Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

 
55 
«işgüzar  səs-küy»,  «söz  assosiasiyaları»,  ümumi  diskusiya,  suallar, 
müşahidə  və  s.  belə  metodlardı.  Bu  metodlardan  istifadə  edərək  kiçik 
yaşlı uşaqlarda keçirilən məşğələlərin qurulması aktual problemlər və bu 
problemin  inkişafı  təlim  və  tərbiyə  prosesi  sahəsində  geniş  imkanlar 
əldə etməyə imkan verir.  
İnteraktiv  təlim  metodu  yeni  metoddur.  Ancaq  mənəvi  deyə 
bilərəm ki, həm də bu metodun kökləri keçmişə gedib çıxır. Bu metodun 
priyomlarından,  tərzlərindən  əvvəllər  də  təlim  prosesində  istifadə 
olunurdu. Lakin bu gün bu metod yeni formada təzahür edir.        
Dünya  ölkələrində  təlimə  müxtəlif  növ  yanaşmalar  müşahidə 
olunur  ki,  biz  də  dünyadan  təcrid  olunmamışıq  və  istər-istəməz  həmin 
təlim  metodlarından  istifadə  edir,  bəhrələnirik.  Bu  baxımdan  təlimə 
günün tələbləri baxımından yanaşaraq, müasir təlim prosesinin ən aktual 
metodlarından biri olan interaktiv təlim metodundan istifadə edirik.  
İnteraktiv  təlim  metodu  nədir?  Biz  interaktiv  təlim  metoddan  nə 
cür istifadə edirik? Suallarına cavab verərkən deməliyik ki, əslində buna 
sadəcə  olaraq  təhsilə  müxtəlif  yanaşmalar  və  metodun  məğzidir  və  bu 
mntodun  kiçik  yaşlı  uşaqların  təlimindən  başlayaraq  tətbiq  olunması 
məqsədyönlüdür.  Çünki  bu  metoda  bilik,  bacarıq  verməklə  yanaşı 
təfəkkür  prosesinin  inkişafına  bilavasitə  müsbət  təsir  göstərir, 
fəallaşdırır.  Ümumiyyətlə,  idrak  fəaliyyətinə  çox  güclü  təsir  göstərən 
interaktiv  təlim  metodu  uşaqların  məktəbə  hazırlanmasında  onların 
hərtərəfli  inkişafını  təmin  edir.  Bu  metodun  tətbiqi  üçün  Avropa 
standartlarına  uyğun  gələn  müxtəlif  proqramlardan  istifadə  zəruridir. 
Kiçik yaşlı uşaqlar üçün tərtib olunan proqramlar çoxdur. lakin hələ ki, 
bunlardan biri haqqında «Addım-addım» proqramını nəzərdən keçirək.  
Əsasən proqram bir neçə bölmələrə bölünmüşdür. Lakin proqramı 
nəzərdən keçirib tanış olduqdan sonra belə bir qənaətə gəldim ki, təlim-
təhsil  prosesində  elə  incəliklər  vardır  ki,  biz  həmin  proqramı  olduğu 
kimi uşaqlara öyrətsək təhsildə çox böyük nailiyyətlərlə yanaşı, həm də 
çox böyük səhvlərə yol vermiş olarıq. Doğrudur ki, bu metodu dünyanın 
ən  qabaqcıl  ölkələri  məqbul  saymış  və  ondan  istifadə  etmişlər.  Ancaq 
təcrübə  müddətində  əldə  olunan  nəticələr  göstərir  ki,  bir  proqramı 
olduğu  şəkildə  kor-koranə  istifadəyə  vermək  də  düzgün  deyildir.  Biz 
mütləq  öz  uşaqlarımızın  fiziki,  zehni  inkişafı,  dünyagörüşü,  ailə 
tərbiyəsini,  yaşadığı  mühiti,  milli  adət-ənənələrimizi  əsas  götürərək  bu 
metodu  özümüzünküləşdirərək  ondan  istifadə  etməyi  bacarmalıyıq. 
Məhz  bu  zaman  bizim  təhsilimizdə  istədiyimiz  nailiyyətləri  əldə  edə 
bilərik.  


 
56 
Proqramda əsasən:  
Addım-Addım proqramlarının standartları başlığı altında 
Ümumi icmal 
Təsvir 
Müşahidə forması 
Müəllimlər üçün standartlar başlığı altında 
Ümumi icmal  
Təsvir  
Müşahidə forması və s. öz yerini tutmuşlar.  
 
MƏKTƏB  YAŞLI  UŞAQLARIN  TƏLİM  PROSESİNDƏ 
İNTERAKTİV TƏLİM PROQRAMININ MÖVZUSU HAQQINDA 
«Addım-Addım» proqramlarının standartları: 
1.Müəllimlər və uşaqlar arasında qarşılıqlı ünsiyyət. 
2.Ailənin iştirakı. 
3.Uşağa istiqamətləndirilmiş proqramın planlaşdırılması. 
4.Məzmunlu təlimin strategiyası. 
5.Təlim mühiti.              
6.Sağlamlıq və təhlükəsizlik. 
Müəllimlər üçün standartlar aşağıdakı kimidir: 
1.Fərdiləşmə.  
2.Təlim mühiti. 
 3.Ailənin iştirakı 
4.Məzmunlu təlimi təmin edən tədris strategiyası. 
5.Planlaşdırma və qiymətləndirmə. 
6.Peşəkar inkişaf.  
Eləcə də proqrama əlavələr edilmişdir. Kiçik yaşlı məktəbli üçün 
təlim  prosesi  müxtəlif  mərkəzlərdə  keçirilir  ki,  bunlardan  aşağıdakıları 
göstərmək olar.  
Fəaliyyət mərkəzləri:  
Hər  bir  məşğələdə  oyun  və  başqa  məşğuliyyət  üçün  müxtəlif 
vəsaitləri olan bir neçə fəaliyyət mərkəzi olmalıdır. Müxtəlif dəstəklərdə 
mərkəzdən  dəst,  müxtəlif  ola  bilər,  ancaq  bu  dəstin  özəyini  adətən 
aşağıdakı tərkibdə olan mərkəzlər təşkil edir: 
1.Sujetli –rollu oyunlar. 
2.Mainipulyativ. 
3.Tikinti.  
4.Ədəbiyyat 
5.İncəsənət. 


 
57 
6.Qum və su. 
7.Açıq meydança.    
1)Süjetli-rollu  oyun  mərkəzində  həyatda  gördüklərindən  istifadə 
etməklə  uşaqları  ətraf  aləmi  başa  düşməkdə,  bu  və  ya  başqa  ictimai 
rolları sınamaqda onlara kömək edə bilən kostyumlar və başqa vəsaitlə 
olmalıdır.  Bu  sahə  üçün  əşya  dəsti  tərbiyəçilər  tərəfindən  seçilir  və 
bunlar vaxtaşırı təzələnməlidir.  
2)Manipulyativ (stolüstü oyun və oyuncaqlar) mərkəzi quraşdırma 
oyuncaqları,  xırda  hissəciklər,  tikinti  oyuncaqları  olan  yerdir.  Burada 
vəsaitləri  seçmək,  uyğunlaşdırmaq,  saymaq  və  sistemləşdirməyi 
öyrətməklə  yanaşı  şəxsi  oyunlar  fikirləşib  tapmaqda,  dili  inkişaf 
etdirməkdə  uşaqlara  kömək  edən  oyunlar  da  olmalıdır.  Bu  mərkəzdəki 
məşğələlər  zehni  vərdişlərin,  incə  hərəkətlərin,  gözəyarı  ölçmə 
bacarığının inkişafına kömək edir.  
3)Tikinti  mərkəzləri  uşaqların  təxəyyülünün  məhsulu  olan 
binaları,  yaşayış  evi  və  ya  forma,  zoopark  və  s.  kimi  tanış  tikintiləri 
yamsılayan  konstruksiyaların  inşası  üçün  lazım  olan  müxtəlif  ölçü  və 
formalı  bloklarla  təchiz  olunmalıdır.  Tikinti  ilə  məşğul  olaraq  uşaqlar 
çox  şey  əldə  edə  bilərlər,  bu  zaman  onlarda  əqli  və  riyazi  bacarıqlar 
zənginləşir, ictimai vərdişlər yaranır, problemləri həll etmək və diqqəti 
cəmləşdirmək  qabiliyyəti  inkişaf  edir,  yaradıcı  potensiya  fəaliyyətə 
gətirilir.  Mərkəzdə  minik  və  yük  maşınları,  heyvan  və  insan  fiqurları, 
təyyarələr,  binaların  üstünü  örtmək  üçün  vəsaitlər,  uşağın  ağlına  gələ 
biləcək hər şey gündəlik rejimin ən vacib hissələrindən biridir.  
Açıq meydançada fəaliyyətin yaradıcı anı süjetli-rollu və ya digər 
üçün  məşğələlərin  hesabına  güclənə  bilər.  Biliklərə  qulluq,  rəsm  və 
rəssamlıq, qardan və gildən, torpaqdan tikinti işləri buna daxil etməklə 
başqa fəaliyyət növlərini də təşkil etmək olar.  
Sadalanan fəaliyyət mərkəzləri Soros proqramının mərkəz xəttini 
təşkil  edir.  Bunlarda  istifadə  olunan  vəsaitlər  lazım  gələrsə  digərinə 
ötürülə bilər.  Soros  Proqramına  görə  uşağın  əhatəsi  dinamik  olmalı  və 
onun  maraqlarına,  inkişaf  səviyyəsinə  uyğun  cürbəcür  təcrübə 
qazanmaqda ona zəngin imkanlar verməlidir. Burada işləyən tərbiyəçilər 
uşaqlarda ünsiyyət və öyrətmək həvəsi oyadan şəraitin yaradılması üçün 
məsuliyyət  daşıyırlar.  Onlar  həmçinin  uşaqların  dəyişən  tələbatlarına 
proqramın  uyğun  gəlməsi  üçün  arası  kəsilmədən  müşahidələr 
aparılmalıdır.  Fərdi  və  qrup  dərs  məşğələlərinin  həftəlik  planları 
uşaqların  valideynləri  ilə  tərbiyəçilərin  razılaşdığı  xüsusi  məşğələlər 
ətrafında cəmləşdirilməlidir. Soros Proqramı qrupuna gələn valideynlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə