İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   2   3   4   5   6   7   8   9   ...   15

www.muselmanlar.com

 

 



21 

 

Nəticə  kimi  demək  olar  ki,  evlənməzdən  qabaq  kişi 



tərəfindən  görülüb  bilinməyən  mühüm  çatışmazlıqlar  kişi 

üçün  müntəzəm  bir  cinsi  əziyyətə,  hətta  maddi  zərərə  belə, 

səbəb kimi göstərilə bilməz.

21

 



bb)  Qadının  cinsiyyət  üzvündə  cinsi  həyata  başlamaq  və 

yaxud  onu  davam  etdirməyə  mane  olan  bir  qüsur  və  ya 

xəstəlik ola bilər. Təbii ki, bu hal kişi üçün də qüvvədədir. 

Bu  halda  kişi  qadını  boşamaq  yolunu  seçə  bilər.  Həmçinin 

ona  verdiyi  mehiri  tamamilə,  yaxud  da  qismən  qaytarıb  ala 

bilər.  Bunları  həyata  keçirmək  üçün  məhkəməyə  də  müraciət 

edə bilər. 

Qadın üçün də nikaha xitam vermək yolu açıqdır

 

Burada  qeyd  etmək  lazımdır  ki,  meydana  gəlmə  ehtimalı 



olan  bu  kimi  problemlərin  qarşısını  əvvəlcədən  almaq  İslami 

meyarlar daxilində də mümkündür. Belə ki, İslamdakı ictimai 

nizam-intizama  əsasən  səlahiyyət  verilən  qadınlar  nəzərdən 

keçirdikləri qız və qadınların (əgər varsa) nikaha xitam vermə 

səbəbi  olan  cinsi  qüsur  və  xəstəliklərini  müəyyən  edib  bu 

barədə məlumat verə bilərlər. 

cc)  Qadının  cinsi  cəhətdən  soyuq  (frigit)  olduğunu 

düşünmək də mümkündür. Elə isə seksual həyata mənfi təsir 

edən bu hal və ya ondan irəli gələn əzab-əziyyət necə aradan 

qaldırıla bilər? 

Burada əvvəlcə aşağıdakı məsələni izah etmək lazımdır: 

                                                 

21

 Bu  barədə  geniş  məlumat  üçün  “Evliliyə  xitam  verən  seksual  qüsur,  xəstəlik  və 



digər səbəblər” fəslinə baxın. 

www.muselmanlar.com

 

 

22 



 

Heç  bir  qadının  acmayacağını,  yaxud  da  ayaqyoluna 

getməyəcəyini güman etmək olmaz. Eynilə bunun kimi, aybaşı 

(heyz) olan bir qadının cinsi cəhətdən soyuq olduğunu güman 

etmək də olmaz. 

Qadın  seksual  cəhətdən  kişi  kimidir.  Sadəcə  olaraq  intim 

münasibətlərdə  passiv,  əlavə  olaraq,  utancaq  olduğuna  görə 

qadının  seksual  baxımdan  həssaslaşmaq  üçün  müəyyən  bir 

müddətə  ehtiyacı  ola  bilər.  Bu  da  öz  növbəsində  təbii  bir 

haldır. 


Əgər kişi sünnətlidirsə, bədən və dişlərinin təmiz olmağına 

fikir  verirsə,  eləcə  də,  sevişmədən  cinsi  əlaqəyə  başlamır  və 

arvadını  orqazma  çatdırmaq  məqsədi  güdürsə,  bunun 

müqabilində  qadın  da  qadın  olduğunu  bilərək  ərinə  qarşı 

qadın  paltarı  geyinib  makiaj  çəkməklə  qadın  kimi  hərəkət 

edirsə,  onun  cinsi  cəhətdən  soyuq  olmağı  qeyri-mümkün 

kimidir. 

Əslində  bu  məsələdə  təqsir  qadında  deyil;  izah  edilən  bu 

öhdəliklərin  İslami  bir  zərurət  olduğunu  dərk  edə  bilməyən 

insanlardadır. 

Qadın  toxunduğumuz  bütün  bu  hazırlayıcı  şərtlərə 

baxmayaraq  yenə soyuqdursa, deməli, kişi üçün boşama yolu 

açıqdır.  Əgər  kşinin  vicdanı  belə  bir  qadını  boşamağa  yol 

vermirsə,  bu  halda  məhdud  (sayda)  çoxarvadlılığa  üz  tuta 

bilər. Çünki bu, İslama əsasən müraciət edilə bilən hüquqi bir 

məsələdir. 

Əgər  bəzi  cəmiyyətlərdə:  “Birdən  artıq  və  dördə  qəqər 

qadınla evlənmək qadağandır”, - deyilsə, buna cavabımız belə 

olacaq: 



www.muselmanlar.com

 

 



23 

 

Biz  İslam  dinini  və  onun  cəmiyyətində  mümkün  olanları 



danışır, onlardan bəhs edirik. 

dd)  Qiyamət  gününədək  gələcək  milyardlarla  möminin 

arasında  həyat  yoldaşı  seçmək  məsələsində  olduqca  diqqətli 

kişilər  də  olacaq.  Bunu  da  təbii  qarşılamaq  lazımdır. 

Belələrinin təkcə üz və əllərini gördükləri qadınlarla evlənmək 

qərarına  gəlməkləri  həqiqətən  də,  çətindir.  Çətindir,  ancaq 

cahanşümul bir dinin qayda-qanunu azlıq təşkil edən bu kimi 

insanlar  üçün  qoyula  bilməzdi.  Necə  ki  qoyulmadı  da. 

Bununla  belə,  onların  məqbul  olan  müşkül  işlərini  aradan 

qaldıran “yumşaltmalar” aparıldı. 

Məsələni həll edən yumşaldıcı-asanlaşdırıcı prinsiplər 

a) Bunlardan biri bir qadının vasitəsilə evlənmək istənən qadının 

bədən  quruluşu  haqqında  məlumat  almaqdır.  Məlumat  almaq 

məqsədilə belə bir şeyə təşəbbüs etmək İslamda məqbul hesab olunur. 

Çünki Allahın rəsulu (əs) görmək üçün göndərdiyi Ümmü Süleymə: 

“O  qadının  bədənini  iylə  və  ayaqlarına  nəzər  sal”,  -  deyə,  tapşırıq 

vermiş,  bununla  da  araya  vasitəçi  qoymağın  mümkünlüyünə 

nümunə göstərmişdir.

22

 

Allahın  səlatu-salamı  onun  üzərinə  olsun,  o,  buna  icazə 



verən digər bir hədisində belə buyurmuşdur: 

 

       



   

 

 



 

  

   



 

  

                                                 



22

 Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502. 

www.muselmanlar.com

 

 



24 

 

“Sizin  aranızdan  bir  nəfər  bir  qadınla  evlənmək  istədiyi  vaxt 



onun  üzünün  gözəlliyi  barədə  soruşduğu  kimi,  saçını  da  soruşsun. 

Çünki saçlar iki gözəllikdən biridir.”

23

 

b)  Digər  bir  yumşaldıcı  prinsip  isə  Allahın  elçisinin  (əs)  bu 



hədisindən irəli gəlir: 

   


         

   


 

 

 



 

  

“Aranızdan  bir  nəfər  bir  qadınla  evlənmək  istədiyi  vaxt  onunla 



evlənməyinə səbəb ola biləcək xüsusiyyətlərinə baxa bilirsə, baxsın.”

24

 



Bu hədisi əsas götürüb həyat yoldaşı namizədi olan qadının 

hər  tərəfinə  baxmağın  mümkünlüyünə  dair  ictihadı  olan 

müctehidlər  və  əshabələrin  onların  bu  fikrini  qüvvətləndirən 

işləri  var.  Misal  üçün,  bu  hədisi  rəvayət  edən  Cabir  ibn 

Abdulla (ra) belə demişdir: 

“Mən  evlənmək  istədiyim  qızı  gizlincə  izlədim.  Onunla 

evlənməyimə  səbəb  olacaq  xüsusiyyətlərini  gördükdən  sonra 

evləndim.”

25

 

Lakin 



bu 

imkandan 

qadağan 

edilən 


ev-eşik 

toxunulmazlığını  pozmadan,  o  cümlədən  rentgençilik

26

 kimi 


bəd bir işə qurşanmadan  istifadə etmək çox da mümkün deyil. 

                                                 

23

 Müsnəd, eyni yerdə; əl-Camiu-s-səğir, 1/24; Feyzu-l-qədir, hədis nömrəsi 579. 



24

 Əbu Davud, Nikah, 19 (Avnu-l-məbud, 6/96). 

25

 Bu və digər misallar üçün baxın: Avnu-l-məbud, 6/97; İbn Macə, hədis nömrəsi 1864; 



Qurtubi, 14/222. 

26

 Müəllif bu məfhumu aşağıdakı kimi izah edir: 



Başqalarının  naməhrəm yerləri,  o  cümlədən  cinsiyyət  üzvləri və  cinsi  əlaqələrinə  tamaşa  edib 

seksual doyuma  çatmaq  cəhdi.

  Bu  barədə  kitabın  12-ci  fəslində  ətraflı  məlumat  verilir  - 

tərcüməçinin qeydi.

 



Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə