İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   2   3   4   5   6   7   8   9   10   ...   15

www.muselmanlar.com

 

 



25 

 

Bu  səbəbdən  dörd  böyük  fiqh  məzhəbinin  müctehid  alimləri 



yuxarıda izah olunduğu kimi bir fikirdədirlər. Düzgün olan da 

budur.  Hərçənd  öz-özünə  baş  verən  və  problem  yaratmayan 

bəzi imkanlardan istifadənin mümkünlüyü də bir faktdır. 

Qadının kişini görməyi 

Kişi  almaq  istədiyi  qadını  görə  bildiyi  kimi,  qadın  da  ərə 

gedəcəyi  kişini  görə  bilər.  Eyni  zamanda  qadının  görmə 

sərhədləri  daha  genişdir.  Məlumdur  ki,  kişinin  övrəti  yad 

qadınlara  qarşı  örtməli  olduğu  yerlər  –  göbəklə  dizlərinin 

arasıdır.  Buna  görə  də  qadın  onu  istəyən  kişinin  övrət  yerləri 

istisna  olmaqla,  bədəninə  baxa  bilər.  Qadın  bu  haqqından 

istifadə  etməlidir.  Ona  görə  istifadə  etməlidir  ki,  öz  istəyi  ilə 

bir  qərara  gələ  bilsin.  Çünki  istər  qız,  istərsə  də  dul  olsun, 

qadını sadəcə olaraq özünün məqbul hesab etdiyi bir kişiyə ərə 

vermək olar. Valideynlər ərgən qız uşağını da, dul qızlarını da 

istəmədiyi bir kəbinə məcbur edə bilməzlər. 

İndi  isə  gəlin,  izah  etdiyimiz  bu  məsələni  həzrəti 

Muhəmmədin  (əs)  şifahi  və  praktikaya  əsaslanan  sünnəsi  ilə 

sübuta yetirək. 

Qadını özü razılıq vermədən ərə vermək olmaz 

Muhəmməd peyğəmbər (Allah onun şanını ucaltsın və ona 

sadiq olanları artırsın) belə buyurmuşdur: 

“Dul  qadını  özünün  razılığı  olmadan  ərə  vermək  olmaz  (Çünki 

dul  qadın  özü  haqqında  valideynindən  daha  çox  səlahiyyətə 

malikdir). 

www.muselmanlar.com

 

 



26 

 

Bakirə qız da özündən razılıq almamış ərə verilə bilməz.”



27

 

Əshabələr:  “Ey  Allahın  elçisi!  Bakirə  qızın  razılığı  necə 



olur?”, - deyə, soruşdular. 

Peyğəmbərin (əs) cavabı belə oldu: 

-  (Utandığı  üçün  açıq-aydın  bir  fikir  bildirməsə)  onun 

susmağı razılıq vermək mənası daşıyır.

28

 

Beləliklə, İslama əsasən istər qız, istərsə də dul qadın olsun, 



heç bir qadını istəmədiyi bir evliliyə məcbur etmək olmaz. 

Peyğəmbərimiz  (əs)  bu  məsələdə  şifahi  xəbərdarlıqla 

kifayətlənmir, təcrübəyə əsaslanan misallar da verirdi. Belə ki, 

o,  qohum-əqrəba  və  yaxın  dostlarının  ailələrindən  olan  qadınlardan 

birini ərə verdiyi vaxt onun yanına gedir və belə deyirdi: 

-  Qızım!  Filan  adam  səninlə  evlənmək  istəyir.  Əgər  onu 

istəmirsənsə, “yox” de. Çünki heç kəs “yox” deməyə çəkinməz. Əgər 

istəyirsənsə,  susmağın  (bir  söz  deməməyin)  da  (o  adamı  ər  kimi) 

istədiyini göstərir. 

Həzrəti Muhəmməd (əs) öz qızı həzrəti Fatimənin razılığını 

da bu yolla alıb həzrəti Əliyə ərə vermişdi.

29

 



Burada bir məsələ də var. Belə ki, ərgən qız uşağı və ya dul 

qadını  istəmədiyi  adama  ərə  verilə  bilməmək  onların  öz 

istəklərinin təsdiq olunmağını da lazım bilmir. Çünki valideyn 

kürəkən  namizədinin  iman  və  əxlaqi  xüsusiyyətlərinə  fikir 

verməli,  fiziki  seçimi  isə  tamamilə  ərə  gedəsi  qadına  həvalə 

etməlidir. 

                                                 

27

 Bir yerdən hoppanmaq, tullanmaq və aybaşı səbəblərindən bakirəliyini itirən qadın 



bakirə hökmündədir. Baxın: Cövhərətu-n-neyyirə, 2/9. 

28

 Sünəni Nəsai, 6/85. 



29

 Ləvamiu-l-uqul, 5/442; Məcməu-z-zəvaid, 4/278; İbn Səd, ət-Təbaqatu-l-kübra, 8/20. 




www.muselmanlar.com

 

 



27 

 

Qadının istədiyi namizəd qəbul olunmalıdır 



İman  və  əxlaq  baxımından  eyni  səviyyədə  olan 

namizədlərin arasında kasıb olsa belə, qadının üstünlük verib 

seçdiyi  tərəf  qəbul  olunmalıdır.  Aşağıdakı  hədis  də  bunu 

bildirir: 

Cabir ibn Abdulla (ra) nəql edir: 

Bir nəfər Allahın rəsulunun yanına gəlib soruşdu: 

- Ya rəsulallah! Bizim yetim bir qızımız var. Onu biri varlı-

hallı,  digəri  kasıb  olmaqla  2  nəfər  almaq  istəyir.  Biz  imkanlı 

olana  vermək  istəyirik.  Özü  isə  kasıba  üstünlük  verir.  Bu 

məsələyə siz necə baxırsınız? 

Peyğəmbər bu suala belə cavab verdi: 

“Bir-birini  sevənlər  üçün  evlənməkdən  daha  münasib  (bir  şey) 

olmayıb.”

30

 



İslam  alimlərinin  böyük  əksəriyyəti  belə  hesab  edir  ki, 

istəmədiyi  halda  ərə  verilən  dul  qadın  kimi,  həddi-büluğa 

çatmış  bakirə  qız  da  kəbini  poza  bilər.

31

 Çünki  bu,  Allahın 



rəsulunun  (əs)  əməli  ilə  aydınlıq  və  qətiyyət  kəsb  edən  bir 

məsələdir. 

Təzyiq göstərməklə kəsilən kəbin etibarsızdır 

Mühüm olduğu üçün burada olmuş əhvalatları əhatə edən 

2 hədisi qeyd etmək istəyirik: 

     


 

 :

   



   

  

                                                 



30

 Müntəxəbu kənzi-l-ummal, 6/391-392; İbn Macə, hədis nömrəsi 1847. 

31

 Tirmizi, Nikah, 17, hədis nömrəsi 1107. 



www.muselmanlar.com

 

 



28 

 

   



     

 

 



Xizam  adlı  bir  şəxs  öz  dul  qızı  Xənsa  əl-Ənsariyyəni  ərə 

vermişdi. Qızı bu evliliyi istəmirdi və Allahın elçisinin yanına 

gəlib  bunu  ona  bildirdi.  Peyğəmbər  də  qızın  atasının  kəsdirdiyi 

kəbini ləğv etdi.

32

 

Həzrəti  Aişənin  (ra)  nəql  etdiyinə  görə  cavan  bir  qız  onun 



yanına yanına gəlib belə dedi: 

-  Atam  məni  qardaşı  oğlu  ilə  evləndirdi  ki,  mənim 

vasitəmlə öz dəyərsiz şəxsiyyətini ucaltsın. 

Ayşə  qıza:  “Allahın  elçisi  gələnə  qədər  otur  (gəldiyi  vaxt 

şikayətini  birbaşa  ona  deyərsən)”, -  dedi. Peyğəmbər  gəldi və 

qız vəziyyəti ona bildirdi. 

Həzrəti  peyğəmbər  dərhal  xəbər  yollayıb  qızın  atasını  öz  yanına 

çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi. 

 Bunun üstündən qız belə dedi: 

   


 

       


     

 

   



 

 

  



-  Ey  Allahın  elçisi,  əslində  mən  atamın  gördüyü  işə  icazə 

vermişdim. Lakin bu məsələdə qadınların bir hüququ olub-olmadığını 

öyrənmək  istəyirdim  (Ona  görə  sizə  müraciət  etdim  ki,  bu 

məsələdə  qəti  bir  göstəriş  verəsiniz.  Beləcə,  atalar  bu  səhvi 

davam etdirməsinlər).”

33

 



                                                 

32

 Buxari, Nikah, 42. 



33

 Sünəni Nəsai, Nikah, 6/86. 




Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə