Jurnal XII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   21   22   23   24   25   26   27   28   29

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

­  52 ­

1. Daimi əhali

2. Müəyyən olunmuş daimi ərazi

3. Hökumət

4. Digər suveren ölkələrlə əlaqələrə girmək qabiliyyəti

Qısa olaraq Konvensiyanın müddəalarına nəzər salaq.

Daimi  əhali  dedikdə  müəyyən  olunmuş  ərazidəavtoxton  əhalinin  yaşaması  nəzərdə  tutulur.  Bu

mənada işğaldan sonra həmin ərazilərə süni şəkildə köçürülən ermənilər Dağlıq Qarabağın daimi

əhalisi sayıla bilməz. Dağlıq Qarabağın yerli və tarixi əhalisi ordan güclə qovulan, qətlə yetirilmiş

azərbaycanlılardır.

Dağlıq  Qarabağı  BMT  və  digər  nüfuzlu  beynəlxalq  qurumlar  yekdilliklə  Azərbaycanın  ayrılmaz

hissəsi kimi qəbul edib.  Hətta bununla bağlı BMT‐nin Ermənistanın işğal olunmuş torpaqları dərhal

azad etməsini nəzərdə tutan dörd qətnaməsi mövcuddur. De jure o, deməkdir ki, qondarma “DQR”

 hər hansı  hüquqi əraziyə də malik deyildir.

Bu  rejimə  məxsus  hökumət  də  yoxdur.  Hamıya  məlumdur  ki,  satellit  quruluşun  qanunverici  və

icraedici  hakimiyyətləri  İrəvan  kuluarlarında  formalaşır.  Bunun  bariz  nümunəsi  elə  həmin

Babayanın  vaxtıilə  Ermənistanın  ədliyyə  nazirinin  müavini,  baş  prokurorun  müavini,  eləcə  də

Yüksək Rütbəli Məmurların Etik Davranışları üzrə Komissiyanın sədri vəzifələrində çalışmasıdır.

Bu fakt kifayət edir ki, qondarma rejimin necə bir hökümətə malik olduğunu görəsən.

Konvensiyanın sonuncu müddəasına gəlincə, qeyd olunmalıdır ki, Ermənistan və onun nəzarətində

olan  qondarma respublika öz işğalçı siyasətləri ucbatından regionda faktiki normal ölkələrarası

münasibətlərdən təcrid ediliblər. Belə olan halda qondarma “DQR” heç bir ölkə ilə diplomatik və

ya digər münasibətlər qura bilməz.

Montevideo  Konvensiyasının  bütün  müddəalarının  analizi  onu  göstərir  ki,  qondarma  rejim

razılaşmanın heç bir tələbləri ilə uzlaşmış. Bu da qondarma rejimin suveren dövlət kimi beynəlxalq

arenada çıxış etməsini qeyri‐qanuni və mümkünsüz edir.

Strasburq Məhkəməsinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın məhkəmədə iştirakı ilə bağlı

müraciətinə rədd cavabı verməsi isə heç də təsadüfi deyil. Bu onu göstərir ki, separatçıların hər

hansı  müstəqil ölkə və məhkəməsindən söhbət belə gedə bilməz. Ümumiyyətlə, həmin məhkəmə

bir çox qərarlarında bu cür qondarma “respublika”lara olan birmənalı hüquqi mövqeyini dəfələrlə

açıqlayıb, onların qeyri‐legitim hesab edib.

Parodoks  ondan  ibarətdir  ki,  yüksək  rütbəli  məmur,  ixtisasca  hüquqşünas  olan  Babayan  bu

elementar həqiqətlər haqqında məlumatsızdır.

Maraqlıdır  ki,  Emil  Babayanın  özü  də  müraciətində  qeyd  edir  ki,  qondarma”  DQR”  heç  bir  ölkə

tərəfindən  tanınmayıb.  Görünür,    Babayan  və  onun  havadarları  Avropa  Məhkməsinin  onların

sorğusuna müsbət cavab verərək qondarma rejimin legitimliyini qəbul edəcəyinə ümid edirdilər.

Amma Avropa Məhkəməsinin cavabı bir daha göstərdi ki, “DQR” adlı bir quruluş yoxdur və onun

legitimliyinin tanınmasına yönəlik bütün cəhdlər iflasa uğrayacaq.”

Sonda tanınmış hüquqşünas bunları qeyd etdi. “Hər bir halda Avropa Məhkəmə iki danılmaz faktı

bir daha təsdiqlədi:

Əvvəla,  Qondarma  “DQR”‐nı    heç  vaxt  dünya  ictimaiyyəti  müstəqil  ölkə  kimi  qəbul  etməyəcək.

İkinicis, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.”

(c) haqqin.az

MƏHKƏMƏLƏR  MALİYYƏ  NƏZARƏTİ  PALATASININ  QƏRARLARINI  LƏĞV  EDƏ

BİLMƏYƏCƏKLƏR

Martın 29‐da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitə

sədri Əli Hüseynli iclasda yeddi qanun layihəsinə baxılacağını deyib. Əvvəlcə paket şəklində təqdim



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

­  53 ­

olunmuş  İnzibati  Prosessual,  Mülki  Prosessual  və

Mülki məcəllələrə əlavələr və dəyişikliklər edilməsi

haqqında  qanun  layihələri  müzakirə  olunub.  Bu

qanun  layihələrinə  edilən  təkliflərin  iqtisadi  və

hüquqi  mahiyyəti  barədə  Maliyyə  Bazarlarına

Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət

Aslanlı  məlumat  verib.  Bildirib  ki,  bütövlükdə

dəyişikliklərin məğzi ödəmə qabiliyyətini itirmiş və

yaxud 

itirmək 


astanasında 

olan 


bankların

problemlərinin  həllini  təmin  edəcək  yeni  hüquqi,

administrativ  çərçivəni  müəyyən  etməkdir.  Bu

təkliflər  “Banklar  haqqında”  Qanunda  ediləcək  dəyişikliklərin  prosessual  nöqteyi‐nəzərdən

dəstəklənməsinə  xidmət  edəcək.  R.Aslanlı  qeyd  edib  ki,  məsələnin  mahiyyəti  bankların  ictimai

fondları  idarə  edən  təsisatlar  olmasıdır.  “İnsanlar,  bizneslər,  həm  də  kvazidövlət  təşkilatları  öz

vəsaitlərini banklarda saxlayırlar. Banklar həmin vəsaitləri öz adlarından cəlb edib yerləşdirdiyinə

görə bu vəsaitlərin mütəmadi olaraq müəyyən riskləri var. Bu riskləri idarə etmək üçün banklar

kapital vəsaitlərə malik olmalıdırlar. Hər zaman bu tələblər qorunmur. Qorunmamağın səbəbləri

kənar və daxili amillərlə bağlı ola bilər. Bunun qarşısını almaq üçün bankların fəaliyyətinə hərtərəfli

nəzarət edilir. Bank fəaliyyətinə xüsusi icazələr, lisenziyalar verilir. Bank fəaliyyətinin hər sahəsi

nəzarət orqanları tərəfindən tənzimlənir”, ‐ deyə o bildirib.

Komitə  sədri  Əli  Hüseynli  qeyd  edib  ki,  İnzibati  Prosessual  Məcəllədə  dəyişikliklər  edilməsi

haqqında qanun layihəsinə yeni maddə əlavə edilib. Bu maddədə qeyd olunur ki, maliyyə bazarlarına

nəzarət orqanı tərəfindən banka müvəqqəti inzibatçı təyin edilməsi, bankın lisenziyasının ləğvi və

bankın resolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarlar məhkəmə tərəfindən ləğv edilə

bilməz.

Daha  sonra  iclasda  Miqrasiya,  Cinayət  və  Mülki  Prosessual  məcəllələrdə  dəyişikliklər  edilməsi



haqqında  qanun  layihələri  müzakirə  edilib.  Miqrasiya  Məcəlləsinə  19‐1‐ci  maddə  əlavə  edilib.

Əlavəyə əsasən Azərbaycan Respublikasına viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya

vətəndaşlığı  olmayan  şəxslər  (bu  Məcəllənin  19‐1.2‐ci  maddəsində  göstərilən  şəxslər  istisna

olmaqla) miqrasiya kartını doldurmalı və Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqəsindən

keçərkən pasport və ya digər sərhədkeçmə sənədi ilə birgə təqdim etməlidirlər. İclasda “Hüquqi

şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda

dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb.

(c) "Azərbaycan" qəzeti

AZƏRBAYCANDA 

CİNAYƏT 

PROSESİNDƏ

İSTİNTAQ 

SÖVDƏLƏŞMƏSİNİN 

TƏTBİQİ

GÖZLƏNİLİR

Bu 


gün 

Bakı 


şəhərində 

‐ 

Holiday 



İnn

mehmanxanasında  Avropa  İttifaqı  və  Azərbaycan

Respublikası  Baş  prokuroru  yanında  Korrupsiyaya

qarşı Mübarizə Baş İdarəsinin birgə təşkilatçılığı ilə

prokurorlar  və  məhkəmə  hakimləri  üçün  “Təqsirin

etirafı  əqdi  cinayət  təqibinin  bir  növü  kimi”

mövzusunda  birgünlük  simpozium  keçirilmişdir.

Tədbiri giriş sözü ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev

açmışdır. Simpoziumda Azərbaycan Respublikası  Prezidentinin "Açıq  hökumətin  təşviqinə  dair



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə