İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»


Dissertasiya işinin quruluşu və həcmi



Yüklə 1,63 Mb.
səhifə8/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

Dissertasiya işinin quruluşu və həcmi. Dissertasiya işi girişdən, 3 fəsildən,

6 cədvəl, 2 şəkil, 8 diaqram , 2 xəritə ,73 kompyuter səhifəsi, nəticə və təkliflərdən və 42 adda ədəbiyyat siyahısından ibarətdir.



I FƏSİL

AZƏRBAYCAN ƏRAZİLƏRİNİN İŞĞALI VƏ DƏYƏN ZƏRƏRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNİN METODİKİ ƏSASLARI

1.1.Ərazilərin işğalı və vurulmuş zərərlərin qiymətləndirilməsinin elmi- metodiki əsasları

Münaqişələrin, müharibələrin, eləcə də təbii fəlakətlərin vurduğu zərərlərin qiymətləndirilməsi üçün metodlara ehtiyac həmişə duyulur. Beynəlxalq səviyyədə vahid hesablama metodları olmadığı üçün bu sahə üzrə xüsusilə də son 20 ildə işlər görülür, yeni metodlar üzərində işlənilir. Təbii fəlakətlərin, hərbi əməliyyatların vurduğu iqtisadi zərərlərin qiymətləndirilməsi barədə yazılmış ədəbiyyatlarda müxtəlif metodiki yanaşmalar tətbiq olunur.

Ümumiyyətlə iqtisadi zərərlərin qiymətləndirilməsində istifadə olunan metodoloji yanaşma və tədqiqatlar müxtəlif istiqamətləri əhatə edir: daşqınlar, zəlzələ və s. təbii fəlakətlər; AES-lərdə baş verən qəzalar; terrorizm, cinayətkarlıq, genosid, üsyanlar; iki ölkə arasındakı müharibə, vətəndaş müharibəsi, işğal faktları və s.

Tədqiqat işində yuxarıda qeyd edilənlərdən əsasən iki ölkə arasında müharibə, terrorizm, cinayətkarlıq, genosid və s. əhatə edən istiqamətlər götürülmüşdür. Çünki, torpaqlarımızın 20%-nin Ermənistan dövləti tərəfindən işğal edilməsi, həmin ərazilərdə yaşayan azərbaycanlıların deportasiyası, cəbhə xətti boyunca aparılan hərbi əməliyyatlar və s. hadisələrdə yuxarıda qeyd etdiyim istiqamətlərə xas olan nəticələr təzahür etməkdədir. Ermənistan dövləti kütləvi qırğınlar, aborigen əhalinin deportasiyası və ya məhvi, həmçinin, tarixi və təbii abidələrin məhvi, təbii resursların mənimsənməsini və s. həyata keçirməklə ölkəmizə böyük miqdarda iqtisadi zərərlər vurmuşdur və münaqişənin həll olunmaması ölkəmiz üçün bu zərərləri ilbəil artırmaqdadır.

Zərərləri qiymətləndirmək üçün əvvəlcə işğal olunmuş regionların təbii şərait və təbii resurslarla təmin olunma dərəcəsinə nəzər salmaq lazımdır. Bunun üçün istifadə olunan metoda əsasın işğal altında olan regionların təbii şərait və təbii ehtiyatlarının ümumi halda qiymətləndirilməsi variantına nəzər salmaq lazımdır.

Qiymətləndirmənin həyata keçirilməsi zamanı ilk növbədə qiymətləndirmə amilləri seçilir- təbii ehtiyat və təbii şəraiti qiymətləndirərkən 14 amil üzrə 7 təbii ehtiyat növü ( torpaq, su, hidroenerji, yanacaq, mineral xammal, meşə, rekreasiya ehtiyatları) və 7 təbii şərait növü ( relyef, geoloji quruluş, seysmiklik, iqlim komfortluğu, aqroiqlim şəriti, illik günəşli günlərin sayı, daşqınlar) əsas götürülür.

Təbii ehtiyatlar 5 ballıq şkalaya əsasən qiymətləndirilir:


  • 0 bal- təbii ehtiyatlar olmadıqda;

  • 1 bal- yerli əhəmiyyətli təbii ehtiyatlar;

  • 2 bal- regional əhəmiyyətli ehtiyatlar;

  • 3 bal- milli əhəmiyyətli ehtiyatlar;

  • 4 bal- dünya əhəmiyyətli ehtiyatlar;

Təbii şərait də 5 ballıq şkalaya əsasən qiymətləndirilir:

  • -2bal- həddən artıq əlverişli olmadıqda;

  • -1bal- əlverişli şərait olmadıqda;

  • 0 bal- şərait olmadıqda;

  • 1 bal- əlverişli şərait olduqda;

  • 2 bal- istehsal və əhaliyə təsiri həddən artıq əlverişli olduqda.

Qiymətləndirmə amilləri çevrənin sektorları üzrə düzülür: təbii ehtiyatların qiymətləndiriliməsi çevrənin yuxarı, təbii şəraitin qiymətləndirilməsi isə aşağı yarımkürəsində qeyd edilir və eyni zamanda təbii şərait və təbii ehtiyatların hər bir növünə verilən ballar müvafiq olaraq bu sektorlarda yazılır. Sonra isə təbii ehtiyat və təbii şəraitin balları toplanıb çevrənin ortasındakı çevrədə qeyd edilir [27].

Zərərlərin qiymətləndirilməsi zamanı istifadə olunan metodoloji yanaşmalar tarixi prosesləri və gələcək üçün nəticələrin proqnozlaşdırılması məsələlərini əhatə etməlidir.

Müharibələr, işğallar nəticəsində dəyən zərər və itkilər Beynəlxaq Qiymətləndirmə standartları bu sahə üzrə toplanmış təcrübələr əsasında qəbul edilən “Zərərlərin Qiymətləndirilməsi Standartlarına” əsasən müəyyənləşdirilir.

Zərərlərin qiymətləndirilməsi zamanı bir sıra anlayışlardan istifadə olunur ki, bunlar aşağıdakılardan ibarətdir:

Risk və Dağıdıcı Təsirlər (RDT) – müharibələr, cinayətlər, terror aktları, işğal, zor tətbiqi, əhalinin risk zonasından köçürülməsi kimi hadisələr.

Zərərçəkmiş ərazi – RDT baş verdiyi və ya onun nəticələrinin təzahür etdiyi ərazi.

Zərər – RDT baş verdiyi müddətdə və baş verdikdən sonra zərərçəkmiş ərazidə yerləşən əmlakın, təbii resurs və tarixi abidələrin, mədəni irsin, insanların tam və ya qismən məhv edilməsi və ya dağıdılmasıdır. Zərər müəyyən göstəricilərlə (mənzillərin sahəsi – kvadrat metrlə, nəqliyyat yolları kilometrlə və s.) ifadə edilir və onun bərpa olunması üçün lazım olan maddi vəsaitin miqdarı müəyyən olunur. Zərər, bərpa işlərinə çəkiləcək xərclərin və ödəniləcək kompensasiyaların məbləğini hesablamaq üçün müəyyənləşdirilir.

İtkilər və ya dolayı zərər – RDT nəticəsində ölkə iqtisadiyyatında baş verən neqativ dəyişiklilərdir. İtkilər iqtisadiyyat tam həcmdə bərpa edilənə qədər qalmaqda davam edir. İtkilərin müəyyən edilməsi, iqtisadiyyatın və RDT-in nəticələrinin bərpa olunması üçün lazım olan xərclərin qiymətləndirilməsində vacib rol oynayır.

Ermənistan-Azərbaycan münaqişəsi konteksində zərər dedikdə hüquqları pozulmuş şəxslərin və dövlətin pozulmuş hüquqlarını yenidən bərpa etmək üçün çəkdiyi xərclər, həmçinin əmlakından məhrum olmalarına dəyən zərərlər başa düşülür. Yəni, zərər dedikdə maddi itkilər və əldən çıxmış fayda başa düşülür.

Şəxslərə, dövlətə, ətraf mühitə dəyən zərərlər maddi və mənəvi zərərlərə ayrılır.

Maddi zərərlər əsasən əmlak hüququnun pozulması, onlara dəyən zərərlər kimi meydana çıxan zərərlərdir.

Mənəvi zərərlər isə əsasən qeyri-əmlak hüquqlarının (ləyaqət, şərəf , söz, hərəkət etmə azadlığı, ad və müəlliflik hüququ, digər şəxsi qeyri-əmlak hüquqları və maddi nemətlər) pozulması ilə vətəndaşlara mənəvi sarsıntı və iztirab verilməsi ilə meydana çıxır.

Beynəlxalq səviyyədə və digər ölkələrdə mənəvi zərər tanındığı kimi Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyində də mənəvi zərər tanınır (maddə 46, 47, 48) [32]. Mənəvi zərər vətəndaşın əmlakına zərər vurulduğu həmin zərərlə birlikdə, əmlaka zərər vurulmadığı hallarda da vətəndaşa kompensasiya edilir.

Vurulan zərər və itkilərin qiymətləndirilməsi sahəsində beynəlxalq praktikada bir sıra sahələr üzrə təcrübələr mövcuddur. Bunlara misal olaraq, siğorta, inkişaf layihələrinin məqsədləri üçün köçürülmələr, qaçqın və məcburi köçkünlərə ödənilən kompensasiyalar, ekologiyaya vurulan zərərlərin, həmçinin hərbi münaqişələrin vurduğu iqtisadi zərərlərin qiymətləndirilməsi və s. kimi sahələri göstərmək olar.

Hərbi münaqişələrin vurduğu iqtisadi zərərlərin kompensasiyası və aradan qaldırılması istiqamətində 2 qlobal yanaşma mövcuddur: kompensasiya yanaşması və zərər çəkmiş ərazilərin bərpa və inkişaf etdirilməsi üçün qəbul edilən proqramlar.

Kompensasiya yanaşmasına misal olaraq 1990-cı ildə İraq tərəfindən Küveytin işğal edilməsi nəticəsində dəyən zərərlərin qiymətləndirilməsini üçün BMT Təhlükəsizlik Şurası tərəfindən dəyən zərərlərin qiymətləndirilməsi və kompensasiyaların müəyyən edilməsi üçün Kompensasiya Komissyası yaradılmasını göstərmək olar.

İkinci yanaşma olan zərər çəkmiş ərazilərin bərpa və inkişaf etdirilməsi variantına misal olaraq isə, 2009-cu ildə Fələstinin Qəzza bölgəsi üzrə qəbul edilən İlkin Bərpa və Yenidənqurma planını misal göstərmək olar.

Ümumiyyətlə, hərbi münaqişələrin və işğal proseslərinin vurduğu zərərlərin qiymətləndirilməsi zamanı müəyyən edilməlidir:



  • hərbi əməliyyatların həyata keçirildiyi ərazilər, işğal edilmiş ərazilər və ona qonşu olan ərazilər;

  • hərbi əməliyyatların həyata keçirildiyi və atəşkəs dövründə vurulan zərər;

  • həlak olan, yaralanan(fiziki və mənəvi) və əsir götürülən insan sayı;

  • şəxsi və ictimai əmlaka( iqtisadiyyatına, infrastrukturuna), təbii resurslara və tarixi abidələrə dəyən zərər;

  • qaçqın və məcburi köçkünlərə ödənilən kompensasiya;

  • geri qaytarıldığı təqdirdə ərazidə insan məskunlaşmasının bərpa edilməsi üçün lazım olan xərclər, ərazinin təhlükəsizliyin təmin edilməsi üçün minalardan təmizlənməsi, ərazidə iqtisadiyyatın canlandırılması üçün tələb olunan xərclər(investisiya qoyuluşları və s);

Tədqiqat işimin məqsədi işğal olunmuş ərazilərin təbii resusrlarına vurulan zərərlərin qiymətləndirilməsi olduğu üçün əsasən ətraf mühit və təbii sərvətlərə vurulan zərərlərin qiymətləndirilməsi üsullarına nəzər yetirək.

Bizi əhatə edən canlı və cansız təbiət ətraf mühiti təşkil edir. Bu nöqteyi nəzərdən yanaşdıqda ətarf mühitə - meşə, hava, su, torpaq, bitki və heyvanat aləmi daxildir. Bir sözlə biosfer, atmosfer və litosfer ətraf mühiti formalaşdırır.

Ətraf mühit insanla bir araya gəldik də isə mühiti formalaşdırır.

Təbii resurslar – cəmiyyətin mövcud olması və fəaliyyətini davam etdirməsi üçün sənaye və kənd təsərrüfatını təmin edən təbii elementlərdir.

Başqa sözlə, mühit ətraf mühitə sosial təsir nəticəsində meydana gələn şəraitdir.Ətraf mühitə vurulan zərərləri 3 hissəyə ayırmaq olar:


  1. Faktiki olaraq vurulan ziyan(təbii obyektlərə və təbii resurslara);

  2. Dəyən ziyanın bərpa olunmasına çəkilən xərclər;

  3. İtirilmiş fayda.

Ekoloji hüquqpozmada insan sağlamlığına vurulan zərər dedikdə sadəcə fərd şəklində insana deyil, bütövlükdə cəmiyyətə dəyən zərər başa düşülür. İnsanın təbiətə və ətraf mühitə göstərdiyi mənfi təsir özünü həm kəmiyyət( təbii resursların azalması), həm də keyfiyyət( ətraf mühitin çirlənməsi) baxımından biruzə verir ki, bu da insanların həyat fəaliyyətinə, işgörmə qabiliyyətinə və s. təsir göstərir.

Təbiətə və ətraf mühitə vurulan ziyan iki formada təzahür edir: iqtisadi; ekoloji.

İqtisadi ziyan dedikdə təbiət nemətlərindən istifadə edən əhalinin mənafelərinə və onların gəlirlərinə vurulan ziyan nəzərdə tutulur.

Ekoloji ziyan isə, təbii resurslardan istifadə gedişində ekosistemə vurulan ziyan nəzərdə tutulur.

Ermənistan dövlətinin ölkəmizə qarşı həyata keçirdiyi işğal prosesi zamanı işğal edilmiş ərazilərin təbiətinə, torpaq və bitki ehtiyatlarına ziyan vurmuşdur, belə ki, həmin ərazilərin mineral-xammal ehtiyyatları, meşə və heyvanat aləmi mənimsənmiş, su ehtiyyatları çirkləndirilmiş, tarixi abidələri məhv edilmişdir. Bunlar nəticəsində ərazinin ekoloji tarazlığı pozulmuşdur.

1990-cı illərin sonlarına doğru ermənilər ələ keçirdikləri ərazilərdə əhalinin əmlakını və digər maddi sərvətlərini satmaqla dolanırdılar, daha sonra bu sərvətlər tükəndikdə, sıra təbii resursların istismarına gəldi.

Təbii resurslara dəyən zərərin qiymətləndirilməsi üçün ilk əvvəl təbii resursların iqtisadi cəhətdən qiymətləndirilməsi ilə tanış olmaq lazımdır. Təbii resursların iqtisadi cəhətdən qiymətləndirilməsi dedikdə, onların təsərrüfat əhəmiyyətinin pulla və ya natural ölçülərlə ifadə edilməsi nəzərdə tutulur.

Hər bir təbii resursu qiymətləndirmək mümkün olmur. Təbiətdən istifadə prosesi ənənəvi bazar sistemi ilə eynilik təşkil etmir, beləki burada standart, tələb, təklif olmur. Nadir olan ehtiyyatların qiyməti böyük olur. Həmçinin, bazar qiymətləri hər zaman təbii resursların real az və çox miqdarda olmağından xəbər vermir. Buna görə də belə vəziyyətlərdə başqa qiymətləndirmə üsullarından istifadə etmək lazım olur.

Təbii resurs və təbii şəraitin iqtisadi cəhətdən qiymətləndirilməsi bir sıra yanaşmalara əsaslanır: renta; məsrəf üsulu; ümumi iqtisadi qiymətləndirmə; alternativ dəyərlər və s.

Yuxarıdakı üsulların hamısı hələ yaxşı formalaşdırılmamışdır. Bunların ümumi çatışmazlığı dəyərlərin aşağı olmasıdır. Bu səbəbdən də təbii resursların bazar qiymətləri əsl reallığı əks etdirmir. Beləki, bazar münasibətləri tullantı və çirklənmənin assimiliyasiyası funksiyalarını özündə əks etdirmir, yalnız bazarın təbii resurslarla təminatını qiymətləndirir. Ümumiyyətlə təbii resurs və təbii şəraitin qiymətləndirilməsi onların bazar dəyəri ilə eynilik təşkil etməyə bilər. Bu zaman qiymətləndirmə təbii obyektlərin icarəyə verilməsi vaxtı və yaxud vergi hesablanması zamanı istifadə oluna bilər.

Təbii resursların iqtisadi cəhətdən qiymətləndirilməsində əsasən renta və məsrəf üsullarından geniş istifadə olunur. Təbii resursun ehtiyatına olan tələb, onun qiymətini müəyyənləşdirən əsas amildir. Ehtiyatın qiyməti kapitallaşmış renta formasında bu düsturla təyin edilir [5]:

(1.1)

burada, R-illik renta, r-ssuda faizidir.

Təbii resursların qiymətləndirilməsində məsrəf üsullarından təbii ehtiyat və təbii şəraitin bərpa olunması üçün çəkilən xərcləri və onun deqradasiyasının qiymətləndirilməsi zamanı istifadə olunur.

Təbii resurs və təbii şəraitin dolayı yolla qiymətləndirilməsi zamanı istifadə edilən üsullardan biri də alternativ dəyər konsepsiyasıdır. Bu konsepsiya müəyyən mənada məsrəf konsepsiyası ilə bağlıdır. Alternativ dəyər dedikdə, eyni təbii resursun müxtəlif məqsədlər üçün istifadəsi nəticəsində əldə olunan gəlir başa düşülür. Alternativ dəyər az olduğu təqdirdə, bu nemətlərin saxlanılması səbəbindən iqtisadi itkilərin kompensasiyası üçün xərclər də az olur.

Ümumi iqtisadi qiymətləndirmə metodu dedikdə təbii resursun istifadə dəyəri ilə onun saxlama dəyərinin cəmi başa düşülür. Təbii resursların öz satış qiymətləri olduğundan onların birbaşa dəyərini müəyyən etmək asandır.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində ətraf mühit və təbii resurslara dəymiş zərərlərin qiymətləndirilməsi üçün görüləcək işlərin ardıcıl yanaşma metodu ilə 6 mərhələ üzrə aparılması nəzərdə tutulmuşdur:



  1. Ermənistan dövləti tərəfindən işğal edilən Azərbaycan Respublikası ərazilərinin təbii sərvətləri zəngin məlumatların toplanması, təbii resurs və ətraf mühit üzrə zərər dəymiş sahələrin təsnifatını müəyyənləşdirmək;

  2. Ermənistanın işğalına məruz qalan təbii resursların, işğal altında və təsir zonasında yerləşən ərazilərdə mövcud vəziyyət və bu təbii resursların mənimsənilməsinə dair faktların əldə edilməsi;

  3. 1998-2013-cü illər ərzində açıq bazardan toplanan məlumatların sahələr üzrə təsnifatının həyata keçirilməsi və analoqlar üzrə müqayisəli təhlili;

  4. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərindəki təbii resursların xarakterik xüsusiyyətlərini nəzərə almaqla təsnifata uyğun mövcud standart və metodologiyalara əsaslanaraq hər bir sahə üzrə dəyər indikatorlarını müəyyənləşdirib dəymiş zərərlərin qiymətləndirilməsini həyata keçirmək;

  5. Təhlillər aparmaqla, təbii resursların uzun müddət işğal altında qalması, talan edilməsi və bu səbəbdən onların istifadəsindən məhrum olan Azərbaycan Respublikasının məruz qaldığı dolayı zərərlərin məbləğinin müəyyən edilməsi və alınmış məbləğlərə zaman, ərazi və zonalar üzrə uyğun qiymət indekslərinin tətbiq edilməsi;

  6. Ətraf mühit və təbii resurslara vurulmuş olan yekun zərər və itkilərin müəyyən edilməsi.

Təbii resursların ayrı-ayrı qiymətləndirməsini aparmaq üçün isə onların təsnifatını aparmaq lazımdır: faydalı qazıntıları; bitki resursları; torpaq resursları; su resursları.

Faydalı qazıntı yataqlarına vurulan zərərlərin qiymətləndirilməsi metodları. Faydalı qazıntı yataqları sənaye cəhətdən qiymətləndirilərkən bir çox amillərə diqqət yetirilir. Bu amillər əsasən üç qrupda yerləşdirilir:



  1. İqtisadi-coğrafi amillər;

  2. Sosial-iqtisadi amillər;

  3. Dağ-geoloji amillər.

Qiymətləndirmə nəticəsində faydalı qazıntı yataqlarından hansının ilk olaraq mənimsənilməsinə baxılır. Xalq təsərrüfatında hər hansısa bir mineral-xammala tələbat güclü olduğu halda, istisna olaraq hətta mənimsənilməsi aşağı effektivliyə malik olan yataqlar növbədənkənar qəbul edilir. Qiymətləndirilmə zamanı yatağın mütləq verilən xammalın perspektiv şəkildə istifadəsi də nəzərə alınmalıdır. Bu məqsədlə mineral-xammalın yeni növünün istehsala tətbiq olunmasına, bir-birini əvəz edə bilməsinə, süni əvəzedicisinin tətbiq olunmasına, texnoloji emal prosesinə və faydalı qazıntının istifadə olunmasına baxılır.

Faydalı qazıntı ehtiyatı dedikdə, onun yer daxilində mövcud olan, həndəsi kontur daxilində yerləşən və keyfiyyət baxımından sənayenin müasir tələblərinə cavab verə bilən miqdarı nəzərdə tutulur.

Faydalı qazıntı ehtiyatları, mineral-xammalın növündən və tərkibindəki faydalı komponentlərin miqdarından asılı olaraq milyard tondan kiloqrama qədər dəyişə bilir.

Təbii resurslar öyrənilmə dərəcəsinə görə müəyyən kateqoriyalara ayrılır:



  • A, B, C1 kateqoriyaları - kəşf olunmuş ehtiyatlar;

  • C2 kateqoriyası - ilkin qiymətləndirilmiş ehtiyatlar;

  • P1, P2, P3 kateqoriyaları – bərk faydalı qazıntıları və C3, D1, D2 kateqoriyaları – maye və qaz şəklində faydalı qazıntıları özündə birləşdirən proqnozlaşdırılan ehtiyatlar.

Ümumiyyətlə bütün faydalı qazıntı ehtiyatları balans və balansdankənar ehtiyatlar olmaqla iki hissəyə ayrılır.

Faydalı qazıntıların qiymətləndirilməsi zamanı, onların kimyəvi, fiziki və texnoloji xüsusiyyətlərinə diqqət yetirilir, çünki həmin xüsusiyyətlər qazıntının kefyiyyətini təyin edir. Mineral - xammalı keyfiyyət baxımından xarakterizə etdikdə ən əsas filizin tərkibində olan faydalı komponentlərə və onun fiziki və digər spesifik xüsusiyyətlərinə diqqət yetirilir. Filizin tərkibində faydalı komponentlərin çox olması da öz növbəsində, faydalı qazıntıdan alınan son məhsulun maya dəyərinə təsir edir. Faydalı qazıntı yataqları qiymətləndirilərkən filiz kütləsini təşkil edən komponentlər kompleks şəkildə istifadə olunmalıdır.

Faydalı qazıntı yataqları qiymətləndirilərkən onun dəyərinə təsir edən əsas amillər: faydalı qazıntının hasilat edildiyi şəarit ( faydalı qazıntının yerləşmə dərinliyi, hidrogeoloji xüsusiyyətləri); faydalı qazıntının keyfiyyət göstəricisi (məsələn, faydalı komponentlərin faizi); yatağın ölçüləri; məhsuldar təbəqənin dərinliyi; hasilat işlərinin aparıldığı ərazinin infrastrukturunun inkişafı; mineral-xammalın daxili və dünya bazarında qiymətləri; yatağın istismarının dağ-texniki və ekoloji şəraiti; xammalın texnoloji xassələri; yatağın nəqliyyat magistrallarına, emal və istehlak mərkəzlərinə yaxınlığı; dağ-mədən müəssisələrinin inşa olunma müddəti; yatağın istismar müddəti; əmək ehtiyyatlarının mövcudluğu; qüvvədə olan vergilər, rüsumlar və digər ödənişlər.

Faydalı qazıntı yataqları qiymətləndirilən zaman nəzərə alınan xərc maddələri əsas elementlər üzrə aşağıdakı şəkildə qruplaşdırılır: materiallar; yanacaq; enerji, su, buxar; əmək haqqı; amortizasiya xərcləri; nəqliyyat xərcləri; əsaslı şəkildə təmir xərcləri; cari şəkildə təmir xərcləri; kirayə, icarə, lizinq xərcləri və s. xərclər.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası ərazilərində möv-

cud olan faydalı qazıntı yataqlarının texniki iqtisadi göstəriciləri istismar müəssisələrinin yüksək rentabelliliklə fəaliyyət göstərəcəyini təsdiq edir. Odur ki, ölkəmiz, mineral-xammal yataqları Ermənistan tərəfindən talan edildiyi üçün milyardlarla ABŞ dolları gəlirdən məhrum qalır.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaydan Respublikası ərazilərində olan filiz yataqları genezisi baxımından hidrotermal mənşəli olduğu üçün bu yataqlardakı filiz cismi, əsasən damar, bəzən linza və ştokverk formasındadır, faydalı komponentlər qeyri-bərabər miqdarda yayılmışdır. Belə olduqda isə, bu yataqların filiz baxımından zəngin olan hissələri talan olunur və nəticədə az müddətdə daha çox gəlir əldə edilir, bununla da yataqlar yararsız hala düşür. Bu hal qeyri-filiz və tikinti materialları yataqları üçündə eynilik təşkil edir. Belə ki, həmin yataqlarda daha zəngin olan blokların istismarı əslində yatağın perspektivliyinin bütövlükdə məhvinə səbəb ola bilir. İşğal edilmiş ərazilərdəki faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan şirkətlərin bir çoxu 3-5 illik lisenziyalarla fəaliyyət göstərərək yataqların faydalı elementlərlə zəngin olan hissələrini talan etməklə daha çox varlanmaq prinsipinə əsaslanırlar. Bu isə işğal edilmiş ərazilərin mineral-xammal bazasını məhv edərək, Azərbaycanın bu günkü və gələcək iqtisadi inkişafına zərbə vurur.

Bitki resurslarına vurulan zərərlərin qiymətləndirilməsi metodları. Təbii-iqlim şəraitinin, geoloji-relyef quruluşunun və təbii şəraitinin müxtəlifliyi Azərbaycan təbiətinin biomüxtəlifliyinə öz təsirini göstərmişdir.

Biomüxtəliflik- Yer üzərində mövcud olan genlərdən tutmuş ekosistemlərə qədər bütün canlıların meydana gətirdiyi müxtəlifliyə deyilir.

Yer kürəsində həyatın mövcud olmasında bitki örtüyüm mühüm rol oynayır. Yalnız onu demək kifayət edir ki, bitkilər daimi Günəş enerjisinin təsirindən yüksək kalorili qida maddələrinə, bundan başqa yanacaq enerjisinə çevrilirlər. Planetmizdə təqribən 500 min bitki növü mövcuddur ki, bunun 6 mini Qafqazda, 4.5 mini isə Azərbaycandadır. Həmçinin Azərbaycanda olan bitki növlərinin 370 növü endemik olmaqla yalnızca ölkəmizdə bitir. Respublikamızda mövcud olan dərman əhəmiyyətli 800 növ bitkidən 100 növü sənaye əhəmiyyətlidir. Beləliklə Azərbaycanda olan bitki növləri dünyadakı bitki növlərinin 0.84%-ni, Qafqazda olan bitki növlərinin isə 66%-ni təşkil edir [5].

Ermənistan tərəfindən işğal edilmiş ərazilərin də özünəməxsus təbiəti vardır. Belə ki, bu ərazilərin təbii-iqlim şəraiti, geoloji quruluşu, burada baş verən təbii və fiziki proseslərlə bağlı olaraq zəngin flora və fauna meydana gəlmişdir. Buradakı təbii şərait və təbii komponentlərin vəhdəti aran və dağlıq ərazilərin ahəngdar ekoloji sistemini yaratmışdır. Maraqlısı odur ki, bu ekoloji sistemin tərkibində olan bəzi flora və fauna növləri Azərbaycan Respublikası “Qırmızı Kitabı”-nın 40%-ni təşkil edir. Bu nadir flora və faunaya sahib olan ərazilərə Şuşa dərəsi, Daşaltı mağarası, Topxana meşəsi, Laçın və Kəlbəcər yaylaqları, Süsən və Şükürataz kimi yüksəkliklər, Zəngilanın Ağ oyuq və Gəyən düzənlikləri və s. aiddir.

İşğal edilmiş ərazilərdə olan meşə ehtiyatları. Azərbaycan Respublikası ərazisində meşələrin ümumi sahəsi 1.2 mln. hektara qədərdir. Adambaşına düşən meşə sahəsi 0.15 ha-dır. Meşələrin 90%-i dağlıq, 10%-i düzənliklərdədir.

Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qeydiyyatına görə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində 247.4 min ha meşə ərazisi mövcuddur. Əslində isə işğal olunmuş ərazilərdə olan meşələrin sahəsi 262 min ha-dan çoxdur. Bu da onu göstərir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsi işğala məruz qalınan illərdə salınmış meşə sahələrini qeydiyyata almamışdır.

Meşə sahələrini qiymətləndirilməsi zamanı aşağıdakı metodologiyaya əsaslanılır:



  • meşə fondundan istifadəyə görə icarə ödənişləri;

  • meşə resurslarının iqtisadi qiymətləndirilməsi;

  • meşə təsərrüfatından istifadə imkanları.

Meşə sahələrinə ərazidə yerləşən bitkilər, binalar, qurğular, infrastruktur və s. aiddir. Qiymətləndirmə zamanı əsasən meşə sahələrinin çoxfunksiyalılığı, effektivliyi və s. nəzərə alınır.

Meşə sahələrinin bazar dəyərini aşağıdakı düsturlarla hesablanır[5]:



(1.2)

Burada Vf –meşə sahəsinin bazar dəyəri, Rf –meşə sahəsinin icarə dəyəri, e – diskont dərəcəsi[5];



(1.3)

Burada P – meşə ağacının satış qiyməti, C –meşə ağacının kəsiminin maya dəyəri və yatırılmış kapitalın gəlirlik norması, Q –ağacın ümumi həcmi.

Torpaq resurslarına dəyən zərərlərin qiymətləndirilməsi metodları. Respublikamızın 20% torpaqları işğal altındadır ki, bunun 183.2 min hektarı əkinə yararlı, 94.3 min hektarı suvarılan, 46.9 min hektarı çoxillik əkin sahələri, 17. 7 min hektarı biçənəklər, 240.5 min hektarı örüş, 7.1 min hektarı dincə qoyulmuş və s. torpaqlar idi.

Təyinatına görə torpaqlar müəyyən - əkin və dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, şərti yararsız torpaqlar, biçənəklər, örüşlər, qış və yay otlaqları qruplara ayrılır.

Torpaqların bazar dəyərini ümumi qəbul olunmuş təcrübəyə əsasən üç metodoloji yanaşmalar vasitəsilə - gəlirlik, xərclər və müqayisə müəyyən edirlər.

Əkinə yararlı torpaq sahələrini qiymətləndirmək üçün aşağıdakı düsturdan istifadə olunur[5]:



(1.4)

Burada V- əkinə yararlı torpaq sahəsinin dəyəri, R- torpaq sahəsinin icarə dəyəri, taxılın yetişdirilməsində hesablanan xalis gəlir, e - diskont dərəcəsi.



(1.5)

Burada P- taxılın satış qiyməti, C- taxılın maya dəyəri və yatırılmış gəlirlik norması, Q- taxıl sahəsinin məhsuldarlığı[5].

Su resurslarına dəyən zərərlərin qiymətləndirilməsi metodları. Azərbaycan Respublikası ərazisində irili-xırdalı 8400-ə qədər çay, 700-ə yaxın göl vardır. Bu çaylardan 190-nın uzunluğu 5 km, 21-nin uzunluğu 100 km, 2-sinin uzunluğu isə 500 km-dən çoxdur.

Ermənistan tərəfindən işğal edilən ərazilərin çayları əsasən başlanğıcını Kiçik Qafqazın dağ silsilələrindəki buzlaqlardan götürür. Ümumiyyətlə işğal edilmiş ərazilərdən axan iri çaylara Araz, Tərtərçay, Oxçuçay, Bazarçay, Bəsitçay, Həkəriçay, Xaçınçay, Köndələnçay aiddir.

Gəlirlik yanaşması ilə hesablandıqda su hövzələrinə dəyən ziyanı aşağıdakı düsturla tapılır[5]:

(1.6)

Burada, ΔGx- təbii resurslara dəymiş ziyan nəticəsində itirilmiş xalis gəlir, Rf- risksiz faiz dərəcəsi, İ- uzunmüddətli orta inflyasiya dərəcəsi.

Beləliklə, yuxarıda göstərilən metodlar və düsturlar vasitəsilə, tələb olunan göstəricilərin qiymətləri tətbiq edilməklə dəyən zərərlərin hesablanması həyata keçirilir. Bu zaman tələb olunan göstəricilərin müxtəlif zaman müddətlərindəki qiymətləri arasındakı müxtəliflik nəzərə alınmalıdır. Müxtəlif təbii resurslara dəyən zərərlərin hesablanması zamanı isə həmin ehtiyyatın həcmi barədə dəqiq məlumatlara istinad edilməlidir.


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə