İslama əsasən seksual həyat



Yüklə 468,73 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix20.10.2017
ölçüsü468,73 Kb.
#5705
1   2   3   4   5   6   7   8   9   ...   15

www.muselmanlar.com

 

 



13 

 

Evlənmək məqsədi ilə baxmaq günah deyil 



Allahın rəsulu (əs) belə demişdir: 

           

           

  

“Allah  bir  müsəlmanın  könlünə  bir  qadınla  evlənmək  arzusunu 



saldığı  vaxt  onun  həmin  qadına  baxıb  nəzərdən  keçirməyində

12

 bir 



günah yoxdur.”

13

 



Get, alacağın qadını gör! 

Muğirə ibn Şöbə (ra) nəql edir: 

Mən  Allahın  elçisinin  yanına  gedib  evlənmək  istədiyim 

qadından danışdım. O, mənə belə dedi: 

“Get,  ona  yaxşı-yaxşı  bax.  Nəzərdən  keçir.  Çünki  görüb  almaq 

sizin bir-birinizə isinişməyiniz baxımından daha təsirli olar.” 

Mən də Ənsardan olan həmin qadının evinə getdim və ona 

həzrəti  peyğəmbərin  görüb  nəzərdən  keçirməklə  əlaqədar 

buyuruğunu  izah  etdim.  Onu  ata-anasından  istədim. 

Peyğəmbərin  alınan  qızı  görməklə  əlaqədar  tapşırığı  sanki 

onların  ürəyinə  yatmadı.  Bu  dəm  olduğu  yerdə  bizim 

danışığımızı eşidən qız yaranan bu vəziyyəti qəribə qarşılamış 

kimi mənə müraciətlə belə dedi: 

                                                 

12

 Biz  qadını  görmək  məsələsini  müvafiq  hədislərdə  işlədilən  “nazara  ( )”  felinin 



mənasına  əsasən  görüb  fiziki  xüsusiyyətlərini  nəzərdən  keçirmək  və  tanış-bilişdən 

məlumat almaq kimi başa düşürük. 

13

 İbn Macə, Nikah, 9, hədis nömrəsi 1864. 



Belə bir əhvalat baş verib: Bir gün əshabə Muhəmməd ibn Məsləmə evlənmək istədiyi 

qadını gizlincə yaxından görüb tanımaq istədikdə camaat: “Peyğəmbərin əshabəsi belə 

bir  işi  necə  görə  bilər?”,  -  deyə,  onu  tənqid  edir.  O  isə  şəxsən  peyğəmbərdən 

eşitdiklərini izah edib yuxarıda qeyd edilən hədisi nəql edir. 

www.muselmanlar.com

 

 



14 

 

-  Əgər  Allahın  elçisi  mənə  baxmağını  deyibsə,  buyur,  bax. 



Ancaq  onun  elə  bir  tapşırığı  yoxdursa,  Allah  xatirinə  belə  bir 

şey tələb etmə! 

Özü  ilə  əlaqədar  bu  rəvayəti  nəql  edən  Muğirə  sözlərinə 

belə davam etdi: 

- Onu görüb bəyəndim və evləndim. 

Muğirə  evləndiyi  bu  qadının  münasib  bir  həyat  yoldaşı 

olduğunu da qeyd etdi.

14

 



Bu  hədislərdən  belə  məlum  olur  ki,  görüb  nəzərdən 

keçirməklə  əlaqədar  icazə  özü  ciddi  olan  və  ciddi  kimi  qəbul 

olunan  kişiyə-oğlana  verilən  bir  haqq-hüquqdur.  Bu 

hüquqdan  sui-istifadə  yolverilməzdir.  Yəni,  kişi-oğlan  qızın 

özü  və  ya  valideyni  tərəfindən  qəbul  edilməyəcəyini  başa 

düşdüyü  vaxt  qızın  fiziki  xüsusiyyətlərinə  alıcı  gözü  ilə 

baxmamalı  və  belə  bir  şey  tələb  etməməlidir.  Çünki  seksual 

həzz məqsədilə baxmaq halal deyil. 

Qeyd  edək  ki,  evlənməyə  namizəd  olan  qadını  görməklə 

əlaqədar  bu  və  oxşar  hədisləri  hazırkı  dövrün  rabitə 

vasitələrini  deyil,  İslam  dininin  yarandığı  ilk  dövrün  ictimai 

həyat  qayda-qanunlarını  nəzərə  alıb  qiymətləndirmək 

lazımdır. 

Görmək seksual məqsəd güdür 

Kişinin  qadını  görməyi  ilə  yanaşı,  qadının  da  kişini 

görməyindəki  məqsəd  şübhə  yoxdur  ki,  bir-birlərinin  boy-

buxunu,  üz  çizgiləri  və  bədən  quruluşu  haqqında  bir 

təsəvvürə malik olmaqdır. 

                                                 

14

 İbn Macə, Nikah, 9, hədis nömrəsi 1866. 




www.muselmanlar.com

 

 



15 

 

Evlənmək  məqsədi  ilə  bir-birini  görənlər,  əksər  hallarda 



təbii  hərəkət  edə  bilmədiklərinə  görə  nəinki  1  dəfə,  hətta  bir 

neçə 


dəfə 

görüşməklə 

belə, 

bir-birlərinin 



əxlaq 

və 


xasiyyətlərini öyrənə bilmirlər. Bu, aydın məsələdir. 

Məsələyə  bu  baxımdan  yanaşdıqda  məlum  olur  ki, 

görməyin  məqsədi  daha  çox  seksual  xarakterlidir.  Bununla 

belə,  bu  məqsəd  üstüörtülü  ifadələrlə  ifadə  olunur.  Allahın 

elçisinin  (əs)  sünnəsi  də  bu  məqsədi  dini  cəhətdən  müvafiq 

hala  gətirib.  Belə  ki,  həzrəti  peyğəmbər  (əs)  Ənsardan  – 

Mədinə şəhərinin yerlilərindən biri olan bir qadınla evlənmək 

istəyən  əshabəyə:  “Get,  onu  gör.  Çünki  Ənsar  qadınlarının 

gözlərində  kiçiklik  və  mavilik  kimi  bir  qüsur  var”,  -  demişdir. 

Beləliklə,  o,  qadına  nə  üçün  baxmaq  lazım  olduğunu  da  izah 

edib.

15

 



Üz  və  bədən  quruluşunun  seksuallıqla  əlaqədar  olması  isə 

izah  edilməyə  ehtiyacı  olmayan  bir  məqamdır.  Qadını 

görməyin məqsədinin seksual xarakterli olmağı isə ilk baxışda 

insanın  ağlına  gəlsə  də,  bir  qadına  gözəlliyinə  görə  üstünlük 

verməyi  qadağan  edən  peyğəmbər  buyuruğu  ilə  ziddiyyət 

təşkil  etmir.  Gəlin,  bunların  bir-birinə  nəyə  əsasən  zidd 

olmadığını  izah  etməzdən  əvvəl  qeyd  etdiyimiz  buyuruqla 

tanış olaq. Həzrəti Muhəmməd (əs) belə demişdir: 

“Qadınlarla  təkcə  gözəlliklərinə  görə  evlənməyin.  Çünki 

gözəllikləri onları əxlaqi cəhətdən alçalda bilər. Onlarla mal-mülkləri 

üçün  də  evlənməyin.  Çünki  bu,  onları  yoldan  çıxarda  bilər. 

Qadınlarla  ancaq  dindarlıqlarına  görə  evlənin.  Həqiqətən  də,  cırıq 

                                                 

15

 Müslim, tərcümə və şərhi, 7/271. 



www.muselmanlar.com

 

 



16 

 

paltarlı,  qara,  lakin  dini  bütöv  və  əxlaqı  gözəl  olan  bir  qadın  daha 



qiymətlidir.”

16

 



Allahın  elçisi  bu  hədisi  ilə  bizim  diqqətimizi  gözəlliyin 

qadını əxlaqi cəhətdən alçalda biləcəyinə cəlb edir. O, digər bir 

hədisdə belə buyurmuşdur: 

“Allah  bir  qadınla  təkcə  gözəlliyi  üçün  evlənən  kişinin  ancaq 

ləyaqətsizliyini artırar.”

17

 



Bu  iki  hədis  və  digər  oxşar  hədislər  fiziki  xüsusiyyət  – 

zahiri  görünüşün  əhəmiyyətsiz  olduğunu  izah  etməkdən  çox 

evlənmək üçün yeganə meyarın bu olmamalı oluğunu göstərir. 

Məsələyə  bu  nöqteyi-nəzərdən  baxdıqda  görmək  olur  ki, 

mömin  kişi  qadında  əsas  üstünlük  vermə  səbəbi  kimi 

dindarlığa  fikir  verməlidir;  bununla  yanaşı,  bu  şəxs  alacağı 

qadının  gözəl  olmağını  da  arzu  edə  bilər.

18

 Şübhəsiz  ki, 



gözəllik  bir  nemətdir.  Nə  dindarlığa  mane  olur,  nə  də 

əxlaqsızlıq üçün bir səbəb təşkil edir. Necə ki peyğəmbərimiz 

(əs) ancaq ehtimaldan bəhs edir. Deməli, qadın gözəl və dindar 

ola bilər. Eynilə bunun kimi, eybəcər və əxlaqsız da ola bilər. 

Həmçinin baxmağın məqsədinin seksual xarakterli olmağı o 

demək deyil ki, qadının təkcə obyektiv meyarlara əsasən gözəl 

olanını  axtarmaq  lazımdır.  Bu  o  deməkdir  ki,  ən  çox  sevilə 

bilən  qadınlar  axtarılır.  Çünki  qadına  baxan  hər  kişi  obyektiv 

gözəllik meyarlarından xəbərdar deyil. 

                                                 

16

 İbn Macə, Nikah, hədis nömrəsi 1859. 



17

 Məcməu-z-zəvaid, 4/254. Gözəllikdən irəli gələn əxlaqi səviyyəsizliyə icazə vermək 

(yaxud da təsdiq etmək) insanı şəxsiyyətsizləşdirir. Bu, açıq-aydın bir həqiqətdir. 

18

 Evlənmək məsələsində gözəlliyin də bir qadına üstünlük verməyin səbəbi olduğuna 



dair məlumat üçün baxın: Əhzab surəsi, 52-ci ayə. 


Yüklə 468,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə