Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 
43 
sistemin  bütün  elementlərini  öyrənmək  və  təlim  prosesini 
layihələşdirməkdir.  Bunun  sayəsində  məktəbin  təhsil-tərbiyə  işi  az 
qaydaya  salınmış  hərəkətlərin  məcmusundan  məqsədyönlü  prosesə 
çevrilir.  Bunun  üçün  təlim  texnologiyasının  aşağıdakı  spesifik 
əlamətlərini bilmək lazımdır.  
1)Qarşıda qoyulmuş məqsədlər
2)Bütün  tədris  əməliyyatlarının  təlim  məqsədlərinə  nail  olmağı 
təmin etməsi; 
3)Müntəzəm əks əlaqə; 
4)Öyrədici dövrənin təkrar olunması; 
Bununla əlaqədar olaraq təlim texnologiyası təlim layihəsinin əsas 
komponentlərini ayırır; 
1)Təlim məqsədlərinin qoyuluşu; 
2)Tədris  materiallarının  hazırlanması  və  öyrədici  əməliyyatların 
işlənib hazırlanması; 
3)Təlimin  nəticələrinin  cari  və  yekun  qiymətləndirilməsi  və 
korreksiyası üçün materiallarının işlənib hazırlanması; 
Təlim texnologiyasının əsas əlamətlərindən biri öyrədici dövrənin 
təkrar  olunmaq  imkanına  malik  olmasıdır,  yəni  hər  bir  müəllim  onu 
təkrar edə bilər.  
Təlim texnologiyasının əsas əlamətlərindən biri öyrədici dövrənin 
təkrar  olunmaq  imkanına  malik  olmasıdır,  yəni  hər  bir  müəllim  onu 
təkrar edə bilər. Təlim dövrəsində aşağıdakı məqamlar vardır:  
1)Məqsədlərin qoyulması; 
2)Öyrənmə səviyyəsinin ilkin qiymətləndirilməsi
3)Əks  əlaqənin  nəticələrinə  əsasən  təlim  əməliyyatlarının 
korrektirovkası; 
4)Nəticələrin  yekun  qiymətləndirilməsi  və  yeni  məqsədlərin 
qoyulması; 
Təlim  texnologiyasının  vəzifələrindən  biri  təlimin  bütün  növ 
məqsəd  və  səviyyələri  üçün  cari  və  yekun  standart  tapşırıqlar 
yaratmaqdır.  Əslində,  texnoloji  təlim  üçün  testlər  fondu,  bütün  fənlər 
üzrə yoxlayıcı komplekslər lazımdır. Test nəzarətinin xüsusiyyəti onun 
meyarlığındadır. Məqsədə nail olunma dərəcəsi meyalarla ölçülür.  
Yuxarıda  sadalananlar  təlim  texnologiyasının  müsbət  cəhətlərinə 
aiddir, lakin onun nöqsanları da vardır. Onlara reproduktiv təlim tipinə 
meyl,  tədris  fəaliyyətinin  motivasiyasının  işlənilməməsi,  şəxsiyyətin 
daxili aləminə etinasızlıq aiddir.  


 
44 
Təlim  texnologiyası  «praktik»  didaktikanın  inkişafına,  yəni 
öyrədici sistemlərin, hazır sənədlər və vasitələr paketlərinin, didaktik və 
texniki  paketlərin  yaradılmasına  təkan  vermişdir.  Sənədlər  paketinə 
aşağıdakılar daxil ola bilər:  
1)Müəyyən fənn üzrə təlimin məqsədi və məzmunu;  
2)Öyrədici əməliyyatlar; 
3)Təlimin bütün mərhələlərində veriləcək test tapşırıqlar; 
Müasir  təlim  texnologiyaları  kompüterdən  istifadəyə  meyl 
göstərdiyindən  sənəd  paketlərin  əsasını  proqram  materialı  təşkil  edir. 
Belə  ki,  təlim  prosesini  həyata  keçirmək  disketlərdən  istifadə  olunur. 
Təlim  texnologiyası  təhsildə  informasiya  texnologiyalarının  inkişafı 
prosesini də stimullaşdırır.   
Ümumiyyətlə,  təlimin  bütövlükdə  texnologiyası  məktəbə  fayda 
verməz.  Texnologizasiya  təlim  prosesinin  ayrı-ayrı  sahələrində  ancaq 
onun  idarə  olunması  qaydalarından  biridir.  Praktiki  mənada  pedaqoji 
texnologiya  dedikdə  həm  də  qarşıya  qoyulmuş  məqsədə  uyğun  olaraq 
bilik, bacarıq və vərdiş, münasibətləri formalaşdırmaq və onlara nəzarət 
həyata keçirmək üçün əməliyyatlar komplekti başa düşülür.  
Pedaqoji  texnologiyada  müəllimin  fəaliyyətinin  aşağıdakı 
funksional komponentlərini ayırmaq olar:  
1)Qnostik (idrak) komponet; 
2)Layihələşdirici komponent;  
3)Konstruktiv komponent; 
4)Təşkilatçılıq komponenti
5)Kommunikativ (ünsiyyət) komponent. 
Beləliklə, 
müəllimin 
təlim 
texnologiyalarını 
aşağıdakı 
əməliyyatlar təşkil edir: 
1)Bilikləri toplamaq üçün əməliyyatlar
2)Təlimin  və  təhsil-tərbiyənin  prosesini  təşkil  etmək  üçün 
əməliyyatlar; 
3)Bilikləri şagirdlərə ötürmək üçün əməliyyatlar
Qnostik komponentə daxildir; təlim, təhsil-tərbiyənin məqsədləri, 
tədris etdiyi fənnin məzmunu barədə binologiyaların öyrənmək, öyrədici 
və tərbiyəedici məşğələlər keçirmək və s.  
Layihələşdirici  komponent  uzaq  məqsədləri,  əməliyyatları, 
vasitələri  özündə  birləşdirir.  Layihələşdirmə  cinsi  fərqləri  nəzərə 
almaqla həyata keçirməlidir.  
Konstruktiv  komponent  qarşıdakı  məşğələni  hazırlamaq  üçün 
əməliyyatlar komplektini nəzərdə tutur.  


 
45 
Kommunkativ  komponent  şagirdlərə  verbal  və  qeyri-verbal 
qarşılıqlı fəaliyyət üçün əməliyyatlar komplektini özündə birləşdirir.  
Təşkilatçılıq  komponenti  məşğələləri  hazırlamaq  və  keçirmək 
üçün  əməliyyatlar  komplektini  nəzərdə  tutur.  Son  iki  komponent  bir-
birinə sıx əlaqıdardırlar.  
Texnologiyaların  müxtəlif  təsnifatları  vardır.  Onlardan  ikisi 
pedaqoji və psixoloji texnologiyalar xüsusilə qeyd edilməlidir.  
Pedaqoji  texnologiyalarda  əməliyyatlar  və  hərəkətlər  fiziki 
cəhətdən hiss olunur.  
Psixoloji texnologiyalar gizli xarakter daşıyır. Bu konkret insanın 
psixikasında baş verən əməliyyatlar və hərəkətlərdir. Amma pedaqoji və 
psixoloji  texnologiyalar  arasında  dəqiq  sərhəddi  müəyyənləşdirmək 
olduqca çətindir.  
Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər: 
1)Təlim texnologiyası; 
2)Tərbiyə texnologiyası; 
3)İnkişaf texnologiyası; 
4)Diaqnostika texnologiyası; 
Təlim  texnologiyası  dedikdə  bilik,  bacarıq  və  vərdişləri 
formalaşdırmaq  üçün  əməliyyatlar  komplekti  başa  düşülür.  Tərbiyə 
texnologiyası  dedikdə  nisbi,  sabit  və  müntəzəm  olaraq  ümumiləşən 
münasibətlərin  məqsədyönlü  formalaşdırılması  üçün  əməliyyatlar 
komplekti başa düşülür.  
İnkişaf  texnologiyası  ilə  sıx  əlaqədardır.  Psixi  inkişaf  dedikdə, 
əqli  bacarıqların  formalaşdırılması,  insan  psixikasında  hər  hansı 
əməliyyatların  çoxalması  başa  düşülür.  Beləliklə,  bacarıqların 
formalaşması  harada  baş  verirsə,  orada  da  psixi  inkişaf  müşahidə 
olunur.  
Fiziki inkişaf zamanı fiziki bacarıqlar nəticə kimi özünü göstərir. 
dmaqnostika  texnologiyası-pedaqoqların  və  ya  psixoloqların  uşağın 
məktəbə hazırlığını diaqnostlaşdırmaqdır.  
Pedaqoji  texnologiyaların  psixi  materialı  vardır.  Məsələn:  təlim 
prosesində  predmetlərin  və  hadisələrin  psixi  obrazları  biliklərin  psixi 
materialı  hesab  olunur.  On  iki  növ  analizatorun  beyinə  gətirdiyi 
informasiya orada on iki növ obraz yaradır. Deməli, biliklər şagirdlərin 
psixikasında formalaşmış obrazlardır.  
Əgər  biliklərin  psixi  materialı  obyektlərin  və  ya  hadisələrin 
obrazlarıdırsa,  inkişafın  psixi  proseslərdə  həyata  keçirilir.  Şagirdlərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə