Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

16
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
bir  neçə  heyvana  malikdirlər.  Bu  həmçinin  onlara  heyvan  peyinindən 
birbaşa torpaq sahələrində istifadə etmək imkanı verir. Təsərrüfatların 
kiçik  olması  və  fermer  kooperativlərinin/birliklərinin  azlığı  fermerlərin 
bazara  çıxışında  çətinliklər  yaradır.  Son  zamanlar,  fermer  təşkilatları 
bazarın  tələblərinə  cavab  verən  birgə  planlaşdırma  və  təcrübə 
məsələsini  gündəmə  gətirmişlər.  Buğda,  dəyər  ifadəsi  baxımından 
əsas  idxal  məhsuludur.  2015-ci  ilin  məlumatlarına  əsasən,  ölkəyə  296 
milyon  ABŞ  dolları  dəyərində  1350  min  ton  buğda  idxal  edilmişdir. 
Ərzaq  və  içki  növlərinin  əsas  tədarükçüsü  qismində  Rusiya,  Ukrayna, 
Braziliya və Belarus çıxış edirlər. İdxal edilən ərzaq və kənd təsərrüfatı 
məhsulları ümumi idxalın 20%-ni təşkil edir. Əsas idxal edilən məhsullar 
isə,  ev  quşları,  tütün,  buğda,  düyü,  tərəvəz,  meyvə,  emal  edilmiş 
ərzaqlar və quru süddür. Digər tərəfdən, Azərbaycandən xarici ölkələrə 
konservləşdirilmiş və tər meyvələr, tərəvəzlər, meyvə şirəsi, tez yetişən 
kartof və tütün xammalı ixrac edilir.
Kənd təsərrüfatı və əlaqəli sektorlarla bağlı bir neçə hesabat mövcuddur. 
Rəsmi  araşdırmalara  əsaslanan  FAO-nun  qısa  hesabatında  qeyd  edilir 
ki,  Azərbaycanın  meyvə  (portağal,  alma  və  nar)  və  tərəvəz  (pomidor 
və  kələm),  o  cümlədən,  günəbaxan  tumları  və  qoz-fındıq  istehsalında 
müəyyən üstünlükləri var.
Azərbaycan  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  Elmi-Tədqiqat  İnstitutu 
(KTİETİ)  Avropa  Birliyinin  Yeddinci  Çərçivə  Proqramı  tərəfindən 
maliyyələşdirilən  layihə  vasitəsilə  2015-ci  ildə  ölkə  üzrə  hesabat 
hazırlamışdır. Bu hesabatda əks olunmuş əsas mövzu və məlumatlar:
1. 
Makroiqtisadi mühit və siyasət;
2. 
Kənd təsərrüfatı sektorundakı vəziyyət və inkişaf yolları;
3. 
Hasilat və emal sektorlarındakı vəziyyət və inkişaf yolları;
4. 
Kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  ticarəti  və  ticarətin  inkişaf 
yolları;
5. 
Kənd təsərrüfatı siyasəti və institusional mühit; və
6. 
Kənd  təsərrüfatı  və  ərzaq  sektorları  üzrə  gələcək  perspektivlər 
haqqında olmuşdur.
Azərbaycanda  İxracın  və  İnvestisiyaların  Təşviqi  Fondunun  (AZPROMO) 
2011-ci ildə  Azərbaycanda kənd təsərrüfatı və ərzaq sənayesi haqqında 
dərc etdiyi hesabatda süd məhsulları, meyvə və tərəvəz, üzümçülük, şəkər 
məhsulları,  içkilər,  heyvandarlıq,  balıqçılıq,  arıçılıq,  yağlar,  çay,  fındıq, 
taxılçılıq və konservləşdirilmiş ərzaq haqqında statistik göstəricilər öz əksini 


17
Azərbaycanın kənd təsərrüfatı
Fəsil 2
tapmışdı.  Hesabatda  həmçinin,  investisiya  imkanları  və  Azərbaycanda 
kənd  təsərrüfat  və  ərzaq  sənayesinə  sərmayə  yatırmağın  üstünlükləri 
haqqında məlumat əks olunmuşdu.
PRECIS  1.4  iqlim  modelinə  əsasən  qurulmuş  proqnozlara  əsasən,  2021-
2050-ci  illər  üçün  temperaturun  1.5-1.6°C  artımı,  2071-2100-cü  illər 
ərzində isə 3-6°C artımı gözlənilir. Havaya istixana qazlarının buraxılması 
baxımından  iri  enerji  sektorundan  sonrakı  yeri  kənd  təsərrüfatı  tutur. 
İstixanalardan ayrılan əsas qaz 71%-lə karbon qazıdır. Bu baxımdan növbəti 
pillələri metan (28.5%) və azot oksidi (0.7%) tutur (Əliyev, 2011).
Azərbaycanın  rastlaşdığı  ekoloji  problemlər  hava,  torpaq  və  suyun 
keyfiyyətinə  öz  mənfi  təsirini  göstərir.  Əsas  çirkəndirici  sahələr 
neft  və  enerji  sektorları  olsa  da,  pambıqçılıq  kimi  çoxillik  bitki  və 
aqroekosistemlərdən  düzgün  istifadə  edilməməsi  xüsusilə  torpağın 
deqradasiyasına  və  suyun  çirklənməsinə  gətirib  çıxarır.  Daha  bir  əlavə 
problemsə,  iqlim  dəyişikliyi  ilə  bağlıdır  ki,  bu  da  həm  hazırda,  həm 
də  yaxın  gələcəkdə  əsas  şirin  su  ehtiyatı  olan  səth  sularına  təsirsiz 
ötüşmür. Bu səbəbdən hər bir region və əsas becərilən məhsullarla bağlı 
proqnozlar verilməlidir. Çoxillik birkilər, tez həll olan sintetik gübrələr və 
pestisidlərin istifadə edilmədiyi və növbələmə sisteminin tətbiq edildiyi 
kənd təsərrüfatı torpağın keyfiyyətinin aşağı düşmə problemlərinin baş 
qaldırdığı ərazilər üçün münasib həll yolu ola bilər.



1
2
3
4
5
6
7
© F
AO / Y
agub Guliy
ev
3
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Giriş
Orqanik kənd 
təsərrüfati: Dünyada 
və Azərbaycanda
Ixrac bazarının 
təhlili
Yekun və 
tövsiyələr
Azərbaycanın 
kənd təsərrüfatı
Dəyər zəncı̇ri 
və daxı̇lı̇ bazar
Prioritet bitkilər/regionlar 
üzrə orqanik məhsul 
istehsalının üstünlüyü



21
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
3. Orqanik kənd təsərrüfati: Dünyada və Azərbaycanda
3.1.  Orqanik kənd təsərrüfatı: anlayışlar və prinsiplər
Orqanik kənd təsərrüfatı aqrosənaye resurslarının (aqrotexnika, kimyəvi 
gübrələr, pestisidlər) geniş istifadəsinə arxalanan intensiv aqro-təsərrüfata 
alternativ  olan  kənd  təsərrüfat  üsuludur.  Belə  kənd  təsərrüfatı  üsulları 
“orqanik”,  “bioloji”  və  ya  “ekoloji  təmiz”  adlanır;  müvafiq  standartların 
böyük əksəriyyətində bu məfhumlar sinonimlər kimi qəbul edilir. Orqanik 
kənd təsərrüfatının müxtəlif müsbət aspektlərini vurğulayan fərqli təriflər 
olsa belə, onların hamısı eyni təməl prinsiplər üzərində qurulub.
ABŞ  Kənd  Təsərrüfatı  Departamentinin  (USDA)  Milli  Orqanik  Proqramı 
istifadəsinə  icazə  verilən  yaxud  məhdudiyyət  qoyulan  metodlar  vasitəsi 
ilə  orqanik  istehsalı  müəyyən  edir,  bu  isə,  “istehsal  sistemi”  kimi 
sintetik  tərkibli  gübrələrdən,  pestisidlərdən,  boy  tənzimləyicilərindən 
və  heyvandarlıqda  yem    əlavələrindən  uzaq  durmağa  yaxud  ondan 
istifadəni əhəmiyyətli dərəcədə istisna etməyə imkan verir. Orqanik kənd 
təsərrüfatı sistemləri torpaq məhsuldarlığını və şumu qoruyub saxlamaq, 
bitkiləri  qidalandırmaq,  həşəratları,  alaq  otlarını  və  digər  ziyanəvərləri 
nəzarət altında saxlamaq üçün maksimal dərəcədə əkin dövriyyəsi, bitki 
qalıqları,  heyvan  peyini,  paxlalar,  yaşıl  peyin,  ferma  orqanik  tullantıları 
və  ziyanvericilərlə  bioloji  mübarizə  üsullarına  arxalanır.”  Bu  tərifdə 
həmçinin  qeyd  edilir  ki,  “orqanik”  ticarət  nişanı  ərzaq  və  sair  kənd 
təsərrüfatı  məhsullarının  icazə  verilmiş  aqronomik,  bioloji  və  mexaniki 
üsullarla  istehsal  edilməsini  təsdiq  edir.  Söz  gedən  kənd  təsərrüfatı 
üsulları  təbii  ehtiyatların  təkrar  istifadəsini  dəstəkləyir,  ekoloji  tarazlığı 
sövq edir və biomüxtəlifliyi qoruyur. Orqanik kənd təsərrüfatında sintetik 
(kimyəvi) gübrələr, kanalizasiya şlamı, irradiasiya və genetik mühəndislik 
üsullarından istifadəyə yol verilmir (
www.usda.gov.us
).
Codex  Alimentarius  ekosistem  yanaşmasına  üstünlük  verir.  Burada 
orqanik kənd təsərrüfatı “sağlam aqro-ekosistem inkişafına, o cümlədən 
biomüxtəlifliyə, bioloji sikllərə və torpağın bioloji fəaliyyətinə rəvac verən 
və onları gücləndirən bütöv istehsal idarəetməsi sistemi” kimi başa düşülür. 
O,  “fermadan  kənar  vasitələr  yerinə  müvafiq  idarəetmə  praktikalardan 
istifadəni və regional fərqləri nəzərə almaq üçün yerli şəraitə uyğun olan 
sistemlərin tətbiq edilməsini vurğulayır” (
www.codexalimentarius.org
).
Orqanik  Kənd  Təsərrüfatı  Hərəkətlərinin  Beynəlxalq  Federasiyasının 
(IFOAM-ın) tərifi insan və sosial aspektləri ön plana çəkir və qeyd edir ki, 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə