İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə136/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   132   133   134   135   136   137   138   139   ...   142

         

409

 

İsgəndər Atilla 

 



Cavid t

ərcüməni, xüsusilə  klassik  ədəbiyyatın  tərcüməsini 

son d

ərəcə  məsuliyyət, inam və  cəsarət tələb edən  bir  iş  kimi 

qiym

ətləndirirdi. Firdovsinin 1000 illiyi günlərində  ona 

“Şahnamə”dən parçalar tərcümə  etmək təklif  olunmuşdu.  O, 

bunun 

əvəzinə  Firdovsi motivləri  əsasında  “Səyavüş”  pyesini 

yazmağı öhdəsinə götürmüşdü. 

Mehdi M

əmmədov 

 

 



Hüseyn  Cavidin  yaradıcılıq  taleyi  elə  gətirmişdir  ki,  o, 

uzun müdd

ət  ədalətsiz tənqidə  məruz  qalmışdır.  Azərbaycanda 

apçılıq, vulqar sosiologiya və şəxsiyyətə pərəstişin hökm sürdüyü 

ill

ərdə  ancaq tənqid hədəfi  olmuşdur.  Özü  də  elə  tənqid ki, onu 

o

rtalığa çıxarmağa adamın üzü gəlmir. 

 



Cavidin b

əzi tədqiqatçıları  çox  vaxt  unudurlar  ki,  Cavid 

tarix

ə  müraciət edərkən hadisələrə  bugünün gözü ilə  baxmış, 

onları müasirlik baxımından mənalandırmışdır. Kim deyə bilər ki, 

“Knyaz”, “S

əyavüş”, “Xəyyam” pyeslərində tarixlə müasirlik üzvi 

sur

ətdə bağlanmamışdır?... 

Abbas Zamanov 

 

 



Cavid iyirmi-

iyirmi beş illik qısa bir zamanda bəzən haqlı 

ədəbi mübahisələrə  səbəb olan, bəzən  haqsız  irad  və  böhtanlara 

h

ədəf olan poetik əsərlər, dramlar, faciələr,  şeirlər qoyub getdi. 

Çox tez getdi. Minl

ərlə  könüllərdə  təəssüfü,  inciyi,  nigarançılığı 

qaldı. 

 



Şair Hüseyn Cavidin yazıb-yarada bilmiş olduqları şərəfli 

bir insan ömrünün, bir şair ömrünün tutumlu, dolumlu, unudulmaz 

s

əhifələridir. 

 



Hüseyn Cavid Az

ərbaycan ədəbiyyatında qüdrətli bir faciə 

ustası  idi.  Onun  romantik  qanadlı  şeiri  yüksək sənətkarlıq 

nümun

əsi idi. Bu gün də öz təsir gücünü itirməmişdir. Cavidin şeir 

dilinin mür

əkkəbliyi və  bugünkü dilimizə  görə  bəzən çətin 

anlaşılması  haqqındakı  fikirlər yalnız  qismən qəbul oluna bilər. 

Dilimizin  inkişaf  yolunu  izləyənlər bilirlər  ki,  Cavidin  yazıb-

yaratdığı illərdə Azərbaycan dilinə yad olan sözlər, tərkiblər həm 


410

                                            

Əsrin şairi IX 

ədəbi dilimizdə, həm də mətbuatda bol-bol işlənirdi. 

R

əsul Rza 

 

 



Nizamid

ən və Füzulidən bu tərəfə bütün sənətkarları tərəzinin 

bir gözün

ə, Cavidi bir gözünə qoysan, Cavid ağır gələr. 

Mir C

əlal 

 

 



Cavidin m

ənzum pyeslərinin  tamaşalarına  dəfələrlə 

baxmaqdan daima h

əzz alırdıq, qəhrəmanlarının sonralar aforizm, 

xalq  misallarına  çevrilən monoloq və  dialoqlarını  əzbər bilirdik. 

Abbas Mirz

ə  Şərifzadənin,  Kazım  Ziyanın,  Sidqi  Ruhullanın, 

Möhsün S

ənaninin,  İsmayıl  Hidayətzadənin parlaq  ifasında 

gördüyümüz Cavid q

əhrəmanlarının  monoloqları  dilimizin  əzbəri 

idi. Söhb

ətlərimizdə daima: 

“N

ə demək istəyirsən? İzah et”. 

“Arif ol, arif! Atma vicdanı”. 

“H

əqiqət istərəm, yalnız həqiqət! 

Yet

ər artıq şəriət, ya təriqət!...” 

 kimi oynaq misralardan istifadə edərdik. 



Şəmsi Bədəlbəyli 

 

 



G

ənclik illərimizdə  Cavid bizim xəyalımıza  hikmətamiz 

f

əlsəfi  fikirlər, güclü ehtiraslar tərənnüm edən böyük poeziyanın, 

böyük s

ənətin ustadı kimi daxil olmuşdu. 

Mirz

ə İbrahimov 

 

 



Cavidin  “xırda”,  “balaca”,  “kiçik”  sözlərdən  xoşu  gəl-

m

əzdi. “Böyük”, “ali”, “ülvi”, “əbədi” kimi kəlmələr leksikonun-

da tez-tez 

eşidilərdi. 

M

əmməd Rahim 

 

 



Hüseyn Cavidin s

ənəti, görüşləri və yaradıcılığı haqqında 

düşünərkən fikrimizin fövqündə çox əzəmətli və məğrur bir sima

inc

ə, həssas, həm də son dərəcə qüdrətli bir istedad canlanır. 

 



Q

əlbin  saysız-hesabsız  gözəlliklərlə  zəngin dünyası  ilə 

m

əşğul olarkən Cavid yalnız lirik şairdir; məhəbbətdən, gözəllik və 

eşqdən sonsuz nəşə duyan coşğun həyatsevər və nikbin bir şairdir. 

Cavid şəxsiyyətin, naturanın, subyektin aləmini daima təbii, saf və 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə