Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   2   3   4   5   6   7   8   9   ...   53

166-169
181
İman – şəxsi əməldir, çünki ürəyini Allaha açan insanın 
azad cavabıdır. Lakin eyni zamanda o, Kilsə əməlidir və 
«biz iman edirik» iqrarı ilə ifadə olunur. Həqiqətən də, 
məhz Kilsə iman edir: bununla da Müqəddəs Ruhun lütfü 
sayəsində o hər məsihçinin imanına şərait yaradır, onu 
törədir və qidalandırır. Buna görə də Kilsə – Ana və 
Tərbiyəçidir.
«Kimə ki Kilsə Ana deyil, Allah da Ata deyil» (müq. 
Kiprian Karfagenli).
31.
İmanın ifadəsi nə üçün vacibdir?
170-171
İmanın ifadəsi vacibdir, çünki iman həqiqətini ifadə 
etmək, mənimsəmək, ayinlərdə icra etmək və ümumi 
dildən istifadə edərək bu həqiqətləri başqa insanlarla 
bölüşmək imkanı verir. 
32.
«Kilsənin imanı vahiddir» bəyanatı nə 
deməkdir?
172-175 
182
Kilsə müxtəlif dildə, mədəniyyətdə və adətlərdə olan 
insanlardan ibarət olsa da, Vahid Rəbdən alınmış və 
vahid həvari Rəvayətinin ötürdüyü vahid imana 
yekdilliklə şəhadət edir. O, Vahid Allaha – Ata, Oğul və 
Müqəddəs Ruha şəhadət edir və yeganə xilas yolunu 
göstərir. Buna görə də biz yekdil ürəklə və yekdil qəlblə 
Allah Kəlamında – Yazıda yaxud Rəvayətdə olan və 
Kilsənin İlahi vəhy kimi təqdim etdiyi şeylərə iman edirik.
30


İkinci bölmə
31


Məsihçi imanının şəhadəti
Müq. Kliment bazilikası; Roma. Apsiddə mozaika. XII əsr.
(detal – Çarmıx: həyat ağacı). İrland dominikan keşişlərin
icazəsi ilə surəti çıxarılmışdır.
32


Romanın Müq. Kliment bazilikasının qədim mozaikasında 
məsihçi imanının mərkəzi sirri olan Çarmıx təntənəsi 
mədh edilir. Biz gözəl çiçəklənmiş akant bitkisini görürük:
saplaqdan hər tərəfə güllərdən və bəhərlərdən ibarət 
çoxlu sayda zoğ uzanır. Bitkiyə həyat gücünü qurbanı 
vasitəsilə bəşəriyyəti və kosmosu yenidən yaradan 
Məsihin Çarmıxı verir. İsa əzabları və dirilməni birləşdirən
Öz ölümünün sirri ilə bəşəriyyəti Ata ilə barışdıraraq ona 
yenidən çiçəklənmək imkanı verən yeni Adəmdir.
Əzab çəkən Məsihin ətrafında on iki həvarinin rəmzi olan 
on iki ağ göyərçin var.
Çarmıxın ayaq tərəfində Məryəm və onun sevimli şagirdi 
Yəhya dayanıb.
“İsa anasını və onun yanında Öz sevimli şagirdinin 
dayandığını gördükdə anasına dedi: «Ey Qadın, bu sənin 
oğlundur!» Sonra isə şagirdə dedi: «Bu da sənin 
anandır!» Həmin andan sonra şagird onu öz evinə 
apardı” (Yəh 19:26-27).
Yuxarıda ölümə Pasxa sirri ilə qalib gəlmiş Oğluna şərəf 
tacı gətirən Atanın əli uzanır.
Bitkinin köklərinin yanında şər ilanı ilə vuruşan maral 
balası var. Dirilmə ağacının rəmzi olan o bitki də su 
çeşməsi fışqırır; bu çeşmə dörd İncilin rəmzi olan dörd 
kiçik çaya bölünür və onunla həyat suyunun selləri 
yanında təsvir olunan marallarla yanaşı imanlılar da öz 
susuzluğunu yatırır. Kilsə burada həqiqi həyat Ağacı olan 
İsanın canlandırdığı səmavi bağ kimi təsvir edilir.
33


İMAN RƏMZİ
Həvari İman Rəmzi
Symbolum Apostolicum
“İman edirəm. 
Yeri   və   göyü   yaradan
Külli-ixtiyar Ata Allaha 
ve   Onun   Yeganə   Oğlu,
Müqəddəs
 
Ruhdan
döllənmiş,
 
Bakirə
Məryəmdən
 
doğulmuş,
Ponti Pilatın hökmü altında
əzab   çəkmiş,   çarmıxa
çəkilmiş,   ölmüş  və   dəfn
olunmuş,  ölülər   aləminə
enmiş, üçüncü gün dirilmiş,
göylərə
 
qalxmış,
külli-ixtiyar
 Ata
 Allahın
sağında   əyləşmiş,   oradan
diriləri və ölüləri mühakimə
etməyə   gələcək,  Rəbbimiz
İsa Məsihə iman edirəm.
Müqəddəs Ruha, 
Müqəddəs Ümumdünya 
Kilsəsinə, müqəddəslərin 
ünsiyyətinə, günahların 
bağışlanmasına, bədənin 
dirilməsinə, əbədi həyata 
iman edirəm. 
Amin. ” 
Credo in Deum Patrem 
omnipoténtem, 
Creatórem cæli et terræ, 
et in İesum Christum, 
Fíllium Eius únicum, 
Dóminum nostrum, qui 
conséptus est de Spíritu 
Sancto, 
natus est ex María Virgine,
passus sub Póntio Piláto, 
crucifixus, 
mórtuus et sepúltus, 
descéndit ad inferos, tértia 
die resurréxit a mórtuis, 
ascéndit ad cælos,
sedet ad déxtram Dei Patris
onmipoténtis, inde 
ventúrus est iudicáre vivos 
et mortuos.
Credo in Spíritum Sanctum,
sanctam Ecclésiam 
cathólicam,
sanctórum communiónem, 
remissiónem, peccatórum, 
carnis resurrectiónem, 
vitam ætérnam.
Amen.
34


Nikeya-Konstantinopol 
İman Rəmzi
Symbolum Nicænum- 
Constantinopolitanum
İman   edirəm   –   bir   tək
Allaha inanıram.
Yerin və göyün, görünən və
görünməyən
 
bütün
varlığları
 
yaradan,
Külli-İxtiyar   Ata   Allaha
inanıram. 
Əzəldən   Atadan   dünyaya
gəlmiş,   Allahın   yeganə
Oğlu,   bir   tək   Rəbb   olan
Məsih İsaya inanıram. 
O,   Allahdan   Allah,   Nurdan
Nur, Həqiqi Allahdan Həqiqi
Allahdır. 
O,   doğulmuş,   lakin
yaradılmamışdır,   Ata   ilə
eynidir   və   her   şəy   onun
vəsitəsi ilə yaradılmışdır. 
Biz,   insanlara   görə   və   bizi
xilas etmək naminə göydən
enmiş,   Müqəddəs   Ruhun
qüdrətilə
 
Bakirə
Məryəmdən   Vücüd   alıb
insan olmuşdur. 
Pontius   Pilatus   vaxtında
bizim   üçün   acı   çəkərək
çarmıxa   çəkilmiş,   ölmüş,
dəfn   edilmiş   və   Müqəddəs
Yazılara   görə   üç   gündən
sonra   dirilmişdir.   Göyə
çıxmış   və   Atanın   sağında
oturmaqdadır.
Credo in unum Deum,
Patrem onmipoténtem,
Factórem cæli et teræ,
Visibílium omnium et 
invisibílium.
İt in unum Dóminum İesum 
Christum, Fílium Dei 
unigénitum et ex Patre 
natum ante ónmia sæcula:
Deum de Deo, Lumen de 
Lúmine, Deum verum de 
Deo vero, Génitum, non 
factum,
consubstantiálem Patri:
per quem ónmia facta sunt;
Qui propter nos, hómines, 
et propter nostram salútem
descéndit de cælis.
Et incarnátus est de Spíritu 
Sancto ex Maria Vírgine et 
homo factus est,
crucifixus étiam pro nobis 
sub Póntio Piláto, passus et
sepúltus est.
Et resurréxit tértia die, 
secúndum Scriptúras,
et ascéndit in cælum: sedet
ad déxteram Patris, et 
iterum ventúrus est cum 
glória,
35


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə