Katolik Kilsəsinin katexizisi



Yüklə 10,74 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix08.09.2018
ölçüsü10,74 Mb.
#67679
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

311-314
324
İman bizə əminlik verir ki, şərdən xeyir yaranmasaydı, 
Allah şərə imkan verməzdi. Allah artıq bunu möcüzəvi 
yolla Məsihin ölüm və dirilməsində həyata keçirib: Onun 
Oğlunun öldürülməsindən ibarət olan ən böyük mənəvi 
şərdən Allah ən böyük xeyirxahlığı – Məsihin 
izzətlənməsini və bizim satınalınmağımızı hasil etdi.
Göy və yer
59. Allah nəyi yaratdı?
325-327
Müqəddəs Yazı deyir: «Başlanğıcda Allah göyləri və yeri 
yaratdı» (Yar 1:1). İman etirafında Kilsə Allahı görünən və
görünməyən şeylərin: bütün ruhani və material 
məxluqların, yəni mələklərin, görünən dünyanın və 
xüsusilə də insanın Yaradıcısı elan edir.
60. Mələklər kimdir?
328-333
350-351
Mələklər – tamamilə ruhani, cisimsiz, gözəgörünməz
ölməz məxluqlardır; onlar şəxsiyyətdir, onların ağlı və 
iradəsi var. Onlar hər zaman Allahı üz-üzə seyr edərək 
Ona ibadət və xidmət edirlər, bütün insanların xilası 
missiyasının həyata keçirilməsində Onun elçiləri olurlar.
61. Kilsə həyatında mələklər necə iştirak edir?
334-336
352
Allaha ibadət etmək üçün Kilsə mələklərlə birləşir, 
onlardan kömək diləyir, Liturgiya zamanı bəzilərinin 
xatirəsini bayram edir.
45


«Hər bir imanlının yanında – onu qoruyan və həyatda 
istiqamətləndirən rəhbəri – mələyi var» (müq. Böyük 
Vasil).
62. Gözə görünən dünyanın yaranması barədə 
Müqəddəs Yazı nə deyir?
337-344
Altı gün ərzində yaradılışı təsvir edərək Müqəddəs Yazı 
bizə yaradılanın dəyərini və onun təyinatını bildirir. Onun 
təyinatı Allahın izzəti və insana xidmətdir. Hər şey 
mövcudluğuna görə Allaha minnətdar olmalıdır, hər şey 
keyfiyyətini və kamilliyini, qanunları və kainatda öz yerini
Allahdan alır.
63. Yaradılışda insanın yeri nədir?
343-344
353
İnsan – gözə görünən yaradılışın zirvəsidir, çünki Allahın 
surətinə və Allaha bənzər yaradılıb.
64. Yaradılanların arasında hansı əlaqə var?
342
354
Yaradılanların arasında Allaha məqbul qarşılıqlı əlaqə və 
iyerarxiya var. Eyni zamanda, yaradılanlar arasında birlik 
və həmrəylik var, çünki hamının Yaradanı birdir, hamı 
Onun tərəfindən sevilir və Onu izzətləndirməyə dəvət 
olunub. Yaradılanlarda olan qanunlara və əşyaların 
təbiətindən gələn münasibətlərə riayət müdrikliyin 
başlanğıcı və mənəviyyatın təməlidir.
65. Yaradılış və satınalınma işi bir-biri ilə necə 
əlaqədədir?
345-349
46


Yaradılış işi daha böyük iş olan satınalınma işində öz 
zirvəsinə çatır, çünki yeni yaradılışa başlanğıc verir, 
bunda da hər şey tam məna alır və tamamlanır.
İnsan
66. İnsan nə mənada «Allahın surətində» 
yaradılıb?
355-357 
İnsan Allahın surətinə bənzər yaradılıb, bu o deməkdir ki,
insan öz Yaradanını azad olaraq dərk edə və sevə bilər. 
İnsan yer üzündə yeganə məxluqdur ki, Allah onu Özünə 
görə istədi və İlahi həyatın dərkinə və məhəbbətinə şərik
olmağa dəvət etdi. İnsan Allahın surətinə bənzər 
yaradıldığına görə şəxsiyyətinin ləyaqətinə malikdir: o nə
isə deyil, o bir kimsədir; onda özünü tanımaq, özünü 
azad şəkildə başqasına bəxş etmək və Allahla və digər 
şəxslərlə ünsiyyətə girmək qabiliyyəti var.
67. Allah insanı nəyin naminə yaratdı?
358-359
380-381
Allah hər şeyi insan üçün yaratdı, insan isə Allahı 
tanımaq, Ona xidmət etmək, Onu sevmək və bununla 
bütün yaradılan şeyləri Onun önünə gətirmək, Ona 
minnətdarlıq bildirmək, səmalarda Allahla həyata 
yüksəlmək üçün yaradıldı. Yalnız bədəndə gələn Kəlamın 
sirrində insanın sirri, həqiqətən, aydın olur: bu, insan 
olmuş Allah Oğlunun surətini əks etdirməyə təyin 
olunma, yəni kamil və «görünməz Allahın surətini» (Kol 
1:15) əks etdirmək məqsədindən ibarətdir. 
47


68. Nə üçün insanlar birliklər yaradırlar?
360-361
Bütün insanlar ümumi Allahdan yarandıqlarına görə 
bəşər nəslinin birliyini yaradırlar. Allah isə «bütün 
bəşəriyyətin millətlərini bir insandan yaratdı» (Həv 
17:26). Bundan başqa, bütün insanların Xilaskarı birdir 
və hamı Allahla əbədi bəxtiyarlığa dəvət olunub.
69. İnsanda can və bədən necə birlik təşkil edir?
362-365
382
İnsan şəxsiyyəti – eyni zamanda cismani və ruhani 
varlıqdır. İnsanda can və maddiyyat bir təbiət təşkil edir. 
Bu birlik o qədər dərindir ki, ruhani başlanğıcın, yəni 
canın sayəsində bədən, yəni maddiyyat, canlı insan 
bədəninə çevrilir və Allahın surətinə layiq olmaqda iştirak
edir.
70. İnsana canı kim verir?
366-368 
382
Ruhani (qeyri-maddi) olan can valideynlər tərəfindən 
hasil olunmur, bilavasitə Allah tərəfindən yaradılır və 
ölümsüzdür. Ölüm zamanı bədəndən ayrılan can ölmür: 
o, ölülərin dirilməsi zamanı yenidən bədənlə birləşəcək.
71. Allah kişi və qadın arasında hansı münasibəti 
qoydu?
369-373
383
Kişi və qadın insan şəxsiyyəti kimi Allah tərəfindən 
yaradılıb, bərabər dəyərdə yaradılıb və eyni zamanda, 
onlar kişi və qadın başlanğıcı kimi bir-birini tamamlayır. 
Allah onları bir-biri üçün, şəxsiyyətlərin ünsiyyət etməsi 
naminə yaratmağı məsləhət bildi. Birlikdə onlar insani 
həyatı ötürməyə və nikahda «bir bədən» (Yar 2:24) 
48


Yüklə 10,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə