İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»



Yüklə 1,63 Mb.
səhifə2/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   2   3   4   5   6   7   8   9   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

РЕЗЮМЕ

SUMMARY

GİRİŞ

Mövzunun aktuallığı. İki əsrə yaxın bir müddətə havadarlarının yaxından köməyi ilə erməni millətçiləri Qərbi Azərbaycanın doğma yurdlarından xalqımızı qovmuş və nəhayət Qarabağ torpaqlarına da təcavüz edərək işğal altına almışlar. Bütün işğal nəticəsində böyük qaçqın-köçkün kütlələri yarananda, xalqımızın soyqırımını həyata keçirdilər, iqtisadi və sosial sahələr dağıldı. Azərbaycan ərazilərinin erməni qoşunları tərəfindən işğalı, ölkəmizin təbii ehtiyatlarına, eləcədə əsas xammal bazasına böyük zərər vurdu. Beynəlxalq qaydalarla bu zərərlərin qiymətləndirilməsi və təcavüzkara qarşı iddialar qaldırılması məsələ ilə bağlı əsaslı tədiqatlar aparılmasını aktuallaşdırır.

Dəyən zərərlərin və itkilərin müəyyən edilməsi ilkin illərdə əhəmiyyətli hesab edilsə də, əsasən təsviri xarakter daşıyırdı və bu istiqamətdə bir çox müəlliflər tərəfindən kitablar, məqalələr və s. nəşr edildi ki, onların arasında coğrafiyaşünaslar da olmuşdur. Bu müəlliflərdən ilkin olaraq Əsgər Əyyubovu, Cəlal Əliyevi, Tapdıq Həsənovu və d. göstərmək olar. Adları çəkilən müəlliflərin əsərləri işğal olunmuş ərazilərin təbiəti, təbii ehtiyatları, əhalisi, təsərrüfatına və s. dəyən zərərlərin təsvirinə həsr olunmuşdur.

İşğal nəticəsində dəyən zərərlər haqqında əsaslı tədqiqat aparmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51 saylı sərəncamı ilə İşçi Qrup yaradıld və bu qrup beynəlxalq qaydalar üzrə geniş əhatəli tədqiqat işləri aparılmışdır.

Bizim təqdim etdiyimiz magistr dissertasiyası aparılmışgeniş əhatəli tədqiqatların bir coğrafi aspektinə- işğal olunmuş ərazilərin təbii şəraiti, təbii ehtiyatları və ekologiyasına dəyən zərərlərə həsr olunub.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə