KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   49   50   51   52   53   54   55   56   57

F Ə X R İ VALEHOĞLU
mehriban  qəbul  eylədi,  dəvət  etdi  evinə,  tez  buna  süfrə  açdı. 
Mehralı  üç  gün  idi  heç  nə  yeməmişdi.  Doyunca  yeyib  aclığını 
öldürdü.  Sonra  adı  M ustafa  olan  bu  kişi  Mehralını  sorğu-suala 
tutdu.  Gördü ki,  bu oğlu Musanı öldürən Qaçaq Mehralıdır. Am­
ma hələ ki,  heç n ə  bildirmədi.  Gətirib su qızdırdı, Mehralını ya­
xalayıb  yaralarına  m əlhəm   sandı.  Sonra  da  yatağını  salıb qona­
ğını  rahatladı.  M ustafa  kişinin  Musa  Çavuşdan  başqa  altı  oğlu 
var  idi.  Mehralı  yatandan  sonra  o,  oğlanlannm  hamısını  başına 
yığıb  qonağının  kim   olduğunu  söylədi  və  tapşırdı ki,  ona xəya­
nət  etməsinlər.  Çünki  M usa  Çavuşu  yaralı  halda  evlərinə gəti­
rənlər günahın M ehralıda yox, onun özündə olduğunu atasına və 
qardaşlarına söyləmişdilər.
Sübh  açıldı,  üstünüzə  xeyirli  sabahlar açılsın,  Mehralı  oyan­
dı  ki,  yarası  dincəlib.  Çox  keçmədən  Mustafa  kişi  altı  oğluyla 
birlikdə  Mehralımn  yanma, gəldi  ve  özünü  tanıtdı.  Mehralı  ka­
rıxdı, pərişan oldu.  İşi belə görən Mustafa kişi  aldı  əvəzində gö­
rək ona nə dedi:
Tanrı saxlayana zəfər toxunmaz,
Yaşayar her zaman ölməz, ay oğul!
Haqqın qəhərindən yayınmaq olmaz,
Bunları hər nadan bilməz, ay oğlum!
İnam bağla ərənlərin pirinə,
Qorxu gəlməsin qoy sənin sərinə,
Səni qoyduq Musa Çavuş yerinə,
Bizdən sənə xəta gəlməz, ay oğlum!
Mustafayam, artıq ötübdür yaşım,
Qəzanın işidir, ağanb başım,
Oğlanlarım olsun sənin qardaşın,
M ərdlərə heç zaval olmaz, ay oğlum!
Mustafa kişi  sözünü  qurtarıb  dili  ilə  də  dedi  ki,  oğlum,  heç 
qəlbinə  qaraltı  gəlməsin,  biz  bilirik  ki,  günah  mənim  oğlumda 
olub, ona görə də biz səni Musa Çavuşun yerinə qoyduq, bundan
210
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
sonra  sən  də  mənim  oğlum  sayılırsan,  bu  oğlanlarım  da  sənin 
qardaşın  sayılacaq.  Mehralımn  minib  gəldiyi  at  damğalı  idi, 
Mehralını tez ələ verə bilərdi.  Ona görə də Mustafa kişi oğlanla­
rına  tapşırdı  ki,  aparıb  bu  atı  azdırsınlar.  Düz  bir  ay  Mehralıya 
baxdılar.  Sonra Mehralı daha burada qala bilmədi, vətən şirindir, 
vətəni  yadına  düşdü.  Getmək  üçün  Mustafa  kişidən  izn  istədi. 
Mustafa kişi dedi:
-   Oğlum,  mən  səni  başa  düşürəm,  bilirəm  ki,  darıxırsan. 
Amma sənə m əsləhətim  var. Eşitmişəm ki, uruslar sənin haqqın­
da fərman  verib  ki,  könüllü təslim  olsan  sənə  çoxlu  ənam verə­
cəklər, özünü d ə edəcəklər knyaz. Belə şeylərə oğlum Musa Ça­
vuş  kimi  suslama.  İnsanın  şərəfi  h ər şeydən  üstündür.  Bu  günə 
kimi  qeyrətli  ömür yaşayıbsan,  bundan  sonra da  belə  davam  et. 
Heç kəsə boyun əymə.  Yalnız ehtiyatlı ol.  Ehtiyat igidin yaraşı­
ğıdır.
Sonra da Mehralıya yaxşı bir at, bir də Musa Çavuşun qılın­
cını  verdi,  xeyir-duasını  əsirgəməyib  Borçalıya  yola  saldı.  Altı 
qardaş da Mehralıyı tək qoymadı.  Ona qoşulub Arpa çayı keçdi­
lər,  vardılar Ağbabaya, ordan da dağlarla-dərələrlə yol gedib ge­
cənin  birində  özlərini  yetirdilər  Darvaza.  Kənd  əhli  onları  toy- 
bayramla qarşıladı.  Hamı  qonaqlıq vermək üçün  sıraya düzüldü. 
Mehralı  bəyin  gəlişinə  ən  çox  sevinənlərdən  biri  o  tutulduqdan 
sonra Darvaza,  evlərinə gəlib çıxmış  sədaqətli  atı  Qarakötük ol­
du.
Bu  o  vaxt  idi  ki,  Uruset-Osmanlı  davası  təzə  başlamışdı. 
Uruslar qaçaqları  öz  tərəflərinə  çəkmək  üçün  dəridən-qabıqdan 
çıxırdılar.  Bu  m əqsədlə  Mehralıya  da  çoxlu  məktublar  göndər­
mişdilər.  A m m a  Mehralı  onların  təkliflərini  qəbul  etmirdi,  öz 
din,  dil  qardaşlarına  qılınc  vurmaq,  güllə  atmaq  istəmirdi.  Ona 
görə  də  Osmanlı  ordusunun  başçısı  marşal  Muxtar  Paşaya  bir 
namə  yazıb  xəlvəti  bir  adamla  göndərdi.  Mehralı  bu  məktubda 
görək nə yazdı, biz deyək, eşidənlər şad olsun:
M uxtar Paşa, bir ərzim var sizlərə,
Qəbul qılsan bir arkadaş bilərəm.
211


FƏ XRİ VALEHOĞLU
İstəm irəm  gavurlara qarışam, 
İzin versən, sizin elə gələrəm.
Ta ölüncə vicdanımı satmaram,
M üxənnetin kölgəsində yatmaram.
Gavurlarla sizə güllə atmaram,
V erərəm  özümü selə gələrəm.
F ələk  qatıb Mehralmın serini,
Pünhan saxla, bilməsinlər sirrini,
Çağırmışam, ərənlərin pirini,
Ölsəm də, müsəlman-türk tək ölərəm.
Muxtar  Paşa  məktubu  oxudu  və  əvəzində  cavab  yazdı  ki, 
Osmanlı  ordusunun  sənin  kimi  igidlərə  çox  ehtiyacı  var,  ancaq 
əvvəlcə sənə Osmanlı  Sultanının bir fərmanını göndərəcəm, onu 
Qafqazın  quzeyində  yaşayan  müsəlman  dağlılara  çatdırmalısan. 
Əgər bu tapşırığı  yerinə yetirsən,  onda biləcəm ki, bizlərdənsən 
və o zaman gözümüz üstündə yerin var.  Mehralı Muxtar Paşanın 
tapşırığını  yerinə  yetirmək  üçün  gəldi  Qaraçöp  mahalının  Y or- 
Muğanlı  kəndinə.  Bir  neçə  gün  orada  atasının  dostu  olan  m a­
halın  hörmətli  və  mərd  ağalarından  Alı  Ağakişi  oğlunun  evinde 
qonaq  qaldı.  Sonra  da  onun  köməkliyi  ilə  Dağıstan və  Çeçenis­
tan  dağlarına  qalxıb  Osmanlı  hökmdarının  məktubunu  çatdırdı 
oradakı naiblərə.
Bundan  sonra  Mehralı  kəndinə  dönüb  Alosmana  keçm ək 
üçün  başladı  hazırlığa.  Darvaz  dərəsində  qərar  tutan  12  p a ra  
kəndin  ruhanisi  Hacı  Molla  Məhəmməd,  kənd  ağalarından  R ə fi 
ağa,  Bayram ağa,  İdris ağa və Cəfər ağa, Darvaz kəndinin k ə n d - 
xudası  Eyyub  oğlu  Ah  Mehralıya  uruslar  işgəncə  verm əsinlər 
deyə  ən  yaxın  qohum-əqrəbasını  özü  ilə  aparmağı  m ə slə h ə t 
gördülər.  Mehralı  da  bu  ağsaqqalların  dediyi  ilə  razılaşdı.  Y ır- 
yığışdan  sonra  Mehralmın  qəfiləsi  Darvazda  Hərşənin  ocağ ın ı 
və  Boyalı  pirini  ziyarət  etdi,  nəzir-niyaz  verdi  və  hava  q aralan  
kimi  kənddən  Şindilər dağma tərəf yol aldı. Bir az  gedib  Q u y u -
212
QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB TARİXİ
bulaqda  dayandılar.  Mehralı  -   bəlkə  sonuncu  dəfədir  -   deyib 
Quyubulağın  suyundan  doyunca  içdi  və  ovuc-ovuc  üz-gözünə 
vurdu,  buradakı  ağacları,  daşları  öpdü.  Mehralmın  Bahardan  bir 
oğlu  olmuşdu,  adını  Rüşdü  qoymuşdu.  H ələ  çağa  idi.  Mehralı 
düşündü  ki,  uşaq  yolda  ağlayıb  onlara  çox  maneçilik  edə  bilər, 
uşağın  səsini  duyub  onlara  zərər  yetirə  bilərlər.  Ona  görə  də 
Bahara dedi  ki,  Rüşdünü aparmaq olmaz,  bəlkə  uşağın bələyinə 
çoxlu  qızıl,  pul-para  qoyub  saxlayaq  bu  qoca  vələsin  dibində, 
tapan olsa, pula görə uşağa dəyməsin.  Sizi addadım Arpa çayının 
o  tayına,  sonra  qayıdıb  inşallah  Rüşdünü  apararam.  Bunu  eşidən 
Bahar ahu-nalə çəkib görək Mehralıya nə dedi:
Ay Mehralı, and verirəm Allaha,
Yalvarıram, gəl ayırma balamı.
Aləmi xəlq edən o gözəl  şaha!
Yalvarıram, gəl ayırma balamı.
Aləmin təbibi, ədalət şahı,
Külli aləmdə islamın pənahı,
Təmənnam budur ki, çəkdirmə ahı,
Yalvarıram, gəl ayırma balamı.
Əzizdir Vətənin torpağı-daşı,
Yunisi dəryadan qurtaran kişi,
Balam çox uşaqdır, körpədir yaşı,
Yalvarıram, gəl ayırma balamı.
Baharın bulud tək gözü dolubdur,
Ah-naləsi göyə bülənd olubdur,
Bu bəlalar bizə haqdan gəlibdir,
Yalvarıram, gəl ayırma balamı.
Mehralı  dedi,  indi  bir  çağadan  ötəri  bu  qədər  xalqı  badamı 
verək?  Bahar,  eləcə  də  Mehralmın  qardaşı  İsa,  bacısı  Hürü  nə 
qədər  yalvardılarsa  Mehralı  həmişə  olduğu  kimi  dediyindən
213


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə