İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   2   3   4   5   6   7   8   9   ...   15

www.muselmanlar.com

 

 



 

insanları  fiziki  və  psixi-mənəvi  doyuma  aparan  meyarları 



müəyyən  etmiş  və  onların  qarşısında  lazımi  öhdəlikləri 

qoymuşdur.  Həmin  meyar  və  öhdəlikləri  aşağıdakı  şəkildə 

izah etmək mümkündür:

 

Meyarlar-Öhdəliklər 



A)  Evlənməzdən  qabaq  yerinə  yetirilməli  və  evlilik  həyatında 

davam  etdirilməli  olan  (seksual  baxımdan  xoşbəxtliyə  dair) 

öhdəliklər: 

- İmanlı olmaq və ibadət etmək; 

- Ailə quracağı qadın və kişini görmək; 

- Kişi və qadın sünnət olmaq; 

- Bığ və saqqal saxlamaq; 

- Özünü kənar təsirlərdən qorumaq; 

- Cinsi həyatın məhrəmiyyət və sirlərini saxlamaq; 

- Bədəni, eləcə də dişləri təmiz saxlamaq; 

- Bəzənmək və özünə ətir vurmaq. 

B) Cinsi əlaqədən əvvəl və cinsi əlaqə vaxtı yerinə yetirilməli olan 

öhdəliklər: 

- Bismillah demək; 

- Şeytandan Allaha pənah aparmaq; 

- Sevişmək; 

-  Hamiləlik  vaxtı  və  xəstəlik  kimi  xüsusi  hallarda  elm  və 

təcrübədən irəli gələn məsələlərə hörmətlə yanaşmaq; 

www.muselmanlar.com

 

 



10 

 

-  Evlilik  daxilində  uzaq  durulmalı  olan  hərəkətlərdən 



çəkinmək.  Özünü  evlilik  həyatındakı  seksual  məzmunlu 

haramlardan qorumaq. 

 Qeyd  etmək  lazımdır  ki,  “özünü  evlilik  həyatındakı  seksual 

məzmunlu haramlardan qorumaq” öhdəliyi barədə ayrı bir fəsildə 

ətraflı  məlumat  verəcəyik.  Odur  ki,  gəlin,  insanı  seksual 

cəhətdən xoşbəxtliyə aparan öhdəlikləri bir-bir izah edək. 

Seksual  cəhətdən  xoşbəxtlik  üçün  yerinə 

yetirilməli olan öhdəliklər - 1 

İmanlı olmaq və ibadətləri yerinə yetirmək

 

“Kişi  və  ya  qadın...  İmanlı  olaraq  gözəl  əməllər  edənlərə 



əlbəttə ki, gözəl bir həyat yaşadacağıq.” (Nəhl, 16/97) 

Ailə  daxilindəki  cinsi  həyatda  fiziki  və  mənəvi  doyuma 

çatmaq  üçün  görülməli  olan  birinci  iş  İslam  imanı  və  xüsusi 

ibadətlərlə  güclənmək,  seksual  məzmunlu  haramlardan 

qorunub qüvvələnməkdir. 

Allaha,  eləcə  də,  məxluqatı  əhatə  edən  tale-qəza-qədər 

proqramına,  Axirət  gününə,  Cənnət  və  Cəhənnəmə  iman 

gətirən  insan  həyatı  özü  üçün  bir  növ  əsaslandırılmış  hala 

gətirir.  Bu  səbəbdən  də  ruhi-mənəvi  sabitlik  qazanır.  Maddi 

mənada  gələcək  dərdi  çəkməkdən  və  qayğılardan  da  xilas 

olur.  Namaz,  oruc,  zəkat,  dua  və  zikr  kimi  ibadətlərini 

müntəzəm  surətdə  yerinə  yetirən  mömin  də  belədir.  O  da 

daxili  dünyasını  təmizləyib  işıqlandırır.  Beləliklə  də,  həyatını 

bu nizam-intizam daxilində öz yoluna qoyur. 

Belə bir mömin gözünü şəhvətli baxışlardan və nəfsini zina 

və  oxşar  günahlardan qorusa, eyni  zamanda  spirtli  içkilərdən 




www.muselmanlar.com

 

 



11 

 

uzaq  durub  halal  qazancla  alınan  halal  şeylərdən  yeyib-içsə, 



seksual güc-qüvvəsi artır və həyəcanı çoxalır. 

Belə  bir  mömin  insan  xüsusən  seksual  məzmunlu  dini 

təlim-tərbiyə  alaraq  halal  cinsi  həyatın  ibadət  həyatının  bir 

hissəsi olduğunu bilirsə, öz şəhvani istəklərinə ülvi bir sevinc 

hissi əlavə olunur. Nəticədə o, şəhvani həyəcan baxımından ən 

yüksək səviyyəyə çatır.

8

 

Əgər belə bir insan seksual doyuma çata bilmirsə, kim çata 



bilər? 

Elə  isə  görülməli  olan  birinci  iş  Quran  və  Sünnənin  insanı 

olmaqdır.  Başqa  cür  desək,  imanlı,  ibadət  edən  və  tövbəli  bir 

bəndə olmaq. 

Seksual  cəhətdən  xoşbəxtlik  üçün  yerinə 

yetirilməli olan öhdəliklər - 2

 

Evləniləsi qadın və kişini görmək



 

“Sizə halal edilən-xoşunuza gələn qadınlarla evlənin.”

9

 

Ailə həyatında seksual cəhətdən doyuma çatan xoşbəxt bir 



ər-arvad  olmağın  əsas  şərtlərindən  biri  də  şübhəsiz  ki,  intim 

münasibətlərin müntəzəm və münasib olmağıdır. 

İnsanı  fiziki  və  mənəvi  cəhətdən  rahatlığa  çatdıran  nizam-

intizamlı bir cinsi həyat yaşamaq ər-arvadın bir-birini sevməyi, 

bunun üçün də görüb arzulayaraq evlənməklərindən asılıdır.

10

 



                                                 

8

 Quranda deyilir ki, günahlarından tövbə edib imanlı və ibadət edən bir bəndə olmaq 



yoluna  daxil  olanların  güc-qüvvəsi    (hansı  növün  nəzərdə  tutulduğu  izah  edilmir) 

artırılır. Yəni, onlara belə bir müjdə verilir. Bu da bizim şərhimizin düzgün olduğunu 

göstərir (Baxın: Hud, 11/52; Nuh, 71/10-12). 

9

 Nisa surəsinin 3-cü ayəsindəki “tabə (



)” felinin mənası üçün Rağib əl-İsfəhaninin 

Müfrədat


 adlı əsərinə baxmaq olar. 

www.muselmanlar.com

 

 

12 



 

İstisnaları  olmaq  şərti  ilə  demək  olar  ki,  bir  qayda  kimi 

ancaq  sevib  evlənən  cütlər  xoşbəxt  bir  ailə  qura  bilirlər. 

Allahın elçisi (əs) bununla əlaqədar olara belə demişdir: 

   

   


  

“Bir-birini sevənlər üçün evlənmək kimi (bir əməl) görülməyib.”

11

 

Bu hədisi belə də başa düşə bilərik: “Evlilik ancaq bir-birini 



sevə bilənlər üçün məsləhət bilinən bir yoldur.” 

Həyat yoldaşı namizədləri görülməlidir

 

Ruhi  və  cinsi  cəhətdən  müvafiq  bir  cütlük  formalaşdıra 



bilmək  üçün  bir-birini  görmək  lazımdır.  Buna  görə  də  İslam 

dini  kişinin  qadını,  qadının  da  kişini  görüb  nəzərdən 

keçirməyini təkidlə məsləhət görmüşdür. 

Bu  səbəbdən  də  həyat  yoldaşı  namizədi  olan  qadını  bir 

məhrəminin yanında, yaxud da ictimai - hamı üçün açıq olan 

bir  yerdə  görmək  lazımdır.  Biz  burada  əsas  mövzumuz  olan 

seksuallıq  məsələsini  nəzərə  alaraq  təkcə  fiziki  xüsusiyyətlərə 

xüsusi diqqət yetirəcəyik.

 

Kişinin qadını görməyi 



Kişinin  alacağını  qadını  görməyini  məsləhət  görən  çoxlu 

peyğəmbər hədisi var. Gəlin, onlardan bəzilərinə nəzər salaq: 

                                                                                                        

10

 Mədəni səviyyə baxımından bərabərlik 



Şübhəsiz  ki,  evlənmək  istənən  qadın  və  kişini  görmək  lazımlı  olsa  da,  kifayət  deyil. 

Çünki  peyğəmbərimizin  (əs)  buyuruqlarına  əsasən  həyat  yoldaşı  namizədində 

axtarılmalı olan bəzi xüsusiyyətlər var: Dindarlıq, əxlaqlı olmaq və fərzi-eyn hökmlərə 

dair məlumatları da əhatə edən biliyə malik olmaq. Bunları isə görməklə deyil, alınan 

təhsil növünü  təhlil  etmək,  yaşayış  tərzinə  nəzər  salmaq  və  hər iki  tərəfin  tanış-bilişi 

ilə məsləhətləşməklə öyrənmək olur. 

11

 İbn Macə, Nikah, 1, hədis nömrəsi 1847. 




Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə