Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   26

 
11 
--Qruplar  öz  işini  bitirdikdən  sonra,  cədvəllərin  qərar  hissəsinin 
üstünü  örtün.  Təqdimat  zamanı  qrupların  nümayəndələri  yazıları 
oxuyur, amma gəldiyi qərarı bildirmir. Bunu müəyyənləşdirməyə digər 
qruplara  təklif  edin.  Bundan  sonra  qərarlar  yazılan  hissə  açılır  və 
müqayisə edilir.  
 


 
12 
SƏRBƏSTLƏġDĠRMƏ 
 
SƏRBƏSTLƏġDĠRMƏ OYUNLARI 
1.«ƏĢya yiyəsindən danıĢır» 
Hər  bir  iştirakçı  ona  aid  olan  əşyanı  əlinə  götürüb,  bu  əşyanın 
adından  onun  yiyəsi  haqqında  danışır.  Başqa  «əşyalar»  danışana  onun 
yiyəsi haqqında istənilən sual verə bilərlər.  
 2.QarĢılıqlı təqdimatlar     
İştirakçılar  qruplara  bölünür.  Onlara  özləri  barədə  bir-birindən 
daha  ətraflı  və  hərtərəfli  məlumat  almaq  üçün  6  dəqiqə  vaxt  verilir. 
Sonra  qarşılıqlı  təqdimatlar  aparılır.  iştirakçılar  ən  mühüm  və  onlara 
maraqlı  olan  məlumatlarla  istifadə  edib  öz  müsahibinin  portretini 
yaradırlar.  
3.Qeyri-verbal hədiyyə 
Hərəkətlər  və  mimika  vasitəsi  ilə;  mehriban  hissləri  və  ya 
hədiyyələri təsvir edib, dairə şəklində onlara ötürmək. 
4.Pəncərə 
Sizin  aranızda  heç  bir  səs  buraxmayan  çox  qalın  şüşəsi  olan 
pənxərə  var.  siz  yoldaşınıza  nə  isə  demək  istəyirsiniz.  Hər  kəs 
əvvəlcədən  yoldaşına  nə  demək  istədiyini  müəyyən  etməlidir.  Bunun 
üçün  öz  dodaqlarınızla  hərəkət  edib,  səs  çıxara  bilərsiniz, 
barmaqlarınızla başa sala bilərsiniz. Yoldaşınız başa düşməlidir və eyni 
qayda ilə cavab verməlidir.     


 
13 
«BEYĠN HƏMLƏSĠ» 
 
BU HANSI ÜSULDUR VƏ NƏYƏ XĠD-MƏT EDĠR? 
«Beyin  həmləsi»  şagirdləri  fəallığa  həvəsləndirmə  və  ideyaların 
sürətli  generasiyası  üsuludur.  Bu  üsuldan  konkret  problemi  həll  etmək 
və  ya  suala  cavab  axtarmaq  üçün  istifadə  olunur.  Məsələn,  şagirdlər 
vətəndaşlıq hüququnun öyrənilməsinə «Sizcə, hansı səbəblərdən dövlət 
hər  kimsənisə  vətəndaşlıqdan  məhrum  edə  bilər?»  sualına  «beyin 
həmləsi»  yolu  ilə  başlaya  bilərlər.  Bu  üsuldan  istifadə  olunmasına  aid 
bəzi təkliflər aşağıdakılardır: 
  Problemin  həlli  axtarılan  zaman.  Məsələn,  şagirdlər  arasında 
münaqişənin  yaranması  ilə  bağlı  anlaşılmazlıqdaq  sonra  onlardan 
«beyin  həmləsi»  etməyi  və  münaqişənin  dinc  yolla  həllində  bütün 
mümkün variantlardan istifadə etməyi xahiş edin. 
  Yeni  mövzunun  keçirilməsi  zamanı  şagirdlərə  məlum  mövzu 
üzrə  «beyin  həmləsi»  təşkil  edin.  Bu,  onlarda  maraq  oyadılmasının, 
həmçinin biliklərinin müəyyən edilməsinin ən yaxşı üsuludur. 
  Sürətli  yaradıcı  tapşırıq  kimi.  Məsələn,  bilməmiş  hekayənin 
mümkün sonluqlar variantları üzrə «beyin həmləsi» təşkil edin. 
 
  


 
14 
ÜSULDAN NECƏ ĠSTĠFADƏ OLUNUR? 
Hansı  problem  üzrə  «beyin  həmləsi»  etmək  istəyinizi 
müəyyənləşdirin. Onu çoxlu sayda müxtəlif cavabları olan sual şəklində 
formalaşdırın. Sualı hamı tərəfindən görünə biləcək şəkildə yazın. 
Məsələn, «Biz sinifimizdə hansı dəyişiklikləri edə bilərik?» 
  Şagirdlərdən  fikirlərini  söyləməyi  xahiş  edin.  Onları  iri 
hərflərlə yazın. Bunlar ayrıca sözlər və ya qısa ifadələr olmalıdır. 
Şagirdlərə bildirin ki,  «beyin həmləsi»ndə onların  «həmlə»nin 
sonunadək bir-birinin fikirlərini şərh etmək və ya məlum fikirləri təkrar 
etmək ixtiyarı yoxdur.  
Şagirdləri həvəsləndirin, lakin onları çevrə boyu əyləşdirməyin 
və  fikirlərini  açıqlamağa  məcbur  etməyin  –  bu,  ilk  növbədə  onların 
fəallığını azalda bilər. 
Rəylər  yazıldığı  məqamda  onları  qiymətləndirməyin. 
Mümkündürsə  onların  yazılı  qeydiyyatını  aparıb  asın.  Şagirdlərin 
birindən  xahiş  edin.  Yalnız  sinfin  fəallığını  artırmaq  lazımdır.  Sonra 
şəxsi fikrinizi bildirin. 
Hər  hansı  bir  fikir  aydın  deyilsə,  şagirddən  onu  izah  etməyi 
xahiş  edin  və  ya  şərhini  versin.  Şagirdlərin  bu  şərhlə  razı  olub-
olmamasını müəyyənləşdirin.     
Hər bir yeni təklif yazın. Çox vaxt qeyri-adi,  gözlənilməz, ilk 
baxışdan sərsəm təklif əhəmiyyətli və maraqlı olur.  
Fikirlər  tükəndikdə,  «beyin  həmləsi»ni  dayandırın.  İndi  siz 
bütün  təkliflərə  şagirdlərdən  onları  şərh  etməyi  xahiş  edərək  baxa 
bilərsiniz.   
 


 
15 
ĠġTĠRAKÇILARIN SƏRBƏSTLƏġMƏSĠNƏ VƏ MÜSBƏT 
Ġġ ĠQLĠMĠNĠN YARANMASINA ĠMKAN  YARADAN 
OYUNLAR 
 
Treninqi adətən psixoloji fəallaşdırma oyunundan başlayırlar. Bu 
fəaliyyətin məqsədi: 

 
İştirakçılara sərbəstlik vermək; 

 
Treninqin başlanğıcında yaranan gərginliyi aradan götürmək

 
İştirakçılara bir-birilə tanış olmaq imkanı vermək;   

 
İş mühitini yaratmaq. 
 
TANIġLIQ, ÖZÜNÜ TƏSDĠQETMƏ OYUNLARI 
 
1.«DAĠRƏVĠ TƏQDĠM OLUNMA» 
İştirakçılara  dairə  üzrə  düzülmək  təklif edilir.  Sonra hər iştirakçı 
adını  deyərək  və  onu  müəyyən  hərəkət  ilə  müşayiət  edərək  özünü 
təqdim etməlidir. 
Hər  növbəti  iştirakçı  əvvəlki  iştirakçıların  adını  və  Hərəkətlərini 
təkrarlayır, sonra isə özünü təqdim edir və jestlə və ya hərəkətlə öz adını 
müşayiət edir: 
Beləliklə,  axırıncı  iştirakçı  bütün  iştirakçıların  adlarını  və 
hərəkətlərini təkrar etməlidir, sonra isə özünü təqdim etməlidir. Gülməli 
hərəkətlərdən istifadə olunması təqdimatı daha da şən edir.  
 
2.AD-ġƏKĠL (RƏSM) – DEVĠZĠNĠZ (ġÜARINIZ) 
İştirakçılar xarakterik xüsusiyyətləri əks etdirən simvolik şəkildən 
və devizdən ibarət olan öz vizit kartoçkalarını bir vərəq üzərində təsvir 
edirlər. Sonra hər bir iştirakçı öz vizitkasını şərh edir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə