29
VI MƏRHƏLƏ. YARADICILIQ ġƏRAĠTĠ.
Bir qədər yorğunluq olduğu zaman istirahətə ehtiyac duyulur.
İstirahət məlum olduğu kimi həm də fəaliyyətin digəri ilə əvəz
edilməsidir. Komandalara seçim üçün yaradıcılıq tapşırıqları verilir:
1. Müzakirə olunan problem (texnologiya) haqqında hekayə
söyləyin, məzmunu ona yaxın olsun. 2. Emblem çəkin. 3. Epiqramma
tərtib edin və sairə.
Tapşırığın hazırlanması – 5 dəqiqə. Sonra hər bir komanda öz
yekunlarını nümayiş etdirir. (2 dəqiqə).
Mikrotədqiqat yekunlaşdırılır – ekspertlər şurası rəy verir.
VII MƏRHƏLƏ. OYUNLARIN YEKUNLAġDIRILMASI.
a) Liderlərin qruplarda görülən işlər barəsində ümumiləşdirilmiş
fikirləri;
b) Ekspertlər şurasının
yekun rəyi;
c) Aparıcıların fəaliyyətinin ümumiləşdiril-məsi.
Oyunların yekununda kollektiv halda yeni texnologiyaların daha
da
səmərəli, effektiv tətbiqi barədə tövsiyələr hazırlanır;
Müəllimlərdən yaradıcı qrupların təşkil edilməsi;
Metodik
birləşmələrə
cari
tədris
ilində
pedaqoji
texnologiyalara aid toplanmış təcrübələrin ümumiləşdirilməsinin
tövsiyə
olunması;
Məktəbin elmi-metodiki şurasının toplanmış texnologiya
təcrübəsinin öyrənilməsi və müəllimlərin yaradıcı qruplarını səlahiyyətli
mütəxəssislərlə, I dərəcəli və ali kateqoriyalı müəllimlərlə təmin etməsi.
32
inkişafına təsir göstərir. Şagirdlərin obrazlar aləminə daxil olmaları
onların təxəyyülünü inkişaf etdirir. Ona görə də şagirdlərin xüsusilə
bərbaedici təxəyyüldən istifadə etmə imkanları genişlənir. Televiziya
verilişlərindən audiovizual vasitə kimi istifadə olunması şagirdlərin
hafizələrinə də əsaslı təsir göstərir. Ekranın köməyi ilə şagirdlərə
çatdırılan material tez yadda saxlanılır. Uzun müddət unudulmur. Adi
təlim şəraitində öyrənilən metariala nisbətən daha dəqiq yada salına
bilir.
Təlimin texniki vasitələri sistemində televiziya verilişlərinin üstün
mövqeyi rndan
ibarətdir ki, o özünün məlumat vermə imkanı və
eləcə də
informasiyanı qəbul edənin psixikasına təsir etmə gücünə görə başqa
kütləvi kommunikasiya vasitələrinə nisbətən daha səmərəli xarakter
daşıyır.
Tədris kinolarında istifadə əhəmiyyətini xüsusilə qeyd etmək
lazımdır. Tədris kinosu hadisələrin cərəyan surətini istənilən kimi, tədris
vəzifələrinə uyğun şəkildə dəyişdirməyə imkan verir. Tədris
kinosundan istifadə edən müəllim dərsin gedişində müxtəlif yerlərdə və
müxtəlif şəraitlərdə baş verən hadisə və prosesləri bir-birinə qarşı
qoymaq və müqayisə etmək imkanı əldə edir. Tədris kinosu müşahidə
obyekti haqqında tam və dəqiq anlayışlar yaratmaqla, bərabər, möhkəm
əqidə və maraq tərbiyə edir.
Adətən, televiziya verilişlərindən təkcə tədris filmlərinin nümayiş
etdirildiyi zaman istifadə olunmamışdır. Bu cür verilişlərin imkanları
çox genişdir. Müəllim şagirdlərlə bədii-siyasi, publisist, elmi-kütləvi
verilişləri müzakirə etməli, onlardan şagirdlərin dünyagörüşünün, əqli
və əxlaqi baxışların, bir şəxsiyyət kimi formalaşmasının gedişində
istifadə etməlidir. Bu cür verilişlərə təkcə baxmaqla kifayətlənmək
olmaz. Müəllim həmin verilişlərin hər birini şagirdlərlə birlikdə geniq
müzakirə etməlidir. Bu cür müzakirələr həmin verilişlərin məzmununu