KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   49   50   51   52   53   54   55   56   57

FƏXRİ VALEHOĞLU
Ə lə keçənləri atından salın,
Qoymayın, yüzündən dördü qalmasın.
Görməyiblər Mehralmm dadını,
Çəkdirəcəm  cəhənnəm in odunu,
Gavurlar duysunlar türkün adını,
Şad olsun Osmanlı, dərdi qalmasm.
Söz sona yetdi. Sonra Mehralı bir nərə çəkib yoldaşlarına hü­
cum  əmri  verdi.  Urusları  eylədilər  darmadağın,  pərənlərini po­
zub  qırdılar  çoxunu,  sağ  qalanlar  da  zorla  qurtardı  canını.  Bun­
dan  sonra  M uxtar  Paşanın  Mehralıya  inamı  birə  beş  artdı.  Ona 
minbaşı,  qardaşı  Alıya  da  yüzbaşı  rütbəsi  yerdi.  Ən  çətin tapşı­
rıqlara onu göndərdi.  Çünki bilirdi ki,  hər bir döyüşdən qələbəy- 
lə çıxacaq.
Bəli,  əzizlərim!  Ustad  deyir,  bir tərəfdən  Mehralı  öz dəstə- 
sindeki qarapapaqlar ilə,  o biri tərəfdən general Musa Paşa Kun- 
duxov  və  50  il  Dağıstanda-Çeçenistanda  uruslara  qan  uddurmuş 
Şeyx  Şamilin oğlu  Qazı M əhəmməd öz dəstəlerindeki dağ xalq- 
lanyla,  digər tərəfdən  də  Qurd İsmayıl  Paşa  və  Muxtar Paşa ni­
zamlı  qoşunlanyla  Qars  ətrafında  özlərindən  sayları  və  silahlan 
qat-qat üstün olan yağı düşmənə tutdular olmazm divan. Mehralı 
onların  bütün  əməllərini  əvvəlcədən  öyrənib  bildi.  Davanın  ən 
qızğın  çağında  Tiflisin  həndəvərinə  qədər  gəlib  uruslan  saldı 
vəlvələyə,  teleqraflannı  kəsdi,  ən  yaxşı  cins  döyüş  atlannı  ke­
çirdi  türk  tərəfə,  nə  qədər  mühasirəyə  düşsə  də  düşməni  qınb 
sağ-salamat qayıtdı geri. Mehralı satqınlıq edib uruslara gizli yol­
lan göstərən Hacı Vəli, Tülü Musa, L ətif bəy kimi müsəlmanları 
tutub  Muxtar  Paşaya  etdi  təslim.  Satqınlıq  edib  uruslar  tərəfdə 
vuruşan  Dalaverli Mansura da divan tutdu. Uruslann komandanı 
erməni  əsilli  general Loris-Melkon Mehralmm əlindən zara gəl­
mişdi,  onun  qorxusundan  gecə-gündüz  yatammırdı.  Elə  bilirdi 
ki, bu dəqiqə yanından çıxacaq.
Yerli camaat Mehralmm xətrini çox istəyirdi.  Ustad deyir ki, 
əli  saz,  dili söz tutan aşıqlar elə bil bir-biri  ilə Mehralını tərif et­
218
QARAPAPAQLAR  VƏ ONLARIN XIX-ƏSR HƏRB TARİXİ
mək  üçün  girm işdilər  bəhsə.  Qarslı  Aşıq  Sadıq  da  Qars  qovğa­
sından vəcdə  gələrək etdi  sazım bəm-zil,  götürdü görək Mehra- 
lmı necə öydü, tərəfindən biz deyək, siz şad olun:
Ey ağalar, bəylər, bizim ellərdə,
Qoçaqlıqdan yana birdi, Mehralı.
Cahallıq eyləyib dağlarda gəzdi 
Epey zaman qaçaq durdu Mehralı.
İbtida gözündən düşdü dövlətin,
Sonu gözə girib buldu rəğbətin,
Cahana tanıtdı şanın, şövkətin,
Bir eşsiz namıdar, ərdi Mehralı.
Qan-qovğa qopanda Qarsın başına,
Doxsanüçdə baxdı yurdun işinə,
Dörd-beş yüz atlıyı aldı peşinə,
Moskovun cənginə girdi Mehralı.
Muxtar Paşa qıydı ona nişanı,
Başladı tökməyə xain düşmanı,
Şanı tutdu bütün Qafqazistanı,
Qoçaqlardan düzdü ordu Mehralı.
Orduyi-İslama rəhnümün oldu,
Tanrı Arslanı şad, məmnun oldu,
Düşmən güzərgahı həp pürhun oldu,
Leşlərini yerə sərdi Mehralı.
Komandir, qazağı həp bidar etdi,
Rahat yatammadı, can-bezar etdi,
Loris de əlindən əl-həzar etdi,
Gecə qərargahlar yardı Mehralı.
2 1 9


FƏ XRİ VALEHOĞLU
M oskov ordusuna çox dəhşət saldı,
H ər hərəkətlərin k ə şf edib bildi,
Osmanlı əsgəri tədabir aldı,
Düşmana tuzağı qurdu Mehralı.
Adını dünyada rusun saldatı,
Qoparırdı «Mamaa» deyin fəryadı,
M oskova x o f saldı mərdanə adı,
Gözlərin qurdunu qırdı Mehralı.
Rusu Şürəgəldə peşman eylədi,
Yollarını kəsib hüspan eylədi,
Taburlann yerlə-yeksan eylədi,
Ən dilavərlərin yordu Mehralı.
M əlun Hacı Vəli gör nə iş tutdu,
Beş qəpiyə dinin, namusun satdı,
Qarsın təsliminə çox qayrət etdi,
Onu, sağ, Paşaya verdi Mehralı.
Mehralmın  davada  göstərdiyi  qəhrəmanlıqlar  Sultan  II  Əb­
dülhəmidin də  qulağına çatdı.  O cəbhədə ilk dəfə Mehralıya or­
den  verdi,  özünü də şəxsən istanbula görüşə çağırdı.  Mehralı  iki 
həftəliyinə Qarsdan istanbula Sultanın görüşünə yollandı.  Sultan 
sarayı  Dolmabaxçada  Sultan  II  Əbdülhəmid  Mehralı  bəyi  çox 
hörmət-izzətlə  qarşıladı.  Basdı  onu  bağrına.  Mehralı  orta  boylu 
adam idi.  Odur ki, Sultan dedi:
-   Ey  Mehralı!  Ey  Borçalı-qarapapax  qartalı!  Mən  elə  bilir­
dim  senin  boyun  etdiyin  qəhrəmanlıqlar  qədər  ucadır.  Gözləri­
mə  inanmıram,  oğlum,  nasıl  oldu  ki,  bu  boy-buxunla,  bu  qədər 
şan-şərəfi Alosmanda qazandın?
Mehralı  arif adam idi.  Söz altmda qalan deyildi.  O  idi  ki,  de­
di:
-   Sultanım!  Sinəmə  bir neçə  xanə  söz  gəldi,  icazə  versəniz 
deyərdim.
220
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Sultan II Əbdülhamid dedi:
-  İzndəsən.
Aldı  görək Mehralı  halına binəm  nə  dedi,  tərəfindən biz de­
yək, sizə könül xoşluğu:
Boyum qısadırsa, qolum uzundur,
Qılıncım hər zaman kəsir əfəndim!
Düşmənin üstünə yeriyən zaman,
İnan, yarpaq kimi əsir əfəndim!
Hayana üz tutdum, açıldı yolum,
Ərənlər piridir qanadım-qolum,
Qadir mövlam qoymadı ki, mən ölüm,
O, eyləyib məni cəsur əfəndim!
Mehralıyam, haqq yoluna qalandım,
Türk oğluyam, türk adına dolandım,
Hər zaman düşməni biganə sandım,
Çoxlarını etdim yesir, əfəndim!
Bəli,  Sultan  II Əbdülhamid  Mehralmın  sözlərindən  məmnun 
qaldı.  Onu  yenidən  basdı  bağrına.  Bəyin  şərəfmə  Dolmabaxça 
sarayında  elə bir ziyafət verdi ki, rüzgarın gözü hələ Alosmanda 
belə şadyanlıq görməmişdi.
Bu  görüşdən  sonra  Mehralı  daha  da  ruhlanıb  cəbhəyə  qayıtdı, 
yenidən başladı  qırıb tökməyə türkün düşmənini.  Tezliklə rütbə­
si yüksəlib general oldu.  Ancaq ruslar öz əsgərlərinin və  topları­
nın  sayını  birə  beş  artırdılar.  Sonra  Qarsa  dörd  tərəfdən  hücum 
etdilər.  Türklər  nə  qədər  çalışsa  da  onların  qabağında  tablaya 
bilməyib  Ərzuruma doğru geri  çəkildilər.  Uruslara bir ucdan kö­
mək gəlməkdə davam  eyləyirdi.  Ona görə də  onlar əl  çəkməyib 
Ərzurumu  da  işğal  etdilər.  Ərzurum  döyüşlərində  Mehralı  çox 
igidliklər göstərsə  də  ayağından  yaralandı.  Ondan  sonra  o  axsa- 
mağa başladı.  Mehralı yaralananda uruslar elə  bildilər ki,  o ölüb, 
ona görə də sevinclərinin həddi-hüdudu yox  idi.
221


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə