Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

14
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
əsas  su  istifadəçiləri  sənayedə  (ildə  11,300  mil  m
3
  su  istilik  elektrik 
stansiyaları,  balıqçılıq  və  emal  müəssisləri  tərəfindən  istifadə  olunur)  və 
kənd təsərrüfatında cəmləşir. Kənd təsərrüfatında başlıca su istifadə növləri 
suvarma (8,500 mil m
3
), şoran torpaqların yuyulması (330 mil m
3
) və sair 
ehtiyaclardır (430 mil m
3
) ki, onların cəmi 9,260 mil m
3
 təşkil edir (Cədvəl 3). 
İnfrastrukturun  vəziyyəti  nəticəsində,  suvarmada  su  itkiləri  90%-dək  ola 
bilər (Cəfərov, 2004).
Müstəqillikdən  öncə  ümum-Sovet  kənd  təsərrüfatı  siyasəti  Azərbaycanın 
kənd  təsərrüfatına  və  onun  istehsal  potensialına  güclü  təsir  göstərirdi. 
Müstəqillikdən sonra əvvəllər əsas bitkilər olmuş üzüm və pambıq sahələri 
və istehsal həcmi ciddi dərəcədə azalmışdır. Əvvəllər pambıq altında olan 
sahələrdə şoranlaşma problemləri yaşanır. 1980 illərin əsas məhsullarından 
biri  olan  üzümün  sahəsi  1985-1990  illərində  2  dəfə,  1990-1995  illərində 
yenə 2 dəfə azaldılmışdır, 1995 ildən bəri isə hətta daha kəskin azalmaya 
məruz qalmışdır (Cədvəl 4). Hal-hazırda üzümçülük sahələrinin artırılması 
proqramı  həyata  keçirilir.  Yeni  üzüm  sortlarının  əkilməsi  nəticəsində  son 
illərdə  məhsuldarlıq  artır.  Buna  baxmayaraq,  səmərəliliyi  və  bazara  çıxışı 
yaxşılaşdırmaq  üçün,  regionların  torpaq  və  iqlim  şəraiti  təhlil  edilməli  və 
onlar üçün ən münasib tinglər və üzüm sortları seçilməlidir. Üzümçülüyün 
genişləndirilməsindən  öncə,  təzə,  quru,  şərab  və  şirə  üçün  emal  edilmiş 
üzüm üzrə bazar araşdırılması aparılmalıdır.
Ekoloji  müxtəliflik  Azərbaycanda  subtropik  bitkilərdən  tutmuş  sərin  və 
mülayim iqlim şəraitində yetişən bitkiləri geniş çeşiddə becərməyə imkan 
verir. Ölkənin ən cənub rayonu olan Lənkəran sitrus bitkiləri, çay, tez yetişən 
Cədvəl 4.
 Azərbaycanda üzüm istehsalı (1985-2015)
Years
Sahəsi 
1,000 ha
Ondan bar 
verən yaşda
1,000 ha
Cəmi yığım
1,000 ton
Məhsuldarlıq,
1 hektardan
sentner
1985
267.8
218.8
1,789.6
81.0
1990
181.4
156.1
1,196.4
76.5
1995
97.7
94.7
308.7
32.6
2000
14.2
13.9
76.9
35.8
2005
9.6
7.2
79.7
61.8
2010
15.4
11.2
129.5
74.7
2015
16.1
13.5
157.1
86.6
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi, 2017


15
Azərbaycanın kənd təsərrüfatı
Fəsil 2
tərəvəzlər,  taxıl  və  üzüm  yetişdirilməsinə  görə  məşhurdur.  Şəki-Zaqatala 
regionunda fındıqçılıq, tütünçülük və heyvandarlıq inkişaf etmişdir. Şəmkirdə 
salınmış istixanalarda becərilən qeyri-mövsümi tərəvəzlər əsasən Rusiyaya 
ixrac edilir. Abşeron və Bakıətrafı ərazilərdə yetişdirilən tərəvəzlər daha çox 
daxili bazar üçün nəzərdə tutulmuşdur. Gəncə, pambıqçılıq və meyvəçilik 
baxımından  məhsuldar  ərazi  hesab  olunur.  Gədəbəy  özünün  kartof  və 
balına görə məşhurdur. Bu bölgələr bitkiçilik üçün münbit hesab olduğu bir 
zamanda, Aran rayonlarının əsas problemi şoranlaşmış torpaqlardır.
Şimal-Şərq  regionları  hesab  olunan  Quba  və  Xaçmaz  daha  çox  alma  və 
digər  meyvələrin  becərilməsi  üzrə  ixtisaslaşmışdır.  Hazırda  əsas  hədəf 
aşağı keyfiyyətli məhsul və təchizat zəncirinin idarə olunması problemləri 
ilə üzləşən emal sənayesinin inkişaf etdirilməsidir. Təsərrüfatlar daha çox 
əvvəlki nəsildən əldə edilmiş ənənəvi bilgilər əsasında fərdi qaydada idarə 
olunur. Xidmət sistemlərinin və fermer təşkilatlarının genişləndirilməsinə 
yenidən baxılır və bu sahədə fəaliyyət aktivləşdirilir. Almaçılıqla bağlı olduğu 
kimi soyuq zəncir sistemi dəyər zəncirini qurmaq, bazarlara çıxış əldə etmək 
və ixracatı təbliğ etmək üçün həyati əhəmiyyətə malikdir. Bununla belə, 
ilkin  mərhələyə  məhsulun  dəqiq  yetişmə  dövrünü  müəyyənləşdirməklə 
təsərrüfatlarda  başlanılır.  Yeni  yaxşılaşdırılmış  infrastruktur  keyfiyyətin 
idarə  olunması  və  təkmilləşdirmə  işləri  ilə  uyğunluq  təşkil  etməlidir. 
İxracata təkcə keyfiyyət deyil, həm də, təhlükəsizlik məsələləri maneçilik 
törədə bilər. Son illərdə Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındığın 
tərkibində  aflatoksinlərin  səviyyəsinin  Ərzaq  məhsullarının  və  yemlərin 
keyfiyyəti üzrə Təcili Xəbərbarlıq Sisteminə əsasən (ingiliscə Rapid Alert 
System  for  Food  and  Feed 
http://www.nutfruit.org
)  Aİ  ölkələrində 
icazə verilən səviyyədən yüksək olduğu aşkarlanmışdır. Bu səbəbdən AK 
Azərbaycandan  idxal  edilən  fındığın  sərhəddə  daha  tez-tez  yoxlanması 
barədə qərar qəbul etmişdir (
https://ec.europa.eu/food/safety/rasff_en
). 
Gündəlik  qəbul  etdiyimiz  kalorinin  50%-dən  çox  hissəsini  əsas  qida 
məhsulu  olan  buğdadan  alırıq.  Becərilən  torpaqların  40%-dən  çoxu 
taxıl  bitkilərinin  payına  düşür  və  ərzaqla  özünü-təmin  etməyə  verdiyi 
böyük  töhfəyə  görə  bu  sahəyə  xüsusi  diqqət  ayrılır.  Bununla  əlaqədar 
olaraq,  Azərbaycan  hökuməti  taxıl  istehsalını  hər  ərazi  vahidi  üzrə 
birbaşa  ödəmələr  yolu  ilə  subsidiyalaşdırır.  Bundan  başqa,  yanacaq 
və  kimyəvi  gübrələr  üçün  də  ayrıca  subsidiyalar  ayrılır.  Azərbaycanda 
təsərrüfatların 90%-dən çoxu (620,000) kiçik pay torpaqlarıdır və kənd 
təsərrüfatına ayrılan torpaqların 85%-ni əhatə edir. Demək olar ki, bütün 
kiçik  sahibkarlar  özlərinin  ət,  süd  və  bu  cür  məhsullarla  təmin  edən 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə