İsgəndər Atilla



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə142/142
tarix14.06.2018
ölçüsü3,26 Mb.
#49101
1   ...   134   135   136   137   138   139   140   141   142

422

                                            

Əsrin şairi IX 

bilmədim.  Ayrılanda  dedi:  “Turanı  əvəzimdən  öpərsən.  Salam 

söylərsən. Deyərsən ki, yaxşıdır. Qismət olsa görüşərik”. 

 



Oğlum sağalmaz dərdə düçar olmuşdu. Bibisi oğluna, əmisi 

oğluna  yazırdı  ki,  məni  qospitaldan  çıxarıb  Naxçıvana  aparsın. 

Onlar  nəinki  apardılar,  heç  məktubuna  da  cavab  yazmırdılar. 

Cavidin  yaxın  dostu  Əziz  Şərif  onu  çıxarıb  Naxçıvana ana 

nənəsinin yanına apardı. Ömrüm boyu ona minnətdaram. 

 



O, 1943-

cü ildə Naxçıvanda həmin xəstəlikdən öldü. Üzü-

qara  əmisi  oğlu  “xalq  düşməni”nin  oğlunun  görüşünə  gəlmədi. 

Cənazə  qaldırılarkən  gəldi,  özü  də  öz  işçilərilə.  Çünki  o,  vəzifə 

adamı  idi.  Anam  bunu  eşidərkən  əsəbləşdi  və  özündən  çıxdı. 

Camaatın  qarşısında  dedi:  “O  sənin  həsrətini  çəkəndə  gələydin. 

Günlərlə  sənin  yolunu  gözləyirdi.  Cürətin,  qeyrətin  çatmayıb  ki, 

gələsən. İndi gəlməyin mənası yoxdur. Rədd ol buradan! Cavidin, 

Mişkinazın haqqı səni tutsun!..”

 

 



*  Cavid  tarixi  əsərlər  üzərində  işləyərkən  çalışardı  ki,  tarixi 

şəxsiyyətlərə uydurma rənglər vurmasın. Az qala onları tədqiqatçı 

kimi öyrənərdi. Bir dəfə dedi ki, “Topal Teymur”u, “Peyğəmbər”i 

yazarkən  elə  bil  onlarla  üzbəüz  oturub  söhbət  etmişəm.  Onlar 

sanki  öz  təbiətləri  haqqında  mənə  danışmışlar.  Bəzən  onların  bu 

və başqa səhv hərəkətlərini üzlərinə deyir, günahlandırır, nə üçün 

belə etdiklərini soruşurdum. Doğrudur, onlar da özlərini doğrult-

maq üçün mənə cavab verirdilər. Bəziləri məni qane edir. Bəziləri 

isə yox. 

 



Cavid  səhnə  sənətimizin  bütün  xadimlərini,  kiçiyindən 

tutmuş böyüyünə qədər, hamısını sevərdi. O deyərdi ki, böyük sənət-

kar elə onsuz da ümumi məhəbbət, ümumi qayğı görür. Onu şöhrəti 

qoynuna  alıb  gəzdirir.  Adi  sənətkarlar  isə  özünəməxsus  fədakar-

dırlar.  Onlar  şöhrətdən  uzaqdır.  Lakin  buna baxmayaraq böyük 

səhnədən  uzaqlaşmırlar,  əksinə,  ona  daha  möhkəm  tellərlə  bağ-

lanırlar. Məncə, bunlar da böyük sənətkarlar kimi böyük hörmətə və 

                                                 

 

 Qeyd. 

Ərtoğrol Cavid 6 sentyabr 1943-cü ildə Naxçıvanda vəfat edib, orada da 

d

əfn olunub. Sonralardan Cavidlərin  hamısının  qəbri, Hüseyn Cavidin 



Naxçıvandakı məqbərəsinə köçürülmüşdür.

 



         

423

 

İsgəndər Atilla 

məhəbbətə layiqdirlər. 

 



Kədərli və ya əsəbi olarkən qaşlarının arası düyünlü, üzü 

tutqun olardı. Danışanda dodaqları səyirərdi. 

 



Əsər  üzərində  işləyərkən  kənar  mühitdən,  ətrafdan  tama-

milə ayrılırdı. O, dram əsərlərini işləyərkən bəzən obrazların dili 

ilə danışır, onların dialoqlarını, monoloqlarını bir aktyor kimi ifa 

edirdi.  Bəzən  isə  bu  və  ya  başqa  obrazın  hərəkətlərinə  görə  çox 

ciddi mühakimə edirdi. 

 



Çox  nadir  hallarda  əsəbləşərdi.  Əsəbləşəndə  isə  çox 

qəzəbli olardı. Qəzəbi də gec soyuyardı. 

 



Yaxşı  bilmədiyi  mövzunu  yazmırdı.  Yazmaq  istədiyi 

mövzunu dərindən-dərinə öyrənir, sonra qələmə alırdı.  

 



Bütün  şairlər  kimi  gözəlliyə  vurğun  idi.  Gözəllik  Cavid 

üçün elə bil hava, su idi. 

 



Qızılgülü, qızılgüldən hazırlanan bütün şeyləri sevirdi. Tez-

tez  gülabdan  istifadə  edirdi.  Həmişə  qızılgül  ətrilə  ətirlənməyi 

xoşlardı. 

 



Mürəbbələr  içərisində  qızılgül  mürəbbəsini  xoşlayardı. 

Ona  qızılgül  ətrini  verəndə  uşaq  kimi  sevinərdi.  Ətrindən 

ovucdolusu istifadə edərdi. 

 



Bir  ad  gününə,  toya,  qonaqlığa  gedərkən  nə  hədiyyə 

aparsaydıq, Cavid onun üstünə mütləq qızılgül ətri qoyardı.  

 



Əsər  yazmaq  fikrində  olarkən  çox  dalğın  gəzərdi.  Bəzən 

saatlarla otaqda bir tərəfə çəkilib düşünər, götür-qoy edər, balaca 

cib dəftərçəsinə narın xətlə qeydlər edərdi. Bu, uzun çəkərdi. 

 



Tarixi  əsər  üzərində  işləməzdən  əvvəl  o  haqda  bir  çox 

bədii, elmi əsərlər oxuyardı. 

 



Əsərlərinin  üzünü  dönə-dönə  köçürərdi  və  hər  dəfə  çox 

böyük dəyişikliklər edərdi. İlk əlyazması nə qədər qarışıq olardısa, 

son əlyazması bir o qədər səliqəli olardı. Əsər üzərində çox gərgin 

işləyər, hərdən öz-özünə dodaqaltı danışar, qaşları çatılardı. 

 



Cavidlə  Üzeyir  bəyin  və  Müslüm  bəyin  dostluğu  adi  bir 

dostluq  deyildi.  Bu,  sənətkarların  sənətkarla  dostluğu  idi.  Onlar 

sənət  naminə,  sənət  eşqinə,  Azərbaycan  mədəniyyətinin  inkişafı 


424

                                            

Əsrin şairi IX 

naminə dostluq edirdilər. 

 



Yaradıcılıq  vaxtları  çox  dalğın,  bəzən  əsəbi,  həyəcanlı, 

kənardakı hadisələrə qarşı diqqətsiz, biganə, soyuqqanlı görünür, 

yalnız  öz  aləmi  ilə  məşğul  olardı.  Bəzən  otaqda  var-gəl  edərək 

dialoq,  monoloqları  ucadan  söylər,  yenidən  masa  arxasına 

keçərək,  yazısına  davam  edərdi.  Əsərlərini  yazarkən  obrazların 

üzərində  çox  düşünər,  onların  üzərində  təkrar-təkrar  işləyərdi. 

İstər tarixi, istərsə də müasir həyata həsr etdiyi əsərlərdə müxtəlif 

bi

çimli, müxtəlif xarakterli, müxtəlif dünyalı obrazların daxili alə-

mini, psixolo

giyasını,  düşünmə  tərzini  mümkün  qədər  öyrənməyə 

çalışardı. 

 



“Xəyyam”ı yazarkən bəzən sandığın üstündə bardaş qurub 

oturar və bu vəziyyətdə işləməyi sevərdi. 

 



Mənə  yazıb-oxumağı  Cavid  öyrətmişdi.  Məndə  bədii 

ədəbiyyata  marağı  da  Cavid  oyatmışdı.  O,  hərdən  gətirdiyi 

kitabları mənə oxutdurub özü uşaq marağı ilə dinləyərdi. 

 



Əsərlərinin tamaşası ilə çox maraqlanardı. İstəməzdi ki, bu 

və  ya  başqa  aktyor  yaratdığı  surətin  sözünü,  azacıq  da  olsa,  öz 

zövqünə uyğun dəyişsin. Obrazın bu və başqa sözünü onun daxili 

aləmi ilə səsləşməyən ahənglə, intonasiya ilə desin. 

 



Heç  bir  zaman  özü  haqqında  danışmağı,  yaradıcılığından 

söhbət açmağı sevməzdi. Çox nadir hallarda yaradıcılığı haqqında 

danışardı. 

 



Daha çox gecələr işləyərdi. Gecələr işləyərkən tünd, qara 

qəhvə  içərdi.  Onu  da  həmişə  özü  dəmləyərdi.  Mənim yuxudan 

ayılmağıma  razı  olmazdı.  Gündüzlər  isə  pürrəng  çay  içməyi 

xoşlayardı.  Evə  əziz  bir  qonaq  gələrkən  azca  şərab  içərdi. 

Zarafatla deyərdi: “Biz şairlər gərək çox şərab içək. Ancaq mənim 

məcazım bu zəhrimar içkini qəbul etmir”. 

 



Tarix və fəlsəfə Cavidin sevdiyi əsas elmlər idi. Həmişə bu 

elmlər haqqında kitab oxuyardı. 

Turan Cavid:  



Atam  həmişə  yanında  cib  dəftəri  saxlayardı.  Ora  hər  cür 

qeydlər edərdi.  Zaman  və  məkandan  asılı  olmayaraq  onu  düşün-

dürən  obrazların  monoloqunu,  müxtəlif  dialoqları  həmin  dəftər-


         

425

 

İsgəndər Atilla 

çəyə  yazardı.  Əlimizdə  olan  bir  neçə  cib  dəftərində  “Knyaz”, 

“Səyavüş”, “Xəyyam” və başqa pyeslərdən, “Azər” poemasından 

və  digər  əsərlərdən  monoloq  və  dialoqlara,  başqa-başqa  şeir 

parçalarına  və  bir  sıra  qeydlərə  rast  gəlmək  olar. Atam bir 

dramaturq kimi səhnə əsərlərinin tamaşa taleyi ilə çox maraqlanar 

və  onların  səhnədəki  təcəssümündə  yaxından  iştirak  edərdi.  O, 

əsərlərinin  quruluşunda  iştirak  edən  yaradıcı  heyətlə:  rejissor, 

aktyor, rəssam, bəstəkar və başqaları ilə çox tez-tez söhbət edər, 

onlara  məsləhətlər  verərdi.  Tamaşanın  hazılandığı  ilk  gündən  ta 

ilk tamaşa gününə qədər məşqlərə müntəzəm gedərdi. Sonralar da, 

vaxtı olduqca pyesin növbəti tamaşasına gedib baxar, aktyorların 

oyununu iz

ləyərdi.  Tamaşa  zamanı  hər  hansı  bir  aktyorun  mətni 

öz

başına dəyişməsinə, özündən söz artırmasına qəti etiraz edərdi. 

Belə halları heç xoşlamazdı.  

 

 



 


426

                                            

Əsrin şairi IX 

Ədəbiyyat 

 

1. Azərbaycan ədəbiyyatı tarixi, III cild, Bakı, 1957. 



2. Azərbaycan tarixi, II cild, Bakı, 1964. 

3. Azərbaycan sovet ensiklopediyası, III cild, Bakı, 1979; VII 

cild, Bakı, 1983. 

4. Abdulla Şaiq. Əsərləri, V cild, Bakı, 1978. 

5. Ağayar Şükürov. Fəlsəfə, Bakı, 1979. 

6.  Cavidi  xatırlarkən  (Məqalə  və  xatirələr.  Tərtib  edən 

İsgəndər Atilla), Bakı, 2012. 

7. Cəfər Cəfərov. Əsərləri, I cild, Bakı, 1968. 

8. Əbülfəz Elçibəy. Bu mənim taleyimdir, Bakı, 1992. 

9. Əli Nazim. Seçilmiş əsərləri, Bakı, 1979. 

10. Əziz Şərif. Keçmiş günlərdən, Bakı, 1977. 

11. Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı, I cild, Bakı, 

1978. 

12. Hüseyn Cavid. Əsərləri, I cild və V cild, Bakı, 2005. 



13.  Hüseyn  Həşimli.  Azərbaycan  poeziyasında  sonet  və 

terst, Bakı, 2003. 

14. Kamal Talıbzadə. XX əsr Azərbaycan tənqidi, Bakı, 1966. 

15. Qulam Məmmədli. Cavid – ömrü boyu, Bakı, 1982. 

16. Qurban Səid. Əli və Nino, Bakı, 2006. 

17. Qurani-Kərim... Bakı, 1992. 

18. Mahmud İsmayıl, Marat İbrahimov. El atası, Bakı, 1994. 

19. Məmməd Cəfər. Hüseyn Cavid, Bakı, 1960. 

20. Məmməd Cəfər. Seçilmiş əsərləri, II cild, Bakı, 1974. 

21. Məhəmməd Hadi. Seçilmiş əsərləri, II cild, Bakı, 1978. 

22. Mişkinaz Cavid. Cavidi xatırlarkən..., Bakı, 1976. 

23. Müxtəsər fəlsəfə lüğəti, Bakı, 1941. 

24. Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət, birinci 

kitab, Bakı, 2006. 

25. Yaşar Qarayev. Tarix: Yaxından və uzaqdan. Bakı, 1996. 

26. Ziya Göyalp. Türkçülüyün əsasları, Bakı, 1991. 




         

427

 

İsgəndər Atilla 

* * * 

1.  Воровский  В.В.  Эстетика.  Литература.  Искусство, 

Москва, 1975. 

2.  Гайденко  П.  Экзистенсиализм  и  проблема  культуры, 

Москва, 1963. 

3.  Зверев  А.  Модернизм  в  литературе  США,  Москва, 

1979. 

4. Краткий словарь по философии. Москва, 1966.  



5. Модернизм: Анализ и критика основных направлений, 

Москва, 1980. 

6. Современный экзистенсиализм, Москва, 1966. 

7.  Соловьев  Э.Ю.  Экзистенсиализм,  в  кн.:  Буржуазная 

философия ХХ века, Москва, 1974. 

8. Гус М. Модернизм без маски, Москва, 1966. 

9. Философия и искусство модернизма. Москва, 1980. 

 



428

                                            

Əsrin şairi IX 

Kitabın içindəkilər

 

 

Ön söz ......................................................................................... 



Birinci fəsil. Şairin müxtəlif zamanlarda və məkanlarda 

yazdığı, müxtəlif mənbələrdəki şeirlərinə 

ümumi bir baxış 

 

1.1. Şeir və sənətə gəlişi ............................................................ 



1.2. İlk şeirləri ............................................................................ 

12 

1.3. İlk oxucuların şairin şeirləri haqqında fikir və 



təəssüratları ........................................................................ 

15 


1.4. Urmiyadan Məşədi Tağı Sidqiyə yazdığı 

məktublardakı şeirlər barəsində bir neçə söz ................ 

22 

1.5. İstanbuldan Qurbanəli Şərifova göndərdiyi 



məktublardakı şeir parçaları haqda bir-iki söz ............. 

27 


1.6.1. Şeirləri Məmməd Cəfərin araşdırmalarında .............. 

29 


1.6.2. Hüseyn Cavid və Avropa ədəbi cərəyanları .............. 

48 


İkinci fəsil. Hüseyn Cavidin lirikası, yaxud şeir yazmaq 

eşqinə düçar edilmiş şair 

 

2.1. Şeirlər kitabı ........................................................................ 



64 

2.2. Dini mövzuda yazdığı şeirləri ......................................... 

66 

2.3. Caviddə yurd sevgisi, yaxud vətən və millət qəmilə 



cünun olan şair ................................................................... 

73 


2.4. Qəzəlləri .............................................................................. 

83 


2.5. Dramatik əsərlərində qəzəl və muğamlar ..................... 

89 


2.6. Uşaqlara aid şeirləri .......................................................... 

94 


2.7. Ölümlə pəncələşən insanlar, yaxud könüllər qan

çiçəklər qan ......................................................................... 

101 

2.8. Caviddə türkçülük, yaxud vətən və Turan sevgisi ...... 



114 

2.9. Türk əsirləri ........................................................................ 

137 

2.10. Dünya filosoflarının nəzəriyyə və konsepsiyaları 



kontekstində şair-filosof Cavidin fəlsəfi fikir və 

düşüncələrinə bir nəzər .................................................. 

142 

 



         

429

 

İsgəndər Atilla 

2.11. Hüseyn Cavidin fəlsəfi lirikası ...................................... 

166 

2.12. Lirik qəhrəmanın kədər və iztirablarını ifadə edən 



misralar ............................................................................. 

196 


2.13. Təbiət və kainat haqqında düşüncələr ......................... 

214 


2.14. Caviddə maarifçilik ideyaları və qadın azadlığı 

problemi (Cavid və Cabbarlı) ........................................ 

229 

2.15. Məhəbbət və gözəllik aşiqi, şeir və sənət məftunu..... 



255 

2.16. Məsud və Şəfiqə ............................................................... 

280 

2.17. Cavidin görkəmli şəxsiyyətlərə və sənətkarlara həsr 



etdiyi şeirləri .................................................................... 

287 


2.17.1. Hacı Zeynalabidin Tağıyevə ....................................... 

287 


2.17.2. Abdulla Sura .................................................................. 

298 


2.17.3. İsmayıl bəy Qaspıralıya ............................................... 

304 


2.17.4. Əli bəy Hüseynzadəyə ................................................. 

307 


2.18. Qəzet və jurnallarla əməkdaşlığı ................................... 

311 


2.19. Cavidin əsərləri dərsliklərdə (1920-1930-cu illər) ....... 

319 


2.20. Cavid şeirlərinin sənətkarlıq xüsusiyyətləri və 

poetik formaları ............................................................... 

321 

2.21. Şeirlərindən seçmələr ...................................................... 



327 

2.22. Dövri mətbuatda çap etdirdiyi şeirlər .......................... 

339 

Hüseyn Cavidin pedaqoji görüşləri ....................................... 



342 

Naxçıvanda nə gördüm? Naxçıvana nə lazım? ................... 

370 

Cavid


ə şeir ithaf etmiş şairlər .............................................

 

380 



Cavid

ə aid Türkiyədə nəşr edilmiş kitablar ........................

 

395 


Cavidin dövri m

ətbuatda və nəşriyyatlarda çap etdirdiyi 

pyesl

əri ................................................................................



 

395 


Az

ərabaycanın görkəmli şəxsiyyətləri və sənət 

adamlarının Cavid haqqında fikirləri ..................................

 

397 



Nisgilli Mişkinaz Cavidin qəmli xatirə dəftərindən sətirlər 

 

412 



Ədəbiyyat .................................................................................. 

426 


 

 

 



 


430

                                            

Əsrin şairi IX 

 

İsgəndər Atilla 

 

Əsrin şairi 

Doqquzuncu kitab 

Hüseyn Cavidin lirikası 

 

Azərbaycan türkcəsində 

 

 

 

Isghender Athilla 

 

The poet of century.  IX 

In Turkish 

 

 

Искендер Атилла 

 

Лирика Гусейн Джавида 

Из серии “Поэт века”. IX 

 

 

 

 

 



 

 

Müəlliflə əlaqə tel.: (+99412) 569 78 95 



                       mob.: (+99451) 877 46 69 

 



         

431

 

İsgəndər Atilla 

 

 

 

 

 

 

 

N



əşriyyatın direktoru: M.Şəfiyev 

Texniki redaktor: S.Mamoyeva 

M

ətni yığdı: Xuraman Bağırova 



 

 

 



 

 

“Mü



əllim” nəşriyyatında çap olunmuşdur. 

 

Tel.: (+99412) 555 15 60 



muallim.mmc@gmail.com 

 

 



 

Çapa imzalanmışdır 18.01.2018. Sifariş 4. 

Kağız formatı 60×84

1/16


. 27,0 ç.v

. Sayı 200. 



 

 


432

                                            

Əsrin şairi IX 

1943-cü  ildə  anadan  olmuşdur.  Bakı  Dövlət 

Universitetinin filologiya fakültəsini bitirmişdir. ADPU-nun 

dosenti,  filologiya  üzrə  fəlsəfə  doktoru,  Əməkdar 

müəllimdir.  Ömrünün  30-35  ilini  dahi  şair  və  dramaturq 

Hüseyn Cavidin irsinin öyrənməsinə sərf etmişdir. Hüseyn 

Cavid  haqqında  8  monoqrafiyanın  müəllifidir.  Oxuculara 

təqdim  edilən  bu  kitab  “Əsrin  şairi”  silsiləsindən müəllifin 

Hüseyn Cavidə həsr etdiyi 9-cu monoqrafiyasıdır. 

 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə