KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

FƏ XRİ VALEHOÖLU
du.  Mehralı axırda gördü ki, daha mümkün deyil, bunun gözünü 
qan örtüb, dedi:
-   Qərib  ağa,  qoy  birdi-bir  olan  Tanrı-Teala  aramızda  şahid 
olsun  ki,  mən  əlimi  sənin  qanına  bulamaq  istəmirdim,  o  ki  sen 
başa  düşmədin,  onda  özündən  küs.  Səni  gərək  elə  edəm ki,  ne 
öləsən, nə də ki, sağ qalasan, bütün yaşadığına peşman olasan.
Sonra da -  Ya rəbbim!  Özün ol şahid -  deyib, bayaqdı qılıncı­
nı hərlədi,  Qərib ağanın  sağ qıçını  dizdən üzdü.  Qərib ağanı qan 
götürdü.  G ətirdilər evinə.  Qərib ağa ayılanda dedi:
-  Bu  işdə  Mehralının  heç  bir günahı  yoxdur.  Günah  məndə­
dir.  N əhlət gəlsin şeytana.  O məni yoldan çıxartdı.
Bəli, Mehralı elə ki, Qərib ağanı etdi qanına qəltan, üz qoydu 
evlərinə.  Ana,  bacı-qardaşları  ilə görüşdü.  Anasına  nişanlısı Ba­
harı qaçırtmaq fikrində olduğunu dedi. Anası da cavabında dedi:
-   Oğlum,  bu  işdən  əl  çək.  Sənin  başın  hələ  qalmaqaldadır. 
Qaçaqsan.  İşin  düzələndə  Bahar  orada  durur,  sizə  elə  bir  toy 
edərik ki, sədası Alosmandan, Ərəseydən gələr.
Anası,  eləcə də kənd ağsaqqal-ağbirçəkləri  çox dedi,  Mehra­
lı  sözə  baxmadı.  Getdi  nişanlısı  Baharın  yanına.  Hər  iki  sevgili 
bir-birini  görüb  çox  sevindi,  Allah  da  hamınınzı  sevindirsin.  Bir 
qədər söhbətdən  sonra Mehralının  sinəsi dəmirçi  kürəsi  kimi od 
alıb,  qəlbi  coşa  gəlib  götürüb  görək  Bahara  nə  deyir  və  Bahar 
cavabında  nə  söyləyir,  hər  ikisinin  tərəfindən  ərz  eyləyək,  siz 
sağ olun.
Aldı Mehralı:
Sevgilim gəl bu dağları,
Birgə gəzək qoşa sənlə,
Qartal kimi zirvələrə 
Çıxaq dağa-daşa sənlə.
Bahar xanım ipəyi saçından üç tel ayırdı. Basdı sineyi sandı-ğa:
Sevgilim, məndən incimə,
Gedə bilməm hələ sənlə.
206
2 А М Р А Р А ^ К У Э О Ы и Ш Ш Э 5 Я Н Э ^ ^ ^ Ш _
İşin hələ qalmaqaldı, 
Çıxa bilməm yola sənlə.
Aldı Mehralı:
Gəl verək birgə əl-ələ, 
Necə ki, sağıyıq hələ. 
Düşmənə qurarıq tələ,
Ta dolunca yaşa sənlə.
Aldı Bahar xanım:
Demə, bu yoldan bezərəm, 
Leyli tək səhra gəzərəm, 
H ər cəfana mən dözərəm, 
Düşsəm çöldən-çölə sənlə.
Aldı Mehralı:
Mehralının vəfadarı,
Unutmam əhdi-ilqan,
Bir dolanaq bu dağlan,
Vuraq ömrü başa sənlə.
Aldı Bahar xanım:
Bahar dərdə dözmək istər,
Zirvələrdə gəzmək istər,
Sona kimi üzmək istər,
Ə gər düşsə gölə sənlə.
Bəli, h ər ikisinin sözü qurtardı. Bahar da anasının dediklərini 
dedi.  Amma  Mehralı,  ağanı  Allah  saxlasın  deyib  Bahar  xanımı 
bayaqdı  Qarakötüyün  aldı  tərkinə,  üz  qoydu  Alosmana.  Bunu 
eşidən düşm ənlər sevindi  ki,  indi  Mehralını  tutmaq  asan  olacaq. 
Başladılar axtanşa.  Bir gün elə oldu ki, Dovşanqulu oğlu Hüseyn 
bildi  ki,  Mehralı  Qaraxaç yaylağındadır.  Yoldaşlan  ilə  gəlib yol 
qırağında iri  daşların  arxasında gizləndi.  Bir də gördü ki,  budur, 
Mehrahyla  Bahar  gəlirlər.  Xəlvətcə  çıxıb  qılıncını  Mehralıya
207


FƏ XRİ VALEHOĞLU
endirdi.  Bunu  görən  Bahar  əlini  qılıncın  qabağına  tutdu.  Qılınc 
Baharın  üç  barmağını  üzdü.  Mehralı  tez  geri  dönüb  Hüseyni 
vurmaq istədi. Ancaq at yan qaçdı.  Qılınc Hüseynin atmın quyru­
ğunu  dibindən  üzdü.  Mehralı  Dovşanqulu  oğlunun yoldaşlarının 
bir  neçəsini  öldürdü.  Özünün  isə  arxasınca  düşsə  də  öldürə 
bilmədi. Bahar maneçilik etdi. Mehralmın əl-ayağına dolaşdı.
Bu döyüşdə M ehralı yaralanmışdı. Buna görə də Bahan apa­
rıb  Çıldırdakı  bir dostunun  evinə  qoydu  və  yarasını  sanyıb sax­
ladı.  Özü  də  ağır  yaralı  olduğundan  bir  yana  tərpənə  bilmədi. 
Atalar deyib:  «Çuyğul n ə ölüb, nə də öləcək».  Gedib xəbər ver­
dilər hökumətə.  Mehralını  yaralı  olub  əl-ayağını  tərpədə bilmə­
diyi  üçün  aparıb  saldılar Qars türməsinə.  Mehralı  o yerdə özünə 
gəldi  ki,  el-qolu  bağlı  zindandadır.  Burada  istədilər ki,  onun ya­
rasını  sağaldalar.  Ancaq  Mehralı  qoymadı.  Qorxdu  ki,  daha  da 
zəhərli  dərman qoyarlar,  öldürərlər.  Ona görə  də  özü ara parpısı 
eyləyib sarıdı.
Qalada  məhbusların  içində  Əhməd  adında  bir  aşıq  var  idi. 
Onun  arvadı  tez-tez onlara  əppək gətirirdi.  Mehralı  bu qadından 
xahiş  etdi  ki,  ona  bir yeyə  gətirsin.  Qadın yeyəni  çörəyin içində 
keçirdi.  Mehralı  başladı  yeyə ilə qapını  bir tərəfindən kəsməyə. 
Başqa  bir  yerdən  də  yeri  eşib  özünə  pünhanı  bir  deşik  açdı. 
Qapını  kəsəndən  sonra  məhbusları  öyrətdi  ki,  keşikçiyə  hücum 
edib qaçsınlar.  M əhbuslar Mehralının dediyi  kimi  edəndə,  Meh­
ralı  da  eşdiyi  deşikdən  qaçıb  qaladan  beş-on  addımlıqda  olan  ot 
tayalarında  gizləndi.  Bildilər ki,  Mehralı  qaçıb,  başladılar  uzaq­
larda  onu  gəzməyə.  Ta  nə  biləydilər  ki,  dörd  bir  yanda  arayıb- 
axtardıqları qalanın böyründəki ot tayasmdadı.  Sizə xəbəri  verim 
Mehralıdan.  Mehralı  üç  gün  iki  gecə  həmin  ot  tayasında  qaldı. 
Sonra da fikirləşdi  ki,  artıq yat-küt olar.  Gizləndiyi yerdən  çıxdı. 
Ot  tayasının  yanında  ən  yaxşı  cins  atların  saxlandığı  tövlə  v a r 
idi.  Oradan  özünə yaxşı  bir at seçib minib tərpəndi.  Ancaq  g e c ə  
olduğu  üçün heç  özü də  bilmirdi haraya gedir.  Yarası  tam  sağ a l­
mamışdı.  Üstündə  yarağı-yasağı  da yox  idi.  Hər an  tuta  b ilərd i­
lər.  Özü de bilirdi ki, bu dəfə ələ keçsə, qalada üsyan təşkil  e d ib  
qaçdığı  üçün  edam  edəcəklər.  Bir  bulağın  yanında  atı  saxlayıb
208
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
aşağı endi.  Əl-üzünü yudu.  Sonra ötən günləri, bütün başına gəl­
miş  hadisələr gözünün  qabağından  keçdi.  Bahar,  ailəsi,  qohum- 
əqrəbası,  yurdu  Borçalı,  kəndi  Darvaz  yadına  düşdü.  Kövrəldi, 
ürəyi  qübarlandı.  Öz-özünə  dedi,  deyirlər  insan  dara  düşəndə 
ərənlər pirini  çağırır,  o da dada yetir, gel sən də çağır, bəlkə sə­
nə də bir yol açıla.  Üzünü göyə, Allaha tutub alır görək nə deyir:
Çağırdım adını ya şahi-mərdan,
Dar günü dadıma yetiş sen mənim.
Sənsən, xəlq eyliyən aləmi-cahan,
Bu darda dadıma yetiş sən mənim.
Hayana gedirəm,  əl  çəkmir qada,
Cavanken Ömrümü vermişəm bada,
Yetiş imdadıma ya sirli xuda,
Bu darda dadıma yetiş sən mənim.
Çağırram dadıma qadir-sübhanı,
O Xıdır Əlləzi sahib-zamanı,
Dağıldı atamın ol xanimanı,
Bu darda dadıma yetiş sən mənim.
Mehralmın bəxti niyə yatıbdır,
Mən görürəm tale məni atıbdır,
Yoxsa cavan ömrüm başa çatıbdır,
Bu darda dadıma yetiş sən mənim.
Mehralı sözünü qurtarıb yoluna davam etdi.  Dar cığırla bir az 
getmişdi  ki,  qarşısına  geniş  bir yol  çıxdı.  Bu  yolu  əlinə  alıb  bir 
az getmişdi ki,  gəlib bir kəndə çıxdı. Həmin kənddə ilk qarşısına 
çıxan  bir  qapını  döydü.  Fələyin  işinə  bax  ki,  Mehralmın  gəlib 
çıxdığı  bu  kənd  Miraslı  kəndi,  qapısını  döydüyü  ev  də  yaralayıb 
öldürdüyü  M usa  Çavuşun  atasının  evi  idi.  Baxdı  ki,  bir  qoca 
nurani  kişi  çıxdı  qapını  açmağa.  Mehralı  bu  kişidən  xahiş  elədi 
ki,  onu  Allahın  qonağı  eyləsin bir günlüyünə.  Kişi  de  bunu  çox
209


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə