06-jurnal-2017-hazir indd



Yüklə 401,02 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü401,02 Kb.
#77101


99

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

TARİXƏ PƏNCƏRƏ



NAXÇIVANIN İNZİBATİ ƏRAZİ QURULUŞUNDA 

1929-CU İL DƏYİŞİKLİKLƏRİ VƏ NƏTİCƏLƏRİ

Nurlana ƏLİYEVA,

AMEA-nın Naxçıvan 

Bölməsinin kiçik elmi işçisi,

nurlana.aliyeva3@gmail.com

AÇAR SÖZLƏR: Naxçıvan Muxtar Respublikası, xəritə, inzibati ərazi    

 

    

 

 

quruluşu, erməni təcavüzü.

КЛЮЧЕВЫЕ СЛОВА: Нахчыванская Автономная Республика, карта,  

                                                   административно-территориальная структура, 

                                        армянская агрессия.

KEY WORDS: Nakhchivan Autonomous Republic, map, administrative and           

                                  territorial structure, Armenian aggression.

Əlverişli coğrafi  şəraitdə yerləşən Naxçıvan qədim insanların ilk məskənlərindən 

və  bəşər sivilizasiyasının mühüm ərazilərindən biridir. Bu diyar tarixi inkişafın 

müxtəlif mərhələlərində bir çox dövlətlərin diqqətini cəlb etmiş  və hücumlara məruz 

qalmışdır. Müxtəlif dövrlərdə bir sıra dövlətlər tərəfi ndən işğal olunmasına baxmayaraq, 

Naxçıvan Azərbaycanın  əzəli və  əbədi  ərazisi kimi qorunub saxlanılmışdır. Bu bölgə 

1921-ci il martın 16-dan başlayaraq Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü 

il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı 

ildən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 1995-ci ildə  qəbul olunmuş 

Konstitusiyaya əsasən Naxçıvana Azərbaycan Respublikasının tərkibində muxtar dövlət 

statusu verilmişdir. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 

246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), cənubda isə 

İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir. 

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin 

aprelində Azərbaycan SSR-nin MİK tərəfi ndən təsdiq edilmiş Naxçıvan MSSR (Naxçıvan 

Muxtar Sovet Sosialist Respublikası) haqqında  Əsasnamənin qəbulu ilə başlanmışdır. 

Əsasnaməyə görə, Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi ona Muxtar 

Respublika  şəklində daxil olurdu. Naxçıvanın Azərbaycanla qarşılıqlı münasibətləri 

Azərbaycanın Konstitusiyası ilə müəyyənləşdirilirdi. Bu Əsasnamə MR-in ictimai

siyasi, iqtisadi həyatını tənzimləyən əsas qanunverici akt olmuşdur. Bununla Naxçıvan 

özünün qanunverici orqanları, icra hakimiyyəti olan muxtar quruma çevrilmişdir.

Naxçıvanın 1924-cü ilə aid kartoqraf N.Rıbakov tərəfi ndən tərtib edilmiş xəritəsini 

əsas götürərək bu dövr haqqında məlumat  əldə etmək mümkündür. Xəritədə buranın 

ərazisi və əsas yaşayış məntəqələri öz əksini tapmış, Naxçıvanla Ermənistan arasındakı 




100

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017



“mübahisəli ərazilər” xüsusi göstərilmişdir. Bunlar indiki Şərur, Kəngərli, Babək, Şahbuz 

rayonları ilə Ermənistan SSR arasındakı 279 hektar ərazi və Ordubad rayonu ilə Zəngilan 

arasında qədim Azərbaycan torpağı olan Zəngəzurun bir hissəsidir. Həmçinin Kilit və 

Qarçevan əraziləri də Naxçıvanın sərhədləri içərisində yer almışdır [1, s. 155].

Tarixən ermənilər Azərbaycanın müxtəlif ərazilərinə, eləcə də onun ayrılmaz tərkib 

hissəsi olan Naxçıvana qarşı torpaq iddiaları ilə çıxış etmiş və bu mənfur niyyətlərindən 

heç vaxt əl çəkməmişlər. Bir çox hallarda onlar məqsədlərinə nail olmuşlar. “Böyük 

Ermənistan” yaratmaq sevdası ilə yaşayan ermənilər hiylə ilə torpaqlarımızı  işğal 

etmişlər. Nəticədə, Zəngəzur mahalı, Göyçə torpaqları, Vedibasar ərazisi  əlimizdən 

alınmış, Naxçıvan Azərbaycandan ayrı düşmüş, Kərki kəndi işğal olunmuşdur.

Məlumdur ki, Azərbaycan Demokratik Respublikasının mövcudluğu zamanı onun 

ərazisi 114 min kvadrat kilometr idi. Bunun 97,4 min kvadrat kilometri mübahisəsiz, 

16,6 min kvadrat kilometri “mübahisəli ərazilər” sayılırdı [2, s. 422]. 

1920-ci ilə qədər ermənilər öz məqsədlərinə nail ola bilməsələr də, məkrli siyasətləri 

nəticəsində  mərhələ-mərhələ arzularını gerçəkləşdirə bilmişlər. Zaqafqaziyada Sovet 

hakimiyyətinin qurulduğu dövrdə Azərbaycanın tarixən Naxçıvanla bağlı olan Zəngəzur

Dərələyəz, Qəmərli,  İrəvan və Göyçə mahalları  və b. bölgələri Rusiyanın havadarlığı 

ilə Ermənistan tərəfi ndən ələ keçirilmişdir. 1920-ci ilin yayında Azərbaycanın Zəngəzur, 

Naxçıvan və  Şərur-Dərələyəz kimi mübahisəsiz torpaqları  uğrunda Sovet Rusiyası 

ilə Ermənistan arasında hərbi  əməliyyatlarla yanaşı, danışıqlar davam etdirilmiş, 

Azərbaycanın iştirakı olmadan onun torpaqlarının Ermənistana verilməsi məsələsi 

müzakirə edilmişdir. N.Nərimanov V.İ.Leninə məktubunda yazırdı: “Dəhşətli vəziyyət 

yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın isə 

istiqlaliyyətini tanımış, lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə 

mübahisəsiz ərazilərini Ermənistana verir...” [1, s. 158-159].

1921-ci ildə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin səlahiyyətli 

nümayəndələrinin RSFSR-in nümayəndəsinin iştirakı ilə imzaladıqları Qars müqaviləsi 

ilə ölkələr öz üzərlərinə öhdəliklər götürmüşlər. Müqavilənin birinci maddəsində göstərilir 

ki, “razılığa gələn tərəfl ər  ərazi məsələləri barədə  əvvəlki müqavilələrin qüvvəsini 

itirmiş hesab edirlər. Zaqafqaziya Respublikaları bir-birinə qarşı ərazi iddiaları ilə tələb 

qaldırmamağı və üçüncü bir ölkəyə də bu imkanı verməməyi öhdəsinə götürürlər” [1, s. 

159]. Qars müqaviləsinin 3-cü əlavəsində isə göstərilən sərhədlər daxilində Naxçıvan 

ölkəsi Azərbaycanın himayəsi altında muxtar ərazi kimi verilmişdir. “Naxçıvan ərazisi” 

başlığı altında verilən  əlavədə Ermənistan SSR ilə Naxçıvan Muxtar Respublikası 

arasındakı sərhəd xəttinin keçdiyi əsas nöqtələr aşağıdakı kimi göstərilib: 

(Naxçıvan  ərazisi) Urmiya kəndindən (başlayır), oradan düz xətt ilə Arazdəyən 

stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Qərbi Daşburun 

(3142) dağına, oradan Şərqi Daşburun (4108) dağına, Cəhənnəm dərəsi, Bağırsaq dağının 

(6607 və ya 6587) – su ayrıcı xətt üzrə Ravona (bulaq) cənubunda qurtarır. Oradan da 

keçmiş  İrəvan Qafqazının və  Şərur-Dərələyəz xəttini izləyərək 6629 yüksəkliyindən 

Kömürlü dağ (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayad dağ (7868), (Qurd 

qulaq) kəndi Gamasor dağ (8160) – 8022 rəqəmli təpə və Göy dağ (10282) və keçmiş 



TARİXƏ PƏNCƏRƏ


101

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

TARİXƏ PƏNCƏRƏ

Naxçıvan qəzasının inzibati sərhədinin şərqi [3, s. 431].

Burada Naxçıvanın sərhədləri dəqiq göstərilsə  də, ermənilər məqsədli surətdə 

sonrakı illərdə tərtib edilmiş xəritələrdə arzularını gerçəkləşdirmişlər. Belə ki, 1924, 1928, 

1932-ci illərə aid xəritələrdə Naxçıvan  ərazisi dəqiq göstərilsə  də, 1929, 1942-ci illər 

və daha sonrakı illərdə tərtib edilmiş xəritələrdə saxtakarlığa yol verilmiş və beləliklə, 

Arazdəyən stansiyası bölgəsindən 400 hektar, Şahbuz rayonunun Kükü ərazisindən 450 

hektar Ermənistan SSR ərazisinə qatılmışdır [1, s. 160].

1924-cü ildə  Rıbakov tərəfi ndən tərtib edilmiş  xəritə öz obyektivliyi, təkmil və 

dəqiqliyi ilə seçilir. Bu xəritədə Sədərək kəndinin “Həsənqulu bağı” deyilən ərazi düzgün 

olaraq Naxçıvan Muxtar Respublikası ərazisinə daxil edilmişdir. 1929-cu il xəritəsində 

isə əksinə, “Həsənqulu bağı” Ermənistan SSR ərazisi kimi göstərilmişdir.

1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza (Şərur, Naxçıvan, Ordubad) və 12 dairə 

təşkil olunmuşdur [4, s. 39; 5, s. 95]. 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 

10-a çatdırılmışdır: 1. Baş Noraşen rayonu (53 kənd); 2. Qıvraq rayonu (19 kənd); 3. 

Cəhri rayonu (14 kənd); 4. Tumbul rayonu (30 kənd); 5. Nərimanov rayonu (30 kənd); 6. 

Əbrəqunus rayonu (29 kənd); 7. Culfa rayonu (4 kənd); 8. Ordubad rayonu (20 kənd); 9. 

Parağa rayonu (15 kənd); 10. Aza rayonu (11 kənd) [6, s. 34].

1925-ci ildə Naxçıvan MSSR-in inzibati ərazisində  təşkil olunan rayonlardan 

biri Aza rayonudur. Aza rayonu Yuxarı Aza, Aşağı Aza, Kələntər Dizə, Der, Baş Dizə, 

Sumbatan Dizə, Qoşadizə, Düylün, Düylün Dizə, Gilançay və  Dəstə  kəndlərini  əhatə 

etmiş və 1930-cu ildə təşkil olunan Ordubad rayonunun tərkibinə daxil edilmişdir. Arxiv 

materiallarının verdiyi məlumata görə, Cəhridə inzibati rayon mərkəzi 1925-ci ildə təşkil 

olunmuş, rayon Cəhri, Şeytanabad, Əznəbürd, Buzqov, Lizbirt və Kərməçataq kəndlərini 

əhatə etmiş, 1930-cu ildə  ləğv olunaraq Naxçıvan rayonunun (indiki Babək rayonu) 

tərkibinə daxil edilmişdir. Qıvraqda inzibati rayon mərkəzi 1925-ci ildə təşkil olunmuş və 

1930-cu ildə Baş Noraşen rayonu ilə birləşdirilmişdir. 1925-ci ildə təşkil olunan Tumbul 

və Cəhri rayonları 1930-cu ildə Naxçıvan rayonunun tərkibinə daxil edilmiş və rayonun 

mərkəzi Naxçıvan şəhəri olmuşdur. Nərimanov inzibati rayon kimi 1925-ci ildə təşkil 

edilmiş və Yuxarı Şahbuz adı Nəriman adı ilə əvəzlənmişdir. 1930-cu ilin əvvəllərində 

Şahbuzun əvvəlki adı bərpa edilmiş və ərazi Şahbuz rayonu adlandırılmışdır. 1925-

ci ildə təşkil olunmuş Parağa rayonu 15 kəndi əhatə etmiş və 1930-cu ildə Ordubad 

rayonunun tərkibinə daxil edilmişdir. 1925-ci ildə təşkil olunmuş Tumbul rayonu 30 

kəndi əhatə etmiş və 1930-cu ildə Naxçıvan rayonunun (indiki Babək rayonu) tərkibinə 

daxil edilmişdir [7, s. 185-188].

1926-cı ildə Naxçıvan MSSR 8 dairəyə - Baş Noraşen, Qıvraq, Tumbul, Nərimanov, 

Əbrəqunus, Culfa, Parağa və Ordubad dairələrinə bölünmüş, Şərur, Naxçıvan, Culfa və 

Ordubad rayonlarına ayrılmışdır. 1930-cu ilin avqust ayında bu rayonlara daha iki müstəqil 

rayon – Şahbuz və Əbrəqunus rayonları əlavə edilmiş, beləliklə, muxtar respublikada altı 

rayon olmuş və 1948-ci ildə Əbrəqunus rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra 

Naxçıvan MSSR inzibati cəhətdən beş rayona bölünmüşdür [6, s. 34].

1930-cu ildə respublikanın rayonlaşdırılması ilə  əlaqədar Naxçıvan  ərazisində 

əvvəllər təşkil edilmiş 8 dairə 5 rayona (Naxçıvan, Noraşen,  Əbrəqunus, Ordubad və 




102

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017



Şahbuz) bölünmüş və 242 yaşayış məntəqəsinin adı qeydə alınmışdır. Ancaq müxtəlif 

səbəblər üzündən kəndlərin boşaldılması, ucqar ərazilərdə yerləşən kəndlərin münasib 

ərazilərə köçürülməsi və s. nəticəsində bugünkü adlarla müqayisədə 77 kənd adı 

başqa adla əvəzlənmiş, yaxud ləğv edilmişdir. Belə ki, Həsəncan, Məmmədhəsənli, 

Naxış-Nərgiz, Ovçular, Parçı, Qaratağlar, Quşçulu, Sinidizə, Sürəməlik,  Şurabad, 

Təzə-Hacıvar, Əskikənd və s. kimi adlar ancaq arxiv materialları və digər mənbələrdə 

yaşayır [6, s. 36-37].

Naxçıvanı “böyük Ermənistana” birləşdirə bilməyən ermənilər fürsət düşdükcə 

himayədarlarının köməyi ilə Naxçıvan ərazisindən müəyyən torpaqları qopara bilmişlər. 

18 fevral 1929-cu ildə Zaqafqaziya MİK-nin qərarı ilə 1921-ci ildə imzalanmış Moskva 

və Qars müqavilələrinin  şərtləri kobud surətdə pozularaq Naxçıvanın 9 kəndi - Şərur 

qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası  Şahbuz nahiyyəsinin Oğbin, 

Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndlərinin, Ordubad qəzasının Qorçevan kəndinin, 

habelə Kilit kəndi torpaqlarının bir hissəsinin  əkin sahələri və otlaqları ilə birlikdə 

Ermənistana SSR-ə verilməsi nəticəsində Naxçıvan MSSR-in ərazisi 657 kvadrat 

kilometr azaldı [8, s. 29].

1929-cu ildə Zaqafqaziya MİK tərəfi ndən Naxçıvan Muxtar Respublikasının  ən 

böyük yaşayış  məskənlərindən biri olan Sədərəyin bir sıra yaylaq və yurd yerləri də 

zorla alınıb erməni daşnaklarına verilmişdir. Həmin yaylaq və yurd yerləri bunlardır: 

Ərmik, Havuş, Qaşqay, Camışbasan, Haçıc, Əmoğlu, Qaraxəç (Sovetaşen adı qoyublar), 

Birəli, Şatırgünbəzi (Armaş adlandırıblar), Çanaqçı, Günnüt, Baxçacıq, Yelpin, Qozulça, 

Palantökən, Asnı, Atdaşı, Kalafaağıl, Hortun, Dübəkli, Alpayoqquşu, Sultanbulağı, 

Şamo, Danzik, Qədili, Arazdöyən, Gəfərli, Daşxırman,  İtölən,  İtoturan, Kərki, Yanıq, 

Gennişik, Ağbulaq, Qaraağac, Kabatağı oğlu və Həsənqulu bağları, Qaraçoban, Nadirin 

düzü, Qızıldaş [9, s. 106]. Göründüyü kimi, heç bir hüquqi əsası olmayan bu qərarla

Türkiyə hökumətinin razılığı və xəbəri olmadan Qars müqaviləsinin şərtləri pozulmuş, 

Naxçıvan Muxtar Respublikasının 10-a yaxın kəndi əkin sahələri, otlaqları, biçənəkləri 

və sair ilə birlikdə əlimizdən alınmışdır. 

1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış  məntəqələri 

Ermənistana verilmiş  və  həmin  ərazidə Mehri rayonu yaradılmışdır. Ermənistanın 

Naxçıvanla bağlı  ərazi iddiaları sonrakı dövrlərdə  də davam etmişdir. Erməni 

millətçilərinin Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı törətdiyi qanlı cinayətlər Kərki 

kəndindən də yan keçməmişdir. Hələ 1938-ci ildə  Kərki torpaqlarının bir hissəsi 

Azərbaycan hökumətinin razılığı ilə Ermənistana verilmişdi. Bu barədə protokola 

Azərbaycan MİK-in işçiləri - ermənilər Qadakçiyan və İsaakyan qol çəkmişdilər. Kənd 

ərazisinin digər bir hissəsi isə 1969-cu ilin mayında Azərbaycanın o zamankı rəhbərliyinin 

“səxavəti” üzündən Ermənistana “bağışlanmışdı”. Beləliklə, Kərkinin bütünlüklə işğal 

edilməsinə  əlverişli  şərait yaranmışdı. 1990-cı il yanvarın 15-də isə  Kərki ermənilər 

tərəfi ndən işğal edilmişdir [10, s. 294].

Tarixin sonrakı  mərhələlərində ermənilər daha da azğınlaşmış, artıq ayrı-ayrı 

əraziləri yox, bütövlükdə Naxçıvanın Ermənistana verilməsini dövlət səviyyəsində 

TARİXƏ PƏNCƏRƏ



103

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017

A



rb



ay

ca

n



 R

es

p



u

b

li



k

as

ı 



D

in



Q

u

ru



m

la

rl



İş

 ü



zr

ə 

D



ö

v



K

o



m

it

əs



in

in

 J



u

rn

al



ı

Az

ərbaycan Respublikas



ı Dini Qurumlarla 

İş

 üzr



ə Dövl

ət Komit


əsinin Jurnal

ı

TARİXƏ PƏNCƏRƏ

qaldırmışlar. Lakin onların arzuları ürəklərində qalmış, məsələni öz xeyirlərinə həll edə 

bilməmişlər. Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində Ermənistan hərbi 

yolla Naxçıvan Muxtar Respublikasına təcavüz etsə də, məqsədinə nail ola bilməmişdir. 

Ulu Öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb, fəaliyyət göstərməsi Naxçıvanı erməni 

işğalından xilas etmişdir [1, s. 162].

Bu gün də erməni təbliğatı öz işini görməkdədir. Onlar beynəlxalq ictimaiyyəti 

çaşdırmaq üçün saxta təbliğatlarını işə salmışlar: Naxçıvanla, onun tarixi və abidələri ilə 

bağlı heç bir elmi əsası olmayan uydurmalar irəli sürür, kitablar çap etdirir, konfranslar 

keçirirlər. Respublika ziyalıları, elmi ictimaiyyət ermənilərin bu uydurma təbliğatlarını 

ifşa etməli, beynəlxalq ictimaiyyətə doğru-düzgün məlumat çatdırmalıdırlar. Bunun üçün 

bütün vasitələrdən istifadə edilməlidirlər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 

dediyi kimi, “... bütün bu iddiaların əsassız, uydurma olduğunu beynəlxalq aləmdə 



sübut etməliyik. Azərbaycanın  ərazi bütövlüyünü nəinki indiki dövrdə, gələcək 

nəsillər üçün də qoruyub saxlamalıyıq”.

ƏDƏBİYYAT

1.  Hacıyev İ. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan:  

 

Əcəmi, 2012, 191 s.



2.  Azərbaycan tarixi. Yeddi cilddə, V cild (1900-1920-ci illər). Bakı: Elm, 2001, 672 s. 

3.  İ.E.Atnur. Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921).  

 Naxçıvan: Əcəmi, 2013, 496 s.



4.  Naxçıvan Tarixi Atlası. Bakı: 2010, 55 s.

5.  Naxçıvan Ensiklopediyası. II cild. Naxçıvan: 2005, 376 s.

6.  Bağırov A. Naxçıvanın oykonimləri. Bakı: Nurlan, 2008, 336 s.

7.  Bağırov A. Onomalogiya problemləri, I cild. Bakı: Elm və təhsil, 2010, 436 s.

8.  Səfərli F. Naxçıvan bölgəsinin tarixi coğrafi yası haqqında qeydlər // Azərbaycan MEA  

 

Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2012, №1, s. 29. 



9.  Hacı Seyidov T. Bu zorakılıq, haqqsızlıq xalqın qan yaddaşından heç vaxt silinməyəcək.  

 (Naxçıvan MR-nın statusu). Bakı: 2009, 107 s.



10.  Naxçıvan Ensiklopediyası. I cild. Naxçıvan: 2005, 356 s.


104

A



rb

ay

ca



n

 R

es



p

u

b



li

k

as



ı 

D

in



Q

u



ru

m

la



rl

İş



 ü

zr

ə 



D

ö

v



K



o

m

it



əs

in

in



 J

u

rn



al

ı

Az



ərbaycan Respublikas

ı Dini Qurumlarla 

İş

 üzr


ə Dövl

ət Komit


əsinin Jurnal

ı

Dövlət və Din - № 01 (48)  YANVAR - FEVRAL 2017



Hypлана Алиева

ИЗМЕНЕНИЯ И РЕЗУЛЬТАТЫ 1929 ГОДА  В АДМИНИСТРАТИВНО-

ТЕРРИТОРИАЛЬНОЙ СТРУКТУРЕ НАХЧЫВАНА

АННОТАЦИЯ

В  статье  говорится  о  территориальных  изменениях  в  Нахчыване  в 1924-

1940  гг.  Начиная  с 16 марта 1921 году  Нахчыванский  регион  сначала  назывался 

Нахчыванской  Советской  Социалистической  Республикой,  с 16 июня 1923 

году Нахчыванским краем, с 9 февраля 1924 году Нахчыванской АССР, а с 1990 

году  Нахчыванской  Автономной  Республикой.  В 1929 году  по  решению  ЦИК 

Закавказского крайкома 9 сел Нахчывана: Гурдгулаг, Хачик, Горадиз Шарурского 

уезда, Охбин, Агхач, Алмалы, Итгыран, Султанбек, Шахбузсково участка, Горчеван, 

а также часть пахотных земель села Килит Ордубадсково участка были переданы 

Армении.  В  результате  этого  территория  Нахчыванскойй  АССР  уменьшилась  на 

657 км.


Nurlana Alieva

CHANGES AND RESULTS OF 1929 IN THE ADMINISTRATIVE AND 

TERRITORIAL STRUCTURE OF NAKHCHIVAN

ABSTRACT


The article refers to the territorial changes in Nakhchivan in 1924-1940s. Since 

March 16, 1921 Nakhchivan region initially was named Nakhchivan Soviet Socialist 

Republic, from June 16, 1923 the Nakhchivan Territory, from February 9, 1924 the 

Nakhchivan ASSR and since 1990 of the Nakhchivan Autonomous Republic. In 1929 

under the decision of Transcaucasia CEC 9 villages of Nakhchivan: Gurdgulag, Khachik, 

Horadiz in Sharur district, Ohbin, Aghach, Almaly, Itgyran, Sultanbek in Shahbuz region, 

Gorchevan, as well as a part of arable land of the village Kilit in Ordubad region were 

given to Armenia. A result of this the territory of the Nakhichivan Autonomous Republic 



decreased by 657 km.

TARİXƏ PƏNCƏRƏ

Yüklə 401,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə