İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   2   3   4   5   6   7   8   9   ...   15

www.muselmanlar.com

 

 



 

Cinsi əlaqənin məqsədlərindən biri də seksual doyumdur 



Yuxarıda  deyilənlərə  əsasən  ər-arvad  cinsi  həyatın  bütün 

nemətlərindən  istifadə  etməli,  öz  əlaqələrini  onları  fiziki  və 

mənəvi  doyuma  çatdıran  qaydada  davam etdirməlidirlər.  Bu, 

Allahın  istədiyi  bir  şeydir.  Çünki  Uca  Allah  rəhmət 

(mərhəmət),  elm  və  qüdrətini  ifadə  edərək  ər-arvadı  bir-

birlərində  fiziki-seksual  və  mənəvi  rahatlıq  tapa  biləcəkləri 

şəkildə yaratmışdır. O, bunu belə izah edir: 

“Onlarla ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün öz 

cinsinizdən  zövcələr  yaratması,  aranıza  məvəddət  (seksual 

cazibə-əlaqə) və məhəbbət (rəhmət) salması Onun varlığının 

dəlillərindəndir.  Həqiqətən,  bunda  düşünən  bir  xalq  üçün 

ibrətamiz dərslər vardır.” (Rum, 30/21) 

Bu  ayədən  belə  başa  düşülür  ki,  Allah  ər-arvadın  arasında 

məvəddət və məhəbbət yaradıb. 

Təfsir  alimləri  belə  hesab  edirlər  ki,  “məvəddət”  hər  bir  an 

yaşana bilən cinsi əlaqə deməkdir. “Məhəbbət (rəhmət)” isə cinsi 

əlaqənin  xaricindəki  birgəliyi  təmin  edən  sevgi,  övlad  və  hər 

növ maraq və səbiri ifadə edir.

2

 

Beləliklə,  məlum  olur  ki,  cinsi  əlaqə  rahatlığın,  fiziki  və 



mənəvi doyumun 2 əsas mənbəyindən birini təşkil edir. Buna 

görə də cinsi əlaqəni bədən və ruhun doyuma çata biləcəyi bir 

şəraitdə həyata keçirmək lazımdır. Bir sözlə, evlilik həyatında 

cinsi əlaqə həm kişi, həm də qadını seksin ləzzət və həzlərinə 

aparıb  çatdırmalıdır.  İslama  əsasən  bunun  əksini  düşünmək 

qeyri-mümkündür. 

                                                 

2

 Baxın: Fəxrəddin ər-Razi, ət-Təfsiru-l-kəbir, Rum, 30/21 (25/100); Ruhu-l-bəyan təfsiri, 



Rum, 30/21 (7/19). 

www.muselmanlar.com

 

 



 

Yeri  gəlmişkən,  “Cənnətdə  cinsi  həyat”  fəslində  qeyd 

edəcəyimiz  bəzi  ayələrdən  də  məlum  olacaq  ki,  Quranın 

üslubuna əsasən cinsi həyat həzz həyatı deməkdir. 

Allahın elçisinin  (əs)  üslubu  da  Quranın  üslubuna  oxşayır. 

Yəni, peyğəmbərin (əs) hədislərindəki üslub cinsi əlaqəni onun 

məqsədləri  çərçivəsində  ifadə  edir.  Bu  həqiqəti  kitabımızda 

qeyd edilən və seksuallıqla əlaqədar olan hədislərdə, xüsusən 

də  cinsi  əlaqəni  :  “Cinsi  əlaqə  bal(cıq)dır”

3

,  -  formasında  təsvir 



edən  hədisdə  görmək  mümkündür.  Aşağıdakı  peyğəmbər 

hədisləri də birbaşa bu reallığı əks etdirir. 

Seksual doyumun məqsəd olduğunu bildirən hədislər 

Kəb ibn Malik (ra) nəql edir: 

Mən  hərbi  səfərlərin  birində  peyğəmbərin  yanında  idim. 

Bizə  düşərgə  salmağımız  üçün  əmr  verdi.  Həmin  gecənin 

səhəri  günü  sübh  tezdən  onun  başına  yığışdıq. Bizdən  bir-bir 

suallar soruşmağa başladı: 

-Filankəs! Sən evlənmisən? Ey filan adam, sən evlisən? 

Sonra üzünü mənə tutub soruşdu: 

-Ey Kəb! Bəs sən? Evlənmisən? 

Mən də cavab verib dedim ki, bəli, ya rəsulallah. 

-Bakirə qızla, yoxsa dul qadınla? 

Onun bu sualına cavab olaraq: “Dul qadınla”, - dedim. 

                                                 

3

 Müsnəd, 6/62. 




www.muselmanlar.com

 

 



 

-(Ey Kəb!) Gərək sənin onu, onun da səni öpüb oxşayacağı bakirə 



bir qızla evlənəydin!

4

 



Allahın elçisi (əs) cinsi doyumun məqsəd olduğunu bildirən 

bir hədisində belə deyir: 

   

 

 



 

 

  



   

 

 



 

  

“Bakirə qızlarla evlənin.



5

 Çünki onlar (cavan olduqlarına görə) 

daha  bərəkətlidirlər  (doğurqan).  Daha  şirin  dilli/dodaqlıdırlar. 

İstəklərində  aza  daha  çox  qənaətkardırlar.  Onların  cinsiyyət  üzvləri 

daha aktivdir.”

6

 



Seksual doyum baxımından bakirələrin üstünlüyü 

Yuxarıdakı  hədis  kitabımızın  əsas  mövzusu  ilə  sıx 

əlaqədardır. Biz də bunu nəzərə alıb bakirələr məsələsini təhlil 

                                                 

4

 Buxari, Nikah, 21. Səhihi Müslim tərcümə və şərhi, 7/413; Müsnəd, 3/74. 



5

 Bakirə olmağın əhəmiyyəti 

Bakirə  qızlarla  evlənməyi  məsləhət  bilən  tapşırıqlar  əvvəl  də  qeyd  etdiyimiz  kimi, 

xüsusi  olaraq  subay  kişilərlə  əlaqədardır.  Bakirəliyin  nə  üçün  lazımlı  olduğunu  da 

bununla əlaqədar hədislərə əsasən belə izah etmək olar: 

a) Mənəvi xüsusiyyətlərinə görə qadın bakirə olaraq ərə getdiyi kişiyə daha dərindən 

bağlana bilər. Ona təsir edən (keçmiş) xatirələri olmadığına görə ərinə daha qısa vaxt 

ərzində uyğunlaşa bilər. 

b)  Bakirə  qızın  ərinin  istəklərinə  cavab  verə  bilən  daha  cazibədar  bir  dişiliyi  olur. 

Əlavə olaraq, onun bu cəhəti ərinin zövqlərinə müvafiq formada inkişaf edir. 

c) Subay kişilər tərəfindən bakirə qızlara üstünlük verilməsi ictimai ədalət baxımından 

da  daha  münasib  bir  haldır.  Allahın  elçisi  bakirələrin  xüsusiyyətlərini  daşıdıqlarına 

görə müsəlman kişiləri cavan qadınlarla evlənməyə də istiqamətləndirmişdir. 

d)  Bakirəlik  üstünlük  verilən  bir  xüsusiyyətdir.  Biz  bunu  (Quran  ayələrinə  əsasən) 

Cənnətə  getməyə  layiq  olan  qadınlara  heç  bir  insan  və  cinin  toxunmadığından  və 

onlarla hər dəfə bakirə olduqları halda cinsi əlaqənin baş verəcəyindən də başa düşə 

bilərik. Baxın: Rəhman, 55/74; Vaqiə, 56/36; Feyzu-l-qədir, 4/350. 

6

 İbn Macə, 1861; Feyzu-l-qədir, 5507-5509; Min mirqati-l-məfatih, 3/407. 



www.muselmanlar.com

 

 



 

etmək,  o  cümlədən  bakirəlik  çərçivəsində  İslam  və  fitrətin 



arasındakı uyğunluğa da toxunmaq istəyirik. 

İslamın  qayda-qanunlarını  qoyan,  eləcə  də,  insanı  yaradan 

Allahdır.  Məhz  buna  görə  İslam  dini  və  korlanmamış 

insanların  (bəşəriyyətin)  təbii-fitri  meyllərinin  arasında  ahəng 

var.  İslam  dininin  yaradılışın  ecazkarlığının  sübutu  kimi 

qiymətləndirdiyi  bakirəlik  məsələsi  bəzi  dağıdıcı  ifadə  və 

cəhdlərə  baxmayaraq  müxtəlif  cəmiyyətlərdə  əhəmiyyət  kəsb 

edən  bir  məsələdir.  Deməli,  ona  verilən  qiymət  (üstünlük  və 

əhəmiyyət)  də  yuxarıda  toxunduğumuz  uyğunluğa  əyani  bir 

sübutdur.  Səhifənin  aşağı  hissəsində  qeyd  olunan  əhvalat  bir 

tərəfdən  əxlaqi  cəhətdən  tənəzzülü,  digər  tərəfdən  də 

sekulyar-dünyəvi  yaşayış  tərzi  keçirən  cəmiyyətlərdə  belə, 

bakirəliyin qiymətli bir şey olduğunu göstərir.

7

 



Evlilikdə seksual doyum məqsəddir 

Evlənməyin  əsas  məqsədlərindən  biri  seksual  ehtiyacları 

ödəyib  doyuma  çatmaqdır.  Buna  görə  də  cinsi  əlaqəni  bu 

məqsədi  reallaşdırmağa  əlverişli  olan  bir  şəraitdə  həyata 

keçirmək lazımdır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  hər  cinsi  əlaqə  (xüsusilə 

kişilərdə  boşalmanı  təmin  etsə  də)  seksual  doyumu  təmin 

etmir.  Seksual  doyum  elə  bir  şeydir  ki,  fiziki  və  psixoloji 

doyumu  da  tələb edir. Məhz  buna  görə  də  İslam  dini  seksual 

cəhətdən  xoşbəxt  olmağı  bir  məqsəd  kimi  qəbul  etmiş, 

                                                 

7

 Yeni Zellandiyalı qız 



Yeni Zellandiyada bir qız universitetdəki təhsil xərclərini çıxartmaq üçün bakirəliyini 

satışa qoydu. İnternet şəbəkəsinəə bununla əlaqədar bir elan verdi. Həmin elana 30000 

nəfər  baxdı.  1200  nəfər  hərracda  iştirak  etdi.  Qız  axırda  32000  dollarlıq  təklifi  qəbul 

etdi (MƏNBƏ: Hürriyət qəzeti, 03 fevral 2010-cu il, Türkiyə). 




Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə