İxtisasın şifri və adı : 060506 Coğrafiya İxtisaslaşmanın adı : İqtisadi və sosial coğrafiya «İqtisadi və sosial coğrafiya»



Yüklə 1,63 Mb.
səhifə11/21
tarix14.02.2022
ölçüsü1,63 Mb.
#83734
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Azerbaijani territory occupied by Armeni-56806476

Cədvəl 2.2.

İşğal edilmiş ərazilərin təbii ehtiyat növləri üzrə ehtiyatın ümumi həcmi [5]



Sıra



Təbii ehtiyatın növü

Təbii ehtiyatın

ölçü vahidi



Təbii ehtiyatın

ümumi həcmi



1.

Filiz faydalı qazıntılar (qızıl, gümüş, civə, mis, sink,

qurğuşun, molibden, sürmə,

selen, tellur, kadmium)


Ton

2414.67 min

2.

Qeyri-filiz faydalı qazıntılar

(daş kömür, gəc,vermikulit,

soda xammalı, serpentinit)


Ton

173.2 mln

3.

Əlvan və bəzək daşları

(obsidian, oniks, nefritoid, listvenit, jaedit, yəşəm, dekorativ felzit)



ton, m3(listvenit)

8.5 min,

1.1 min (m3)



4.

İnşaat materialları (mişar daşı, üzlük daşı, tikinti daşları,

sement xammalı, əhəng xammalı, qum-çınqıl, perlit-pemza, gil)



m3, ton(əhəng, sement)



543.2 mln,

318.4 (ton)



5.

Meşə ehtiyatları

Ha

262535

6.

Yeraltı şirin və mineral sular

m3/gün


442.2

Ermənistan tərəfindan işğal olunmuş ərazilərinin təbii ehtiyatları Azərbaycan iqtisadiyyatının xammal bazasına vurulmuş böyük zərərdir. Elə Ermənistanın bu ərazilərə göz dikməsinin səbəbi də bu ərazilərin zəngin təbii ehtiyatlarla zəngin olmasıdır.

Əgər işğaldan sonrakı müddətdə, daha dəqiq 90-cı illərin sonuna qədər olan müddətdə ermənilər həmin ərazilərdəki əhalinin mülkləri, evləri və s. maddi sərvətlərini talan etməklə dolanırdılarsa, daha sonrakı mərhələdə artıq təbii ehtiyatların istismarı ilə məşğul olmağa başladılar. Bu ehtiyatlardan isə başlıcası filiz ehtiyatlarıdır ki, Qarabağ filiz rayonu qızıl filizlərinin yayılmasına görə Kiçik Qafqazın metallogenik əhalətinin ən perspektivli hissəsidir.

İşğal edilən ərazilərin təbi sərvətlərinin istismar edilməsi Ermənistanın iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Ümumiyyətlə, istismar edilən, cəmi ehtiyatı 150 tona yaxın olan Vejnəli, Qızılbulaq və Söyüdlü(Zod) qızıl yataqlarının, həmçinin bu yataqlarla yanaşı Mehmana polimetal və Dəmirli mis-molibden yataqlarında mövcud olan 37.3 min ton qurğuşun, 40.4 min ton sink, 29.2 ton gümüş, 211.2 ton cadmium, 435.6 min ton mis, 18.5 min ton molibden və s. ehtiyatı, bunlardan başqa bəzək və tikinti daşları, meşə ehtiyatları, yeraltı şirin və mineral su ehtiyatlarının istismarı nəticəsində vurulan zərər ölkəmiz üçün böyük məbləğdir. Bu zərərlərə bu yataqların axtarışı, qiymətləndirilməsi, kəşfiyyatı üzrə çəkilən xərclər də aiddir. 1956-1994-cu illər arasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatına cəmi 5110.8 mln manat xərc çəkilmişdir [5].

Ümumiyyətlə işğal nəticəsində təbii ehtiyatlardan məhrum olunma səbəbindən ölkə iqtisadiyyatına, həmçinin işğal olunmuş ərazilərin ətraf mühit və ekologiyasına vurulan cəmi zərərləri hesablamaq üçün əvvəlcə təbii ehtiyat növləri üzrə ayrı-ayrılıqda dəyən zərərləri müəyyənləşdirmək lazımdır.

Bütövlükdə qondarma Dağlıq Qarabağ Respublikasının sənayesində hasilat sənayesi böyük yer tutur. Ölkədə faydalı qazıntıların hasilatını “Vallex Group” şirkətlər qrupu tərkibində fəaliyyət göstərən “Base Metals QSC” həyata keçirir.

Ayrı-ayrı təbii ehtiyat növləri üzrə faydalı qazıntı yataqlarının istismarı nəticəsində xalis dəyəri və nəticədə ortaya çıxan itkilər aşağıdakı cədvəldə əks olunmuşdur(Cədvəl 2.3 ).

Faydalı qazıntı yataqlarının geoloji kəşfiyyat çəkilən xərclərin 5110.8 mln manat olduğunu nəzərə alsaq, bu zaman faydalı qazıntı yataqları üzrə dəymiş yekun zərər 82006.8 mln manat təşkil edər.

İşğal prosesinin böyük zərər vurduğu təbii resurslardan biri də meşə ehtiyatlarıdır. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin 03 oktyabr 2005-ci il tarixində verdiyi məlumatlara əsasən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə mövcud olan faktiki meşələrin sahəsi 247352 ha təşkil edir. Bu isə bütövlükdə Ermənistan meşələrindən 55% çoxdur. Bu fakt isə Ermənistan tərəfinin işğal olunmuş ərazilərin meşə ehtiyatlarını talan etməsi üçün yetərli bir göstəricidir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə