33
anlamağa, onlara qarşı münasibət və ustanovkasının yaranmasına səbəb
olur.
Müasir
dövrdə
proqlamlaşdırılmış
təlimdən,
xüsusilə,
proqramlaşdırılmış təlim maşınlarından istifadəyə müəyyən yer verilir.
Proqramlaşdırılmış təlim dedikdə əvvəlcədən hazırlanmış proqrama
müvafiq olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesisini idarə
etmək yolu ilə öyrətmək, təlim vermək nəzərdə tutulur. Bu cür
idarəetmə bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesində daxili və
xarici əlaqə əsasında şagirdlərin fikri fəaliyyətini idarə etmək deməkdir.
Proqramlaşdırılmış təlimdə öyrədiləcək materiallar «porsiyalara»
bölünür. Bu məlumatlar çox ciddi məntiqi ardıcıllıqla düzülür. Belə ki,
hər bir sonrakı porsiyanı anlamaq və mənimsəmək üçün əvvəlki
porsiyaları möhkəm mənimsəmək və anlamaq lazımdır. Bu olmadan
sonrakı porsiyaların öyrənilməsinə keçmək heç bir səmərə verə bilmir
və
ümumiyyətlə, sonrakı məlumatları öyrənməyə keçmək olmur.
Şagirdlər hər bir növbəti porsiyanın materialları ilə tanız olduqdan
sonra, onlara müvafiq yoxlama sualları verilir. Şagirdlər həmin suallara
cavab verməli olurlar. Bu zaman onlar cavağlarının düzgün və ya yanlış
olduğunu yoxlamaq imkanına malik olurlar. Cavablar düzgün olduqda
şagird sonrakı porsiyanı öyrənməyə keçir. Yanlış olduqda isə yenidən
əvvəlki məsələni təkrar etməyə, öyrənməyə yönəldilir. Bu iş düzgün
cavab alınana qədər davam etdirilir.
Proqramlaşdırılmış təlimdən istifadədə məqsəd şagirdlərin
öyrənmə proseslərinin səmərəli keçməsinə kömək edir, onlar çoxlu
məlumata malik olurlar. Bu üsuldan hər bir şagirdlə daha fərdi işləmək
olur, xüsusilə təlimin maşınlarından istifadə olunması təlim işinin
səmərəliyinə əsaslı təsir göstərir.
Hazırda kompüterlərdən istifadə olunması bu baxımdan diqqəti
cəlb edir.
35
xüsusilə xarici dilin öyrənilməsi prosesində daha genişdir. Bu məqsədlə
məktəblərdə fəaliyyət göstərən linqafon kabinələrinin rolunu xüsusilə
qeyd etmək lazımdır.
Bəs dillərin öyrənilməsində maqnitafonun mövqeyi nədən
ibarətdir?
Maqnitafondan, hər şeydən əvvəl düzgün tələffüz vərdişini yardan
çalışmalar üçün istifadə edilir. Maqnitafon olmadıqda
tələffüz vərdişinin
yaradılmasında əsas ağırlıq müəllimin üzərinə düşür. Bu zaman təlimi
fərdiləşdirmək çətinləşir. Ona görə də çox vaxt müəllimlər bu işin
öhdəsindən gələ bilmirlər. Müasir dövrdə isə maqnitafon müəllimlərin
bu işdə ən yaxın köməkçisi olmuşdur. Maqnitafon vasitəsilə bu və ya
digər ifadələr istənilən miqdarda təkrar edilir ki, bunun sayəsində də
şagirdlər düzgün tələffüzü dəfələrlə dinləmək imkanı əldə etdirir.
Maqnitafonu dəfələrlə dinləmək nəticəsində şagirdlər özlərinin və
yoldaşlarının lentə yazılmış nitqlərindəki səhvləri daha yaxşı başa düşür
və asanlıqla düzəldirlər.
Müəllimin düzgün tələffüzü nəticəsində lentə yazılmış səslər
dinlənilir və şagirdlər diktorun işlətdiyi həmin sözləri təkrar edirlər.
Müşahidə və təcrübələr göstərir ki, xarici dilləri öyrənən şagirdlər
öz müəllimlərinin nitqini yaxşı başa düşdüyü halda, başqasının məlum
sözlər və qrammatik konstruksiyalar əsasında qurulmuş danışığını
anlamaqda çətinlik çəkirlər.
Bu işdə də, yəni şagirdlərin eşitmə və anlamaqda da maqnitafon
köməyə gəlir. Eşitmə və anlama bacarığını yaratmaq üçün arası
kəsilmədən məşqlər aparmaq və bu yolda daha mürəkkəb və zəruri
bacarıqlar yaratmaq lazımdır.
Maqnitafonla aparıla biləcək belə çalışmalara aşağıdakılar misal
ola bilər;