KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   49   50   51   52   53   54   55   56   57

FƏXRİ VALEHOĞLU
dönmədi.  Uşağı  sonra  gəlib  götürmək  ümidi  ilə  vələs  ağaetnm 
dibinə  qoyub  yaxm lanyla  Alosmana  doğru  yola  düşdü.  Qefile 
bir q ədər gedib Şindilər dağının ətəyindəki Sınıq körpüyə çatan­
da  Bahar  çağanın  ayrılığına dözməyib  hönkür-hönkür ağlamağa 
başladı.  Bunu  görən  baldızı  Hürü  gizlicə  döndərdi  atının başını 
geriyə  və  qoyduqları  yerdən  götürdü  qundağı,  uşağın  dil-doda­
ğına bayaqdı  çəkdi  bal.  Uşaq hıçqırıb  mışıl-mışıl yatdı.  Sonra da 
Hürü  qundaqla  bərabər  Mehralının  gözünə  görünmüyüb qaraba­
qara başladı köçü  izləm əyə.  Qəfilə  Osmanlı  torpağım keçdi. Bir 
az  dincəlm ək  üçün  dayandılar.  Elə  bu  vaxt  Hürü  uşağı  gətirib 
Mehralının  qucağına  qoydu.  Mehralı  bacısını  bağrına  basdı. 
Onun üz-gözündən öpüb  dedi,  elə bil  dünyam  m ənə verdin. İndi 
gör ana necə olar da.  Bahar Hürünün ayaqlarına döşəndi. Uşağını 
bağrına basdı,  sevinci həddən aşdı.  Bir az dincələndən sonra təz- 
dən yola düşdülər.
Bəli, əzizlərim!  Beləliklə Mehralının köç  qəfiləsi gəlib çatdı 
Çildir  mahalına,  ustadlar-ustadı  Aşıq  Şenliyin  kəndi  Suxaraya. 
Bunları  görən  Aşıq  Şenlik  tez  qarşılarına  çıxdı,  evinə  dəvət ey­
lədi.  Ustad deyir:
-   Suxarada  Aşıq  Şenlik  qarapapaq  qəhrəmanı  Qaçaq  Meh- 
ralmın  şərəfmə  elə  bir  ziyafət  düzəltdi  ki,  h ələ  indiyə  qədər 
Alosmanda belə ziyafəti rüzgann gözü görməmişdi.
Aşıq  Şenlik  bildi  ki,  Mehralı  Osmanlıya  köm ək  üçün  gəlib, 
odur ki, -  əfəndim, sinəm ə bir neçə xanə söz  gəlib,  izn verin si­
zə  ərz  eyləyim -   deyib  basdı  sineyi-sandığa  imrandilli  bülqurlu 
sazını.  Aldı görək «Mehralı  bəy atlıları»  türküsündə  nə dedi,  biz 
deyək, siz şad olun:
Əhli-islam olan eşitsin, bilsin,
Can sağ ikən yurd vermənih düşmana.
İstər ki, Uruset nə var ki, gəlsin,
Can sağ ikən yurd vermənih düşmana.
Qurşanın qılıncı, geyinin donu,
Qovğa buludlan sardı hər yam,
214
Q A ^ P A P A Q U R V Ə m u m N X I X Ə S R H Ə m ^ ^ ^
Doğdu qoç iyidin şan almaq günü, 
Can sağ ikən yurd vermənih düşmana.
Əsgər olan bölük-bölük bölünər,
Qars qalası sandızmı almar?
Boz atlar üstündə qılınc çalmar 
Can sağ ikən yurd vermənih düşmana.
Qovğa günü namərd sapa yer arar,
Ər olan köhsünü düşmana gərər,
Cemi ərvah biznən meydana girər,
Can sağ ikən yurd vermənih düşmana.
H ələ Alosmanın görmüyüf zorun,
Din qeyrəti olan tədarük görün,
A t təpin, baş kəsin, qazağı qırın,
Can sağ ikən yurd vermənih düşmana.
Men-Əsfərdi bilin urusun əsli,
Orman yabanısı, balıxçı nəsli,
Xmzır sürüsünə dalıf qurd misli 
Can sağ ikən yurd vermənih düşmana.
Şennih, nə durursan, atları minin,
Sıyra qılınc düşman üstünə dönün,
Artajaxdı şanı bu Alosmanın,
Can sağ ikən yurd vermənih düşmana.
Şenlik bundan sonra zilə çəkib belə bir sicilləmə-bayatı da dedi:
Aşıq der, amanım var,
Canım var, imanım var.
Əhdim var, peymanım var,
Nəzrim var, qurvanım var,
Bu ah urusa qalmaz,
215


FƏ XRİ VALEHOĞLU
Qurtulmax gümanım var, 
Şannı Alosmanım var!
Ustad deyir ki, söz tamam olar-olmaz, Mehralı həmin şeri ya­
zıb götürdü ki, əsgərlərim ə marş kimi əzbərlədib oxudacam, qoy 
ruh  gətirsin.  Elə  də  elədi.  Mehralı  Ağbaba,  Çildir,  Şörəyel  ma­
hallarından  öz  ətrafına  üç  yüz  qarapapaq  igidi  topladı.  Onlara 
Borçalıdan  da  bir  o  q əd ər  atlı  gəlib  qoşuldu.  Sonra  da  bayaqdı 
başı  börklü,  özü-üzü  görklü  əli  qılınc,  silah  tutan  Suxarada  yat­
dılar  səmənd  atlarının  yalmanma,  günə  bir  menzil-teyi  mənzil 
qıldılar yolun  damarına.  D ərələrdən  sel  kimi,  təpələrdən yel  ki­
mi  qaş  qaralanda  çatdılar  Muxtar  Paşanın  barigahmda  çəkdilər 
səm ənd atlarının başını.
Mehralmın  altı  yüz  atlıyla  gəlişini  verdilər  Muxtar  Paşaya 
xəbər.  Ustad  deyir ki,  M uxtar Paşa  çox  hörmət-izzətlə  qarşıladı 
Mehralı bəyi.  Soruşdu:
-  Əfəndim!  Nasıl oldu ki,  Qafqaz kimi  cənnət məkan bir gü­
lüstanı qoyub da Alosmana gəldin? Mehralı arif adam idi, oxudu 
Paşanın ürəyini.
-  Paşam!  Rüxset versən sinəmə bir neçə xanə söz gəlib,  ə rz 
eyləyərdim mübah-mübarək qulluğunuza.
Muxtar Paşa dedi:
-  İzindəsiniz, Əfəndim!
Götürdü  görək  Mehralı  halma  münasib  Muxtar  Paşaya  n ə  
dedi, ərz eyləyək qulluğunuza:
Canımız bir, qanımız bir bilib mən,
Ol səbəbdən sizə gəldim, əfəndim!
Rusu, ermənini qəbul qılmadım,
Sizi bizə arxa bildim, əfəndim.
Gavurlar çox susadılar qanıma,
İnan, qan qusdurdum mən düşmanıma,
Türkə güllə atmağı vicdanıma,
Namus-qeyrətə ar bildim, əfəndim!
216
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
Din yolunda əsirgəməm canımı,
Töksə də, qoy türklər töksün qanımı,
Qan qardaşım oxusun quranımı,
Qoy desinlər şəhid oldum, əfəndim!
Çox şükür, xudanm haqqı-sayına,
Ol kərəm in qismətinə, payına,
Aşıq Şenlik qonaq etdi öyünə,
L ü tf eyləyib, ülfət qıldı, əfəndim!
Haqqın dərgahına şükür etmişəm,
Allahımın ətəyindən tutmuşam.
Mehralıyam, öz arzuma çatmışam,
Qismətimə qəni oldum, əfəndim!
Söz tamama yetdi. Muxtar Paşa dedi:
-  Əfəndim, belə cəsarətlə danışırsan, bu saat Qars mühasirə­
dədir. Anadolu qarapapaqlannın səcdəgahı Qarsı erməni general 
Loris-Melkon  gecə-gündüz  qorxu  altmda  saxlayır.  Əhli-şəhər 
təşviş  içindədir.  Gavurlan  çaş-baş  salmaq  üçün  ora  qəflətən 
arxadan hücum etmək lazımdır. Gedə bilərsənmi?
Mehralı  dedi:  «Canla-başla hazıram,  əfəndim».  Muxtar Paşa 
dedi:  «Haydı,  onda  sənin igidliyini  görək.  Səni  Qarsa milis  baş- 
komandanı  qoydum.  Qarsı  mühasirədən  qurtarmağı  sənə həvalə 
edirəm».  Mehralı Muxtar Paşanın belə bir dar gündə Qarsın tale­
yini ona həvalə etməsindən vəcdə gəldi. Qeyrəti coşa gəlib üzü­
nü tutdu silah yoldaşlanna:
Hay vurun hər yandan qoç  igidlərim,
Dağıdın düşməni, diri qalmasın.
Qırın gavurlan, talayın varın,
Viran olsun, eli-yurdu qalmasın.
Meydana girəndə şir-aslan olun,
Düşmənin üstünü qurd kimi alın,
217


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə