İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»


III FƏSİL İŞĞALIN DAVAM ETMƏSİNİN GEOSİYASİ VƏZİYYƏTİ VƏ DƏYƏN ZƏRƏRLƏRİN ARTMASI



Yüklə 1,63 Mb.
səhifə16/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   13   14   15   16   17   18   19   20   21
Azerbaijani territory occupied by Armeni-56806476

III FƏSİL

İŞĞALIN DAVAM ETMƏSİNİN GEOSİYASİ VƏZİYYƏTİ VƏ DƏYƏN ZƏRƏRLƏRİN ARTMASI

3.1.İşğal edilmiş Azərbaycan Respublikası ərazilərində ermənilərin qanunsuz fəaliyyəti

Məlumdur ki, hal-hazırda ölkəmizin qarşısında duran ən vacib siyasi-coğrafi problem ərazimizin iqtisadi cəhətdən zəngin potensiala sahib olan hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və həmin ərazilərdə ermənilərin qanunsuz fəaliyyətlə məşğul olması, təbii sərvətləri istismar etməsidir. Bu məsələ ilə bağlı beynəlxalq səviyyədə işlərin aparılmasına baxmayaraq problem hələdə öz həllini tapmamaqdadır. Hər keçən ildə isə erməni əsilli iş adamları və erməni diasporu işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərini genişləndirir, təbii ehtiyatların istismar həcmi artır və bu da ölkəmizin iqtisadiyyatına vurulan iqtisadi zərəri artırır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə (822, 853, 874, 884) rəğmən Ermənistan öz işğalçı siyasətindən əl çəkmədi.

Qondarma Dağlıq Qarabağın digər dövlətlər tərəfindən müstəqilliyinin tanınmaması onun iqtisadi inkişafının zəifləməsinə səbəb olmuşdur, ancaq buna baxmayaraq Ermənistan və İran İslam Respublikası həmin ərazinin inkişafı ilə məşğul olub, maddi dəstəklərini əsirgəmirlər. Belə ki, erməni iş adamları işğal olunmuş ərazilərdə dağ-mədən sənayesini, aqrar sektoru, innovasiya texnologiyalarını və turizm sektorunu qeyri-qanuni şəkildə də olsa inkişaf etdirirlər.

Əvvəlki fəsillərdə də qeyd etdiyim kimi işğal olunmuş ərazilərimiz eləcədə Dağlıq Qarabağ faydalı qazıntı, mineral və turizm-rekreasiya ehtiyatları baxımından çox zəngindir və bu da iqtisadiyyat üçün böyük investisiya imkanları yaradır.

Qondarma Dağlıq Qarabağ Milli Statistika Komitəsinin rəsmi məlumatına görə 2011-2016-cı illər arasında ÜDM həcmi 2 dəfəyə qədər artaraq 2016-cı ildə 815 mln AZN olmuşdur. Adambaşına düşən ÜDM həcmi isə 2016-cı ildə 5601 manat olmuşdur. Bu isə 2011-ci illə müqayisədə 2277 manat artım deməkdir(Şəkil 3.1).



Mənbə:[35]

Şəkil 3.1. Qondarma Dağlıq Qarabağ Respublikasında 2011-2016-cı illərdə

ÜDM-in dinamikası, mln manat


Mənbə: [35]

Şəkil 3.2. Qondarma Dağlıq Qarabağ Respublikasında 2016-cı ildə ÜDM-in

strukturu

Ümumiyyətlə, qondarma Dağlıq Qarabağda 2016-cı ildə ÜDM-də kənd təsərrüfatının payı 243.1 mln manat, sənayenin payı 209.5 mln manat, xidmət sahələrinin payı 191.6 mln manat, tikinti sektorunun payı 162.1 mln manat təşkil etmişdir (şəkil 3.2 ) [35].

Bundan başqa 2011-2016-cı illər ərzində sənaye istehsalının həcmi 27.4 mln manat, kənd təsərrüfatı istehsalınınn həcmi isə 101.3 mln manat artmışdır. Sənayedə dağ-mədən sənayesinin payı 2016-cı ildə 29% ( 60.8 mln manat) olmuşdur. Orta aylıq nominal əməkhaqqının miqdarı 2011-ci ildə 372.9 manat idisə, 2016-cı ildə 542.3 manat təşkil edirdi.

Ümumiyyətlə, qondarma Dağlıq Qarabağın sənaye istehsalının strukturuna nəzər salsaq, 2016-cı ildə sənaye sahələrinin istehsal həcmi(faizlə) aşağıdakı sxemdə əks olunmuşdur(şəkil 3.3.) [35].

Sənaye istehsalının həcmi qondarma Dağlıq Qarabağın regionları arasındada müxtəlif cür bölünmüşdür. Dağlıq Qarabağ Muxtar Respublikasının statistika komitəsinin 2016-cı ildəki göstəricilərinə əsasən sənaye istehsalının həcminin regionlar üzrə faiz göstəriciləri aşağıdakı diaqramda əks olunmuşdur( Şəkil 3.4.) [35].


Mənbə:[35]

Şəkil 3.3. Qondarma Dağlıq Qarabağ Respublikasında 2016-cı ildə sənaye

sahələrinin həcmi (%-lə).



Mənbə: [35]

Şəkil 3.4. Qondarma Dağlıq Qarabağ Respublikasında 2016-cı ildə sənaye

istehsalının regionlar üzrə həcmi (%-lə)

Həmçinin, Qarabağa xarici ölkələrdən də yardımlar edilirdi ki, bunlardan başlıcası ABŞ-dır. Belə ki, 1998-2006-cı illərdə ABŞ konqresi tərəfindən qondarma Dağlıq Qarabağa 3 mln ABŞ dolları həcmində humanitar yardım edilmişdir. 2007-2008-ci illərdə isə bu miqdar artaraq 5 mln ABŞ dolları, 2009-cu ildə 8 mln ABŞ dolları olmuşdur. Ancaq bununla yanaşı Qarabağda yalnız 2008-ci ildə 64 xeyriyyə proqramı reallaşdırılmışdır ki, bu proqramlarında birlikdə dəyəri 13 mln ABŞ dolları olmuşdur.

Qondarma Dağlıq Qarabağ üçün ayrılan investisiyalar isə əsasən erməni diasporunun üzvləri tərəfindən təyin olunur və bu investisiyalar əsasən regionun iqtisadi cəhətdən inkişafına yönəldilir - SES-lərə, üzümçülük, kənd təsərrüfatı məhsullarının istehsalına, turizm və informasiya texnologiyalarının inkişaf etdirilməsinə ayrılır. Ümumilikdə müxtəlif sahələri əhatə etməklə region iqtisadiyyatına 100 mln ABŞ dolları dəyərində investisiya qoyulmuşdur. Onu da qeyd etmək lazımdır ki, eyni bank və gömrük sistemi, pul vahidi fəaliyyət göstərən Dağlıq Qarabağdan idxal və ixrac olunan məhsulların dəyəri birbaşa xəzinəyə daxil olmur.

Aqrar sektora nəzər saldıqda, yuxarıda da qeyd etdiyim kimi 2016-cı ildə aqrar sektor ÜDM-in 29.8%-ni təşkil etmişdir. Ümumiyyətlə, kənd təsərrüfatı tarixən işğal edilmiş rayonların inkişaf etmiş iqtisadi fəaliyyət sahəsi olmuşdur. İşğaldan sonrakı illərdə- 1998-1999-cu illərdə işğal olunmuş ərazilərin torpağı kəndlilər arasında bölüşdürüldü və adambaşına 0.6 ha torpaq sahəsi ayrıldı. Onu da qeyd edim ki, kəndlilər aqrar sektorda torpaq vergisi istisna olmaqla digər vergilərdən azaddırlar.

Qondarma Dağlıq Qarabağda kənd təsərrüfatına yararlı ərazilərin 22.6 %-i əkin sahələri, 1.35 %-i çoxillik bitkilər, 6.2 %-i dincə qoyulmuş torpaqlar, 64.5 %-i örüşlər, 5.4 %-i isə digər təyinatlı torpaqlardır. Qeyd etmək lazımdır ki, qondarma Dağlıq Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün plan hazırlanmış və regionda buğda istehsalının həcmini artırılması məqsəd olaraq götürülmüşdür. Nəticə etibarı ilə, 2016-cı ildə ümumi əkinə yararlı torpaq sahələrinin 91%-də taxıl bitkiləri, 2.7 %-də texniki bitkilər, 0.9%-də katof, 1.4%-də tərəvəz bitkiləri, 0.4%-də qarpız və 3.3%-də yem bitkiləri əkilmişdir. Bundan başqa araq və şərab istehsalına da üstünlük verilir. Buğda və meyvələrdən araq, tut, ərik, üzümdən isə çaxır, şərab və konyak hazırlanır. Ən böyük müəssisəsi isə “Qarabağ Gold” QSC-dir. Ümumiyyətlə, burada istehsal olunan məhsulun 15%-i yerli əhali tərəfindən istehlak olunur, 85%-i isə xarici ölkələrə- Rusiya, Ukrayna, ABŞ, Ermənistan və s. ölkələrə ixrac edilir.

Qondarma Dağlıq Qarabağda sənayenin inkişaf etmiş sahələrindən biri də dağ-mədən sənayesidir. Dissertasiya işimin əvvəlki fəsillərində qeyd etdiyim kimi işğal olunmuş Azərbaycan Respublikası ərazilərində 5 qızıl yatağı, 12 əlvan və bəzək daşı, 97 inşaat materialı yataqları və s. mövcuddur. Hal-hazırda regionda bu təbii ehtiyatların hasilatı həyata keçirilir. Belə ki, 2016-cı ildə dağ-mədən sənayesində istehsalın həcmi 294.1 mln manat təşkil etmişdir ki, bunun da 290.1 mln manatı metal filizlərinin hasilatının payına düşür [35].

Ümumiyyətlə, qondarma Dağlıq Qarabağda filiz faydalı qazıntıların hasilatı ilə 2002-ci ildə yaradılmış “Base Metals QSC” məşğul olur. Şirkət qızıl eyni zamanda digər filizlərin hasilatı və emalı məqsədilə yaradılmışdır. Plana görə ildə 150 min ton polimetalın hasilatı həyata keçirilməli idi, ancaq şirkət son 4 ildə plandan 320 min ton artıq filiz hasil etmişdir. Hasil olunan filiz saflaşdırılaraq qızıl alınır və avropa bazarlarına satılır. Şirkət 3 əsas qızıl yatağının- Qızılbulaq, Vejnəli və Söyüdlü istismarını həyata keçirir.

Qondarma Dağlıq Qarabağın energetika sənayesinə gəldikdə, regionun əsas enerji mənbəyi Sərsəng SES-dir. 2001-ci ilə qədər Respublika elektrik ehtiyacının 60%-ni Ermənistandan idxal edirdisə, sonrakı illərdə yaradılmış kiçik ölçülü SES-lərin qurulması nəticəsində enerji istehsalını qismən idxaldan az asılı hala salmışdır. Ümumiyyətlə qondarma Qarabağ Respublikasının enerji təminatını Artsakh SES ASC həyata keçirir. Şirkətin tərkibinə 6 SES daxildir, ümumi istehsal gücü 71.7 MVt təşkil edir (Şəkil 3.5)[42].

Mənbə: [42]

Şəkil 3.5. Qondarma Dağlıq Qarabağ Respublikasında fəaliyyət göstərən SES-lərin istehsal gücü, MVt-lə

Region iqtisadiyyatı üçün digər bir səmərəli sahə turizm sektorudur. İşğal edilmiş ərazilərimizin zəngin turizm-rekreasiya ehtiyatlarına, təbiət abidələrinə, meşə ehtiyatlarına sahib olması bu sektorun inkişafına güclü zəmin yaradır. Bu səbəbdən 2007-ci ildə turizm sənayesinə 655 min ABŞ dolları, 2008-ci ildə 2.86 mln ABŞ dolları vəsait ayrılmışdır.

Erməni diasporası İsveçrənin “Sirkap Armeniya” şirkətinin köməyindən istifadə edərək Qarabağ regionunda 1.5 mln ABŞ dolları dəyərində otel və mehmanxana tikdirmişdir. Təkcə Xankəndində 10 mehmanxana, ümumilikdə Qarabağda 20-dən çox otel fəaliyyət göstərməkdədir. Regionda müxtəlif turizm şirkətləri – “Asapar”, “Stepanakertur”, “Artsax travel” mövcuddur [34]. Gələn turistlərin əksəriyyəti ABŞ, Yaponiya, Kanada, Fransa, Almaniya vətəndaşlarıdır.

Beləliklə, yuxarıda qeyd etdiklərimizdən, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində ermənilərin qanunsuz fəaliyyəti haqqında müəyyən bir fikir formalaşdı. Ancaq ən əsas məsələ budur ki, ermənilərin qanunsuz fəaliyyətinin nə qədər müddət daha davam edəcəyidir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə