KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

FƏ XRİ VALEHOĞLU
qazaqlara.  Bayaqdı qazaqlar aldılar K ələnin oğlu Hüseynin eVini 
mühasirəyə.  İşin  pis  nəticə  verəcəyini  duyan  Kələnin oğlu Mif- 
nü verdi  evin arxasındakı  ot tayasına.  Düzəltdi  özü üçün bir sığı* 
nacaq yeri.  Qazaqlar başladılar evi atəşə tutmağa.  Vurdular ot ta* 
yasına  od.  İşin pisləşdiyini  görən K ələnin  oğlu  ot tayasından $1* 
xaraq  bir neçə  qazaqı  sərdi  yerə.  Özü  de  oldu  qazaqlann güllə­
sinə tuş.
Ən  sadiq  dostu  K ələ  oğlu  Hüseynin  m ərdliklə  ölüm  xəbəri 
sarsıtdı  Mehralını.  Vəfalı  dostu hər vaxt  tapmaq  olmur,  Hüseyn, 
umudum  tək  sənə  gəlirdi,  sən  də  belə  oldun  -   deyə  çox kədər­
ləndi,  ağladı.  Bu  münasibətlə  götürdü  görək  nə  dedi,  ərz  eylə-- 
yək qulluğunuza:
Zalım əcəl səni tez yaxaladı*
Alıb kəməndinə saldı Hüseyn!
O müxənnət sitamkarın gülləsi,
Əzrayıl cənginə saldı Hüseyn!
Deyirdim, dağlan qoşa gəzərdik,
El yolunda her cəfaya dözərdik,
Zalım qazaqlann başm əzərdik,
Xəzan vurdu, gülün soldu Hüseyn!
Yəqin haqq yolunda etmişəm günah,
Sən ol m ənə dayaq, ey yaradan şah.
Ümidim sən idin, pənahım Allah,
Mehralı da sənsiz qaldı Hüseyn!
Bəli,  əzizlərim!  Artıq gavurlara qarşı,  Qafqazın  hər yerində, 
Şəmşəddində, Qazaxda, Loruda, Qaraçöpdə, Qarayazıda, Başke- 
çiddə,  Ağbabada Dəli  ağanın, Kor İsmayılın, Mehralının,  İskən- 
dərin,  Dəli  Yusufun  qaçaq  dəstələri  təki  hökumətə  qarşı  çıxan 
dəstələr  çar  üsuli-idarəsindən  təngə  gələn  kasıb-küsublann  he­
sabına  günü-gündən  artırdı.  Mehralının  şan-sədası  artıq  təkcə
202
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Borçalını deyil,  Qars,  Ərdahan, Çildir,  Şörəyel, Ağbaba, Axısxa, 
Axalkələk,  Qazax,  Gəncəbasar,  Açıqbaş, Pənbək mahallarını də 
bürümüşdü.  Tiflisdə, İstanbulda, Moskovada, Peterburqda, Ərzu­
rumda çıxan qəzetlər hər gün Qaçaq Mehralının ən qorxulu düş­
mən olduğunu yazıb-yayırdılar.
Hökümət  əsgərləri  qaçaqların  öhdəsindən  gələ  bilmirdilər. 
Odur  ki,  uruslar  hiyləyə  əl  atdılar,  Onlara  qarşı  günah-suçları 
nisbətən az olan qaçaqları əfV etdilər,  Mehralını tutub onlara əsir 
verənləri  çoxlu  ənam,  rütbəylə mükafatlandıracaqlarına  söz ver­
dilər..
M əsələni  eşidən Mansurla Dovşanqulu oğlu xəlvəti  danışığa 
girib, oldular hökümətə təslim və urusa dedilər ki, Mehralını tut­
maq bizim boynumuza.  Mehralı gördü ki, yoldaşları namərd çıx­
dı.  Ona görə də Borçalıda durmayıb keçdi Alosmana, Çildir ma- 
halındakı  qarapapaq  dostlarının  yanında  özünə  sığınacaq  tapdı. 
Bunu  bilən  və  Mehralının hünərindən  lərzəyə  gələn  urus  hökü­
məti  Osmanlı  padşahı  Sultan Əbdüləzizə bir məktub yazıb xahiş 
etdi ki, Mehralını təcili versinlər uruslara. Əbdüləziz Paşa sədrə- 
zəmə,  o  da  öz  növbəsində  Ərzurum  valisinə  göstəriş  verdi  ki, 
Paşanın  əmri  yerinə  yetirilsin,  Mehralı  bəyi  təcili  tutub  Urusetə 
versinlər.
Bunu  eşidən  Mehralı  təzədən  keçdi  uruslann  əlindəki  tor­
paqlara.  O  fürsəti-fövtə  verməyib  özünü  verdi  ailəsi  ilə  görüş­
mək üçün Darvaza.
Mehralının  Uruset  sunurlanna  keçməsini  duyan  Dalaverli 
Mansur,  Dovşanqulu  oğlu  Hüseyn,  Musa  Çavuş,  Qərib  ağa baş­
ladılar hər yerdə Mehralını qarabaqara izləməyə.
Günlərin  bir  günü,  elə  oldu  ki,  Musa  Çavuş  Mehralıyla üz- 
üzə gəldi. Ancaq Mehralı  istədi ki, döyüşdən yayınsın, dəfələrlə 
Mtisa Çavuşa bildirdi ki, etmə-eləmə. İstəmirəm əlim qanma bu­
laşsın:  Bilirəm  bu  gavur uruslar sənə  pul  veriblər,  gəl  tamahına 
təp de. M əndən sənə xeyir gəlməz:  Kimə deyirsən, Çavuş Musa 
ay qandı ha.  İşin bəd gətirdiyini görən Mehralı dedi, gəl buna bir 
neçə kəlm ə söz de, əgər yenə qanmasa onda Allah ya ona verər, 
ya da mənə. Aldı Mehralı görək nə dedi:
203


FƏ XRİ VALEHOĞLU
M usa Çavuş, gel əl götür davadan,
K əsilər biləyin, əldən olarsan!
A tıb qaynacıma tutaram səni,
C ənnət tək  mahaldan-eldən olarsan!
Qartalın zirvədə olar yuvası,
Tülkünün aslanla olmaz davası.
G əl m ənim lə savaşmaynan, qadası,
Vuraram qılıncı, beldən olarsan!
M ehralıyam, indi girrəm meydana,
Koroğlu tək  qılınc vurram hər yana.
B ir nərə çəkərəm  Rustamzalyana,
Tutular qulağın dildən olarsan.
Söz tamama yetişər-yetişməz Musa Çavuş  əl  çəkməyib yenə 
həm lə  edəndə  Mehralı  atının  başını  geri  çəkib  döndü və dönən 
kimi də ilk həm lədə M usa Çavuşu qılıncıyla yaraladı. Amma ye­
nə  rəhmi  gəldi,  təkrar  zərbə  vurub  öldürmək  istəmədi,  atım ça­
pıb  sürətlə  uzaqlaşdı.  M usa Çavuş  yaralanıb  atdan yerə düşəndə 
onun  dəstəsində  olan  əsgərlərdən  yarısı  atlarından enib başçıla­
rının hayına qaldılar.  Yarısı  da Mehralmın dalınca düşüb onu tut­
maq  istədi.  Mehralı  gördü ki,  qabaqda bir yarğan  var,  ata bir acı 
təzyana  vurdu.  A t  elə  sıçradı  ki,  yarğanın  o  toyuna  düşdü.  Onu 
izləyən  qoşunun  isə  çoxu  yelini  saxlaya  bilməyib  yarğandan 
uçub öldü.  Sağ qalan atlılara Mehralı uçurumun o toyundan dedi: 
« M ənim siznən heç bir işim yoxdur, siz də məni  daha izləmək­
dən  əl  çəkin.  Günah Musa  Çavuşun  özündə oldu,  mən onu vur­
maq  istəmirdim, Allahdan diləyim odur ki,  ona bir şey olmasın» 
və  atını  çapıb  gözdən  itdi.  Kor-peşiman geri  qayıdan  bu  atlı  əs­
gərlər  Musa  Çavuşu  yaralı  vəziyyətdə  öz  kəndinə  apardılar. 
Yolda  çox  qan  itirdiyinə  görə  atasının  və  qardaşlarının  yanında 
canını tapşırdı.
Bu  işdən  sonra  Mehralım  daha  çox  izlədilər,  hökumət  h ə r 
yanda onu  gəzirdi.  Günlərin birində,  urusun puluna  suslayıb  na­
204
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
mərdlik  edən  ata  dostu  Qərib  ağanın  dəstəsi  ilə  Mehralı  üzləş­
dilər.  Düzənlik  olduğundan  Mehralı  gözdən  yayma  bilmədi. 
Yenə  döyüşə  girməyib  davasız-şavasız  aralaşmaq  istədi.  Ancaq 
Qərib  ağa  ondan  əl  çekmədi.  Elə  oldu  ki,  Qərib  ağaynan  Meh- 
ralının  atı  yan-yana  qaçdı.  İşi  belə  görən  Mehralı  öz-özündə 
fikirləşdi  ki,  gəl  buna  da  bir neçə  kəlmə  söz  de,  əgər  baxmasa 
sonrasına baxaram. Üz tutdu Qərib ağaya:
Qərib ağa!  Eşit mənim sözümü,
Gəl əl götür, bu davadan, geri dön.
Sənin ilə çox duz-çörək kəsmişik,
Gəl əl götür, bu davadan, geri dön.
Əzəlindən belə deyib babalar:
Çörək basan el gözündə xar olar,
Sənə yaraşmaz belə səs-sədalar,
Gəl əl götür, bu davadan, geri dön.
Gəl düşməynən Mehralının izinə,
Dözəmməzsən alovuna, közünə,
Bir qılınc vuraram sənin dizinə,
Gəl əl götür, bu davadan, geri dön.
Söz cavabını tamam eylədi. Qərib ağa elə hey dediyini dedi:
-  Ya sən, ya da mən!  Başqa cür ola bilməz.
Mehralı  bəy dedi:
-   Qərib  ağa!  Sən  pulun  əl  çirki  olduğunu  yaxşı  bilirsən. 
Uruslann fitvasına getmə.  Nə qədər istəsən  pul verim sənə.  Ba­
bamla  duz-əppək  kəsibsən.  Aramızdakı  haqq-salama  and  olsun, 
mən  qan tökmək  istəmirəm.  Bu kişi  sözümdür.  Qərib  ağaya heç 
nə kar etmədi,  yenə dedi:
-  Yox,  Mehralı!  Dağ,  Bağ,  Aran  Borçalıda,  qarapapaq  ellə­
rində iki qoçun başı bir qazanda qaynamaz.  Ya sən, ya da mən.
Mehralı çox dedi, Qərib ağa az eşitdi.  Qərib ağa nə qədər hü­
cum çəkdisə,  Mehralı el qaldırmaq istəməyib hamısından  sovuş­
205


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə