KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   49   50   51   52   53   54   55   56   57

FƏXRİ VALEHOĞLU
Ustad  deyir  ki,  müharibə  sona  çatanda  Sultan  Mehralıyä is- 
marladı  ki,  öz  qarapapaqlannla  kefin  Alosmanm  harasında  is­
təsə,  orada  binəlenə  bilərsən.  Mehralı  yurd  salmaq  üçün  seçdi 
aşıqlar  m əskəni  Sivas  vilayətini.  Çünki  bura  havasına,  suyuna 
görə  öz doğulduğu,  boya-başa çatdığı  yerin havasına-suyuna  ox­
şar idi. Həm də müharibə dostu general Musa Paşa Qunduxov da 
burada yaşayırdı.  Fikirləşdi ki, dar gündə bir-birimizə həyan ola­
rıq.  Sivas vilayətinin  Qanqal qəzasında Mehralıya ucsuz-bu-caq- 
sız torpaq  sahələri  verildi.  O burada  altmış kəndə ağalıq etməyə 
başladı.  Mehralı  bəy burada özündən və özü  ilə gəlmiş ən yaxm 
adamlarından  ötəri  bir  kənd  saldı  və  adını  da  qoydu  Acıyurd. 
Ona  görə  ki,  əvvəlcə  Borçalıdan,  sonra  da  Qarsdan  ağrılı-acılı 
gəlmişdilər.  Mehralı  Anadolunun  ən  hörmətli,  şöhrətli,  nüfuzlu 
adamlarından  biri  hesab  olunurdu.  Hamı  ona  Mehralı  Paşa 
deyirdi.  Sivas  əhli  Mehralı  bəy  kimi  adı  dillərdə  dastan  olan 
qoçaq bir adamın onların obasında yaşamasına çox  sevindi.  Aşıq 
Püryanı Mehralı bəyin gəlişi münasibəti ilə aldı görək nə dedi:
Nasıl mədh etməyim Mehralı bəyi,
Sivas ölkəsinin bəyi gəlibdir.
O zalım düşmənin əlində qalmaz,
Sivas ölkəsinin bəyi gəlibdir.
H ər kəs qədərinə boynunu əyə,
Səsi yayılmışdı şəhərə, köyə,
Zərər-ziyan gəlməz Mehralı bəyə,
Sivas ölkəsinin bəyi gəlibdir.
Əcəm igididir, yaxşıdır, yaxşı,
Gösterir kəndini kamalı, şəxsi,
Əhbabı, yaranı gedərlər qarşı,
Sivas ölkəsinin bəyi gəlibdir.
Püryanı bu anda söylər, bitirər,
Haqqın birliyinə şükür yetirər,
222
QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB TARİXİ
Yurdun şərəfini bəylər artırar,
Sivas ölkəsinin bəyi gəlibdir.
Hə, m ənim  əzizlərim!  Ustad deyir ki, Qarapapaq generalı Si- 
vasda elə bir mülk inşa etdi ki, göz istəyirdi tamaşasına.
Bu  malikanənin  inşasında  əhli-Sivas  cani-dildən  qol  çərmə- 
mişdi. Bu inşada kasıb ustad Aşıq Ruhsəti də işləyirdi.  Tanınmış 
aşıq olan Ruhsətinin  əsil  adı  Mustafa  idi.  Sivas  vilayətinin Acı- 
yurdun  qonşuluğunda  yerləşən  Dəlikdaş  kəndindən  idi,  12  ya­
şından  yetim   qalmışdı.  O,  sazı-sözü  ile  inşaatçıların  əl-ayağını 
güməşdirirdi.  O  idi  ki,  inşaatçılar  Mehralı  bəyə  şikayət  etdilər 
ki,  Aşıq  Ruhsəti  onların  başmı  qatır,  ona  görə  də  iş  ləng  gedir. 
Söz-söhbəti eşidən Mehralı bəy Ruhsətini  edir işdən azad.  Bunu 
görən  Rühsəti  qəhərlənir.  Götürür  halına  binəm  Mehralı  bəyə 
belə bir dördlük söyləyir:
Adanada duydum: sıtmasıyla dərdi var,
Ağdağa getdim: tülküsü var, qurdu var,
Avşara getdim: çərkəzi var, kürdü var,
Burada da, bəyim, müzəvirin dördü var.
İşdən  azad  olunmağına baxmayaraq  Aşıq  Ruhsəti  inşaatdan 
aralanmır,  elə  hey  şeirlər söyləyib mahnılar oxuyur,  gününü  be­
ləcə  yola  verirdi.  Belə  günlərdən  birində  Mehralı  bəy  Ruhsəti- 
dən  xeyli  aralıda  ustalara  göstəriş  verirdi.  Ruhsəti  fikirləşdi  ki, 
daha belə davam edə bilməz, ömrü yoxsulluq, aclıq, səfalət için­
də keçib,  indi  burada da  işdən  qovuldu,  düşündü ki,  gəl  Mehralı 
bəyə vəziyyətini de, bəlkə yazığı gələ.  Aldı görək dərdini nə tə ­
hər söylədi, ərz eyləyək qulluğunuza:
V aqif ol halıma, mənim əfəndim,
Bir aclıqdan başqa deyəcəyim yox.
Yoxsulluq oduna yandım, alışdım,
Axşamdan sabaha yeyəcəyim yox.
223


F Ə X R İ VALEHOĞLU
Ah etm əkdən bağnm  başı sızıllar,
Loğman deyə gəldim, bəylər, qazılar!
Evdə m ələşirlər körpə quzular!
Qazana bir ovuc qoyacağım y ox...
N ə xəyala doldığımı bilmənəm,
Ruzu şəb  ağlaram,  bir dəm gülmənem,
Yol üstə durub karvan vurmanam,
M ənim  səndən başqa umacağım yox.
Bütün əhvalımı yazdım varağa,
Atma, Ruhsətini gözdən irağa,
B ir top bez istərəm, bir az nafağa,
Ölərsəm,  qəbirdə geyəcəyim yox.
Bəli, Aşıq Ruhsəti  Mehralı  bəyə yazacağını yazdı,  deyəcəyi­
ni  sözlə  də  dedi.  Ruhsətinin  sözləri  Mehralı  bəyi  aldı.  Sonuncu 
bənd ona lap çox təsir etdi, yadına düşdü ki,  aşığa bir at söz ver­
mişdi,  dediyinə  əm əl  etmədiyi  bir yana qalsın,  hələ zavallını iş­
dən də çıxanb.  Sanki  Mehralı  bəyin  fikri  Ruhsətiyə  çatdı, bəyin 
pərişanlığım duyan aşıq aldı ucadan görək n ə dedi:
Kəndi  içərimdə neştərim m ənim ,
H ər qəzada vardır işdərim menim,
Sivasdan da çoxdur müştərim mənim,
B ir kabab yedirib ətə, qıyammaz.
Yaz gəldi ortalıq güllük, gülüstan,
Yenə mənim başım qurtulmaz yasdan,
Mehralı bəyə də yazdım bir dastan,
İqrar verər, amma ata qıyammaz...
Ciddi  bir adam olan Mehralı  bəy bu yerdə özünü saxlaya bil­
məyib,  ucadan qəhqəhə çəkdi, aşığı yanına çağırıb könlünü aldı:
224
QARAPAPAQLAR VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXt
-  Aşıq,  bilirsən ki, men saza-sözə  vurğun  adamam,  özüm də 
sənin  xətrini  çox  istəyirəm,  havalar  yaxşı  keçir,  yağmur-filan 
başlamamış  inşaatı  tamamlamaq,  evin  üstünü  çatmaq  lazımdır. 
Bu  sarayın  həmişə  gözlənilən  və  ən  əziz  qonağı  sən  olacaqsan, 
sənsiz,  aşıqsız  bu  cah-cəlalın  ləzzəti  heç  olar.  İndi  mənim  çox 
xoşladığım o dastan-vaqeeni bir də söylə -  dedi.
Mehralı  bəyin  dediklərini  eşidən  Ruhsətinin  gözləri  güldü, 
könlü  açıldı.  Qəribə bir yuxunu təsvir edən  on iki bəndlik mən­
zum dastanı  söyləməyə  başladı.  Bu dastanın son bəndini  ərz ey­
ləyək qulluğunuza, dinləyənlər var olsun:
Ruhsətiyəm, kəndi kəndimdən keçdim,
Bu gecə mənamda çox yerdən uçdum ,
Bir də, röya imiş, gözümü açdım 
Bəyim, həvəs etmə bu rəzilkara.
Mehralı bəyin ürəyi açıldı, kefi duruldu, «Əhsən, ey vallah!» 
deyib Ruhsətiyə bir öküz bağışladı, ondan yenə nə istədiyini  so­
ruşdu.  Ruhsəti çəkinməyib dedi:
-   Bəyim,  senin  mərd  və  sözünə  düz  adam  olduğun  hamıya 
bəllidir.  M ənə  Dəlikdaşa gedib-gəlmək üçün  söz  verdiyin atı  is­
təyirəm, ayaqlarım ağrıyır, yola dözə bilmirəm. Bir də, külfətimi 
aclıqdan  qurtarmaq  üçün  bir  sağmal  inək  versən,  ömrüm  boyu 
sənə duaçıyam.
Mehralı  bəy  aşığa  bir  yəhərli-yüyənli  at,  xeyli  el  xərcliyi, 
sağmal  inək,  bir  də  xeyli  azuqə  və  əkin-səpin  üçün  toxumluq 
verdi.  Dedi:
-  Aşıq, hələlik bunları apar, Dəlikdaşda əhli-əyalına ver.  Ək- 
sep,  inşallah  gələcəkdə  vəziyyətin  daha yaxşı  olar.  Səni  heç  bir 
şeydən  korluq  çəkməyə  qoymayacam.  Bu  gündən  sonra  səni 
özümün ən yaxın dostlarımdan hesab edirəm və sarayın  inşaatın­
da işləyən  ustaların başı  üstünə nəzarətçi təyin edirəm.
Ustadlar deyir ki,  elə o gündən  Aşıq Ruhsəti  ilə Mehralı bə­
yin  arasında  şirin  və  sədaqətli  dostluq  əlaqəsi  yarandı.  Ruhsəti
225


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə