26
Mərhələnin nəticələri: seminar və onun iştirakçılarının pedaqoji
texnologiya haqqında müqayisəli fikirləri. Mikrotədqiqat işlərinə yekun
vurmaq.
V mərhələ. Komandalar arası diskussiya (hər bir komandanın öz
fikri, münasibəti, strukturu). Konservatorlar fikir söyləyirlər: digər
komandaların iştirakçıları – apponertlik edir: suallar verir, fikirlər
söyləyir (arzular, diləklər).
Seçim yaradıcılıq tədbirləri: 1. Müzakirə olunan problem
(texnologiya) haqqında hekayə söyləyin, məzmunu ona yaxın olsun. 2.
Emblem çəkin. 3. Epiqramma tərtib edin.
NƏTĠCƏ
VI mərhələ. Yekun təəssüratını təhliletmə.
Qruplarda ümumiləşdirmə;
Ekspeprt qrupunun
fikirləri;
Təklif edilmiş metodun yekunu.
Mərhələlərin yekunu: Məktəbin elmi-metodiki şurasına yeni
təkliflərlə müraciət etmək.
OYUN QAYDALARI
I mərhələ. Oyunun konkret məqsədi aydınlaşdırılır. Hər birində 6
nəfər olmaqla 5 komanda iştirak edir. Komandaların formalaşdırılması
prinsipləri – məktəbdə aktiv tətbiq edilən pedaqoji texnologiyalardan
istifadə etməklə. Bu texnologiyalara aiddir:
Differensial texnologiya;
Modul təhsil
Özünüidarəetmənin inkişafı;