İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   2   3   4   5   6   7   8   9   ...   15

www.muselmanlar.com

 

 



17 

 

Bəli,  evlənmək  istəyən  tərəflərin  bir-birlərini  görməyi 



xoşbəxt bir ailə həyatına səbəb olur. Odur ki, baxmaq və arada 

münasiblik  olub  olmadığını  əvvəlcədən  müəyyən  etmək 

lazımdır. 

Kişi almaq istədiyi qadının hansı yerlərinə baxa bilər?

 

Həddi-büluğ  dövrünə  çatmış  bir  qız  və  ya  dul  qadın 



məhrəmi olmayan kişilərə qarşı üz, əl və ayaqlarının xaricində 

qalan yerlərini örtməlidir. Bunu əsas tutan İslam alimləri belə 

hesab edirlər ki, kişi alacağı qadının üz, əl və ayaqlarına baxa 

bilər.  Bu  möhtərəm  alimlərimiz  üz  və  əlləri  görməyin  bütün 

bədən  barədə  məlumat  almaq  üçün  kifayət  edəcəyini  belə 

ifadə edirlər: 

Üzü görmək qadının gözəllik və eybəcərliyi haqqında, əlləri 

görmək  də  bədəninin  yumşaqlıq  və  sərtliyi  barədə  kifayət 

qədər məlumat verə bilər. 

Bu  izah  əsas  etibarilə  düzgündür.  Həqiqətən  də,  üzü 

görməklə gözəllik və çirkinliyi müəyyən etmək mümkün olur. 

Bunun  kimi,  üz  və  əllərin  dərisindən  də  bədən  haqqında  bir 

nəticəyə gəlmək olur. 

Lakin  burada  qadının  əleyhinə  bir  səhv  də  baş  verə  bilər. 

Çünki  işləyən,  isti  və  soyuqda  əllərini  işlədən  qadının  əlləri 

onun  bədəninin  əsl  xüsusiyyətlərini  əks  etdirə  bilməz;  hətta 

bəzi  hallarda  cinsiyyətini  belə!  Necə  ki  Allahın  elçisi  (əs)  kişi 

əlinə oxşayan bir qadın əli gördüyü vaxt tapşırıb ki, əlinə xına 

qoy, qadın əli olduğu bilinsin.

19

 



                                                 

19

 ət-Tac, 3/175. 



Qadın  əlinin  kişi  əlinə  oxşamağını  yolverilməz  hesab  edən  peyğəmbərimizin  (əs)  bu 

hədisindən  çıxan  nəticəni  bu  cür xülasə  edə  bilərik:  İslami qaydalara  tamamilə  sadiq 

www.muselmanlar.com

 

 



18 

 

Allah  həqiqətləri  dilə  gətirmək  məsələsində  utanmağı 



buyurmayıb.  Ona  görə  də  biz  burada  başqa  bir  məsələyə 

toxunmaq istəyir və bunu faydalı hesab edirik. 

İnsanın  cinsiyyət  üzvləri,  eləcə  də,  erogen  bölgələri 

müəyyən  bir  quruluşa  malikdir.  Bununla  belə,  genişlik,  boy 

(uzunluq),  dərinlik  və  xarici  görünüş  baxımından  fərqli 

olurlar. 

Bu sahənin mütəxəssislərinin fikrincə, insanın üzündə olan 

bədən  üzvləri,  həmçinin  əl  və  ayaqların  quruluşundan 

cinsiyyət 

üzvləri 


və 

erotik 


bölgələrin 

qeyd 


edilən 

xüsusiyyətləri barədə demək olar ki, düzgünə yaxın bir nəticə 

çıxartmaq olar. Onlar bu məsələdə həmfikirdirlər. 

Qeyd  etmək  lazımdır  ki,  görülən  (baxılan)  üzvlərdən 

məhrəm  yerlərə  keçid  metodunun  əsrlərlə  tarixi  var.  Qadın 

cinsiyyət 

üzvünün 

elastikliyi 

ucbatından 

seksual 


münasibətlərə  mənfi  təsir  edən  uyuşmazlıq  məsələsi  nadir 

hallarda  üzə  çıxan  bir  məsələdir.  Ona  görə  də  qadının  üz  və 

əllərini görmək ümumi mənada kifayətdir. 

Biz  buna  inanırıq.  Amma  “İlahi  vəhy  nizam-intizamı”na 

inanmayan  insanlar  evlənmək  istəyənlərin  bir-birlərini  çox 

yüksək  səviyyədə  tanımalı  olduqlarını  bildirirlər.  Onlar  bu 

fikrin  üzərində  təkidlə  dururlar.  Çünki  onların  narahat 

olduqları bəzi məqamlar  var. Əslində  bu  məsələdə  öz  məntiq 

və mühakimələri baxımından haqlıdırlar. Ancaq İslam nizam-

intizamında bu cür şeylərə yer yoxdur. 

 

                                                                                                        



olmasalar  da,  müsəlman  kişi  və  qadınlar  saç  düzümü  və  geyim-kecimlərinə  fikir 

verməlidirlər.  Elə  etməlidirlər  ki,  ilk  baxışda  cinsiyyətlərini  ayırd  etmək  mümkün 

olsun. Əks təqdirdə, haram növündən bir oxşarlıq ola bilər. 



www.muselmanlar.com

 

 



19 

 

Məhdudiyyətli görməkdən irəli gələn narahatlıqlar 



Gəlin,  əvvəlcə  bu  narahatlıqların  nə  olduğunu  müəyyən 

edək.  Sonra  da  İslam  nizam-intizamı  çərçivəsində  bu 

narahatlıqları  aradan  qaldıran  tədbirlərin  necə  görüldüyünü 

izah edək. 

a)  Təkcə  üz  və  əlləri  görülən  qadının  bədəninin 

görünməyən  yerlərində böyük  bir  yanıq izi, alaca  xəstəliyi  və 

yaxud insanı diksindirən hansısa bir xəstəliyi ola bilər. 

b)  Qadının  cinsiyyət  üzvündə  cinsi  əlaqəyə  maneə  təşkil 

edən  bir  qüsur  ola  bilər.  Onun  qoşa  (cüt)  cinsiyyət  üzvlü 

olmağı da mümkündür. 

c) Qadın cinsi cəhətdən soyuq (frigit) ola bilər. 

d) Tündxasiyyət insanlar üçün təkcə üz və əlləri görmək bir 

qərara gəlməkdə kifayət etməyə bilər. 

Bu  qəbildən  olan  narahatlıqların  yaranmağını  da  təbii 

qarşılamaq lazımdır.  

Narahatlıqlar nə cür aradan qaldırılır? 

Görəsən,  İslama  əsasən  bu  kimi  narahatlıqları  necə  aradan 

qaldırmaq olar? 

aa)  Evləniləsi  qadının  bədəninin  hansısa  bir  yerində  qeyd 

edilən növdən bir əlamət, qüsur və ya xəstəlik ola bilər. Amma 

qadın,  yaxud  da  valideynləri  bunu  deməlidirlər.  Əgər 

deməsələr,  bundan  əziyyət  çəkən  qadın  olar.  Çünki  həmin 

çatışmazlığı  öyrənib  bilən  kişi  zifafdan  əvvəl  də,  sonra  da 

qadını  həm  boşaya  bilər,  həm  də  məhkəmə  yolu  ilə  nikah 

əqdini  ləğv  etdirə  bilər.  Əgər  kişi  (ər)  qadınla  cinsi  əlaqədə 

www.muselmanlar.com

 

 

20 



 

olmazdan  qabaq  məhkəməyə  müraciət  etsə,  qadına  verdiyi 

mehiri və ya onun yarısını qadının valideynindən ala da bilər. 

Cinsi həyata mənfi təsir edib xoşbəxt olmağa mane olan bu 

kimi  çatışmazlıqlar  üzə  çıxdığı  vaxt  qadını  ailəsinin  yanına 

qaytarmaq  mümkündür.  Bu  məsələ  həzrəti  peyğəmbər  (əs) 

tərəfindən  həyata  keçirildiyi  üçün  hüquqilik  qazanıb. 

Əshabələrdən  biri  olan  Kəb  ibn  Zeyd  (ra)  bununla  əlaqədar 

olaraq belə bir əhvalat nəql etmişdir: 

Allahın  rəsulu  Qifar  (Ğifar)  oğulları  ailəsindən  bir  qadınla 

evləndi.  Qadınla  zifafa  daxil  olduğu  vaxt  paltarını  çıxardıb  yatağa 

girdikdə  gördü  ki, qadının böyründə  alaca  xəstəliyi var.  Görən  kimi 

yataqdan  çəkildi  və  qadına:  “Geyin!”,  -  dedi  (və  onu  ailəsinin 

yanına  qaytardı). Allahın rəsulu həmin qadına verdiyi mehirin bir 

hissəsini  belə,  almadı.    Ancaq  qadının  valideyninə:  “Məsələni 

məndən gizlətdiniz”, - deyə, giley-güzar etdi.

20

 

Allahın  səlatu-salamı  ona  olsun,  onun  bu  feli  sünnəsindən 



öyrənirik ki, dində seksual cəhətdən xoşbəxt olmağa maneçilik 

törədən mühüm bir qüsuru qəbul etmək məcburiyyəti yoxdur. 

Allahın elçisi (əs) İslama əsaslanan iman və həyat tərzlərinə 

görə əziyyət çəkən və ya himayəyə möhtac olan, bununla belə, 

heç  bir  qadınlıq  xüsusiyyəti  qalmamış  bir  neçə  dul  qadınla 

evlənmək  kimi  mənalı  bir  iş  görüb.  Elə  isə  həmin  qadını  öz 

istəyi ilə meydana gəlməyən bir eyibinin ucbatından ailəsinin 

yanına  göndərməyi  (Allah  bilər)  Qiyamət  gününə  qədər 

gələcək 

bəşəriyyətə 

zahiri 

görünüş 


və 

seksuallığın 

əhəmiyyətini izah edir. 

                                                 

20

 ət-Tac, 2/327; Məcməu-z-zəvaid, 4/300. 




Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə