İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

www.muselmanlar.com

 

 



29 

 

Qız,  yaxud  da  dul  qadın  bir  qərara  gəlmək  üçün  təbii  ki, 



onu istəyən kişini görməli, hal-əhvalını nəzərdən keçirməlidir. 

Əgər  istəsə  və  bunun  üçün  münasib  şərait  olsa,  göbəklə 

dizlərinin arası istisna olmaqla, bədəninə də baxa bilər. 

Bu halda kişidə qadının əleyhinə olan və zifaf gecəsində üzə 

çıxan  əsas  problem  cinsi  iqtidarsızlıq  ola  bilər.  Belə  bir  halla 

üzləşən  qadının  kəbini  məhkəmə  vasitəsilə  ləğv  etdirməyə 

haqqı var.

34

 



Gəlin, qadın və kişinin bir-birlərini görməli olduqlarına dair 

izahlarımızı digər bir vacib məsələyə toxunmaqla tamamlayaq: 

Tərəflər  bir-birlərinə  qarşı  yaş  və  təhsil  səviyyələrini 

gizlətməməlidirlər. 

Zahiri 

görünüşlərində 



aldadıcı 

hərəkətlərdən  də  uzaq  durmalıdırlar.  Peyğəmbərimiz  (əs) 

məhz  buna  görə:  “Bizi  aldadanlar  bizim  yolumuzda  deyillər”,  - 

demiş, beləcə o, misal üçün, saçlarını qara rənglə rənglətdirən 

kişilərə bu vəziyyəti evlənmək istədikləri qadınlara bildirməyi 

tapşırmışdır.

35

 

Vəlinin bu məsələdə tutmalı olduğu həssas mövqe 



Bəzi  İslam  alimləri  Quranın  Bəqərə  surəsinin  230  və  232-ci 

ayələrinə  əsasən  ərgən  bir  qız  uşağının,  xüsusən  də  dul 

qadının  vəlinin  (ata,  baba,  doğma  qardaş)  razılığını  almadan 

mehri-misil  verən  bir  nəfərlə  ailə  qurmağının  mümkün,  eləcə 

də,  bu  kəbinə  qanuni  cəhətdən  müdaxilə  etməyin  qeyri-

                                                 

34

 Quran  və  Sünnəyə  zidd  bir  formada  atasının  bakirə  qızı  öz  tayına  ərə  getməyə 



məcbur  edə  biləcəyini  irəli  sürən  və  çox  kiçik  bir  azlıq  təşkil  edən  alimlər  belə,  onu 

kişilikdən  məhrum  olan  bir  şəxsə  ərə  getməyə  məcbur  etməyin  qeyri-mümkün 

olduğunu bildirirlər. Baxın: Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə qamusu, 2/57. 

35

 Tirmizi, Büyu, 72; Feyzu-l-qədir, hədis nömrəsi 580. 



www.muselmanlar.com

 

 



30 

 

mümkün  olduğunu  bildiriblər.  Onların  bu  əhatəli  ictihadı 



bizim dövrümüzdə belə, diqqəti cəlb edir. 

Bu  da  var  ki,  nə  dərəcədə  hüquqi  səlahiyyət  olursa  olsun, 

bir çox qız uşağı öz başına bir qərara gələ bilməz. Buna görə də 

belə  bir  qərarı  vəlinin  razılığı  ilə  vermək  daha  düzgündür. 

“Nikah ancaq vəlinin razılığı və 2 şahidin şahidliyi ilə etibarlı olur” 

hədisini  də  bu  cür  başa  düşmək  lazımdır.

36

 Əlavə  olaraq, 



Quran da vəlini tərəflərdən biri kimi olmasa da, nəzarətçi kimi 

vacib hesab edir.

37

 

Əgər  ərgən  qız  bu  məsələdə  öz  səlahiyyətini  vəliyə  həvalə 



etsə,  vəli  qızı  istəyənin  əqidə,  əxlaq,  maddi  vəziyyət,  fiziki 

quruluş və yaşına baxmalıdır. Ancaq başda dindarlıq olmaqla, 

fiziki  quruluş  və  yaşı  ilk  planda  qiymətləndirməlidir.  Çünki 

ailə  həyatından  ötrü  intim  münasibətlərin  gözlənilən  nəticəni 

verməyi üçün fiziki quruluş və yaşın münasib olmağı lazımdır. 

Bu  məsələ  xüsusilə  qadın  üçün  əhəmiyyət  kəsb  edir.  Çünki 

onun üçün yeganə kişi əridir. 

Fiziki  xüsusiyyətlər  və  yaşın  əhəmiyyətini  nəzərə  alan 

peyğəmbər (əs) belə demişdir: 

“Qadınları istəmədikləri kişilərə verməyin.” 

“Öz  tayınız  olanlarla  evlənin.  Bir-birinin  tayı  olanları 

evləndirin.”

38

 

                                                 



36

 Kəşfu-l-xəfa, hədis nömrəsi 3092; Əbu Davud, Nikah, 20. 

İslamdan  əvvəl  -  Cahiliyyə  dövründə  öz  başına  verdiyi  qərara  əsasən  ərə  gedən 

qadınları zinakar kimi qiymətləndirirdilər. Allahın rəsulu vəlini kəbin işlərinin bir növ 

nəzarətçisi  edən  Qurana  əsasən  bu  faktı  da  nəzərə  almış,  beləcə,  vəlinin  razılığını 

məsləhət bilmişdir. 

37

 Bəqərə, 2/230, 232, 234. 



38

 Müntəxəbu kənzi-l-ummal, 6/394-395. 




www.muselmanlar.com

 

 



31 

 

Müsəlmanlara  xəlifəlik  etdiyi  dövrdə  həzrəti  Ömərin  (ra) 



yanına  ərə  verildiyi  qoca  ərini  öldürən  cavan  bir  qadını 

gətirdilər. O, baş vermiş əhvalata görə belə dedi: 

“Ay camaat! Allahdan qorxun! Kişi qadınlardan özünə tay olanı 

alsın. Qadın da kişilərdən öz tayına ərə getsin.”

39

 

Yuxarıda  izah  etməyə  çalışdığımız  fiziki  xüsusiyyətlər  və 



yaşın  münasibliyi  məsələsi  nikahda  nəzərə  alınmalı  olan  bir 

məsələdir. Bununla belə, bakirə qız və ya dul qadın təzyiq və 

təsir altında qalmadan – öz istəyi ilə dindar və eybəcər, yaxud 

da dindar və yaşlı bir kişini sevib ona üstünlük versə, onun bu 

seçiminə qarışmamaq lazımdır. 

Burada Allahın elçisinin  (əs) necə  yaşadığını  bilən  insanlar 

üçün  yada  salınmalı  olan  vacib  bir  məqam  var.  Bu,  onun 

təqribən 54 yaşında olduğu bir vaxtda 18 yaşında olan həzrəti 

Aişə (ra) ilə evlənməyidir. Görəsən, həmin nikahdakı yaş fərqi 

mənfi bir nümunə kimi qəbul oluna bilərmi? 

Əziz peyğəmbərimiz (əs) bir əsrin, bir millət və ya müəyyən 

bir ölkənin peyğəmbəri deyil. O, Qiyamət gününədək gələcək 

bütün 

dövrlərin, 



habelə 

bütün 


millət 

və 


ölkələrin 

peyğəmbəridir.  O,  təkcə  normal  şərait  üçün  deyil,  müstəsna 

şərtlər  və  mənfi  mühitlər  üçün  də  peyğəmbərdir.  Elə  bu 

səbəbdən də peyğəmbərimiz (əs) öz cavanlığında vaxtilə 2 əri 

olan və dul qalan uşaqlı bir qadınla – həzrəti Xədicə ilə evlənib 

28 il (Xədicənin ölümünə qədər) onunla ömür-gün sürmüşdür. 

Peyğəmbərimiz  (əs)  bununla  təkarvadlı  həyat  üçün  bir 

                                                 

39

 Eyni əsər, 6/396. 



Xoşbəxt  bir  ailə  həyatı  üçün  tay-bərabərlik  məsələsini  fiziki  quruluş  və  yaşın 

münasibliyi  baxımından  qiymətləndirmək  lazımdır.  Eynilə  bunun  kimi,  ictimai 

fəaliyyət və mədəni cəhətdən də qiymətləndirmək lazımdır. 

www.muselmanlar.com

 

 

32 



 

nümunə  olub.  Öz  ömrünün  müdriklik  dövründə  (54  yaşında) 

isə 18 yaşında olan həzrəti Aişə (ra) ilə ailə qurmuş və bununla 

cavan  bir  qadınla evlənməyə nümunə  olmuşdur.  Bəşəriyyətin 

bu kimi nümunələrə ehtiyacı var. 

Allahın elçisinin (ra) 54 yaşında cavan bir qızla ailə həyatına 

başlamağı  belə  bir  kəbinin  mümkünlüyünə  sübut  təşkil  edir. 

Bununla  belə,  bunu  hökm  qoyan  bir  qayda  kimi  mütaliə 

etmək, yəni, bu məsələyə bu cür yanaşmaq olduqca xətalıdır. 

Çünki  Allahın  elçisinin  (əs)  maddi  və  mənəvi  cəhətlərdən 

imtiyazları olub: 

a) O, kişi gözəli olub. Qapqara saçları, iri gözlü, mirvari dişli və 

boy-buxunlu  olub.  Bədəni  sümüklü  və  münasib  olub.  Sözün  kəsəsi, 

kişi gözəli olub. 

b) Əshabələrin fikrincə, fərqli və güclü olub. 

c) Bünövrəsi qoyulan Mədinə İslam dövlətinin başçısı olub. 

d)  Bütün  bunların  xaricində,  o  cümlədən  fövqündə  bəşəriyyətin 

ehtiyac  hiss  etdiyi  müstəsna  misalları  da  verən  Allahın  axırıncı 

elçisidir. Əbədi həyatın da pik-şəxsiyyətidir. Belə olduğu üçün də özü 

istəməmiş, başqaları tərəfindən istənmişdir. 

Deməli  (Allah  ona  sadiq  olanları  çoxaltsın),  Onun 

xüsusiyyətlərinə  malik  olan,  üstəlik  də  istənib  sevilən  cavan 

bir oğlan və ya kişinin cavan bir qadın-qızla evlənməyində hər 

hansı bir problem yoxdur. 

Ərgən olmayan bir qız uşağını ərə vermək olar? 

Qurani-Kərimə  əsasən  belə  bir  qız  uşağını  ərə  vermək 

olmaz. 



Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə