Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 
58 
uşaqların  hərtərəfli  dəyişildiyini  duymalıdırlar,  göründüyü  kimi  bu 
proqramla  təhsil  və  təlim  metodları  daha  mürəkkəb  formada  təşkil 
edilməli  və  tərbiyəçidən  çoxlu  bilik  və  bacarıqla  yanaşı,  ixtisasının 
ustası olmağı dastanlar tələb edir.  
3)Ədəbiyyat mərkəzində – kitablar, səsi dinləmək üçün avadanlıq 
və  yazı  ləvazimatları  olmalıdır.  Bu  mərkəzdən  bütün  gün  ərzində 
istifadə  olunur.  Burada  uşaqlar  nəinki  oxuyur,  eləcə  də  öz  kitablarını 
hazırlamaqla  məşğul  olur,  hadisələri  danışır,  bunlara  uyğun  teatral 
quruluşlar tərtib edirlər.  
4)İncəsənət  mərkəzi-Yeni  vəsaitlərdən  və  təmas  duyğusundan 
zövq  ala  bilmələri  üçün  uşaqları  şəxsi  yaradıcılığa  həvəsləndirməlidir. 
Yaxşı  olar  ki,  uşaqlar  boyalar,  qayçı,  kağız,  rəngli  qələmlər,  təbaşir, 
parça  qırıqları,  plastilin,  gillə  təmin  olunsunlar.  Təbii  vəsaitlər, 
budaqlar,  yarpaqlar,  qum  və  s.  əlavə  etmək  olar.  Bu  mərkəzlərdəki 
məşğələlər yaradıcılıq qabiliyyətlərinin oyanmasına kömək edir, verbal 
və qeyri verbal ünsiyyət təcrübəsi aşılayır, idrak prosesini inkişaf etdirir.  
5)Qum  və  su  mərkəzləri  ya  içəridə,  ya  da  qum  və  su  olan  açıq 
meydançada  yerləşdirilir.  Bu  mərkəz  uşağın  çox  şey  öyrəndiyi  bir 
yerdir. Uşaqların burada oyun bacarığının inkişaf etdirmək imkanı olur.  
Burada  vəsaitlər:  Gellər,  qəliblər,  gəlinciklər,  süzgəclər,  vedrələr 
və s. daxildir. Burada uşaqların riyazi bilikləri, yaradıcılıq qabiliyyətləri 
inkişaf edir.  
Binadan  kənarda  olmaq:  müstəqillik,  təşəbbüskarlıq  kimi 
keyfiyyətlərindən  məhrum  edir.  Yalnız  təlim  metodlarının  keyfiyyətcə 
dəyişdirilməsi,  bilikləri  mənimsəmə  zamanı  yaradıcı  təfəkkürdən  fəal 
istifadə  edilməsi  şəraitdə  təlim  böyük  səmərə  verə  bilər.  Bu  tələbləri 
nəzərə  almaqla,  məhz  məhsuldar,  yaradıcı  təfəkkürü  və  yeni  biliklərə 
müstəqil  yiyələnmə  üsullarını  özündə  birləşdirən  təlim  metodlarına 
üstünlük verilməsi tamamilə təbiidir.  
Bu meyarlara ən dolğun şəkildə fəal təlim cavab verir. fəal təlim 
prosesində müəllim hazır biliklərin ötürücüsü və hafizənin mühafizəçisi 
rolundan imtina etməli, biliklərin əldə edilməsi yolunda bələdçi rolunu 
qəbul  etməlidir.  Təlim  metodları  uşaqlarda  məntiqi,  tənqidi,  yaradıcı 
ğəfəkkürü  inkişaf  etdirərək  uşaqlara  elə  bilik,  bacarıq  və  vərdişlər 
aşılayır ki, onlar daim dəyişən həyat şəraitinə uyğunlaşmağı bacarsın.       
Fəal  təlim  metodu  təhsil  prosesinin  digər  iştirakçıları  təlim 
üsulları anlayışından istifadə olunur. Belə ki, interaktiv termini dialoqu 
qarşılıqlı təsiri bildirir. Bu təlim metodunu ifadə etmək üçün həmçinin 


 
59 
«problem-dialoqu»,  «problem»,  «evristik  təlim»  anlayışlarından  da 
istifadə olunur.  
Fəal təlim idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının 
məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir.  
-müəllim tərəfindən idraki problem-stiuasiyasının yaradılması; 
-problem-stiuasiyanın  həlli  prosesində  şagirdlərin  fəal  tədqiqatçı 
mövqeyinin həvəsləndirilməsi
 -şagirdlər  üçün  yeni  və  zəruri  olan  biliklərin  müstəqil  kəşfi  əldə 
edilməsi və mənimsənilməsi
Yeni  yanaşmanın  mahiyyəti  ondadır  ki,  təlim  şagirdlərin 
yaddaşının  yeni  elmi  biliklərlə  zənginləşməsinə  deyil,  biliklərin 
müstəqil  qazanılması,  mənimsənilməsi  vərdişləri  və  təfəkkürün 
müntəzəm inkişaf etdirilməsinə əsaslanır. Bu zaman şagirdlər müəllimin 
rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan ən 
vacib  təlim  metodlarının  öyrənilməsi  prosesində,  elmin  əsas 
qanunauyğunluqları  haqqında  nəticə  çıxarmağı,  mühüm  və  dərin 
ümumiləşdirmələr aparmağı öyrənirlər.  
Bu  yanaşmanın  əsas  üstünlüyü  real  idrak  motivasiyasının 
yaranmasıdır.  Bu  da  idrak  fəaliyyətinin  gedişində  şagirdlərin 
təfəkküründə  gerçək  ziddiyyətlərin  həlli  imkanlarına  əsaslanır.  Real 
ziddəyyətlərdən  yaranan  emosiyalar  əqli  ehtiyatların  səfərbəyliyini 
təmin  edir,  idrak,  idrak  fəaliyyətini  şövqləndirir,  diqqəti  uzun  müddət 
cəmləməyə imkan yaradır. Biliklər hazır şəkildə deyil, onların müstəqil 
surətdə  kəşfi  prosesində  mənimsənilir,  yəni  mənimsəmə  prosesi  passiv 
deyil, fəal xarakter daşıyır.  
Təlim  prosesində  təfəkkürün  fəallaşdırılması  nəticəsində 
həmçinin:  
-biliklərin 
daha 
müstəqil, 
sərbəst 
qavranılması 
və 
mənimsənilməsi; 
-məntiqi, tənqidi və yaradıcı təfəkkürün, habelə problemlərin həlli 
və qərar qəbul edilməsi üzrə vərdişlərin formalaşdırılması; 
-elmi-tədqiqat vərdişlərinin formalaşdırılması;  
-qarşılıqlı hörmət hissinin və əməkdaşlıq vərdişlərinin aşılanması; 
-təlimin səmərəliliyinin artırılması mümkün olur.  
Burada hərtərəfli və geniş şəkildə təzahür etmişdir. Bütün bunlar 
dövrün,  təhsilin  inkişafı  nəticəsində,  təhsilə  və  tərbiyəyə,  yeni 
konsepsiyaya  baxımından  meydana  çıxmışdır.  İnteraktiv  təlim 
metodundan  kiçik  yaşlı  tərbiyədə  təlim  prosesində  istifadə  daha 
məqsədəuyğundur.  Əvvəla  bu  uşaqların  psixoloji  prosesində  istifadə 


 
60 
daha  məqsədəuyğundur.  Əvvəla  bu  uşaqların  psixoloji  inkişafı  ilə 
bağlıdır.  Uşaqlarda  təfəkkür  prosesinin  inkişafı,  qeyri-ixtiyari  diqqətin 
ixtiyari  diqqətlə  tarazlaşmaması  imkan  verir  və  tələb edir  ki,  bu  yaşda 
uşaqlarla  interaktiv  təlim  metodu  ilə  təlim  prosesini  artırmaq  vaxibdir. 
Bu metodla kiçik yaşlı uşaqların proqramlarında olan bütün məşğələlər 
bu  yeni  metoddan  istifadə  edərək  keçilməsi  zərurəti  meydana  çıxır. 
Təlim  prosesində  təlimin  məqsəd  və  vəzifəsinin  uğurla  həyata 
keçirilməsi  ilk  növbədə  müəllimin  nəzəri  biliyinin,  praktik 
qabiliyyətinin  pedaqoji  ustalığının  nəticəsi  kimi  ortaya  çıxır.  müəllim 
həmişə  yenilik  üçün  axtarışda  olur.  Hər  bir  qrupun  tərbiyəçisi 
unutmamalıdır  ki,  nitq  inkişafı,  riyaziyyat,  ətraf  aləmlə  tanışlıq  və  s. 
kimi  fənlərin  əsası  bağçada  qoyulur.  Nitq  inkişafı,  bədii  oxu  kimi 
məşğələlər Azərbaycan dilinin təməlini qoyur və bu da Azərbaycan dili 
xalqın varlığını əks etdirən başlıca amildir. Dilin incəliklərinin düzgün 
öyrənilməsində  bağça  tərbiyəçilərinin  üzərinə  böyük  vəzifələr  düşür, 
buna görə də bağça tərbiyəçiləri bütün interaktiv metodlardan səmərəli 
istifadə etməlidir ki, istənilən nəticəni əldə edə bilsin. Təröiyəçilər hələ 
körpə yaşlı uşaqlara məşğələ keçərkən düzgün səs tələffüzünü uşaqlara 
öyrədir  ki,  sonralar  lüğət  ehtiyatının  zənginləşdirilməsi  rabitəli  nitqin 
inkişaf  etdirilməsi,  qrammatik  cəhətdən  düzgün  cümlə  qurulması  kimi 
etapların həyata keçirilməsi mümkün olsun. Məhz  bu prosesdə tərbiyəçi 
interaktiv  təlim  metodundan  istifadə  edərək  məqsədinə  tam  nail  olur. 
Dilin incəliklərinin düzgün öyrədilməsində bağça tərbiyəçiləri məhz bu 
metoddan istifadə etməklə uşaqları məktəbə lazımi səviyyədə hazırlaya 
bilirlər. Uşaqların lüğətinin yeni sözlərlə zənginləşdirilməsinin təməlini 
bağça tərbiyəçiləri qoyur.  
Təlimin  yeni  prinsipləri  və  interaktiv  metodlar  məşğələnin 
mövzusundan, qarşıya qoyulan məqsəddən, tərbiyəçinin bütün bunlarla 
münasibətindən, yaradıcılıq qabiliyyətindən, pedaqoji, psixoloji hazırlıq 
səviyyəsindən, dərsə hazırlığından asılı olaraq öz nəticəsini verir. bütün 
bunlar  bir-biri  ilə  sıx,  qarşılıqlı  əlaqədə  olub,  tədris  prosesinin  əsasını, 
canını  təşkil  edir.  Onları  özündə  cəmləşdirən  tərbiyəçinin  məşğələsi 
müasir dövrün tələblərinə cavab verən məşğələ ola bilər.  
İnteraktiv təlim metodu üçün aşağıdakılar səciyyəvidir: 
-Uşaqların fəal işi; 
-Tərbiyəçinin uşaqlarla və uşaqların bir-biri ilə əməkdaşlığı; 
-Didaktik oyunlardan istifadə olunması; 
-Uşaqların qrupda qeyri-ənənəvi yerləşdirilməsi


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə