Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   26


 

 
A.H.DƏMĠROV 
S.M.MƏMMƏDOV 
ġ.N.ĠSMAYILOV 
 
 
 
 
YENĠ  TƏLĠM  
TEXNOLOGĠYALARI  VƏ  
MÜASĠR  DƏRS 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2007 


 

Aslan Dəmirov 
Səhyəddin Məmmədov 
ġahismayıl Ġsmayılov 
 
 
 
 
«Yeni təlim texnologiyaları  və müasir dərs» 
 
(pedaqoji ali təhsil müəssisələrinin tələbləri, ümumtəhsil 
məktəb müəllimlərinin və ixtisasartırma və yenidən 
hazırlanma fakültələrinin dinləyiciləri üçün vəsait) 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
tövsiyəsi ilə («___»______ 2007-ci il ____ saylı 
əmr) nəşr olunur  
 
 
 
 
 
 
 
BAKI - 2007 


 

Dəmirov Aslan Həsən oğlu:  
           AMĠ-nin Mingəçevir filialının direktoru 
 
Məmmədov Səhyəddin ġəhyəddin oğlu: 
AMĠ-i Mingəçevir filialı. Pedaqoqika və psixologiya 
kafedrasının baĢ müəllimi. «Müasir təlim metodları 
kabinetinin müdiri 
 
Ġsmayılov ġahismayıl Namaz oğlu: 
AMĠ-i Mingəçevir filialının baĢ müəllimi, BDU-nun 
dissernatı, ali ixtisas dərəcəli tarix müəllimi 
 
Elmi redaktor: N.R.Manafov: 
AMĠ-i Mingəçevir filialının pedaqoji fakültəsinin 
dekanı, f.e.n. dosent 
 
RƏYÇĠLƏR:   
 
Ġbrahimli  Saleh Qulam oğlu 
          Fəlsəfə elmləri namizədi, dosent 
 
Məmmədov Sahib Əmirxan oğlu 
   AMĠ-nin Mingəçevir filialının  pedaqoqika və 
psixologiya kafedrasının müəllimi, p.e.n. 
Namazova Flora Kamran qızı 
AMĠ-nin Mingəçevir filialının ibtidai təhsilin 
pedaqogikası və metodikası fakultəsinin dekanı,  
f.e.n. 


 

MÜNDƏRĠCAT 
 
Yeni pedaqoji texnologiyalar və müasir dərs  
Aktiv və interaktiv tədris təlim üsulları və metodları    
Rolun ifa edilməsi  
Qərarlar ağacı 
Sərbəstləşdirmə və bəsitləşdirmə oyunları  
Beyin həmləsi  
İştirakçıların sərbəstləşdirilməsinə və müsbət iş iqliminin 
yaranmasına imkan yaradan oyunlar 
Əməkaşlıq  
Şifahi assosiasiyalar 
Vəziyyət üzrə praktikon 
Kurrikyulim-təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin 
təşkilini əks etdirən konseptual sənəddir   
Təlim-tərbiyə prosesində pedaqoji texnologiyalar 
Tarix üzrə interaktiv dərslərin müxtəlif modelləri  
Fəal dərsin quruluşu 
Müasir dərs nümunələri: «Cəmiyyətin siyasi təşkili» 
Azərbaycan Respublikasının himni  
«Neft–Suveren Azərbaycan Respublikasının milli sərvətidir» 
İnteraktiv dərslərdə qiymətləndirmə «Dərslərdə şagirdlərin 
qiymətləndirilməsi » 
Ədəbiyyat 


 

YENĠ  PEDAQOJĠ TEXNOLOGĠYALAR VƏ MÜASĠR DƏRS 
 
Dünyanın pedaqoq alimlərini daim bir məsələ düşündürür. «XXI 
əsrdə məktəb necə olmalı və hansı rolu oynamalıdır ki, insanları həyata 
və əməyə hazırlıya bilsin?». Onlar nəhayət belə bir qənaətə gəlmişlər ki, 
təhsil  sistemində  əsaslı  dəyişikliklər  aparmalı,  təhsil  sisteminin  inkişaf 
istiqamətinin strategiyasını aydınlaşdırmalıdır. 
Görkəmli  Amerika  pedaqoqu  Fillip  Şlexti  özünün  «XXI  əsrin 
məktəbi.  Təhsil  islahatının  prioritetləri»  əsərində  yazır  ki,  o, 
sahibkarlarla, iş adamları və məktəb funksionerləri ilə çoxsaylı sorğular 
aparmış və onlardan belə bir suala cavab istəmindir? «Siz məktəbdən nə 
istəyirsiniz?» - cavab isə belə olmuşdur: «Bizə elə insanlar lazımdır ki, 
onlar müstəqil, sərbəst öyrənməyi bacarsınlar». Müəllif bununla demək 
istyir ki, əgər şagird müstəqil öyrənməyi, məqsədinə çatmaq üçün yollar 
tapmağı, bu və yp digər problemləri həlletməyi və problemin həlli üçün 
müxtəlif  informasiya  mənbələrindən  istifadə  etməyi  bacarırsa,  onda 
peşəkarlıq səviyyəsini yüksəltmək onun üçün çox asan olacaqdır.  
Aparılmış təcrübələrin nəticəsi kimi belə bir fikir formalaşmışdır 
ki,  təhsil  sisteminin  inkişaf  istiqamətlərinin  baş  strategiyası  şagird 
şəxsiyyətini,  pedaqoqun,  psixoloqun  diqqət  mərkəzində  durmasından, 
tədris  prosesində  müəllimin  özünün  şagirdə  münasibətinin  dəyiş-
məsindən, şagirdşəxsiyyət kimi görməsindən ibarətdir. 
Elə  bu  səbəbdən  də  inkişaf  etmiş  ölkələrdə  təhsil  şagird-dərslik-
müəllim sistemində qurulmuşdur. 
Əlbəttə,  yeni  interaktiv  texnologiyaya  əsaslanan  müəllim  sinifdə 
ənənəvi  tədris  metod  və  üsullarından  imtina  etməli,  biliklərin  əldə 
edilməsi yolunda bələdçi rolunu oynamalıdır.  
Bu  baxımdan  aparılan  tədqiqat  işləri  qabaqcıl  təcrübənin 
öyrənilməsinə,  söylənilən  fikir  və  mülahizələr  ilk  növbədə  dərsin 


 

keyfiyyətinin  yüksəldilməsinə,  dərsə  verilən  yeni  tələblərin  həyata 
keçirilməsinə 
yönəlmişdir. 
Dərsin 
yeniləşməsi 
isə 
təlim 
texnologiyalarının prosesə tətbiqindən əsaslı şəkildə asılıdır. 
Görkəmli  pedaqoq-alim  C.P.Kapitsa  vaxtilə  deyirdi  ki,  təhsil 
gələcəyə yönəlmiş sənaye sahəsidir. 
Alimin  bu  nəzəriyyəsi  artıq  həqiqətə  çevrilmişdir.  Belə  ki,  ötən 
əsrin  60-cı  illərində  Amerika  və  Avropa  məktəblərində  islahatlar 
keçirilmiş  və  təlimin  texniki  vasitələrinin  geniş  tətbiqi6nə  başlanmış, 
tədris  prosesinə  texnikanın  tətbiqi  zəminində  təlimin  texnologiyası 
yaranmışdır.  Bu  tərbiyə  sahəsinə  də  nüfuz  edərək  pedaqogikaya 
pedaqoji texnologiya kimi daxil olmuşdur. 
Hazırda  texnologiyanın  pedaqogikaya  daxil  olması  təhsil 
texnologiyalarının  və  eyni  zamanda  pedaqoji  texnologiyaların 
yaranmasına  səbəb  olmuş  və  ümumiyyətlə,  pedaqoji  texnologiya 
mahiyyət  etibari  ilə  təlim-tərbiyə  prosesinin  layihələşdirilməsinin 
sistemi metodu kimi səciyyələndirilmişdir. 
V.M.Monodxova  görə  pedaqoji  texnologiya  təlim  prosesinin 
layihələşdirilməsi  təşkili  və  əhyata  keçirilməsində  birgə  pedaqoji 
fəaliyyətin bütün detalları ilə hazırlanmış modelidir. Burada müəllim və 
şagirdlər  üçün  rahat  şəraitin  yaradılması  zəruridir.  Müasir  təhsil 
konsepsiyasında  da  yeni  pedaqoji,  texnologiyaların  tədris  prosesində 
tətbiqi  məsələsi  konkret  olaraq  qoyulmuşdur.  Artıq  müasir  dərs 
konsepsiyasını  ənənəvi  üsullarla  həyata  keçirmək  çətinliklər  yaradır. 
Buna görə də o yeni pedaqoji texnologiyalar tələb edir. 
Ənənəvi  didaktik  sistemə  görə  dərs  yalnız  təhsil  məqsədinə 
xidmət  etməli  idi.  Lakin  XX  əsrdə  elmi-texniki  tərəqqi  şəraitində  yeni 
pedaqoji texnologiyaların pedaqoji proseslərə daxil olması nəticəsi kimi 
dərsin təhsil, inkişaf və tərbiyə məqsədiləri formalaşdı. Beləliklə, təhsil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə