İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   ...   7   8   9   10   11   12   13   14   15

www.muselmanlar.com

 

 



57 

 

onların seksual cəhətdən daha da soyuqlaşmağına səbəb olur. 



Yaradılışlarındakı  həya  hissini  itirməmiş  qadınlarda  mövcud 

olan  bu  həssaslığı  nəzərə  alan  peyğəmbərimiz  (əs)  belə 

demişdir: 

             

   

 

 



 

  

       



  

“Qiyamət  günü  Allah  dərgahında  ən  pis  insanlardan  biri  də  öz 

arvadı  ilə,  arvadı  da  onunla  sevişib  cinsi  əlaqədə  olduqdan  sonra 

arvadının  sirrini  (seksə  dair  hərəkət  və  xüsusiyyətlərini)  açıb 

danışan kişidir.”

74

 



Seksual  cəhətdən  xoşbəxtlik  üçün  yerinə  yetirilməli  olan 

öhdəliklər – 7

 

Bədən və dişləri təmiz saxlamaq 



“Allah təmizlik məsələsinə fikir verənləri sevər.” (Tövbə, 

9/108) 


Ərlə  arvadın  arasında  baş  verən  əlaqələrin  onları  cinsi 

rahatlıq və doyuma çatdırmağı üçün ürəkdən və şəhəvi istəklə 

olmağı lazımdır.  

Cinsi  əlaqələrin  üstündən  keçən  müddət  həmin  istəyi 

yaratsa da, kifayət deyil. Ər-arvad seksual cazibə yaratmalı və 

bunu  inkişaf  etdirməlidirlər.  Bunun  əsasını  isə  bədən  və  diş 

təmizliyi təşkil edir. Çünki təmizlik olmadan seksual cazibəyə 

malik olmaq mümkün deyil. 

                                                 

74

 Müslim, hədis nömrəsi 1437. 



www.muselmanlar.com

 

 



58 

 

İslam  dini  təmizliyə  böyük  əhəmiyyət  verir  və  bizim  üçün 



bu  mənada  ideal  bir  şərait  hazırlayır.  Təmizliyin  bizim 

dinimizdəki  əhəmiyyətini  Allahın  rəsulunun  aşağıdakı  hədisi 

ilə də ifadə edə bilərik: 

   


         

     


  

       


 

  

“İmkan  daxilində  -  gücünüz  çatdığı  qədər  təmiz  olmağa  çalışın. 



Allah  İslam  dinini  təmizliyin  üzərində  qurub.  Cənnətə  ancaq  pak 

olanlar daxil olacaqlar.”

75

 

İslam dininin məsləhət gördüyü təmizlik ev, iş yeri, yol və 



qida  məhsullarını  təmiz  saxlamağı  əhatə  edir.  Eynilə  bunun 

kimi, pal-paltar və bədənin təmizliyini də nəzərdə tutur. 

Biz bu fəsildə sekslə birbaşa əlaqədar olduğuna görə bədəni 

təmiz saxlamaq məsələsinə xüsusi nəzər yetirəcəyik. 

Ümumi mənada bədən təmizliyi və onun sekslə əlaqəsi 

Şübhəsiz  ki,  bədənin  qabaq  və  arxa  hissələrindəki  üzvlər, 

habelə, pis iy yayan bədənlər şəhvani istəklə birləşə bilməzlər; 

birləşsələr belə, sonradan diksinmə hiss edərlər.  

Bəzi  İslam  hüququ  mütəxəssisləri  belə  hesab  edirlər  ki, 

qadının cinsiyyət üzvündən həmişə xoşagəlməz iy gəlməsi ailə 

həyatına  xitam  vermək  üçün  hüquqi  bir  səbəb  kimi  qəbul 

oluna bilər. Bu da öz növbəsində cinsiyyət üzvünün sağlamlıq 

və təmizliyinin əhəmiyyət kəsb etdiyini sübuta yetirir.

76

 



                                                 

75

 əl-Camiu-s-səğir, 1/33. 



76

 Kitabın “Evliliyi axıra çatdıran seksual qüsurlar, xəstəlik və digərləri” fəslinə baxın. 




www.muselmanlar.com

 

 



59 

 

Buna  görə  də  öz  seksual  həyatlarında  doyum  və  ahəngi 



təmin  etmək  məqsədi  güdən  ər-arvad  bədənlərinin  qeyd 

olunan yerlərini tərtəmiz saxlamalıdırlar. 

Qeyd  edək  ki,  təmizlik  üçün  seksual  məqsədlə  xüsusi  bir 

səy göstərməyə ehtiyac yoxdur. Təkcə İslam dininin bir vəzifə 

halına  gətirdiyi  və  məsləhət  gördüyü  təmizlik  öhdəliklərini 

yerinə yeetirmək kifayətdir. 

Burada həmin öhdəlikləri aşağıdakı kimi xülasə etmək olar: 

a) Kiçik və böyük təbii ehtiyacı ödədikdən sonra təmizlik 

üçün mütləq sudan istifadə etmək

 

Həzrəti  peyğəmbər  (əs)  su  ilə  təharət  edir  (təmizlənir)  və 



başqalarına  da  belə  etməyi  məsləhət  görürdü.  Həzrəti  Aişə 

anamızın  qadınlara  bu  cür  məsləhət  verməyinin  səbəbi  də 

budur: 

- Utandığıma görə xəbərdarlıq edə bilmədiyim ərlərinizə də deyin 



ki, su ilə təmizlənsinlər. 

Deməli,  bizim  dinimizdə  su  ilə  təmizlənməyin  həzrəti 

peyğəmbər  (əs)  tərəfindən  də  qeyd  edildiyi  kimi,  xüsusi  bir 

yeri var. Aşağıdakı hədis də bunu sübuta yetirir: 

Həzrəti Ənəs (ra) nəql edir: 

Mədinəli  möminlər  olan  Ənsarı  öymək  üçün  Tövbə 

surəsinin  108-ci  ayəsi  nazil  edildiyi  vaxt  həzrəti  peyğəmbər 

(əs) onların özlərinin bunu necə qarşıladıqlarını soruşdu: 

-  Ey  Ənsar  camaatı!  Allah:  “Orada  tərtəmiz  olmağı  sevən 

möminlər  var.  Allah  təmizlik  məsələsinə  fikir  verənləri 

sevər”,  -  deməklə,  sizi  təmizkarlığınıza  görə  öydü.  Siz  necə 

təmizlənirsiniz ki? 

www.muselmanlar.com

 

 



60 

 

Onlar bu suala belə cavab verdilər: 



-  Ya  rəsulallah!  Biz  su  ilə  təmizlənirik.  Cənabətə  (cünub  olmaq) 

görə yuyunur, namaz qılmaq üçün də dəstəmaz alırıq. 

Allahın elçisi bu nun üstündən belə dedi: 

- Təmizlik işi belə görülməlidir. Bu minvalla təmizlənməyə davam 

edin.

77

 



Bədən  su  ilə  təmizlənmədikcə  qabaqlayıcı  tədbir  görülsə 

belə, şübhəsiz ki, bakteriya yuvası və müəyyən qədər də pis iy 

mənbəyi  olur.  Buna  görə  də  bədənlər  su  ilə  təmizlənmədikcə 

mükəmməl bir cinsi əlaqə üçün hazır ola bilməz. Bu, aydın bir 

məsələdir. 

b)  Əgər  cinsi  əlaqə  səbəbindən  daha  tez-tez  yuyunmaq 

mümkün deyilsə, peyğəmbərimiz həzrəti Muhəmmədin (əs) 

buyuruğuna  əsasən  həftədə  mütləq  bir  dəfə  başdan  ayağa 

yuyunmaq 

c)  Peyğəmbərimiz  (əs)  tərəfindən  qadağan  olunduğuna 

görə  (40  günü  keçən  təxirəsalma  haram  olur)  bu  müddəti 

keçməmək şərti ilə vaxtaşırı olaraq dırnaq tutmaq, qoltuq və 

qasıqlardakı tükləri təmizləmək

78

 



                                                 

77

 İbn  Macə,  Təharət,  28,  hədis  nömrəsi  354;  Mişkatu-l-məsabih,  hədis  nömrəsi  369. 



Oxşar bir hədislə tanış olmaq üçün baxın: Tirmizi, Təfsiru-l-Quran, hədis nömrəsi 3099. 

78

 İbn Macə, Təharət, 8, hədis nömrəsi 295. 



Biz  peyğəmbərimizin  (əs)  buyuruqlarına  zidd  olduğu  üçün,  eləcə  də,  müsəlman 

olmayan qadınlara oxşamaq demək olduğuna görə xüsusilə qadınlarımızda müşahidə 

olunan dırnaq uzatmaq qadağasından qorunmağa çalışmalıyıq. 



www.muselmanlar.com

 

 



61 

 

d)  Allahın  elçisi:  “Saçı  olan  şəxs  (yuyub  təmizləmək  və 



daramaqla)  ona  qulluq etsin (baxsın)”,  -  dediyi  üçün  saçları 

təmiz və baxımlı saxlamaq

79

 

Yeri  gəlmişkən,  diş  təmizliyi  məsələsi  mühüm  olduğuna 



görə  onu  xüsusi  bir  fəsildə  tədqiq  edəcəyik.  Bununla  yanaşı, 

qeyd edək  ki,  bədəni  təmiz  saxlamaq  seks  baxımından böyük 

əhəmiyyət  kəsb  edir.  Allahın  elçisi  (əs)  elə  buna  görə  hərbi 

səfərlərdən  qayıtdıqda  hələ  Mədinəyə  gəlib  çatmadan 

əshabələrinə belə bir tapşırıq verirdi: 

 

 



 

         

   

  

Evlərinizə  getmək  məsələsində  sanki  gecə  basqını  imiş  kimi 



tələsməyin. Belə edin (onlara bir vaxt verin) ki, saçları pırtlaşıq qadın 

daransın,  əri  səfərdə  oduğuna  görə  təmizliyini  yerinə  yetirməyən 

qadın da  (qoltuq və) qasığını təmizləsin.

80

 



Dişləri təmiz saxlamaq və onun sekslə əlaqəsi

 

İslam  dinində  dişləri  təmiz  saxlamağa  xüsui  əhəmiyyət 



verilir.  Peyğəmbərin  (əs)  bu  məsələ  ilə  bağlı  hədisləri 

həqiqətən  də,  çoxdur.  Belə  ki,  o,  dişləri  təmizləməyin  insanı 

Allahın  razılığına  çatdırdığını  bildirib.  Yeməkdən  sonra 

dişlərini təmizləyənləri gözəl bəndələr kimi səciyyələndirmiş, öz 

hüzuruna saralmış dişləri ilə gələn əshabələrini də məzəmmət 

etmişdir. 

İlk 

müsəlmanları 



bu 

işə 


həmişə 

belə 


həvəsləndirmişdir: 

“Əgər  mənim  ümmətimə  (mənə  iman  gətirənlərə)  ağır 

gələcəyindən  çəkinməsəydim,  məsləhət  görməklə  kifayətlənməz,  hər 

                                                 

79

 Əbu Davud, Tərəccül, babun fi islahi-ş-şəri. 



80

 Buxari, Nikah, 121 (6/161); Mişkatu-l-məsabih, hədis nömrəsi 3088. 

www.muselmanlar.com

 

 



62 

 

namaz  üçün  (dəstəmaz  aldıqda)  mütləq  (misvakdan  istifadə 



edib) dişlərini təmizləməyi əmr edərdim.”

81

 



Dişləri təmizləməyin seks baxımından əhəmiyyəti 

Dişləri  təmizləmək  bədənin  ümumi  sağlamlığı  baxımından 

böyük  əhəmiyyətə  malikdir.  Eynilə  bunun  kimi,  seksual 

doyum nöqteyi-nəzərindən də vacib bir məsələdir.

82

 

Sevişməyə necə  deyərlər,  start  verən  və  bundan irəli  gələn 



həzzi artıran ən mühüm bədən üzvü ağız – dil və dodaqlardır. 

Dişlərin  təmizlik  və  sağlamlığına  fikir  verilmədiyinə  görə  pis 

qoxu 

verən 


bir 

ağız, 


yaxud 

da 


misvaklanmadığı-

fırçalanmadığı üçün dişlərinin arasında xörək qırıntıları qalan 

bir  ağız  sevişməyə  mənfi  təsir  göstərir.  Məlumdur  ki,  bu  hal 

cinsi  əlaqənin  romantikliyini  aradan  qaldırır,  üstəlik  də 

nifrətamiz  hislər  yaradır.  Ona  görə  də  şübhə  etmirik  ki,  diş 

                                                 

81

 Buxari, Cümə, 8; Məcməu-z-zəvaid, 1/220. 



82

 Şübhə yoxdur ki, əsas olan dişlərin təmizliyidir. 

Peyğəmbərin  (əs)  dövründə  insanlar  dişlərini  misvakla  təmizləyirdilər.  Bu  səbəbdən 

bu məsələ ilə əlaqədar hədislərdən həmişə misvak sözü işlədilir. 

“Misvak  bir  növ  fırçadır.  Ağac  kökündən  düzəldilir.  Diş  ətinə  tətbiq  olunan  masaj 

sahəsində  ideal  bir  vasitədir.  Bu  xüsusiyyətlərinə  görə  fırçadan  fəqlənir:  Fırçanın 

telləri  ya  tükdən,  ya  da  neylondan  olur.  Qopub  udulduğu  vaxt  qismən  olsa  da, 

təhlükəli  olur  (appendisitə  səbəb  ola  bilər).  Misvakdakı  tellər  isə  bitki  mənşəli  – 

nəbatidir.  Onu  udmaqda  fırçada  olduğu  qədər  təhlükə  yoxdur.  Əlavə  olaraq,  onun 

lifləri də çoxdur və həmişə ucundan azaldıqca təzəsini çıxartmaq olur. Hətta onda az 

olsa da, antiseptik xassəyə malik olan özək mayesi var. Bu da öz növbəsində ağızdakı 

mikrobların  xəstəlik  törətməyinə  mane  ola  bilər.  Ən  yaxşı  misvak  Ərəbistanın  Hicaz 

bölgəsində  bitən  Ərak  adlı  ağacın  kökündən  olur.  Əgər  həmin  ağacdan  düzəldilmiş 

misvak olmasa, tut və zeytun ağacından istifadə olunur.” 

Doktor Bəşir Akınalın qələmindən nəql etdiyimiz xüsusiyyətlərinə görə, eyni zamanda 

iqtisadi  bir  sərmayə  və  satışı  tələb  etmədiyinə  görə  biz  də  ona  (misvak)  üstünlük 

veririk.  Üstəlik  onu  daşımaq  da  asandır.  Bahalı  da  deyil.  Avropada  18-ci  əsrdə  diş 

fırçasından istifadə  etməyə  başlanılıb.  Buna  baxmayaraq  müsəlman  dünyasında 1400 

ildən artıqdır ki, işlədilir. Görünür ki, bunun səbəbi dini bir məsləhət/öhdəlik olmaqla 

yanaşı, onu daşımaq və işlətməyin asanlığıdır. 




www.muselmanlar.com

 

 



63 

 

sağlamlıq  və  təmizliyinə  laqeyd  yanaşan  ər-arvad  bir-birinə 



müvafiq olmayan bir cütlük formalaşdırırlar.

83

 



Allahın elçisi (əs) dişlərin sağlamlıq və təmizliyinə ona görə 

böyük  əhəmiyyət  verib  ki,  bu  məsələnin  ictimai  münasibətlər 

və seks arasındakı əlaqəsini yaxşı bilib. 

Allahın səlatu-salamı onun üzərinə olsun, onun dəstəmazla 

yanaşı, harada və nə vaxt misvak işlətdiyinə dair elementar bir 

tədqiqat bizi qeyd etdiyimiz həqiqətə aparıb çıxarır. 

Yadınıza salaq ki, Allahın elçisi (əs) hər bir xanımın yanına 

daxil  olduğu  vaxt  onunla  cinsi  əlaqədə  olmadan  da 

maraqlanırdı. Aşağıdakı hədis də bunu göstərir: 

 

           



 

  

“Allahın elçisi gecə oyandığı vaxt misvakla ağız və dişlərini 



ovxalayıb təmizləyirdi.”

84

 



Onun  hörmətli  xanımı, əziz  anamız  həzrəti Aişə  soruşulan 

bir suala belə cavab vermişdir: 

-  Allahın  elçisi  evinə  gəldiyi  vaxt  hər  şeydən  əvvəl 

misvakdan istifadə edirdi.

85

 

                                                 



83

 İslam hüquqü mütəxəssislərinin bir qismini təşkil edən Hənbəli məzhəbi alimlərinin 

fikrinə əsasən ağızdan gələn pis iy evliliyə xitam vermək iddiası ilə çıxış etməyə haqq 

qazandıran  səbəblərdən  biridir.  Baxın:  Hüquqi-islamiyyə  və  istilahati-fiqhiyyə 

qamusu, 2/358. 

Qeyd:  Zina  etdiyinə  görə  depressiya  keçirən  xanım  bir  oxuyucum  mənə  belə  bir 

məktub yazmışdı: 

“Mənim xəbərdarlıqlarıma baxmayaraq dişlərinin təmizliyinə fikir verməyən ərimdən 

nifrət  etdiyim  üçün  bizim  tərəflərdəki  təmiz  və  geyim-kecimli  bir  kişi  ilə  hələ  də 

davam etdirdiyim bir zina münasibətinə başladım...” 

 

84

 Buxari, Təhəccüd, 9; Nəsai, Təharət, 1. 



www.muselmanlar.com

 

 



64 

 

Yenə həzrəti Aişə (ra) nəql edir: 



Allahın  elçisi  dişlərini  misvaklayır,  sonra  da  onu 

yudurtmaq üçün mənə verirdi. Mən də misvaklanır, sonra da 

yuyub ona verirdim.

86

 



Bu  hədislərdəki  sekslə  əlaqədar  məqamları  dərk  edə 

bilməyənlərə  peyğəmbərin  (əs)  elçi-görücü  sifətilə  göndərdiyi 

Ümmü Süleymə belə bir söz dediyini xatırlatmaq yaxşı olardı: 

“Ey  Ümmü  Süleym!  O  qadının  bədənini  iylə.  Ayaqlarına  nəzər 

sal.”

87

 



İndi  isə  mirvari  kimi  ağappaq  dişləri  olan  və  ağız  iylərini 

qətiyyən  xoşlamayan  peyğəmbərimizdən  (əs)  bu  mövzu  ilə 

əlaqədar bir təhlil də nəql etmək istəyirik. 

Belə  ki,  həzrəti  peyğəmbərin  (əs)  xanımlarından  biri  olan 

həzrəti  Həfsa  peyğəmbər  ona  baş  çəkdiyi  vaxt  (özünə 

göndərilən)  baldan  şərbət  hazırlayıb  və  ona  içirdib.  Bu  hal 

həzrəti Aişənin qısqanclığına səbəb olub. Onun qısqanclığı və 

lətifəvari təşkilatçılığı ilə digər xanımları olan həzrəti Səvdə və 

həzrəti Safiyyə də deyiblər ki, bal şərbəti içdiyin üçün ağzın iy 

verir.  Allahın  elçisi  isə  bu  əhvalatın  üstündən  bal 

yeməyəcəyinə dair and içib.

88

 



Quranın  Təhrim  surəsinin  ilk  ayəsinin  nazil  olma 

səbəblərindən  biri  kimi  izah  edilən  bu  hadisədə  bizim  əsl 

mövzumuz  baxımından  mühüm  bir  məqam  var:  O  da  budur 

ki,  Allahın  elçisi  (əs)  xanımlarının  o  sözündən  sonra  həssas 

                                                                                                        

85

 Müslim, Təharət, 43; İbn Macə, Təharət, hədis nömrəsi 290. 



86

 Mişkatu-l-məsabih, hədis nömrəsi 384. 

87

 Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502. 



88

 Haqq  dini,  Quran  dili,  7/5085;  Əlavə  olaraq  baxın:  əl-Lu-lu-u  və-l-mərcan,  hədis 

nömrəsi 940. 



www.muselmanlar.com

 

 



65 

 

hərəkət edərək o cür bir bal yeməməyə and içib. Təbii ki, sonra 



bu andından daşınmış, kəffarəsini də vermişdir. 

Bu cür həssas bir ruha malik olan həzrəti Muhəmmədin (əs) 

misvaklanmaqla  əlaqədar  tapşırıq  və  əməllərindəki  seksual 

xarakterli  məqamları  görə  bilməməyi,  eləcə  də,  özünü 

görməməzliyə vurmağı hər halda üzrlü hesab etmək olmaz. 

Siqaret 


Qeyd  edək  ki,  “Bədən  və  dişləri  təmiz  saxlamaq”  fəslini 

başa  vurmazdan  əvvəl  bədən  və  dişlərin  təmizliyinə  mənfi 

təsir göstərən siqaretə də toxunmaq lazımdır. 

Siqaret  təbii  mühiti  korlayan  və  sağlamlıq  baxımından 

zərərli  bir  aludəçilik  və  israf  olduğuna  görə  insanın  ruhi 

cəhətdən  inkişafına  da  mane  olur.  Siqaret  belə  bir  maddədir. 

Siqaret  çəkmək  indiki  dövrün  müsəlman  alimlərinin 

əksəriyyətinin  bizim  də  bölüşdüyümüz  fikirlərinə  əsasən 

ictihadi bir haramdır. 

Siqaretdən  uzaq  durmağı  lazım  bilən  digər  bir  təhlükə  də 

seksual  münasibətlərə  pis  təsir  etməyidir.  Çünki  aydın 

məsələdir  ki,  pis  iyi  bütün  bədən  və  ağıza  yayılan  və  dişləri 

saraldan  siqaret  siqaret  çəkməyən  həyat  yoldaşının  sağlamlıq 

və  seksual  xoşbəxtliyinə  mənfi  təsir  göstərir.  Buna  görə  də 

zülm  xüsusiyyəti  olan  siqareti  tərk  etmək  dini-islami  bir 

öhdəlikdir. 



 

 

Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə