasına  baxmayaraq,  Mehralı  bəyin vətəni  Borçalı- 
dan,  doğma  kəndi  Darvazdan  ötrü  bumunun  ucu  göynəyirdi. 
Amma heç cür oraya gedə bilməzdi. Çünki ruslara olmazın divan 
tutmuşdu.  Ancaq  hərdən  bir Darvazdan  Acıyurda gələnlər olur­
du.  Mehralı  bəy  onları  böyük  hörmətlə  qarşılayırdı,  Borçalıda 
nələr  baş  verdiyini  soruşurdu,  darvazlılann  hamısının  tək-tək 
kef-əhvalı  ilə  maraqlanırdı,  hələ  onlara  mümkün  qədər  pul  kö­
məkliyi də edirdi.
Bəli,  əzizlərim,  beləcə  Mehralı  bəyin  gün-güzaram  Sivasda 
xoş  keçirdi.  Amma,  onun  da  şöhrətinə  ağız  buranlar  vardı.  Bir 
gün  qəza mərkəzində  qonaqlıq  idi.  Mehralı  bəy də bu qonaqlıq­
da  idi.  Bir  azdan  Qanqal  rəisi  də  gəldi.  Hamı  hörmət  əlaməti 
olaraq  ayağa  qalxdı,  Mehralı  bəy  isə  qalxmadı.  Rəis  pərt  oldu.
227


F Ə X R İ VALEHOĞLU
Başladı Mehralı  bəyə ağır-artıq deməyə.  Mehralı  bəy verdi Q an­
qal rəyisinin aşının suyunu və dedi:
-  Mən,  gavurlarla ölüm-dirim döyüşündə  olanda  sən qalayçı 
yanında şəyird idin.
Bu  cavabdan  sonra rəis  məclisdən başı  alovlu üz qoyur vali 
Rəşid Paşanın yanma və deyir:
-   Mehralı  bəy  Sivasm  valisi  siz  Rəşid  Paşanı  əhli-məclisdə 
qalayçı, məni də sizin şəyirdiniz adlandırdı.
O  idi  ki,  Rəşid  Paşa  əhvalatın üstünə  artıq-əskik qoyub  çat­
dırdı  Şövkətli  Sultan  Əbdülhamid Paşaya.  Rəşid  Paşanın hirsini- 
hikkəsini görən Əbdülhamid Paşa dedi:
-  Paşa, sən bilirsən ki, Mehralı bəy Alosmanın yenilməz, bö ­
yük  qəhrəmanıdı.  O  Alosmanın  ən  hörmətli  qarapapağıdır.  B i­
zim  m əm ləkətin qarapapaqları,  Sivas vilayətində,  Şərqi  A nado­
luda yaşayan müsəlmanlar onu çox  istəyir.  Elə  mən də.  M ehralı 
mənim  sərbəst,  azad  aslanımdır.  Bəyəm,  bir  başa  börklü,  ü zü - 
özü görklü igidi m ənə çoxmu görürsən?!
Beli,  Sultan  Əbdülhamiddən ağzı  yanan  Rəşid  Paşa  kor-peş­
man  qayıdır Sivasa.  Bu əhvalatdan  sonra Anadolu  ağzında M eh­
ralı beyin bir sözü iki olmur.  Amma, Rəşid Paşa da kin-küdurəti­
ni unutmur.
Əhvalatı  eşidən  Aşıq  Püryanı  götürür  görək  Mehralı  bəyin 
şəninə nə deyir, əvəzindən biz deyək, sizə könül şadlığı:
Nasıl mədh etməyim Mehralı bəyi,
H ər yerdə şərəfi, ünü söylənir.
Yapdığı igidlik ağlıma düşdü,
Üzərindən keçən günü söylənir.
Bəyin çoxdu anladarsaq davası,
Titrətdi əlində qoca Sivası,
Sürüyü saxladı Qanqal ağası,
H ər yerdə şərəfi, şanı söylənir.
228
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Mehralı bəy ata minər, yürərdi,
Düşmən görsə, qorxusundan ərərdi,
Doxsan üçdə gələnləri qorardı,
Əsaləti, cinsi, dini söylənir.
Mehralı bəyimi bilənlər bilir,
Güclü idi bir orduya baş gəlir,
Ol hər yerdə qəhrəmanlıq söylənir,
Böylə qəhrəmanın halı söylənir.
Mehralı bəy səni nasıl duyuram,
İgidlərdən səni seçəm, ayıram,
Yaradandır səni böylə yaradan,
Püryanı bu gün də bunu söyləyir.
Sivasda  tez-tez  at  yarışları  keçirirdilər.  Bu  yarışlarda  hey 
Mehralı bəyin Qarakötüyü birinci  yeri  tuturdu.  Amma bu atın da 
bir tərs xasiyyəti varıymış, güllə atmasan yaxşı qaçmırmış. Qara- 
kötüyün  bu  xasiyyətini  Rəşid  Paşa  öyrənir  və  bir  də  at  yarışı 
keçiriləndə  şərt  qoyur  ki,  güllə  atmaq  olmasın.  Hamı  razılaşır. 
Yarışda  Qarakötük  geridə  qalır.  Yarışa  baxan  Çopur  Əhməd 
adında  bir  qarapapaq  buna  dözə  bilmir.  Öz-özünə  fikirləşir  ki, 
ayə, bu nə təhər ola bilər, Mehralı bəyin atı  olsun,  özü də geridə 
qalsın  və  piştoyunu  çıxarıb  göyə  bir  güllə  buraxır.  Qarakötük 
güllə  səsini  eşidən  kimi  yel  təki  götürülür  və  birinci  yeri  tutur. 
Bu əhvalatdan  sonra Mehralı bəynən Rəşid Paşanın  arası  lap pis 
olur.
Ustad  belə  ərz  eyləyir  ki,  Mehralı  bəy  Alosmanda  san-sa­
xasına  deyilən  mübah-mübarək  sözlərdən  vəcdə  gəlir.  Sivasda 
Alosmana  layiq şanlı  süvari  ordusu düzəldir.  Bu  orduya Qarapa­
paq Həmidiyyə Alayları  deyirdilər.  Hansısa bir vilayətdə dövlə­
tə  qarşı  üsyan  baş  verəndə  o  saat  onu  yatırtmaq  üçün  Mehralı 
bəyin bu alayını göndərirdilər.
Bir  dəfə  Bağdadda  ərəblər  Alosmana  qarşı  üsyan  eyləyir. 
Üsyanın  başında  C əfər  adında  amansız  bir  eşkiya  dururdu.  Ona
2 2 9


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə