İbtidai təhsilin məzmununda innovasiyalar Plan



Yüklə 28,09 Kb.
səhifə1/5
tarix18.01.2023
ölçüsü28,09 Kb.
#98735
  1   2   3   4   5
innovasiyalar


İbtidai təhsilin məzmununda innovasiyalar


Plan:
1. İbtidai təhsilin məzmunu
2. İnnovasiyaların mahiyyəti
3. İbtidai təhsilin məzmununda texnologiyaların tətbiqi
4. İbtidai təhsilin elmi-nəzəri əsasları
5. Blum taksonomiyaları: bilik, anlama, tətbiqetmə, təhliletmə,
sintezetmə, dəyərləndirmə

Təhsil bəşəriyyətin hazırlamış olduğu mədəni irsi cəmiyyət tərəfindən müəyən edilmiş səviyyədə mənimsəmək və buna uyğun fərdi inkişafa malik olmaqdır.


Təhsil sistemi ölkə daxilində mövcud olan təlim-tərbiyə müəssisələrinin məcmusuna deyilir.
Təhsilin məzmunu dedikdə - şagirdlərə öyrədiləcək bilik, bacarıq və vərdişlərin, təfəkkür və fəaliyyət üsullarının sistemi başa düşülür.
İbtidai təhsilin məzmunu şagirdlərin hərtərəfli inkişafının, onların təfəkkürü və idraki maraqlarının formalaşmasının, öz təhsillərini davam etdirməyə və gələcək əmək fəaliyyətinə hazırlığının əsasını təşkil edir.
"İnnovasiya" - ingilis sözüdür, mənası yenilik deməkdir. Təlim, təhsil-tərbiyə prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yenilik başa düşülür. İnnovasiya, yəni yenilik pedaqoji sistemin daxili ehtiyatları hesabına (in-daxili deməkdir) baş verir. Deməli, kənardan gətirilən hər nə varsa, onlara innovasiya demək doğru deyil. İnnovasiya keyfiyyətcə təkmilləşmiş, pedaqoji sistemdə vəhdət halında götürülmüş ideyalar, proseslər, vasitələr və nəticələrdir.
Pedaqoji sistemin təkmilləşdirilməsinin iki əsas yolu vardır: intensiv yol ( fransız sözüdür, mənası gücləndirmək, məhsuldarlığı artırmaq deməkdir), ekstensiv yol (latın sözü olub mənası genişləndirmək, uzatmaq deməkdir). İntensiv yol pedaqoji sistemin inkişafını daxili ehtiyaclar hesabına həyata keçirməyi nəzərdə tutur. Ekstensiv yol isə pedaqoji sistemin inkişafı üçün əlavə qüvvələrin (investisiyaların), yeni vasitələrin, avadanlıqların, texnologiyaların, kapital qoyuluşunun və s. cəlb edilməsinə əsaslanır.
Didaktikanın əsas məqsədi olan "Nəyi öyrədək" sualının cavabı təlimin məzmunu məsələsini önə gətirir. Bu sual vasitəsilə ibtidai məktəbdə öyrənilən bilik və bacarıqların sistemi, təfəkkür və fəaliyyətinin yolları başa düşülür. İbtidai siniflərdə nəyi öyrətmək, cəmiyyətin topladığı biliklərdən hansısıni seçmək çox mürəkkəb məsələdir. Onun düzgün həllindən ibtidai təhsilin bünövrəsinin nə dərəcədə möhkəm olması, ətraf aləmin və insani mədəniyyətin necə olacağından asılıdır.
İbtidai təhsilin məzmunu şagirdlərin hərtərəfli inkişafı, onların təfəkkürünün , idraki maraqlarının formalaşması təhsili davam etdirməyə və gələcək əmək fəaliyyəti üçün əsas təşkil edir. İbtidai təhsilin məzmununun formalaşdırılması səbəbləri içərisində aşağıdakıları ayırmaq olar:
1) təhsilin məqsədi; 2) ictimai tələbatlar; 3) sosial və elmi nailiyyətlər; 4) şəxsi tələbatlar; 5) pedaqoji imkanlar.

Yüklə 28,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə