KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

FƏ XRİ VALEHOĞLU
Aldı Mehralı:
Mehralıyam, qəm  dəryaya dalaram,
Pərvanə tək özümü oda salaram,
Gavurlardan qisasımı alaram,
Pərişan qalmışam abır içində.
Aldı Zöhrə xanım:
Gəl, yazıq Zöhrəni salma azara,
Tutulsan sinəm ə vurarsan yara,
Yaradan dərdinə eyləsin çara,
Getmə, oğlum, getmə, qoymaram səni.
Söz  tamama yetdi.  Çox  yalvar-yaxardan  sonra Zöhrə  xanım 
verdi  Mehralıya razılıq.  Elə  Mehralıya  da  bu  lazım  idi.  O  altdan 
geyib üstdən,  üstdən geyib  altdan qıfıllandı.  Götürdü yar-yasağı­
nı,  gecənin oğlan çağı yetirdi özünü xristyanlann qəbirstanlığma. 
Etdi hər iki qazaq gözətçisini  qamna-qəltan.  Çıxardı Memli kişi­
nin nəşini. Gətirib dəfn etdi müsəlmanlar uyuyan qəbirstanlıqda.
Nağılçıların  dili  yüyrek  olar.  Dan  yeri  qızaranda  söz-söhbət 
yayıldı  Darvaza.  Urus  saldatlan  qomazladılar Darvazı.  K əsdilər 
dağlara gedən bəndi-bərələri.  Aldılar bütün Darvaz ətrafı kənd­
ləri  nəzarət altına.  Əhvalatı  belə  görən  Mehralı  anası,  bacı-qar­
daşları  ilə etdi  halal-hümmət.  Bayaqdı yatdı dar gününün gərəyi 
Qarakötük  adlı  atının  yalmanına.  Ya  mədəd  səndən  deyib,  ü z  
qoydu  pənahı  Xram  meşələrinə,  Başkeçid  dağlarına.  Bir  q ə d ər 
dağlarda-ormanlarda  gəzib-dolaşdı,  adıbəlli  qaçaq  oldu.  Günün 
bir günündə Allahın xoş saatında, xoş dəqiqəsində yaylaqdan en­
di  Soyuqbulağm  başına.  Baxdı  ki,  tann-təala xoş  anında hüsnü- 
camalına  qələm  çəkdiyi  sərv  boylu,  maral  baxışlı,  ürkək  yerişli 
bir qız  gəldi  bulaq  başına.  Qız  nə  qız?!  Günəş  xəcalətindən,  ay 
utandığından üzünü  bürüyüb.  Ulduzlann  gözü olub  qırpıq.  Meh- 
ralmın gözləri sataşdı qızın gözlərinə, ürəkləri söz alıb danışdı.
Mehralınm  kəsildi  səbri-qərarı.  Qızın  xiffətini  çəkməkdən 
saralıb  sapa,  incəlib  ipə  döndü.  Öyrəndi  atası  Məmlinin dar gü­
198
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
nünün yaxın dostu, Keçəli kəndinin, düz çörəkli el-oba ağsaqqalı 
Əhməd ağanın evinin yerini. Üz tutdu Əhməd ağanm evinə.
Ustad  deyir  ki,  Əhməd  ağa  dostu  Məmlinin  oğlu  Mehralmı 
basdı  bağrına.  Başladı  duz kimi  yalamağa.  Əhməd  ağa  baxdı ki, 
ey  dili-qafil  qardaşoğlunun  halı  özündə  deyil.  Əvvəl-əvvəl  elə 
bildi  Mehralı  ac-susuzdu.  Oydu  ki,  yox  olsun  yoxsulluğu,  kəsdi 
bordax  bozuğu,  çəkdi  şişlərə.  Əhməd  ağa  adma  layiq  bir  süfrə 
açdı  ki,  kababın  ətrindən  yeməyənin  də  yeyəsi  gəldi.  Amma 
Mehralınm  halı  düzəlmədi.  Əhməd  kişi  Mehrabdan  niyə  kefsiz 
olduğunu soruşanda Qaçaq Mehralınm dərdi tüğyan eylədi, halı­
na binəm  Əhməd  ağaya  utana-utana  aldı  görək nə  dedi,  tərəfin­
dən biz deyək,  sizə könül xoşluğu:
İstəyirəm sirrim sənə söyləyim,
Mənim bu dərdimi biləsən, əmi!
Bir gözəlin sevdasına düşmüşəm,
Bu dərdimə əlac edəsən, əmi!
Əhməd kişi dedi, oğul, başına dönüm, bu nə sirrdi, ne dərddi 
açıq de görüm. Aldı Mehralı:
Sevdiyim gözəlin ismi Bahardı,
Elə bil açılmış yeni səhərdi,
Gel qıyma çəkməyə mənə bu dərdi,
Qəmimə bir qənxar olasan, əmi!
Mehralıyam, mən çəkirəm qəhəri,
Yatammıram ne gecə, nə səhəri,
Canı-dildən mən sevirəm Bahan,
Ol dildan mənə alasan, əmi!
Əhməd  kişi  gördü  ki,  qardaşoğlunun  dərdi  ayrı  dərddəndir. 
O dünya görmüş, çox belə işləri yorub-yozub yoluna qoymuşdur. 
Soraqlayıb öyrəndi ki,  qardaşoğlunun könül verdiyi Bahar xanım 
kəndin m ötəbər ağsaqqalı Osman katdanın qızıdır. Dedi:
199


FƏ XRİ VALEHOĞLU
-  Qardaşoğlu!  Bil v ə  agah ol!  Bir ölümə  çarə yoxdur.  Qalas 
dərdlərin  çarəsi  var.  Fikir  eləmə!  Qoca  əmin  elə  bu  axşam ağ­
saqqallar  ilə  gedər  K atta  Osmanın  evinə.  Bir  mübarək  saqqal 
tərpədər. İnşaallah, h ər şey olar ürəyincə.
Beli, qaş qaralanda Əhməd ağa kəndin sözləri ötən ağsaqqal­
ları  ilə kəsdi  Osman Katdanm qapısını.  Açdı  gəlişinin mətləbim. 
Çaylar süzüldü,  söz-söhbət  uzandı.  Çox  söz-söhbətdən sonra ra­
zılıq  əlam əti  olaraq  ortalığa  iki  rəngli  çay  gəldi,  içdilər Mehm- 
lıyla Bahar xanımın şirin-şəkər şərbətini.
G ələn  bahara  toy  tədarükünün  görülməsi  oldu  məsləhət.  Bu 
o  vaxt  idi  ki,  uruslar  bildilər  ki,  Qaçaq  Mehralı  Əhməd  ağanın 
qonağıdı.  Qomardılar  Əhməd  ağanın  evini.  Mehralı  gördü ki, işi 
çox çətinə düşdü,  dedi,  mənim atımı tövlədə yəhərləyin.  Əhməd 
ağa  fürsəti-fovtə  vermədi  keçdi  evin  arxasına.  Tövlədə Mehralı- 
nın  atını  yəhərləyib,  yüyənlədi.  Aynalı  tüfəngini  də  keçirdi yə­
hərin qaşında bağlanan qancırğaya.  Yol  tədarükü üçün üç günlük 
azuqəni  də  qoydu  heybəsinə.  Çəkdi  atmı  evin  arxa  tərəfindən 
cövlana.  Qaçaq  Mehralı  bayaqdı  qırğı  kimi  qondu  Qarakötüyün 
yəhərinin  qaşına,  yatdı  yalmanma,  bir  nərə  çəkib  aldı  görək nə 
dedi:
Yağı düşman, nə düşübsən izimə,
Bu qovğadan dönsəm m ənə ar olsun! 
Düşm ənim dən qisasımı almasam, 
Qoy, bu geniş dünya m ənə dar olsun!
Düşmənin qanından içsəm doymaram, 
Qisasımı qiyamətə qoymaram,
On beş saldatdan beşini saymaram, 
Təki, yaradanım mənə yar olsun!
Mehralıyam, hər savaşa dözərəm, 
Qartal təki zirvələrdə süzərəm,
Tanrım yar olsa, səfləri pozaram,
Qoy, arxamda Xaliq mənlə var olsun!
200
QARAPAPAQLAR  VƏ ONLARIN XIX ƏSR HƏRB TARİXİ
Mehralı  sözünü  qurtarıb  atın  qamı  altından  çıxıb  sırtı  ustə 
qalxan  kimi  bir  neçə  saldatı  öldürüb  aradan  çıxdı.  Ya  mədəd 
səndən  deyib,  üz  qoydu  qaçaqların,  qoçaqların  darda  sığındığı 
dağların  damanma.  Çox  keçmədi,  yerli  hakimiyyətin,  ağa-bəy­
lərinin,  qazaqların  əzab-əziyyətindən  zinhara  gəlmiş  Dalaverlı 
Mansur,  Dovşanqulu  oğlu  Hüseyn,  Kələ  oğlu  Hüseyn  başının 
adamları  ilə  qoşuldular Mehralının  dəstəsinə.  Uzun  müddət  bir­
likdə gəzib dolandılar dağları. Mehralı bir gün üzünü tutdu qaçaq 
yoldaşlarına, dedi:
-   Mənim  əziz  dostlarım!  Bilin  və  agah  olun.  Qaçaqlıq  asan 
deyil.  Qaçaq  olan  həm  özünü,  həm  silahdaşlarını,  həm  də  mü­
qəddəs  ana  torpağı  yağılardan,  yadlardan  didəsi  kimi  qorumalı­
dır.  Atalar  yaxşı  deyib:  «Qaçaqdan  nə  naçaq,  nə  də  qorxaq  ol­
maz».  Odur ki,  bir anlığa baxın gözlərinizin  içinə.  Göz qənimini 
daha yaxşı tanıyır...
Əzizlərim!  Mehralı  qaçaqlar  haqqında  bu  söhbəti  gəlişi  xoş 
sözlər üçün  deməmişdi.  Mehralı  hər  bir  insanın  üzünə  bir  dəfə 
baxanda  ürəyini,  dölək-diləyini  gözündən  doğru-dürüst  oxuyur­
du.  O,  Dovşanqulu  oğlu  Hüseynin,  Dalaverli  Mansurun  namərd 
adamlar olduqlarını da üz-gözlərindən dürüst oxumuşdu. Mehralı 
yalnız  yerliliyi  Darvaz  sunurunun  kəndlərindən  olan  Kələnin 
oğlu  Hüseynə  inanırdı.  O  idi  ki,  Mehralı  K ələ  oğlu  Hüseyni  et­
mişdi  özünə  qulaq-həyan.  Kələnin  oğlu  da  öz  növbəsində 
duymuşdu  Mehralının  fikrini.  O  bilirdi  ki,  Mehralı  bu  günlərdə 
Alosmana  getməyə  hazırlaşır.  O  idi  ki,  Kələnin  oğlu  söhbətin 
şirin yerində Mehralıya dedi:
-   Qardaş,  deyəsən  uzaq  səfərə  hazırlaşırsan.  Səfərin  müba­
rək.  Rüxsət  versən  uğur qabağı  gedib  ailəmlə  görüşərdim.  Ata- 
anamdan halallıq alardım. Uğurdu, sonra düşər-düşməzi olar.
K ələ  oğlunun  sözləri  qara tikan  olub yapışdı  Mehralı  bəyin 
ürəyinin başına.  Gətirdi  ana-bacılarını, qardaşlarını, sevgilisi Ba­
harı gözləri önünə. O idi ki, verdi Kələnin oğluna rüxsət.
Hə, qardaşlar!  Söz var deyərlər:
-  Sən saydığını say,  gör fələk nə sayır?!  Çuğullar yatmamış­
dı.  Kələnin oğlu evə yenicə çatmışdı ki, onun gəlişini çatdırdılar
201


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə