Jurnal XII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   21   22   23   24   25   26   27   28   29

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

sözləri ilə bitərdi –“Əslində mən işlə bağlı bu cür səs verəsi idim, lakin elə ki, Frankfurter məsələyə

münasibət bildirir, mən onun əksinə mövqe bildirmək qərarına gəlirəm.”

KİRAYƏ MÜQAVİLƏSİNİN VAXTINDAN ƏVVƏL

LƏĞVİNƏ DAİR ALMANİYA KONSTİTUSİYA

MƏHKƏMƏSİNİN YANAŞIMASI

Hörmətli  oxucularımızın  diqqətinə  öz  nümunəviliyi

ilə 

seçilən 

Almaniya 

Federal 

Konstitusiya

Məhkəməsinin 

köhnə 

(08.01.1985) 

olmasına

baxmayaraq,  kirayə  müqaviləsinin  ləğvi  ilə  bağlı

qəbul etdiyi qərarı (1 BvR 792/83) barədə müxtəsər

məlumat  veririk.  Qeyd  olunmalıdır  ki,  bu  qərar

özlüyündə 

milli 

məhkəmələrimizin 

təcrübəsi

baxımından da əhəmiyyətə malik ola bilər.

Qeyd olunan dövrdə qüvvədə olan Almaniya Mülki Məcəlləsinin 564b maddəsinin tələbinə əsasən,

kirayəyə verən kirayə münasibətlərinə bu münasibətlərə xitam verilməsində “əsaslı marağı” olduğu

halda xitam verə bilər. “Əsaslı maraq” dedikdə bunlar nəzərdə tutulur: a) kirayəçi öz öhdəliklərini

təqsirli olaraq əhəmiyyətli dərəcədə pozduqda; b) kirayəyə verənin özü və ailə üzvləri üçün mənzil

kimi  ehtiyacı  olduqda;  c)  kirayəçi  əmlakdan  (torpaqdan)  onun  təyinatı  uyğun  olmayaraq

təsərrüfatsızcasına istifadə etdikdə.

Beləliklə, Konstitusiya Məhkəməsi tərəfindən çıxarılmış qərarın əsasında iki şikayət durur:



a)  İddiaçılar  (kirayəyə  verənlər)  öz  ailəsi  ilə  3  otaqlı  mənzildə  kirayədə  yaşıyırlar,  lakin  öz

mülkiyyətində olan 7 otaqlı mənzili kirayəyə vermişlər. İddiaçılar kirayəçilərdən evi boşlatmalarını

tələb  edirlər,  lakin  kirayəçilər  özlərinin  ahıl  yaşda  olduqlarını  nəzərə  alaraq  evdən  çıxmalarını

mümkünsüz  hesab  edirlər.  Aşağı  insantansiya  məhkəmələri  iddiaçıların  (kirayəyə  verənlərin)

iddiasını rədd etmişdir. Məhkəmənin qənaətinə görə, 250 kv.metrlik, 7 otaqlı mənzil 3 nəfər üçün

kifayət qədər böyük sahədir və mənzil olan ehtiyac şişirdilmiş olduğundan onun geri verilməsini

mülki qanunverciliyin mövqeyinə əsasən, tələb etmək mümkün deyildir. Konstitusiya Məhkəməsinə

şikayət  verən  iddiaçılar  hesab  edirlər  ki,  aşağı  instansiya  məhkəməsinin  qərarları  onların

Konstitusiyanın 14‐cü maddəsi ilə təsbit olunmuş mülkiyyət hüquqlarını pozmuşdur: “mülkiyyətin

özəl faydalılığı” və “sosial öhdəlik yaratması” prinsipləri arasındakı tarazlıq pozulmuşdur.



b) İkinci iddiaçı (qocalar evində yaşayan şəxs) özünün ehtiyacı olduğu 3 otaqlı mənzilinin kirayədən

çıxarılmasını çalışır. O, hesab edir ki, özünün yaşlı olması və hərəkət məhdudiyyəti ilə bağlı 1‐ci

mərtəbədə  yerləşən  mənzildə  özü  qalmalıdır  və  bunun  üçün  kirayəçilər  mənzili  tərk  etməlidir.

İddiaya baxan yerli məhkəmə hesab etmişdir ki, iddiaçı (kirayəyə verən) “uyğun və layiqli şəkildə”

qocalar  evində  yerləşdirildiyindən  cavabdehin  mənzilə  artıq  ehtiyacı  yoxdur.  Bütün  məhkəmə

instansiyaları məsələyə eyni prizmadan yanaşmışdır. Lakin konstitusiya şikayət verən iddiaçı hesab

edir ki, onun qocalar evində olması özünün məzilə ehtiyacı olmasını aradan qaldırmamışdır və yaşlı

kirayəyə verən qocalar evində qalmağa və ömürünün sonunu orada keçirməyə məcbur edilə bilməz.

Beləliklə, Konstitusiya Məhkəməsi 1‐ci şikayəti əsassız hesab etmiş və qeyd edir ki, müqaviləyə

xitam  verilməsi  üçün  “əsaslı  marağ”ın  mövcudluğu  əslində  mülkiyyətçinin  (kirayəyə  verənin)

sənəcam  vermək  hüququnu  məhdudlaşdırır.  Lakin  bu  müddəa  demokratik  cəmiyyətdə  ümumi

maraqlar naminə kirayəyə verənin özbaşına şəkildə   birisini   yaşayış   yerindən   məhrum   etmək

­  57 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

“imtiyaz”ını  aradan  qaldırır.  Çünki  kirayə  münasibətlərində  əmlakın  həm  də  sosial  funksiyası

vardır, lakin qanunverici mülkiyyətçini tam şəkildə mülkiyyət hüquqlarından məhrum etmir və

məhz bu məqsədlə Mülki Məcəllənin 564b maddəsi çərçivələri (meyarları) müəyyən etmişdir.



2‐ci şikayətlə bağlı Konstitusiya Məhkəməsi aşağı məhkəmələr tərəfindən qanunun düzgün tətbiq

olunmadığı qərarına gəlmişdir. Konstitusiya Məhkəməsi qeyd edir ki, qanunların “sadə hüquqi

şərhi” və onların konkret vəziyyətdə tətbiqi məsələsi aşağı məhkəmələrin yurisdiksiyasındadır.

Bununla bərabər kirayə münasibətləri ilə bağlı məhkəmələr işlərə baxarkən, xüsusi mülkiyyətin

konstitutsion hüquqi tanınması və sosial ədalət prinsipləri arasında tarazlığa diqqət yetirməlidir.

Və bu şikayətlə bağlı məhkəmələr mülkiyyət hüququnun təmin edilməsi və onun əhəmiyyətini

düzgün  qiymətləndirməmişdir.  Dolayısilə  iddiaçının  qocalar  evində  “uyğun  və  layiqli  şəkildə”

yerləşdiriməsi əsası ilə onun yaşayış sahəsinə ehtiyacının olmaması kimi əsaslandırma kirayəyə

verənin  mənafeyinin  birtərəfli  şəkildə  pozulması  deməkdir  və  tarazlığın  pozuntusu  kimi

qiymətləndirilməlidir.  Aşağı  məhkəmələrin  qərarı  ilə  iddiaçının  azadlığı  əhəmiyyətli  dərəcədə

məhdudlaşdırılır, belə ki, o, həyatını mülkiyyətdən düzgün hesab etdiyi kimi istifadə edərək qura

bilmir. Məhkəmələrin bu cür qənaətə gəlməsi barədə qanunlara verdiyi təfsir, yanaşma mülkiyyət

hüququnun təmin edilməsi prinsipi ilə bir araya sığmır və mülkiyyətin həddindən artıq gərəksiz

yüklənməsinə səbəb olur.



RF  ALİ  MƏHKƏMƏSİNİN  TƏCRÜBƏSİNDƏN

AZƏRBAYCAN  MƏHKƏMƏLƏRİ  ÜÇÜN  TÖVSİYƏ

XARAKTERLİ QƏRAR (AİHM)

Bu günlərdə RF Ali Məhkəməsi 194 səhifəlik sənəd

olan  məhkəmə  təcrübəsinin  icmalını  çap  etmişdir.

Orada hüququn müxtəlif sahələrinə dair oturuşmuş

məhkəmə  təcrübəsinə  dair  maraqlı  yanaşmalar

olmaqla  bərabər,  Avropa  İnsan  Hüquqları

Məhkəməsinin  qərarlarının  icrası  məsələsinə  də

tox


unulmuşdur.  Qeyd  olunmalıdır  ki,  mövzunun

aktuallığı nəzərə alınmaqla, aşağıda göstərilən təcrübənin Azərbaycan milli məhkəmələri üçün

əhəmiyyəti şübhəsizdir.

Belə ki, qoyulmuş sual ondan ibarətdir ki, Ali Məhkəmə, Avropa Məhkəməsinin çıxardığı qərar

əsasında işə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxarkən, ərizəyə

Avropa Məhkəməsinin qərarının tərcüməsi əlavə olunmayıbsa, onu icraata götürməkdən imtina

edə bilərmi?

Belə ki, Avropa Məhkəməsinin Reqlamentinin 76‐cı maddəsinə əsasən, AHİM‐nin qərarları rəsmi

olaraq  ya  İngilis,  ya  da  ki,  Fransız  dilində  çıxarılır.  Bununla  belə,  RF  mülki,  inzibati  prosessual

məcəllələrinin tələbinə əsasən, məhkəmələrdə işlər dövlət dili olan Rus dilində aparılır. Lakin eyni

zamanda “RF‐nin Avropa Məhkəməsi yanında səlahiyyətli daimi nümayəndəsi haqqında” Fərmana

əsasən, Səlahiyyətli nümayəndə Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı yerli orqanların

qarşılıqlı  fəaliyyətini  təmin  edir.  Bu  fəaliyyət  çərçivəsində  Səlahiyyətli  nümayəndə  Avropa

Məhkəməsinin  qərarının  qeyri‐rəsmi  tərcüməsini  onun  icrası  ilə  bağlı  Ali  Məhkəmə  və  digər

aidiyyəti orqanlara göndərir.

Eyni  zamanda  RF  Ali  Məhkəməsinin  Plenumunun  10.10.2003‐cü  il  tarixli  qərarına  əsasən,  RF

barəsində  çıxarılmış  qərarların  icrası,  habelə  Konvensiya  ilə  təsbit  olunmuş  əsas  insan

hüquqlarının  pozuntusunun  aradan  qaldırılması  və  bu  cür  pozuntuların  gələcəkdə

təkrarlanmaması  məqsədilə  dövlət,  xüsusi  və  ümumi  tədbirlər  görür. Bu  mənada  milli

məhkəmələrin Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı öhdəliyi mövcuddur.

­  58 ­



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə